Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 




 
 
 
Xəbərlər / 27.2.2010
Səhifələr : 1 2 3 » #
İstanbulda hüzn
Həm "Qalatasaray", həm də "Fənərbaxça" Avroliqada mübarizəni dayandırdılar
Oxumaq
27.02.10  
 
AKP hökuməti geri çəkildi
Dövlət çevrilişi ittihamı ilə əlaqədar saxlanılmış 3 general azadlığa buraxıldı
Oxumaq
27.02.10  
 
Kasparov: «Ermənistanda hərbi diktatura rejimi hökm sürür»
Qarabağla bağlı situasiyanın həm Azərbaycanda, həm də Ermənistanda siyasi iqlimə təsir göstərdiyinə şübhə yoxdur
Oxumaq
27.02.10  
 
95 ilin möcüzəsi
Akademik İsmayıl İbrahimov: “Müharibədə olanda da, Kommunist Partiyasının qurultaylarında da atamın Məkədən gətizdirdiyi "Quran" həmişə yanımda olub”
Oxumaq
27.02.10  
 
AzərTAc-ın əməkdaşları mükafatlandırıldı
Prezident İlham Əliyev AzərTAc-ın baş direktoru Aslan Əhməd oğlu Aslanovu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Başqa bir sərəncamla 90 illiyi tamam olan AzərTAc-ın bəzi əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar jurnalist” - Abdullayeva Fəridə Sabir qızı, Hacıyeva Asya Əlibala qızı; “Əməkdar mədəniyyət işçisi” - Səfixanov Vahid Sədiyar oğlu, Ayvazlı Bətul Dilavər qızı, Səfərov Cavid Ağa Əli oğlu, Rzayeva Ətrabə Qulu qızı, Cəfərov İlqar Şaban oğlu; “Əməkdar mühəndis” - Osmanov Oleq Sədiroviç.
Oxumaq
27.02.10  
 
Gənc Tamaşaçılar Teatrında Xocalı soyqırımı anılıb
Fevralın 26-da Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri teatrın baş direktoru Mübariz Həmidov açıb. O, Xocalı soyqırımı ilə bağlı Xocalıda şəhid ailələrinə göstərilən dövlət qayğısı, Xocalı faciəsinin beynəlxalq miqyasda tanınması, qanlı hadisələrin beynəlxalq məhkəmədə cavab verilməsi üçün görülən çox formatlı işlərdən danışıb.
Daha sonra teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, Belarus gənc tamaşaçılar teatrının aktrisası Natalya Başeva, xalq artisti Ağaxan Salmanlı, teatrın aktyoru Vahid Əliyev və tədbirin qonaqları çıxışı ediblər.
Oxumaq
27.02.10  
 
Üç oğurluq faktının üstü açılıb
Bakıda sexdən, Gəncədə mənzildən oğurluq edilib

Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Sabunçu rayonunda sexdən oğurluq edilib. Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əvəz Əliyev saxlanılıb. Ə.Əliyev 2009-cu ilin sentyabrın 12-də Araz Abdurəhamanova məxsus sexdən oğurluq etməkdə şübhəli bilinir.
Suraxanı RPİ əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan Elşad Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində əlavə faktlar üzə çıxıb. Onun yanvarın 7-də Dünyamalı Mehdiyevin və yanvarın 22-də Rasim Ağasiyevin mənzillərindən oğurluq etməsi müəyyən edilib.
Oxumaq
27.02.10  
 
İsmayıllıda yaşayış evinə basqın olub
Evdən 85 manat pul aparılıb

İsmayıllıda yaşayış evinə basqın edən şəxs yaxalanıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Müdrüsə kənd sakini Əlfiran Cavadovdur. Ə.Cavadov fevralın 24-də Pənah Əsədova və onun arvadı İzzətə küt alətlə xəsarət yetirib. Daha sonra evdə olan 85 manat pulu onlardan alıb. Faktla bağlı araşdırma aparılır.
Oxumaq
27.02.10  
 
"Dadlılar" MMC-nin meneceri həbs edilib
Elmir Əliyev 84 manatı oğurlamaqda şübhəli bilinir

"Dadlılar" MMC-nin meneceri həbs edilib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Elmir Əliyevdir. E.Əliyev "Dadlılar" MMC-nin xəzinəsindən 84 manatı oğurlamaqda şübhəli bilinir. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
27.02.10  
 
Paytaxtda yeni doğulan oğlan uşağı tapılıb
Uşaq Q.Qarayev adına Körpələr Evinə təhvil verilib

Paytaxtda yeni doğulan oğlan uşağı tapılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, uşaq Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən fevralın 26-da saat 01.45 radələrində tapılıb. Cavadxan küçəsindəki 1 saylı evin girişində tapılan yeni doğulmuş oğlan uşağı Q.Qarayev adına Körpələr Evinə təhvil verilib.
Oxumaq
27.02.10  
 
Səhifələr : 1 2 3 » #
ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: