Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 3.2.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
Vətəndaşlardan xeyli narkotik vasitə götürülüb
Biləcəri sakini evində 7,5 kiloqrama yaxın narkotik vasitə saxlayırmış

Vətəndaşlardan xeyli narkotik vasitə götürülüb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitənin satışında şübhəli bilinən şəxslər saxlanılıb. Saxlanılanlar Biləcəri qəsəbə sakinləri Aslan Salamov və onun qardaşı Zahid Salamovdur. A.Salamovdan 0,261 qram, Zahiddən isə 0,344 qram narkotik vasitə olan heroin götürülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onların Biləcəri qəsəbəsindəki yaşadıqları evlərinə baxış zamanı külli miqdarda - 6 kiloqram 235 qram narkotik vasitə olan marixuana və 1 kiloqram 130 qram heroin aşkar edilərək götürülüb.
Balakən RPŞ və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Hənifə kənd sakini Rövşən Bahalovdan 865 qram narkotik vasitə olan marixuana götürülüb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
03.02.10  
 
Bir gündə 36 cinayət
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 36 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 19-u "isti izlər"lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalan 4 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Gün ərzində 11 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 41 nəfər tutulub.
Oxumaq
03.02.10  
 
Generalın evinin mühafizəçisinə 5 il həbs istənildi
Bu gün Yasamal rayon Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyi ilə Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayev yaşadığı binanın mühafizəçi işləyən şəxsin məhkəmə prosesi keçiriləcək. Məhkəmə qarşısında R.Rzayev qətlə yetirilən gün onun yaşadığı binanın mühafizəçisi kimi növbədə olan Elşən Eyvazov cavab verir. İttiham aktına görə, E.Eyvazovun avtomobilindən tiryək tapılıb. E.Eyvazov, həmçinin, 2006-cı ilin mayında ailəsinə ünvanlı sosial yardım almaq üçüm sənəd saxtalaşdırmaqda təqsirləndirilir. Amma prosesdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi təqsirləndirilən tərəfindən dövlətə dəyən ziyanın ödənildiyini, onunla bağlı pul tələbinin olmadığını deyib.
Prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsə 5 il cəza verilməsini istəyib.
Oxumaq
03.02.10  
 
Kriminal avtoritet cavab verir
"Rövşən Lənkəranski"nin məhkəmə prosesi keçirilib

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə bir sıra ağır cinayətlər törətməkdə ittiham olunan Rövşən Canıyevin məhkəmə prosesi keçirilib. Məhkəmə qarşısında cavab verən R.Canıyev kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınıb. R.Canıyev Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur.
Oxumaq
03.02.10  
 
Sahibkarlığa Kömək Milli Fondu investisiya təkliflərinin qəbuluna başlayır
Qərarlar aprelin 15-də elan olunacaq

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlıq subyektlərinin investisiya təkliflərinin qəbuluna başlayır. Fevralın 1-dən etibarən start verilən bu proses "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq aparılır. Güzəştli qaydada maliyyələşdiriləcək layihələrdə südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin (ailə fermer təsərrüfatlarının), kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin yaradılması, uşaq qidası istehsalının təşkil olunması yer almalıdır. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, SKMF dünən yeni investisiya layihələrinin təqdimatını keçirib. Tədbirdə qeyd edilib ki, ötən il fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə 130 milyon manat məbləğində güzəştli kreditlər verilib.
Oxumaq
03.02.10  
 
18 yaşlı gəncin vəfasızlığı
"Seltik" "Motervell"in hücumçusuyla dördillik müqavilə bağladı

Şotlandiyanın "Seltik" klubu yanvar ayında transfer əməliyyatları baxımından ən çox fəallıq göstərən klub olub. Qlazqolular əvvəlcə onlara lazım olmayan bir neçə futbolçularla yollarını ayırandan sonra onların boşaltdığı yerləri tədricən doldurub.
Əvvəla "Fulhem"in hücumçusu Diomansi Kamaranın mövsümün sonuna qədər "Seltik"ə icarə əsasında xidmət edəcəyini vurğulayaq. Seneqallı futbolçu qlazqoluların çalışdırıcısı Toni Moubreyə yaxşı tanışdır. Axı Diomansi 2006/07 mövsümündə "Vest Bromviç"də məhz onun sərəncamında olub.
Oxumaq
03.02.10  
 
Qaqonun adaya gəlişi baş tutmadı
"Mançester Siti" ortabablarla kifayətlənməli oldu

Hələ dekabrda "Mançester Siti"nin qış "transfer pəncərəsi" dövründə heyətini bir sıra məşhur futbolçularla gücləndirəcəyi haqda şayiələr səngimirdi. Amma İngiltərə klubu yalnız bir neçə, belə desək, ortabab futbolçularla kifayətlənməli oldu. "Şəhərlilər" yanvarın 31-də Adam Consonu sıralarına qatıb. İngiltərə gənclər yığmasının şərəfini qoruyan bu futbolçu əvvəlki klubu "Midlsbro"nu 7 milyon funt-sterlinq irəli salıb. A.Conson yeni klubuyla 2014-cü ilin iyununa qədər müddəti nəzərdə tutan anlaşma imzalayıb. Maraq üçün qeyd edək ki, Consonun transferi yanvarda Premyer Liqa klublarının imza atdığı ən bahalı keçiddir.
Oxumaq
03.02.10  
 
Edmilson Avropaya qayıtdı
"Saraqosa" Edmilsonu sıralarına qatıb. İspaniya klubu 33 yaşlı braziliyalı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə bağlayıb. Braziliya yığmasında 42 oyun keçirən səbəbkar özünü yaxşı tərəfdən göstərəcəyi halda yayda ispanlarla yeni - birillik müqavilə bağlamaq şansına malikdir. DÇ-2002-nin qalibi olan təcrübəli futbolçu son vaxtlar "Palmeyras"ın uğurları üçün çalışırdı. Onun əvvəllər Lion "Olimpik"i, "Barselona" və "Vilyarrel"a xidmət etdiyini və 2006-cı ildə "Barsa" ilə ÇL-in qalibi olduğunu xatırladaq.
Edmilson kimi, 2002-ci ildə Uzaq Şərqdə keçirilən dünya çempionatının qalibi olan Denilson da iş yerini dəyişib. 32 yaşlı braziliyalı hücumçu futbolçu həyatını Yunanıstanda davam etdirəcək. "Kavala" rəhbərliyi onunla 1,5 illik müqavilə bağlayıb. Xatırladaq ki, Denilson 1998-ci ildə futbol tarixinə o dövr üçün dünyanın ən bahalı oyunçusu kimi düşmüşdü: "San Paulu" onu "Betis"ə 50 milyon dollara satmışdı. Amma Denilsonun DÇ-2002-dən sonrakı karyerası heç də ürəkaçan alınmamışdı. Səbəbkar Yunanıstana gəlməzdən əvvəl bir müddət Vyetnam çempionatında top qovub.
Oxumaq
03.02.10  
 
Zolaya müydə
"Vest Hem" Benedikt Makkarti, İlan və Əhməd Hossam kimi futbolçuları transfer edib

Canfranko Zola hələ ötən ilin son aylarında komandasının güclənməyə ehtiyac duyduğunu təkrarlamaqdan yorulmurdu. İtaliya mütəxəssis əks halda İngiltərə Premyer Liqasında qalmaq vəzifəsinin öhdəsindən gələ bilməyəcəklərinə işarə vururdu. Özünün də baş məşqçi postunda nə qədər çalışacağı bilinməyən ötənlərin məşhur hücumçusunun rəhbərliyə saysız-hesabsız mesayları böyük ölçüdə bəhrə verib. "Vest Hem" qış "transfer pəncərəsi" dövründə heyətini bir çox tanınmış futbolçularla gücləndirə bilib: "çəkicdöyənlər" Benedikt Makkarti, İlan və Əhməd Hossam kimi tanınmış futbolçuları sıralarına cəlb edib. Maraqlıdır ki, onlar "transfer pəncərəsi"nin bağlandığı gün - yanvarın 31-də London klubunun düşərgəsində peyda olub. Özü də gələnlərin hamısı ampluasına görə hücumçudurlar. CAR millisinin forvardı Makkarti "Blekbern"i azad agent kimi tərk edərək londonlularla 2,5 illik müqavilə bağlayıb. 32 yaşlı futbolçunun cari mövsümdə meydana çıxdığı 16 oyunda 4 qol vurduğunu xatırladaq.
Oxumaq
03.02.10  
 
Rauf Mehdiyevdən yeni seçim
Bir ay əvvəl "İnter"ə keçən qapıçı indi də "Karvan"la anlaşıb

Azərbaycan yığmasının qapıçısı Rauf Mehdiyev Bakının "İnter" klubunu tərk edib. Bu haqda apasport.az saytına futbolçunun özü məlumat verib. 34 yaşlı qapıçı bildirib ki, karyerasını Yevlaxın "Karvan" klubunda davam etdirəcək: "Karvan"a keçidim bu gün (dünən -red.) rəsmiləşib. Bu komanda məni heyətində görmək istəyirdi. Ancaq "İnter"lə Türkiyədə təlim-məşq toplanışında olduğumdan danışıqlar Bakıya qayıdandan sonraya qalmışdı. Vətənə dönəndən sonra keçidim həll olundu. "İnter" əla komandadır. Ancaq karyeramı "Karvan"da davam etdirməyi daha üstün tutdum. "Karvan" özünə görə yaxşı komandadır. İndi autsayderdirsə, sabah turnir cədvəlində yuxarı yerdə ola bilər. Qış fasiləsində bir sıra təcrübəli futbolçularla güclənən Yevlax təmsilçisi yaxşı potensiala malikdir. Belə komandaya keçidi özüm üçün problem saymıram" - deyə R.Mehdiyev bildirib.
Oxumaq
03.02.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •