|
Əsgər yoldaşını güllələyən hərbçinin məhkəməsi yekunlaşıb
|
Hidayət Məmmədzadə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Rafiq Cəfərovun sədrliyi ilə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən hərbçinin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında "N" saylı hərbi hissənin əsgəri Hidayət Məmmədzadə cavab verib. H.Məmmədzadə Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhddə) və 332.3-cü (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda) maddələri ilə ittiham olunub.
|
Oxumaq
27.02.10
|
| |
|
|
Həmyerlisini qətlə yetirən Tovuz sakini məhkəmə qarşısında
|
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim İlqar Murquzovun sədrliyi ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Tovuz rayon sakini 1979-cu il təvəllüdlü Nizami Namazov cavab verir. N.Namazova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə, hadisə 2009-cu il sentyabrın 28-də baş verib. Tovuz rayonu ərazisində keçirilən toy mərasimində rayon sakini N.Namazov münaqişə zəminində həmyerlisi Sadıq Tağıyevi qətlə yetirib. N.Namazov həmyerlisinin boğazını kəsib. Cinayət işi üzrə məhkəmə baxışı martın 3-nə təyin olunub.
|
Oxumaq
27.02.10
|
| |
|
|
Dövlətə xəyanətdə günahlandırılan hərbçiyə hökm oxunub
|
Rusiya casusuna Ruslan Əlixanov 12 il müddətinə azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rəşid Hüseynovun sədrliyi ilə dövlətə xəyanətdə təqsirli bilinən sabiq hərbi qulluqçunun məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Ruslan Adil oğlu Əlixanov cavab verib. R.Əlixanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Qapalı keçirilən məhkəmə prosesində dövlət ittihamçısı R.Əlixanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
|
Oxumaq
27.02.10
|
| |
|
|
Orta məktəbdə yanğın
|
|
İsmayıllı rayonunun Soltankənd kənd orta məktəbində yanğın baş verib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, nəticədə 6 sinifdən ibarət orta məktəbin 3 sinfi yanıb. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
27.02.10
|
| |
|
|
Xəzərin duzdan təmizlənməsindən hələlik Abşeron istifadə edəcək
|
Qurğular özünü doğrultsa, Xəzərin gələcəkdə içməli su kimi istifadəsi imkanlarına da baxılacaq
Qonşu ölkələrdən fərqli olaraq, Azərbaycan ərazisinin hər kv.km-nə, əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatları göstəricisinə görə Cənubi Qafqaz dövlətlərindən geri qalır. Amma bu gün dünya miqyasında da şirin su ehtiyatları katastrofik şəkildə tükənməkdədir. BMT ekspertlərinin məlumatına görə, dünyada əhalinin 1/6 hissəsi içməli suya ehtiyac duyur və 2,4 milyard insan lazımi sanitar şəraitdən məhrumdur. Məhz bu amillər hər bir ölkədə əhalinin su ilə təminatının yaxşılaşdırılmsı məsələsini gündəmə gətirir.
|
Oxumaq
27.02.10
|
| |
|
|
Karlos Alberto Torres yenidən iş başında
|
Braziliyalı bu dəfə Cənubi Amerika yığmasına rəhbərlik edəcək
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torres yığmaya qayıdır. Apasport.az saytının məlumatına görə, 66 yaşlı braziliyalı mütəxəssis Cənubi Amerika yığmasının baş məşqçisi təyin olunub. Torres materikin ulduzlarından təşkil olunan komandanı dünya yığmasına qarşı görüşə çıxaracaq. Xeyriyyə xarakteri daşıyan bu matç Haitidə baş verən zəlzələdən zərərçəkənlərə yardım məqsədilə təşkil olunacaq. ABŞ-ın Sent-Luis şəhərindəki "Edvard Cons Doum" stadionunda baş tutacaq qarşılaşma avqustun 7-ə planlaşdırılır.
|
Oxumaq
27.02.10
|
| |
|
|
Yığmamız 12 illik uğursuz seriyasını qırdı
|
Yeni ilin ilk oyununda qələbə qazanmaqla
Azərbaycan milli komandası 12 illik uğursuz seriyasına son qoydu. Apasport.az saytının hesablamalarına görə, milli komandamız nəhayət, yeni ildə ilk oyununda qələbə qazana bildi. Berti Foqtsun baş məşqçisi olduğu yığmamız buna İordaniya yığması ilə səfərdə keçirdiyi yoldaşlıq görüşündə 2:0 hesabı ilə qalib gəlməklə nail oldu. Tarixi 1992-ci ildən başlayan milli komandamız adətən ildə ilk oyunlarını uğursuz keçirir. Təsadüfi deyil ki, İordaniya ilə görüşə qədər keçirilən 17 ilk görüşdən yalnız 3-də qalib gəlmişik, 7-si heç-heçə, 7-si məğlubiyyətlə nəticələnib.
|
Oxumaq
27.02.10
|
| |
|
|
Maradona Kanada yığmasıyla oynamaq istəmir
|
Dieqo Maradona Kanada yığmasıyla yoldaşlıq matçından imtina etməyə çalışır. Argentina millisinin baş məşqçisi son açıqlamasıyla yerli futbol qurumunu da pis vəziyyətdə qoyub. Argentina Futbol Assosiasiyası (AFA) bir müddət əvvəl DÇ-nin final mərhələsinə hazırlıq prosesi çərçivəsində Kanadanın futbol qurumuyla yoldaşlıq görüşünün təşkiliylə bağlı razılığa gəlmişdi. Amma don Dieqo mayın 24-ə planlaşdırılan matçı Argentina millisi üçün o qədər də faydalı hesab etmir:
|
Oxumaq
27.02.10
|
| |
|
|
Kanadalı qızların qeyri-adi qələbə sevinci
|
|
Vankuverdə qadınlar arasında hokkey yarışında mükafatçılar müəyyənləşib. İsveçi overtaymda məğlub edən (2:3) finlər 3-cü yeri tutub. Finalda ABŞ-la Kanada üz-üzə gəlib. Qonşularını 2:0 hesabıyla məğlub edən kanadalılar ardıcıl 3-ci dəfə olimpiya çempionu titulunu qazanıblar. Maraqlıdır ki, kanadalı qızlar mükafatlandırılma mərasimindən sonra meydanı tərk etməyərək, elə buzun üzərində "boğazlarını yaşlayıblar". Bu azmış kimi, onlar tamaşaçıların gözü önündə siqaret də çəkiblər. Bu isə Beynəlxalq Olimpiya Komitəsini rəhbərliyini bərk qəzəbləndirib. Qurumun icraçı direktoru Gilbert Fellini belə deyib: "Belə təntənəli mərasimi paltardəyişmə otağında keçirmək olardı. Daha camaat arasında yox. Biz bu məsələnin mütləq müzakirə edəcəyik".
|
Oxumaq
27.02.10
|
| |
|
|
|
|
|