|
|
Səhifələr : 1
|
Medvedyev hərəkətə keçdi
|
Rusiya prezidenti hüquq-mühafizə orqanlarında köklü islahatlara başlayıb
Polis sistemində korrupsiya və özbaşınalıqlarla bağlı çoxsaylı qalmaqallardan sonra Rusiya prezidenti Dmitri Medvedyev sistemdə islahat aparmağı qərara alıb. Medvedyev Daxili İşlər nazirinin iki müavini və 16 regionun polis rəsini işdən çıxarıb. Ötən gün keçirilən müşavirədə Daxili İşlər Nazirliyindıəki ciddi ixtisarları da elan edib. Rusiya prezidenti sistemdə nizam-intizamın artırılması və korrupsiyayala sərt mübarizə edilməsini tapşırıb. Rusiya prezidentinin islahatlar paketinə görə, Daxili İşlər Nazirliyinin mərkəzi aparatına tabe olan işçilərin sayını iki dəfə azaltmaq və 10 minə salmaq, polisin səlahiyyətlərini azaltmaq, 2012-ci ilə qədər bütün polislərin 20 faizini ixtisar etmək və polisdə xidmətə götürmə qaydalarını dəyişdirmək nəzərdə tutulur. Medvedyev keçirdiyi müşavirədə polisin özünün qarışdığı cinayətlərə xüsusilə toxunub və bildirib ki, cinayət əməllərinə qarşıan polislər xüsusilə amansız şəkildə cəzalandırılmalıdır. Son vaxtlar Rusiya polisində özbaşınalıq faktları cəmiyyətdə ciddi əks-səda yaratmışdı.
|
Oxumaq
20.02.10
|
| |
|
|
Hansı evlər qanunsuz sayılır?
|
Elektrik xətləri və stansiyalarının, avtomobil yollarının mühafizə zolağının sərhədləri
Bakıda və ətraf ərazilərdə qanunsuz tikililərlə bağlı problemlər bitib-tükənmir. Az qala hər gün paytaxtın hansısa ərazində qanunsuz evlərin söküldüyü barədə məlumatlar gəlir. Heç bir rəsmi icazə almadan, əslində isə yerli məmurların “bığının altından keçən” zərərçəkənlər isə çıxış yolunu müvafiq qurumların qarşısında etiraz aksiyalarının keçirməkdə görür. Rəsmi qurumların qanunsuz hesab etdikləri evlərinin sökülməməsi üçün hətta Avropa Məhkəməsinədək gedib çıxanlar da var. Hansı tikililər rəsmən qanunsuz hesab olunduğuna dair araşdırma apardıq. Bunun üçün Nazirlər Kabinetinin müvafiq qərarlarını, Mülki Məsələn, Tikintiyə Nəzarət Qaydaları və digər qanunverici aktları nəzərdən saf-çürük etmişik. Məlum olub ki, hansısa tikinti işlərini aparmaq üçün ilk növbədə torpağın mülkiyyət sənədi və tikintiyə razılıq barədə icra hakimiyyəti orqandan sərəncam almalıdır.
|
Oxumaq
20.02.10
|
| |
|
|
ABŞ-Çin gərginliyi
|
Obamanın Dalay Lamanı qəbul etməsi Pekində narazılıq yaradıb
Çin hökumətinin etirazlarına baxmayaraq, Birləşmiş Ştatlar prezidenti Barak Obama Ağ Evdə Tibetin dini lideri Dalay Lama ilə görüşüb. Məlumatda Barak Obamanın Vaşinqtona gələn Dalay Lamanı adətən prezidentin rəsmi görüşlər keçirdiyi Oval Ofisdə deyil, Ağ Evdəki Xəritə Otağında qəbul etdiyi deyilir. Ağ Evin sözçüsünün dediyinə görə, orada şəkillər çəkmək üçün jurnalistlərin daxil olmasına icazə verilməyib. Lakin o, Ağ Evin görüşdən bir şəkil açıqlayacağını deyib. ABŞ prezidentinin Dalay Lama ilə görüşməsi xəbəri Çini hiddətləndirmiş və keçən həftə Çin təcili olaraq bu görüşün təxirə salınmasına çağırmışdı.
|
Oxumaq
20.02.10
|
| |
|
|
«Pasport qalmaqalı» səngimir
|
İsrail səfiri Britaniya XİN-ə çağrılıb
Britaniya ilə İsrail arasında qalmaqal səngimək bilmir. Rəsmi London İsrail səfirini Xarici İşlər Nazirliyinə dəvət edərək, Dubayda «Həmas»ın yüksək rütbəli hərbi rəhbərinin qatilləri tərəfindən saxta Britaniya pasportlarından istifadə edilməsini müzakirə edib. Səfir Ron Prosorla görüşdən sonra Britaniyanın xarici işlər naziri Devid Milibənd deyib ki, Britaniya İsraildən hadisənin istintaqı ilə bağlı tam əməkdaşlıq etməsini gözləyir. Baş nazir Qordon Braun isə altı britaniyalı-israillinin adlarını daşıyan, lakin şəkilləri sənədə daxil edilməyən pasportların haradan əldə edilməsinin araşdırılmasını əmr edib. Dubay polisi bildirib ki, 11 "Avropa ölkələrinin pasportlarını daşıyan casus" yanvar ayında fələstinli silahlı Mahmud əl-Məbhuhu qətlə yetiriblər. İsrail bildirib ki, qətlin Mossad məxfi xidmətilə əlaqəsinin olmasına dair heç sübut yoxdur. Bu ölkənin xarici işlər naziri Aviqdor Liberman təhlükəsizlik məsələlərində "çoxmənalılıq siyasətini" əsas gətirərək, iddiaları rəsmi surətdə təkzib etməkdən imtina edib.
|
Oxumaq
20.02.10
|
| |
|
|
Nigerdə hərbi çevriliş
|
Prezidenti Mamadu Tandji həbs edilib
Nigerin paytaxtı Niameydə hərbiçilər hücumla prezident sarayını ələ keçirib. Prezidenti Mamadu Tandjinin paytaxt Niameydən 20 kilrometr aralıdakı hərbi qarnizonda saxlandığı bildirilir. İlkin məlumatlara görə, prezident qvardiyası çevriliş cəhdinin qarşısını almaq istəyib. Lakin onlar hərbçilərin qarşısını ala bilməyiblər. Atışma nəticəsində ən azı 10 nəfər yaralanıb. Ərəb telekanallarının yaydığı xəbərə görə ölkə prezidenti Mamadu Tandji hazırda hərbçilərin əlindədir. "BBC"nin yaydığı məlumata görə, hərbçilər onu və bir neçə naziri prezident sarayında tutublar. Hadisə Nazirlər Sovetinin iclası zamanı baş verib. Məlumata görə, mayor Salun Cibonun başçiliq etdiyi xunta hakimiyyəti ələ keçirib. Özlərini «Demokratiyanın bərpa olunması üzrə Ali şura» adlandıran qiyamçılar ölkənin quru və hava sərhədlərinin bağlandığını elan ediblər.
|
Oxumaq
20.02.10
|
| |
|
|
Texasda təyyarə qəzası
|
Şəxsi təyyarə böyük magistral yol yaxınlığındakı 7 mərtəbəli binaya çırpılıb
ABŞ-ın Texas ştatının Ostin şəhərində kiçik şəxsi təyyarə böyük magistral yol yaxınlığındakı 7 mərtəbəli binaya çırpılıb. Rusiya KİV-nin yaydığı məlumata görə, ABŞ Federal Vergi Xidmətinə məxsus binada 119 nəfər işçi var. Təyyarənin çırpılması ilə bina yanmağa başlayıb, 2 nəfər dəm qazından zəhərlənib. Təyyarənin salonunda olan insanlar ölüblər. Maraqlı məqam odur ki, təyyarə daha sonra Federal Təhqiqatlar Bürosunun yaxınlıqda yerləşən binasına da çırpılıb. İlkin məlumata görə, təyyarə pilot tərəfindən bilərəkdən 7 mərtəbəli binaya istiqamətləndirilib. Məqsəd təyyarəni magistral yola endirmək imiş. Məsələ ilə bağlı araşdırma aparılır.
|
Oxumaq
20.02.10
|
| |
|
|
60 yaşın zirvəsi
|
Əsrlərin sınağından keçən xalq mahnıları, muğamları qorumağı özünə borc bilən sənətkarlardan biri də Xalq artisti, sevimli xanəndəmiz Ağaxan Abdullayevdir
Xalqın yaddaşı onun musiqisində qorunur. Hər mahnı bir insan qəlbinin tərcümanı olsa da, hər ifaçının səsi, nəfəsi ilə təzələnir, Allahın bəxş etdiyi ilahi bir avazla yenidən doğulub dilə gəlir bu nəğmələr. Xalqın adına yazılan nəğmələrdə hər kəs öz könül çırpıntılarını eşidə, öz ruhunu onlara köçürə bilir. Bu mahnılarda insanların zaman-zaman yaşadıqları ağrı-acılar da var, möhnət də, hicran da, sevgi də, fərəh də. Əsrlərin sınağından keçən bu mahnıları, muğamları qorumağı özünə borc bilənlərdən biri də Xalq artisti, sevimli xanəndəmiz Ağaxan Abdullayevdir.
|
Oxumaq
20.02.10
|
| |
|
|
“Qarabağ problemi yalnız Azərbaycanın gücü ilə həll edilə bilməz”
|
Mübariz Qurbanlı: “Təcavüzkara lazımi səviyyədə sanksiyalar tətbiq olunmalıdır”
Bu il yanvarın 1-dən ATƏT-ə sədrlik etməyə başlayan Qazaxıstan "dondurulmuş münaqişələr"in həllinə xüsusi diqqət yetirir. Təşkilatın fəaliyyətdə olan yeni sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev bugünlərdə regiona səfəri çərçivəsində ilk olaraq Azərbaycanda olub və bu səfərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, 2010-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili olacaq. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi bir dövlətin iradəsi ilə həll edilə bilməz.
|
Oxumaq
20.02.10
|
| |
|
|
“Əvvəlcə türklər müzakirələrə başlasınlar”
|
Ermənilər protokolları müzakirəyə çıxarmaq istəmirlər
Dünən Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi erməni-türk protokollarını nəzərdən keçirib. Komissiyanın qərarı ondan ibarət olub ki, məsələyə dair komissiyanın yekun rəyi olmazsa, protokollar parlamentin müzakirəsinə çıxarılmasın. Komissiyanın sədri Armen Rüstəmyanın sözlərinə görə, komissiya adından parlamentin spikeri qarşısında protokolların bütün fraksiyalarda müzakirə edilməsi məsələsini qaldıracaq: «Biz bütün fraksiyaların nümayəndələrindən ibarət işçi qrupun yaradılmasına razılıq verdik. İşçi qrup fevralın 22-nə kimi erməni-türk protokollarının müzakirəsi ilə bağlı dəqiq prosedur müəyyən etməlidir» - deyə o bildirib. 5 fraksiyanın üzvlərinin daxil olduğu qrupun yaxın vaxtlarda protokolların müzakirəsi formatını müəyyənləşdirməsi nəzərdə tutulub. Komissiya sədri qrup üzvlərinə tapşırıb ki, onlar bazar ertəsinədək məsələnin parlamentdə müzakirəsinə razı olub-olmadıqlarını müəyyənləşdirsinlər.
|
Oxumaq
20.02.10
|
| |
|
|
|
Səhifələr : 1
|
|