Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 23.2.2010
Səhifələr : 1 2 » #
Azadlığın çərçivəsi
Azadlıqdan sui-istifadə, daha doğrusu, onun anarxiya kimi başa düşülməsi hətta demokratiyanın beşiyi – Avropadan gəlmiş həmkarlarımızı heyrətləndirmişdi...

- Hansısa məmuru və ya tanınmış adamı çimərlikdə görsək, şəklini çəkib qəzetə verə bilərik?

- Mənbəni açıqlamayıb kiminsə sərvəti barədə, ya da rüşvət alması haqqında yaza bilərik?
Bu sualları hardasa üç il əvvəl iştirak etdiyim beynəlxalq seminarda Azərbaycan jurnalistləri İrlandiyadan gəlmiş həmkarlarına ünvanlayırdılar.
Oxumaq
23.02.10  
 
Cənnətdə fəlakət
Portuqaliyanın Madeyra adasında yerli sakinlər və turistlərin çoxu ərzaqsız və susuz qalıb

Fevralın 20-də tüğyan edən fırtınalar və torpaq sürüşmələrində ən azı 38 nəfərin həlak olduğu xəbər verilən Portuqaliyanın Madeyra adasına xüsusi xilasetmə dəstələri göndərilib. Bütün sahil boyunca daşqınlar və torpaq sürüşmələri adanın paytaxtı Funçalda güclü dağıntılara səbəb olub. Portuqaliyanın baş naziri adaya səfər edərək, bütün lazımi yardımın göstəriləcəyini bildirib.
Madeyra iyirmi ildən bəridir ki, belə dəhşətli fırtınaya məruz qalmamışdı. Yollar bağlanıb, evlər və körpülər darmadağın olub, elektrik kabelləri qırılıb. Həm yerli sakinlər, həm də turistlərin çoxu ərzaqsız və susuz qalıb.
Denis Fretas ən dağıdıcı təsirə məruz qalmış paytaxt Funçalda yaşayır. O bildirib ki, indi paytaxt “ruhlar şəhəri”ni xatırladır: “Bu qədər çox sayda yolun bağlanması səbəbindən indi bunların təmizlənməsi və hər şeyin yenidən tikilməsinə uzun müddət vaxt tələb olunacaq. Yerli sakinlərin və turistlərin gəzməyi xoşladıqları dəniz sahilindəkı bulvar tamamilə suya qərq olub”.
Adaya baş çəkən baş nazir Xose Sokrates dağıntıların miqyasından sarsıldığını deyib: “Birincisi, mən buraya Madeyra şəhəri və madeyralılarla həmrəyliyimizi nümayiş etdirmək üçün gəlmişəm. Biz bura köməyə gəlmişik, bu vəziyyəti aradan qaldırmaq üçün lazım olan hər bir yardımı göstərəcəyik”.
Oxumaq
23.02.10  
 
"BMW" və "Yiquli" toqquşub
İki nəfər dünyasını dəyişib

Ötən gün Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Qax rayonu ərazisində, rayon sakini Əlləz Rəcəbovun idarə etdiyi "VAZ-2106" markalı və Bakı şəhər sakini Zaur Məmmədovun idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşub. Nəticədə Ə.Rəcəbov və sərnişini - arvadı Maya hadisə yerində dünyasını dəyişib. Xəsarət alan Z.Məmmədov və sərnişinləri - Eldar İsmayılov və Fərid Zülümova isə xəstəxanaya yerləşdirilib. Hər üç yaralı ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı DİN BDYPİ tərəfindən araşdırma aparılır.
Oxumaq
23.02.10  
 
Narkotik alverçisi saxlanılıb
Əbülfət Fərəcovdan 4 kiloqram 855 qram həşiş qətranı götürülüb

Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik alverçisi saxlanılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Pəlikəş kənd sakini Əbülfət Fərəcovdur. Ə.Fərəcovdan külli miqdarda - 4 kiloqram 855 qram narkotik vasitə olan həşiş qətranı götürülüb. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
23.02.10  
 
Saxta pulların satışı ilə məşğul olan dəstə zərərsizləşdirilib
Dəstə üzvlərindən 500 ədəd 100 manatlıq saxta əskinas götürülüb

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxta pul əskinasları satışı ilə məşğul olan dəstə zərərsizləşdirilib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, dəstə üzvləri metronun "Gənclik" stansiyasının yaxınlığında ələ keçib. Belə ki, Lökbatan qəsəbəsində yaşayan Azər Abdullayev, Vüsal Salmanov, Şamaxı şəhər sakinləri Vüqar Yolçuyev və əvvəllər məhkum olunan İntizam İsayev 500 ədəd 100 manatlıq saxta əskinasları, ümumilikdə 50.000 manatı 20.000 manata satarkən tutulublar. V.Yolçuyevə məxsus "Tofash" markalı avtomaşına baxış zamanı əlavə 1 ədəd 20 manatlıq saxta əskinas və 1 ədəd bıçaq aşkar edilərək götürülüb. İ.İsayevin Şamaxı şəhərində yaşadığı evə baxış zamanı qeyd olunan saxta əskinasların çap edilməsi üçün istifadə olunan xüsusi avadanlıqlar, rənglər və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Faktla əlaqədar BMCMİ-nin İstintaq şöbəsində cinayət işi başlanılıb və istintaq hərəkətləri aparılır.
Oxumaq
23.02.10  
 
Bir gündə 23 cinayət
Mobil telefon oğrusu yaxalanıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 23 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 11-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş verən 3 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb. Gün ərzində 8 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 17 nəfər saxlanılıb.
Oxumaq
23.02.10  
 
Sumqayıtda törədilən qətllə bağlı rəsmi məlumat yayılıb
Cinayət işi DİN və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun icraatına götürülüb

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu fevralın 20-də Sumqayıt şəhərində baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxs tərəfindən valyutadəyişmə məntəqəsində işləyən Vüqar Balayev "Makarov" tipli tapança ilə qəsdən öldürülüb. Onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 29,120.2.5 (tamah məqsədi ilə adam öldürməyə cəhd), 29, 120.2.7 (İki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə başlanılıb. Cinayət işi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun icraatına götürülüb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxumaq
23.02.10  
 
Binəqədi rayonunda partlayış
Bir nəfər dünyasını dəyişib

Binəqədi rayonu ərazisində qaz sızmasından baş verən partlayış ölümlə nəticələnib. Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytının yaydığı məlumata görə, səhər saat 05:39-da "112 zəng mərkəzi"nə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, 119-cu korpus ünvanında ümumi sahəsi 255 kvadratmetr olan ikimərtəbəli binada yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilərək, aidiyyati qurumlar məlumatlandırılıb. Hadisə yerindən verilən ilkin məlumata əsasən, partlayış nəticəsində binanın 75 faizi dağıntıya məruz qalıb, taxta materiallar 3 kvadratmetr sahədə yanıb. Yanğın saat 06:00-da söndürülüb.
Oxumaq
23.02.10  
 
Rail Rzayevin yavəri məhkəmə qarşısında
Cinayət işi hakim İslam Neymanovun icraatına verilib

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin qətli ilə bağlı toplanan cinayət işinin materiallarının bir hissəsi məhkəməyə göndərilib. Cinayət işi Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi İslam Neymanovun icraatına verilib. Amma hazırlıq iclasının vaxtı isə hələlik müəyyənləşməyib.
Məhkəmə qarşısında mərhum R.Rzayevin yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev cavab verəcək. A.Rəfiyev və A.Haşımov 2009-cu il fevralın 11-də, R.Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 000 avro məbləğində pul oğurlayıblar. Bundan əlavə, A.Rəfiyevin əməkdaşlıq etdiyi "Aztol Telekom" MMC-də satış üzrə menecer vəzifəsində çalışdığı müddətdə şirkət rəhbərliyinin icazəsi və razılığı olmadan ona etibar edilmiş ümumi dəyəri 11 710 manat olan 18 ədəd mobil telefonu mənimsədiyi məlum olub.
Oxumaq
23.02.10  
 
Ömürlük azadlıqdan məhrum edilən şəxsin apellyasiya şikayətinə baxılacaq
Mürsəl Mahmudov həyat yoldaşını və iki azyaşlı övladını qətlə yetirib

Fevralın 23-də Gəncə Apelyasiya Məhkəməsində hakim Çingiz Məmmədovun sədrliyi ilə həyat yoldaşını və iki uşağını xüsusi amansızlıqla qətlə yetirən şəxsin apelyasiya şikayətinə baxılacaq. Məhkəmə qarşısında Kəlbəcər rayon sakini Mürsəl Mahmudov cavab verəcək. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə (120.2.7), təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə),120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham olunub.
Oxumaq
23.02.10  
 
Səhifələr : 1 2 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •