|
|
|
Daha bir qəza
|
Vankuverdə keçirilən XXI Qış Olimpiya Oyunları növbəti faciənin astanasında olub. Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət cütlüklərin bobsley yarışları əbədi favoritlərdən olan almanlar üçün uğursuzluqla nəticələnib. İlk 3 yürüşdən sonra mükafat qazanmağa yaxın olan Katlin Martini və Romi Loqş məsafəni qət edərkən bəxtsizliklə üzləşib. Dördüncü yürüşün gedişində bobun arxa hissəsində əyləşən Romi kənara "uçub". Tək qalan Katlin də bobu aşmaqdan xilas edə bilməyib. Romi qəzadan sağ-salamat çıxmağı bacarsa da, olimpiya medalı arzusunu 4 il təxirə salmalı olub. Katlin isə karyerasında ikinci dəfə komanda yoldaşının halına acıyıb. Hələ bir neçə il əvvəl Martini ilə eyni duetdə iştirak edən idmançı yarış zamanı vəfat etmişdi.
|
Oxumaq
26.02.10
|
| |
|
|
İdmançımız Vankuverdə üçüncü oldu
|
Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarında qadın dağ xizəkçilərinin nəhəng slalom yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi Qaya Bassani Antivarinin də mübarizəyə qoşulduğu yarışda birinci yürüş keçirilib. Start xəttinə çıxan 86 idmançıdan yalnız 68-i finişə çata bilib. İtaliyada anadan olan təmsilçimiz məsafəni 1 dəqiqə 30,82 saniyəyə qət edib. 32 yaşlı xanım liderdən 15,70 saniyə geri qalaraq 66-cı olub. Qaya özbəkistanlı Kseniya Qriqoryeva və iranlı Marian Kalhoru qabaqlayıb. Təmsilçimizin axırdan üçüncü olduğu yürüşdə Elizabet Georql qalib gəlib. Avstriyalı xanım 1 dəqiqə 15,12 saniyə nəticə göstərib. Lakin bu, hələ yekun nəticə deyil.
|
Oxumaq
26.02.10
|
| |
|
|
“Sizin xarizmanız yaş əski parçasına bənzəyir”
|
Avropa Birliyinin prezidenti parlamentdə təhqir olundu
Avropa Birliyinin prezidenti, belçikalı Herman Van Rompey Avropa Parlamentində təhqir olunub. Herman Van Rompey ilk dəfə Avropa Parlamentinin plenar sessiyasına qatılaraq çıxış edib. Bundan sonra söz deputatlara verilib. Böyük Britaniyadan olan deputat və Avropa inteqrasiyasının əleyhdarlarından sayılan Naydjel Fərəc Herman Van Rompeyin ünvanına ağzından çıxanı deyib: “Bizə deyirdilər, Avropa Birliyinə elə bir prezident seçiləcək ki, o, planetar əhəmiyyətli şəxs olacaq, onunla qitənin 500 milyonluq əhalisi hesablaşacaq, nəticədə isə sizinlə üzləşdik.
|
Oxumaq
26.02.10
|
| |
|
|
ABŞ İrana qarşı sanksiyaların genişlənməsini istəyir
|
Hillari Klintonun fikrincə, Tehran beynəlxalq ictimaiyyətə çox az seçim qoyub
ABŞ dövlət katibi Hillari Klinton bəyan edib ki, İranın nüvə sahəsindəki fəaliyyəti beynəlxalq ictimaiyyətə yeni sanksiyalar tətbiq etmək məsələsində çox az seçim qoyub. Konqresin maliyyə komitəsində danışan Klinton deyib ki, BMT Təhlükəsizlik Şurasında İranın İnqilabi Qvardiya Korpusuna qarşı sanksiyalarla bağlı intensiv danışıqlar aparılır. Birləşmiş Ştatlar hərbi qüvvələrin İranın nüvə silahı istehsal etmək səylərinə dəstək verdiyini deyərək, bu ayın əvvəli birtərəfli qaydada İnqilabi qvardiyaya qarşı sanksiyalar tətbiq edib. Dövlət katibi Klinton da deyib ki, beynəlxalq ictimaiyyət İranın davranışını dəyişməsi üçün əlavə sanksiyalara ehtiyac olduğunu qəbul edir.
|
Oxumaq
26.02.10
|
| |
|
|
Problemlər içində boğulan NATO
|
Pentaqon şefi Alyansın çox ciddi və sistematik çətinliklərlə üzləşdiyini bəyan edib
ABŞ-ın müdafiə naziri Robert Geyts NATO-nun çox ciddi və sistematik problemlərlə üzləşdiyini bəyan edib. Onun sözlərinə görə, Avropanın bəzi hissələrində demilitarizasiya çox uzağa gedib. Geyts Vaşinqtonda NATO-nun gələcəyilə bağlı diplomatlar, rəsmilər və hərbi rəsmilərin iştirak etdiyi toplantıya müraciətində anlaşılmaz bir mövqe ortaya qoyub. O, Əfqanıstanda NATO əsgərlərinin öhdəliklərinin artırıldığını, amma eyni zamanda Alyansın ciddi və sistematik problemlərlə üz-üzə olduğunu da vurğulayıb. Pentaqon şefinin sözlərinə görə, Avropada demilitarizasiya yaxşı bir əməldir, amma Avropanın bir çox yerində bu məsələdə "çox uzağa" gediblər.
|
Oxumaq
26.02.10
|
| |
|
|
Ağsuda torpaq sürüşməsi
|
Ağsu rayonunun 5 kəndində torpaq sürüşməsi baş verib, 77 ev qəzalı vəziyyətə düşüb
Ağsu rayon Fövqəladə Hallar Komissiyasının sədri İqbal Mikayılov bildirib ki, Ağsu çayının sahilində yerləşən Sanqalan, Kalva, Suraxanı, Qırrar və Quzay kəndlərində baş verən torpaq sürüşməsi gündən-günə genişlənir: “Sürüşmədən ən çox ziyan çəkən isə Sanqalan və Kalva kəndlərindəki yaşayış evləri və sosial obyektlərdir. Əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri baxış keçirib. Kəndlərin həqiqətən də təhlükəli zonada yerləşməsi qeyd olunub, əhalinin müvəqqəti olaraq köçürülməsi tövsiyə edilib.
|
Oxumaq
26.02.10
|
| |
|
|
|
|
|