Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 24.2.2010
Səhifələr : 1 2 3 » #
Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq
«Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu tarixi həqiqət və beynəlxalq hüquq normaları sübut edir. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövləti yaradılmayacaqdır. Heç vaxt Dağlıq Qarabağ müstəqil olmayacaqdır». Azərbaycan prezidenti dəfələrlə səsləndirdiyi bu bəyanatı fevralın 23-də Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş yeni yaşayış binalarının açılışı mərasimində bir daha xatırlatdı.
Oxumaq
25.02.10  
 
Ayaqqabı atmaq dəbi
Bu dəfə Ərdoğana ayaqqabı atdılar
Oxumaq
24.02.10  
 
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni mənzillər verildi
Prezident İlham Əliyev Lökbatan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, həmçinin müharibə əlillərinə minik avtomobillərinin verilməsi mərasimində iştirak edib
Oxumaq
24.02.10  
 
Norveç klubundan yığmamızın futbolçusuna təklif
Saşa Yunisoğlu birbaşa müqavilə imzalamaq üçün çağırılıb
Oxumaq
24.02.10  
 
İki oğurluq faktının üstü açılıb
Metroda telefon, Siyəzəndə dərman oğurlanıb

Hüquq-mühafizə orqanları iki oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, mobil telefon oğrusu yaxalanıb. Saxlanılan Xırdalan şəhər sakini Nazim Heydərovdur. Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan N.Heydərov metronun "Nizami" stansiyasında Lənkəran şəhər sakini Füzuli Zamanova məxsus mobil telefonu onun cibindən oğurlamaqda təqsirləndirilir.
E.Mirzəyevə məxsus əczaxanadan oğurluq edən şəxs də tutulub. Saxlanılan Şirvan şəhər sakini Aqil Carıyevdir. A.Canıyev əvvəllər də məhkumluq həyatı yaşayıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Oxumaq
24.02.10  
 
Könüllü təhvil-təslim
İmişli rayonunda silah-sursat götürülüb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, İmişli rayon sakini Vaqif Həsənov tapdığı silah-sursatı könüllü olaraq Dəmir Yol Nəqliyyatında Polis İdarəsinə təhvil verib. Təhvil verilən 1 ədəd xaricdə istehsal olunan tapançanı, 8 ədəd gülləni və 1 ədəd güllə darağı olub.
Oxumaq
24.02.10  
 
Altı nəfər dəm qazından zəhərlənib
Onlardan biri dünyasını dəyişib

Qış mövsümü başlayandan dəm qazından zəhərlənmə faktları artmaqdadır. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, ötən gün dəm qazından zəhərlənmə ilə bağlı 6 fakt qeydə alınıb. Sumqayıt şəhərində dəm qazından zəhərlənmə ilə bağlı 5 nəfər xəstəxanaya müraciət edib. Dəm qazından zəhərlənən Sumqayıt şəhər sakini Akif Fərəcov isə dünyasını dəyişib. Şirvan şəhərində isə 1 fakt qeydə alınıb. Hər 6 fakt üzrə araşdırmalar aparılır.
Oxumaq
24.02.10  
 
"Tələbə makleri" saxlanılıb
Səbail rayon Polis İdarəsinin əməkdaşları ali məktəbə qanunsuz tələbə qəbulu etdirmək istəyən şəxsi saxlayıb. Saxlanılan Lyudmila Məmmədovadır. L.Məmmədova həmyerlisi Nərminə Süleymanovanın etimadını qazanaraq, qızını ali məktəbə qəbul etdirəcəyi adı ilə ondan 12000 dollar pul alıb. Faktla əlaqədar polisə daxil olan müraciət əsasında araşdırmaya başlanıb. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
24.02.10  
 
Ağdamda bədbəxt hadisə
Təmir işləri aparan rayon sakinini elektrik cərəyanı vurub

Ağdam rayonunda bədbəxt hadisə baş verib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə rayonun Qaradağlı kəndinin ərazisində baş verib. Kənd sakini Kərim Bağırov Rusiya Federasiyası vətəndaşı Adil Tağıyevin evində, təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
24.02.10  
 
İnsan alverçilərinin məhkəməsi başa çatıb
Yazgül Cəfərova 9 il, Kəmalə Bayramova 3 il azadlıqdan məhrum edilib

Fevralın 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə insan alverində təqsirləndirilən şəxslərin məhkəmə prosesi başa çatıb. Məhkəmə qarşısında Tovuz rayon sakinləri Yazgül Cəfərova, Bakı şəhər sakini Kəmalə Bayramova cavab verib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə ittiham olunub.
İttihama görə, Bakı şəhər sakini K.Bayramova və Tovuz rayon sakini Y.Cəfərova bir qrup şəxslə cinayət əlaqəsinə girərək gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinə apararaq onları cinsi istismara məruz qoyub. Məhkəmənin hökmü ilə Y.Cəfərova 9 il, K.Bayramova 3 il müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
24.02.10  
 
Səhifələr : 1 2 3 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •