|
|
|
Mübariz Mənsimov almaniyalı məşqçi istəyir
|
|
“Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov “Beşiktaş”a almaniyalı məşqçi gətirmək istəyir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, M.Mənsimovun nümayəndəsi Ələddin Aykaçın “Beşiktaş”ın futbol şöbəsinə təyinatından sonra İstanbul təmsilçisi ciddi islahatlara başlamaq niyyətindədir. Azərbaycanlı iş adamının vasitəçiliyi ilə bir sıra ulduzları almaq istəyən türkiyəlilər yeni baş məşqçi axtarışlarına başlayıb. Klub rəhbərliyi cari mövsüm zəif təsir bağışlayan komandanın hazırkı çalışdırıcı Mustafa Dənizlini əcnəbi mütəxəssislə əvəzləmək istəyir. Əsas namizədlər sırasında isə Herd Müller, Klaus topmöller və Tomas Dollun adı çəkilir.
|
Oxumaq
24.02.10
|
| |
|
|
İordaniya - Azərbaycan oyunu canlı yayımda
|
Azərbaycan milli komandasının İordaniya ilə keçirəcəyi yoldaşlıq oyunu canlı yayımlanacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, futbol həvəskarları fevralın 25-də İordaniyanın paytaxtı Əmmanda baş tutacaq qarşılaşmanı “İdman Azərbaycan” kanalında canlı izləyə biləcəklər. “Kinq Abdulla” stadionunda keçiriləcək görüşün yayımı “Azercell” şirkətinin sponsorluğu ilə gerçəkləşəcək. Matçın start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq.
|
Oxumaq
24.02.10
|
| |
|
|
“Fənərbaxça” şok yaşatdı
|
Türkiyə Superliqasının XXII turu sensasion nəticə ilə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” komandası öz meydanında “Bursaspor”la görüşdə azarkeşlərinə şok yaşadıb. Hərçənd oyun Kristof Daumun yetirmələri üçün əla başlayıb. “Fənərbaxça” 5-ci dəqiqədə Aleks, 21-ci dəqiqədə isə Santosun qolları sayəsində 2:0 hesabı ilə önə keçib. Fasiləyədək rəqib fərqi minimuma endirib. Matçın son dəqiqələri isə “Bursaspor”un tam üstünlüyü şəraitində keçib. Bunun məntiqi nəticəsidir ki, qonaqların oyunçusu Ozan İpek 85-ci və 90+2-ci dəqiqədə “Fənərbaxça”nın qapısına yol tapıb. Beləliklə, 2:3 hesablı məğlubiyyətə düçar olan “sarı-lacivərdlilər” ciddi zərbə alıblar. Hazırda turnir cədvəlinə 47 xalla “Qalatasaray” başçılıq edir. Liderdən 2 xal geri qalan “Fənərbaxça” ikinci pillədə qərarlaşıb. “Bursaspor” isə qələbə sayəsində 3-cü yerə (43 xal) yüksəlib və ehtiyatda bir oyunu da var.
|
Oxumaq
24.02.10
|
| |
|
|
Foqts yığmamıza görə minnətçi düşdü
|
|
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Avro-2012-nin seçmə mərhələsindəki rəqiblərin nümayəndələrinə minnətdarlığını bildirib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 64 yaşlı alman mütəxəssis Frankfurt şəhərində təqvimin müzakirəsi ilə bağlı tədbirdə Ramazan ayında yalnız bir oyun keçirmək istəklərini açıqlayıb. Adətən belə müzakirələrdə favoritlərin sözü həlledici olur ki, bunu yaxşı başa düşən B.Foqts öz istəyinə nail olmağın çətinliyini etiraf etmişdi. Ancaq təcrübəli çalışdırıcı komandasını Ramazan ayında bir oyuna - sentyabrın 7-də həmyerliləri ilə səfər görüşünə çıxacaq. B.Foqts istədiyinə çatdığı üçün Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan nümayəndələrinə təşəkkür edib.
|
Oxumaq
24.02.10
|
| |
|
|
Keşikçi itləri
|
Öz hesabatlarında Azərbaycana da gen-bol yer ayıran bu «keşikçi itləri» hansılardır? “Human rights Watch”, “Freedom House”, “Article 19”, CPJ (Committee Protect Journalists), “Amnesty International” və s.
İngilis dilində maraqlı bir söz, daha doğrusu, dəbə düşmüş ifadə var – “watchdogs”, onun dilimizdə qarşılığı “keşikçi itləri” anlamına gəlir. Söhbət küçə, ov, ya da ki, çoban itlərindən getmir. Sadəcə olaraq, dünyada hüquq müdafiə qrupları, ictimai rəyi öyrənən media təşkilatları belə adlandırır. Bu təsnifatda hansısa təşkilatın yer alması onun missiyasından xəbər verir və heç biri “watchdog” adlandırılmasını özü üçün təhqir hesab etmir, əksinə...
|
Oxumaq
24.02.10
|
| |
|
|
İranın təxribatlar ssenarisi
|
Hacı Sultanəli məscidindən ibadətdən çıxan bir qrup şəxsin heç kimin gözləmədiyi halda aksiya keçirməyə cəhd göstərməsinin İranın təxribatı olduğu gün kimi aydın idi
Fevralın 13-də Hacı Sultanəli məscidindən ibadətdən çıxan bir qrup şəxsin heç kimin gözləmədiyi halda aksiya keçirməyə cəhd göstərməsi müxtəlif fikirlərin yaranmasına yol açsa da, bunun İranın təxribatı olduğu gün kimi aydın idi. Həm səslənən şüarlardan, həm də aksiya iştirakçılarının radikallığından İranın dəst-xəttini sezmək üçün ekspert olmaq lazım deyildi. Əslində nə baş vermişdi?
|
Oxumaq
24.02.10
|
| |
|
|
|
|
|