|
|
|
Yuşşenko Timoşenkonu ittiham etdi
|
Onun sözlərinə görə, baş nazir vəzifəsini qorumaq üçün çox şeyə hazırdır
Ukrayna prezidenti Viktor Yuşşenko baş nazir Yuliya Timoşenkonun Viktor Yanukoviçin prezidentliyi dönəmində də hökumətə başçılıq etməyə çalışdığını bildirib. Yuşşenko Timoşenkonun vəzifəsini qorumaq üçün «çox şeyə hazır olduğunu» söyləyib: «Hazırda o çalışır ki, Yanukoviç bezərək buna razılıq versin». Yuşşenko bildirib ki, tərəflərin qarşılıqlı razılığa gələ bilməsi mümkündür: «Timoşenko baş nazir kimi qala, bunun əvəzində Yanukoviçin prezidentliyini tanıya bilər. Mən istəmirəm ki, Ukrayna xalqı prezident seçkisinin birinci və ikinci turunda olduğu kimi, yenə səhv etsin. Qoy hamı hər şeyi bilsin».
|
Oxumaq
23.02.10
|
| |
|
|
Səudiyyə Ərəbistanı qadınlara münasibəti dəyişir
|
Zərif cinsin nümayəndələrinə məhkəməyə çıxmaq hüququ veriləcək
Səudiyyə Ərəbistanı qadın hüquqşünaslara ilk dəfə məhkəməyə cıxmaq haqqı verən yeni qanunun qəbul edilməsini planlaşdırır. Hal-hazırda qadın hüquqşünaslar yalnız hökümət idarələri və məhkəmə zallarının arxa fonunda işləyə bilərlər. Səudiyyə Ərəbistanında qadınların rolu yavaş-yavaş dəyişməkdədir. Belə ki, ictimai həyatda qadınlar və kişilər arasındakı ciddi ayrı-seçkilik indi bir qədər yumşalmaqdadır. Hətta bədnam nüfuzuna görə tanınmış dini polisin üzvləri belə İslam qanunlarının, onların bir çox illər ərzində tətbiq etdiyi kimi, cəmiyyətin cinsiyyətə görə bölünməsini tələb etmədiyni deyirlər. Onların təklif etdiyi yeni qanun indi bu prosesin bir hissəsidir.
|
Oxumaq
23.02.10
|
| |
|
|
Çaves İngiltərəni hədələdi
|
O, müharibə başlayarsa, Argentinanı müdafiə edəcək
Argentinanın tarixi torpaqları olan və İngiltərənin 1933-cü ildə işğal etdiyi Folklend adaları ətrafında gərginlik növbəti mərhələyə qədəm qoyub. BBC-nin yaydığı məlumata görə, İngiltərənin bu adalarda neft çıxarmağa hazırlaşmasına Argentinanın neft boruları daşıyan bir gəmini özünə məxsus limanda həbs etməklə sərt reaksiya verməsi növbəti qarşıdurma təhlükəsinin ciddiliyindən xəbər verir. Argentina 1982-ci ildə başlayan və iki ay davam edən müharibədə İngiltərəyə uduzsa da, Folklend adalarını yenə də öz torpaqları sayır və 60 milyard barel neft ehtiyatlarının olduğu təxmin edilən bu adalarda neft hasilatına başlanmasına cəhd göstərilməsini yolverilməz hal kimi qiymətləndirir.
|
Oxumaq
23.02.10
|
| |
|
|
|
|
|