Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 2.2.2010
Səhifələr : 1 2 3 4 » #
Milli Məclisin yaz sessiyası başladı
Deputatlar Qazaxıstanla vizasız gediş-gəlişi nəzərdə tutan sazişi ratifikasiya etdilər

Dünən Milli Məclisin yaz sessiyası işə başladı. Sessiyanı açıq elan edən spiker Oqtay Əsədov qeyd etdi ki, parlamentin payız sessiyası çox məhsuldar keçib. Sessiya çərçivəsində deputatlar 80-nə yaxın qanun və qərar qəbul ediblər. Millət vəkilləri sessiya çərçivəsində 21 ölkəyə 40 dəfə səfər ediblər. Eyni zamanda, müxtəlif beynəlxalq təşkilatların 15 nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Millət vəkilləri Özbəkistanda keçirilən parlament seçkilərini və Ukraynadakı prezident seçkilərini müşahidə ediblər.
O.Əsədov dedi ki, Milli Məclisin yaz sessiyasının iş planı da kifayət qədər gərgindir. Hazırlanmış iş planına 22 məsələ daxil edilib. Sessiya çərçivəsində Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı, 2009-cu ilin büdcəsinin icra vəziyyəti, Hesablama Palatasının və bələdiyyələrin işinə inzibati nəzarəti həyata keçirən orqanın hesabatları dinləniləcək.
Oxumaq
02.02.10  
 
38 günlük fasilə bitdi
"Neftçi" çətin marafona başlayır

Premyer Liqada 38 günlük fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, XVIII milli çempionatda mübarizə həlledici mərhələyə qədəm qoyur. "Altılığ"a düşən komandaların adları məhz son 5 turda müəyyənləşəcək.
İddiaçıların əksərinin XVIII turda zəif rəqiblərlə görüşəcəyini nəzərə alsaq, işləri asan olacaq. Hər halda, "Bakı", "Simurq", "Xəzər-Lənkəran" və "İnter"in bu turda qələbə qazanmaq şansı böyükdür. Hələ də "altılığ"a düşmək ümidini itirməyən "Olimpik-Şüvəlan" üçün "Qəbələ" ilə görüş son şansdır. Yəni, "təyyarəçilər" turnir cədvəlində onları 8 xal qabaqlayan rəqibini evdə yenə bilməsə, "altılıq" arzularının üstündən birdəfəlik xətt çəkə bilər. Elə qəbələlilər üçün də bugünkü oyunda xal itkisi yolverilməzdir.
Ramiz Məmmədovun çalışdırdığı komanda qələbə qazanmayacağı halda, əsas rəqiblərindən xal baxımından bir qədər də geri qalmaqla, işini lap çətinləşdirəcək. Üstəlik, "Qəbələ"nin "Olimpik-Şüvəlan"la haqq-hesabı da var. Axı komandanı ölkə kubokunda mübarizədən məhz "təyyarəçilər" kənarlaşdırıb.
Oxumaq
02.02.10  
 
Hər şeyi və heç nəyi olmayan ölkə
Və yaxud zəlzələdən əvvəl dağılmış Haiti

Haitidə baş verən zəlzələdən 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, zəlzələnin fəsadları hələ də yaşanmaqdadır. Bu ölkənin sakinləri çaxnaşma içində beynəlxalq yardım gözləyirlər. Paytaxt Port-o-Prensi tamamilə dağıdan zəlzələ ölkə əhalisinin 1/3-ni - 3 milyon adamı evsiz-eşiksiz qoyub. Onsuz da kasıb dövlət olan Haitidə indi əsl böhran yaşanır, həyat üçün lazım olan heç nə çatışmır.
Problem bundadır ki, Haitidə beynəlxalq yardımları alacaq gücə malik aeroport yoxdur. Ölkədə onsuz da çox yayılan yoluxucu xəstəliklərin, xüsusən də malyariya, yatalağın artma riski var...
Bu məlumatlar Haiti ilə ətraflı tanış olmağa sövq etdi. Beləliklə, Karib dənizi hövzəsində yerləşən bu ölkəni yaxından tanımaq pis olmaz...
1650-ci ildə Karib dənizi hövzəsinə gələn fransız quldurlar bu ərazinin liman kimi çox əlverişli olduğu qənaətinə gəlirlər. İlk müstəmləkə qəsəbəsi olan Try-Borde getdikcə inkişaf edir, ticarətini genişləndirir, böyük qul mərkəzinə çevrilirdi. Burada tikilən ilk böyük tikili hospital olur.
Oxumaq
02.02.10  
 
Dumanlı və çiskinli hava davam edəcək
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloyi Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq.
Fevralın 3-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin qeydə alınacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.
Oxumaq
02.02.10  
 
Avropa İttifaqı Azərbaycanla viza reyimini sadələşdirmək barədə danışıqlara başlayacaq
Polşa XİN rəsmisi Ancey Çeşkovski "Gazeta Wyborcza"ya müsahibəsində Avropa İttifaqının Azərbaycanla viza reyimini sadələşdirmək barədə danışıqlara başlamaq niyyətində olduğunu bildirib. APA-nın məlumatına görə, A.Çeşkovski "Şərq tərəfdaşlığı" layihəsinin Avropa İttifaqının digər təşəbbüslərinə nisbətən daha sürətlə inkişaf etdiyini bildirib. "Tərəfdaşlığın məqsədi postsovet məkanının 6 ölkəsinin Avropa İttifaqı ilə daha da yaxınlaşmasıdır. Prosesdə iştirak edən bütün qurumlar müvafiq proqramları həyata keçirirlər. Bu yaxınlaşma siyasi birlik, bu ölkələrin iqtisadiyyatlarının Avropa İttifaqına inteqrasiyası və orada Aİ standartlarının tətbiqi vasitəsilə həyata keçirilməlidir və sonda qarşılıqlı olaraq vizaların götürülməsinə gətirib çıxarmalıdır" - deyə XİN rəsmisi qeyd edib.
Oxumaq
02.02.10  
 
Xocalı faciəsi insanlığa qarşı cinayət kimi tanınıb
İslam Konfransı Təşkilatının Parlament Birliyi "Xocalıya Ədalət" beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edib. İKT Gənclər Forumunun İstanbulda yerləşən baş qərargahından APA-ya verilən məlumata əsasən, Uqandanın paytaxtı Kampala şəhərində keçirilən 6-cı sessiyaya 51 dövlətin parlament rəhbərləri və nümayəndə heyətləri qatılıb. Konfransda qurumun Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə "İKGF ilə İKT PB arasında əməkdaşlıq" haqqında qətnamə qəbul olunub. İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "insanlığa qarşı cinayət" kimi qiymət verilib. Qətnamədə "Xocalıya Ədalət" kampaniyasına tam dəstək ifadə olunub, quruma üzv olan 51 dövlətin parlamenti bu faciəni insanlığa qarşı cinayət kimi tanımağa və kampaniyaya həm milli, həm də beynəlxalq səviyyələrdə dəstək verməyə çağırılıb.
Oxumaq
02.02.10  
 
QHT-lərə Dövlət Dəstəyi Şurası yeni ünvana köçüb
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ünvanı dəyişib. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, artıq şuranın yeni ünvana köçməsi başa çatıb və qurum tam şəkildə fəaliyyətini davam etdirir. Şuranın yeni binası Fikrət Əmirov küçəsi, 1 ünvanında yerləşir. Məlumata görə, yeni ofisdə fəaliyyət imkanları daha geniş olacaq.
Oxumaq
02.02.10  
 
"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişikliklər edilib
Milli Məclisin dünənki iclasında "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, sənəd haqqında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov məlumat verib. Komitə sədri deyib ki, qanuna təklif olunan əlavə və dəyişikliklərdə mədəniyyət abidələrinin özəlləşdirlib-özlləşdirilə bilməməsinə aydıblıq gətirlir: "Elə abidələr var ki, onlar yerli əhəmiyyətli olsa da, özəlləşdirilməsinə və səmərəli istifadə olunmasına icazə verilmirdi. Qanuna təklif edilən əlavə və dəyişiklik bu problemi aradan qaldırır".
Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olunub.
Oxumaq
02.02.10  
 
İranın viza reyiminin ləğvi qərarı yurnalistlərə şamil edilməyəcək
"İran Azərbaycan ərazi bütövlüyü və suverenliyinə hörmət edir". APA-nın məlumatına görə, bu fikirləri Bakıda səfərdə olan İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi söyləyib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yurnalistlərin suallarını cavablandıran nazir müavini bildirib ki, bölgədə olan problemlər ancaq regional güclər tərəfindən həll oluna bilər: "Kənar güclər bu məsələdə yalnız öz maraqlarını güdürlər".
Qeyd edək ki, H.Qaşqavi dünən Bakıda İranın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında iştirak edib. Bu binada səfirliyin konsulluq, mədəniyyət və mətbuat şöbələri yerləşəcək. Nazir müavini bildirib ki, Azərbaycana səfərində məqsəd səfirliyin binasının açılış mərasimində iştirak etmək, Ayətullah Xomeyninin 31 il əvvəl Fransadan İrana qayıdışının ildönümü ilə bağlı tədbirə qatılmaqdır. İrana səfər edəcək Azərbaycan vətəndaşları üçün viza reyiminin ləğvi ilə bağlı qərarın fevralın 1-dən qüvvəyə mindiyini deyən XİN rəsmisi Bakıda Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəyini də bildirib.
Oxumaq
02.02.10  
 
İtaliya Minsk qrupunun həmsədri olmaq istəyir
İtaliya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədri olmaq istəyir. Bu barədə Milli Məclisin dünən keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verdi. O qeyd etdi ki, bu təkliflər Azərbaycan parlamentinin nümayəndə heyətinin İtaliyaya səfəri zamanı səsləndirilib. Keçirilən görüşlərdə azərbaycanlı deputatlar regiondakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların gedişi barədə məlumat veriblər. Öz növbəsində italiyalı parlamentarilər qeyd ediblər ki, ölkələri Minsk qrupunun üzvü kimi danışıqlar prosesinin intensivləşdirilməsində maraqlıdır.
Oxumaq
02.02.10  
 
Səhifələr : 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •