|
|
|
|
|
|
|
Türk Ordusundan ilk təpki
|
|
Türk mətbuatı xəbər verir ki, bazar ertəsindən başlamış olan kütləvi həbslərdən sonra ilk dəfə olaraq ordu bütün dünyanın diqqət mərkəzində olan proseslərə sərt təpki göstərib
|
Oxumaq
25.02.10
|
| |
|
|
|
|
“Xalq Yaradıcılığı Paytaxtları” proqramına start verildi
|
«Gəncə - Azərbaycanın Əfsanələr Paytaxtı», «Qazax - Folklor Paytaxtı», «Şəki isə Sənətkarlıq Paytaxtı» elan olundu
Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilib. Hazırda sahənin mədəni-siyasi təminat mexanizmlərinin monitorinqi keçirilir, «Azərbaycanın qeyri-maddi mədəni irs konsepsiyası», Azərbaycan qeyri-maddi mədəni abidələrinin Dövlət Reyestri Azərbaycan qeyri-maddi mədəni irs abidəsinin İnventar Pasportlaşdırılması” “Muğam-tur, aşıq-tur, Xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutlarının yaradılması», Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin informasiya bankı, sahəyə həsr olunmuş www/.intangible.az ünvanlı veb-portalın yaradılması, digər konseptual proqram və layihələr üzərində işlər aparılır.
|
Oxumaq
25.02.10
|
| |
|
|
Tikinti materiallarının qiyməti artıb
|
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tikinti materialları bazarında apardığı növbəti monitorinqin nəticələrin açıqlayıb.
Bu ilin yanvar ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 89 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə respublikada istehsal olunan malların ümumi istehsalda həcmi 53,9% təşkil edib. Ümumilikdə yanvar ayında araşdırmaya məruz qalan 89 adda məhsuldan 13-ü üzrə qiymət azalması, 13-ü üzrə qiymət artımı, 63-ü üzrə isə stabillik müşahidə edilib.
|
Oxumaq
25.02.10
|
| |
|
|
Əhmədinejad Qərbi hədələdi
|
Onun sözlərinə görə, təcavüzkar qüvvələr İrana zərbə vura bilməyəcək
«Təcavüzkar qüvvələr İrana zərbə vura bilməyəcək, qar topu kimi əriyən bu qüvvələrin ən qısa zamanda yox olacağını qeyd edəcəyik". İran prezidenti Mahmud Əhmedinejad ölkənin Xorasan əyalətində çıxışı zamanı belə deyib. O, Qərblə bağlı problemlər və İsrailin təhdidləri ilə bağlı şərhlər verib. "Artıq təcavüzkar qüvvələrin İrana zərbə vuracaq imkan və vasitəsi yoxdur" - deyən Əhmedinejad ABŞ, İsrail, İngiltərə, Fransa və digər bəzi müttəfiq ölkələri yazda günəşin altında əriyən qar topuna bənzədib. "İnşallah ən qısa zamanda onların yox olmasını qeyd edəcəyik, çünki bu Allahın vədidir" - deyə Əhmədinejad əlavə edib. O, İrana qarşı hər bir hücuma ən ağır şəkildə cavab verəcəklərini ifadə edib.
|
Oxumaq
25.02.10
|
| |
|
|
Çin hökumətindən qadağa
|
Vebsayt açmaq istəyənlər hökumət nəzarətçiləri ilə görüşməli olacaqlar
Çin hökuməti internet üzərində nəzarəti gücləndirərək indən belə vebsayt açmaq istəyən adamların hökumət nəzarətçiləri ilə görüşməsini şərt qoyub. Texnologiya Nazirliyinin dərc etdiyi yeni qaydalar habelə vebsayt sahiblərindən öz şəxsiyyət vəsiqələrini və şəxsi fotolarını təqdim etməyi tələb edir. Nazirlik bildirir ki, bu ölçülər onlayn pornoqrafiyaya qarşı mübarizədə yardımçı olacaq. Lakin insan haqları müdafiəçiləri son ölçüləri hökumət senzurası kimi dəyərləndirir. Çin internetdə seksual materialları, o cümlədən hakim Kommunist Partiyasına təhlükə hesab etdiyi materialları senzura edir. ABŞ internet şirkəti Google ötən ay onun email hesablarına Çindən qaynaqlanan haker hücumlarına cavab olaraq Pekinin qoyduğu senzura qaydalarına əməl etməyəcəyini bildirib.
|
Oxumaq
25.02.10
|
| |
|
|
Bütün yunanlar tətilə!
|
Onlar vergilərin artırılması və əmək haqlarının dondurulmasına etiraz edirlər
Yunanıstanda tətillər ara vermir. Dünən paytaxt Afinada minlərlə adam parlament binasına yürüş edib. Aksiyanı özəl və dövlət sektorunun həmkarlar təşkilatları təşkil edib. Yunanlar ölkədə böhran əleyhinə tədbirlərin bir hissəsi olaraq vergilərin artırılması və əmək haqlarının dondurulmasına etiraz ediblər. Maliyyə naziri Corc Papakonstantinou deyib ki, ola bilsin hökumət büdcə defisitini azaltmaq üçün əlavə tədbirlər barədə düşündü.
|
Oxumaq
25.02.10
|
| |
|
|
|
|
|
|
|