|
|
Səhifələr : # « 1 2 3 » #
|
Ev sahibi polisi əvəz edib
|
Evinə oğurlağa girən şəxsi yaxalayan Aral Nəcəfov onu polisə təhvil verib
Fevralın 24-də Nizami rayonunun NZS qəsəbə sakini Aral Nəcəfov polisə zəng edərək, evindən oğurluq etmiş şəxsi tutması barədə məlumat verib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Nəcəfovun evindən 2 ədəd mobil telefon və 1 ədəd gödəkçəni oğurlayarkən tutulanın Bakı şəhər sakini Elşad Aşurlu olması müəyyən edilib. E.Aşurlunun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində, onun Şərifli küçəsində yaşayan Validə Rəhmanovanın evindən də ev əşyaları oğurlaması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
|
Oxumaq
26.02.10
|
| |
|
|
Bir neçə oğurluq faktının üstünü açılıb
|
Saxlanılanlardən ikisi əvvəllər də məhkumluq həyatı yaşayıb
Hüquq mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Əzizbəyov RPİ 1-ci PB əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan Ruslan Dadaşovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində əlavə faktlar üzə çıxıb.
|
Oxumaq
26.02.10
|
| |
|
|
Bir gündə 58 cinayət
|
Respublikanın daxili işlər orqanları tərəfindən 58 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 51-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər dünyasını dəyişib, 4 nəfər isə yaralanıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 50 nəfər saxlanılıb.
|
Oxumaq
26.02.10
|
| |
|
|
Xətaidə qətl
|
Sərxoş Fərman Cavadov qonşusunu qətlə yetirib
Xətai rayonunda dəşhətli qətl hadisəsi baş verib. Hadisə Əhmədli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Fərman Cavadov qonşusu, 1974-cü il təvəllüdlü Fuad Hüseynovu bıçaqlayıb. Hadisə şəxsi münaqişə zəminində törədilib. Xəsarət alan F.Hüseynov hadisədən dərhal sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən F.Cavadov saxlanılıb. İstintaqa ifadə verən F.Cavadov törətdiyi cinayətin səbəblərini açıqlayıb. O, qonşusunu vuranda sərxoşluq səbəbindən özündə olmadığını bildirib.
|
Oxumaq
26.02.10
|
| |
|
|
Başqasının əmlakını mənimsəyənlər məhkəmə qarşısında
|
Təqsirləndirilənlər kompyuter informasiyasına qanunsuz daxil olaraq xarici vətəndaşların pullarını mənimsəyiblər
Fevralın 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Əfqan Hacıyevin sədrliyi ilə kompyuter informasiyasına qanunsuz daxil olmaqla vətəndaşların pullarını mənimsəyən şəslərin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Elqan Vəliyev, Ruslan Həsənov, Elçin Abbasov, Abidin Həsənzadə və Suriya Ərəb Respublikasının vətəndaşı Məhəmməd İbrahim cavab verir. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 271.2.1-ci və 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompyuter informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talama) maddələri ilə ittiham olunublar.
|
Oxumaq
26.02.10
|
| |
|
|
Başqasının əmlakını mənimsəyənlər məhkəmə qarşısında
|
Təqsirləndirilənlər kompyuter informasiyasına qanunsuz daxil olaraq xarici vətəndaşların pullarını mənimsəyiblər
Fevralın 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Əfqan Hacıyevin sədrliyi ilə kompyuter informasiyasına qanunsuz daxil olmaqla vətəndaşların pullarını mənimsəyən şəslərin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Elqan Vəliyev, Ruslan Həsənov, Elçin Abbasov, Abidin Həsənzadə və Suriya Ərəb Respublikasının vətəndaşı Məhəmməd İbrahim cavab verir. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 271.2.1-ci və 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompyuter informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talama) maddələri ilə ittiham olunublar.
|
Oxumaq
26.02.10
|
| |
|
|
"Dərzi Taleh"in məhkəməsi başlayır
|
Kriminal aləmdə bu ləqəblə tanınan Taleh Şükürov narkotik vasitə saxlamaqda təqsirləndirilir
Fevralın 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kriminal aləmdə "Dərzi Taleh" ləqəbi ilə tanınan şəxsin məhkəməsi başlayır. Məhkəmə qarşısında Salyan rayon sakini, 1963-ci il təvəllüdlü Taleh Şükürov cavab verir. T.Şükürov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunur. İttiham aktına görə, təqsirləndirilən şəxs Salyan rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən 2009-cu il sentyabrın 3-də saxlanılıb. T.Şükürovdan 1 kiloqram 755 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
|
Oxumaq
26.02.10
|
| |
|
|
Ümumi çəkisi 1,6 ton ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
|
|
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib. Nazirlikdən verilən məlumata görə, monitorinqlər zamanı Bakının Nizami, Nəsimi rayonlarında, Sabunçu rayonunun Maştağa qəsəbəsində, Gəncə və Xaçmaz şəhərlərndə fəaliyyət göstərən topdansatış obyektlərində, ərzaq malları mağazalarında ümumi çəkisi 1,6 tondan çox saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, makaron və un məmulatları, yağlar, süd və süd məhsulları, balıq, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, duz, uşaq yeməkləri düyü, çay, xardal və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
|
Oxumaq
26.02.10
|
| |
|
|
«Neftqazçıxarmada yeni texnologiyalar»
|
“Neftqazelmitədqiqatlayihə” İnstitutunda beynəlxalq konfransın açılış mərasimi keçirilib
Fevralın 25-də Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun təşkilatçılığı ilə «Neftqazçıxarmada yeni texnologiyalar» mövzusunda iki günlük beynəlxalq elmi-təcrübi konfrans işə başlayıb. Konfransı giriş sözü ilə açan «Neftqazelmitədqiqatlayihə» İnstitutunun direktoru Fəxrəddin İsmayılov öncə tədbirdə iştirak etmək üçün ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, Qazaxıstan və başqa ölkələrdən gəlmiş qonaqları salamlayıb, institutun fəaliyyəti barədə onlara məlumat verib.
|
Oxumaq
26.02.10
|
| |
|
|
Ruslar hokkeydə də büdrədilər
|
|
Hamının səbirsizliklə gözlədiyi kişilər arasında hokkey yarışının 1/4 finalda gözlənilməz nəticələr qeydə alınıb. 2006-cı ildə Turin Olimpiadasında qızıl medal qazanan İsveç yığması gözlənilmədən Slovakiya uduzub - 3:4. Finlər isə Çexiya yığmasının yolunu kəsib - 2:0. Rusiya - Kanada oyunu isə Olimpiya oyunları tarixinə düşüb. Turnirin favoriti sayılan "ağcaqayınlar" rusların qapısından 7 şayba keçirərək möhtəşəm uğura imza atıblar. Əzəli rəqibinə 3:7 hesabıyla məğlub olan ruslar olimpiadalar tarixində ən böyük hesablı məğlubiyyətlərini yaşayıblar.
|
Oxumaq
26.02.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 » #
|
|