|
|
|
Azərbaycan Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edəcək
|
|
Fevralın 10-dan 14-nə qədər Belarusun paytaxtı Minsk şəhərində XVII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yarmarkada Azərbaycanı təmsil etmək məqsədi ilə xüsusi stend icarəyə götürülüb. Sərgidə son illərdə ölkəmizdə işıq üzü görən, zəngin məzmuna və yüksək poliqrafik keyfiyyətə malik 100-dən çox kitabın nümayişi nəzərdə tutulub. Azərbaycan, Qarabağ həqiqətləri və nəşrlərimiz haqqında ziyarətçilərə məlumat vermək üçün Mədəniyyət və Turizm Nazirliyinin kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərov, Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi Elbəy Əli, "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarov, "E.L." nəşriyyatının direktoru Cəfər Bağırov və "Şirvannəşr" nəşriyyatının direktoru Qəşəm İsabəylidən ibarət heyət də Minsk şəhərinə ezam olunacaq.
|
Oxumaq
02.02.10
|
| |
|
|
"Bu meydan, bu ekran-2010" kino layihəsinə start verildi
|
Kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, yüksək səviyyəli filmlər yaratmaq, eləcə də kinematoqrafçıların diqqətini uşaq mövzusuna cəlb etmək, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi yanvarın sonundan başlayaraq aprelin 15-dək gənc kinematoqrafçılar üçün "Bu meydan, bu ekran-2010" kino layihələri müsabiqəsi elan edib. Nazirliyin mətbuat əlaqələndiricisinin məlumatına görə, müsabiqəyə işləri film istehsalı ilə məşğul olan dövlət və müstəqil studiyalar, şirkətlər təqdim edə bilər. Münsiflər heyətinin rəyi əsasında ikisi uşaq mövzusunda olmaq şərti ilə beş ən yaxşı layihə müəyyən ediləcək. Qalib layihələr onları təqdim etmiş şirkətlərdə bu il ərzində dövlət sifarişi ilə istehsalata buraxılacaq.
|
Oxumaq
02.02.10
|
| |
|
|
Səidə Quliyeva yeni filmə çəkilir
|
Aktrisaya baş rol həvalə edilib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Səidə Quliyeva yeni filmdə çəkilib. Bu barədə ətraflı danışan aktrisa öncə vurğuladı ki, ekran işində baş rol ona əhvalə edilib. Reyissor Ülviyyə Könüllə bir araya gələn aktrisanın sözlərinə görə, dövlət sifarişi ilə lentə alınan və bir seriyadan ibarət olan filmin hazırda montay işləri gedir. "Vəkil hekayətləri" adlanan filmdə Əməkdar artist "ana" obrazını canlandırıb. Ekran işinin ssenari müəllifi kinoreyissor Ramiz Fətəliyevdir. Qeyd edək ki, Səidə Quliyevanın filmdəki tərəf-müqabilləri Bəhram Bağırzadə, Qorxmaz Əlili, Fuad Osmanov, Naina İbrahimova, eləcə də gənc aktyorlar Toğrul Rza, Rövşən Kərimduxtdur.
|
Oxumaq
02.02.10
|
| |
|
|
Rəqsanə plastik əməliyyatlara fasilə verib
|
Müğənni klip çəkilişlərinə hazırlaşır
Sonuncu plastik əməliyyatından bir neçə həftə keçən müğənni Rəqsanə, nəhayət, yaradıcılıq planları barədə də düşünür. Plastik əməliyyatlar üzrə Azərbaycanda rekord qıran qadınların sırasında olan müğənni hələ də arzuladığı gözəlliyə nail olmadığını düşünür. Bu səbəbdən o, ilin bir neçə həftəsini əməliyyat stollarında keçirir. Müğənninin məlumatına görə, sonuncu əməliyyatdan sonra üzündəki məsamələr bir qədər də aradan qaldırılıb. Artıq səhnəyə qayıtmaq vaxtının yetişdiyini düşünən müğənni yaradıcılıq planlarından söz açıb. Bildirib ki, tezliklə mahnılarından biri ekranlaşdırılacaq. Həmin mahnı "Sən mənimsən, mən də sənin" adlanır. Mahnının musiqisini özü yazan müğənni onun ekran həllini reyissor Kənan MM-ə həvalə edib. Müğənni arzulayır ki, mövsümə uyğun olaraq klipdə qar görüntüləri əksini tapsın. Lakin paytaxtda bunun bir o qədər asan olmadığını nəzərə alıb, çəkiliş qrupu ilə birlikdə Gədəbəy rayonuna yollanmaq qərarına gəlib.
|
Oxumaq
02.02.10
|
| |
|
|
"Vətəndən uzaq qalanda onun dəyərini anlayırsan"
|
Nailə Əziz: "Başlıca məqsədim Azərbaycan musiqisini və mədəniyyətini təbliğ etməkdir"
Nailə Əziz həm klassik, həm də folklor yanrlarında ifa etmək texnikasına sərbəst malik olan müğənni kimi tanınır. Bir bəstəkar və ifaçı kimi o, Moskvada, Tbilisidə, Yerevanda, Vitebskdə keçirilən bir çox müsabiqə və festivalda, İstanbulda keçirilən "Türkiyədə Azərbaycan günləri"ndə iştirak edib. "Bakı payızı" 1985-ci il müsabiqəsinin diplomantı, Moskva televiziyasında "Tovariş pesnya" verilişinin laureatıdır. O, həmçinin tamaşaçıların yaddaşında 1987-ci ildə ekranlara çıxan bəstəkar Vaqif Gərayzadənin "Bayatılar" mahnısına çəkilən videoklipdə Alim Qasımovla duet oxuyan müğənni kimi qalıb. Nailə xanım 1995-ci ildə Azərbaycana həsr edilmiş ən yaxşı mahnıya görə bəstəkarların müsabiqəsində III yerə layiq görülüb.
|
Oxumaq
02.02.10
|
| |
|
|
Bir ildə 455 HİV-ə yoluxma faktı
|
Azərbaycanda infeksiyası təsdiq olunmuş 2264 nəfər rəsmi qeydiyyatdadır
Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2009-cu ilin yekunlarına görə Azərbaycanda HİV/-QİÇS problemi ilə bağlı vəziyyət barədə məlumat verib. Mənbədən bildirilib ki, HİV/-QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemi olaraq qalır. BMT-nin HİV/-QİÇS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 7400-dən artıq insan HİV-ə yoluxur. Təkcə 2008-ci il ərzində dünya üzrə HİV-ə yoluxmuş insanların sayı 2,7 milyon, AİDS-dən vəfat etmiş insanların sayı isə 2 milyon olub. Ümumilikdə, 2008-ci ildə yer kürəsində HİV-lə yaşayan insanların sayı 33,4 milyon təşkil edib ki, onlardan da 15,7 milyonu qadın, 2,1 milyonu uşaqdır.
|
Oxumaq
02.02.10
|
| |
|
|
Almaniyanın Keyfiyyət Təşkilatının ekspertləri Bakıya gəliblər
|
|
Dünən Bakıda "Keyfiyyətin idarə edilməsinin tətbiqi imkanları" mövzusunda beynəlxalq seminar işə başlayıb. Təlim kursları Almaniyanın "GFA Consulting Group" təşkilatı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə təşkilatçılığı əsasında reallaşıb. Bu barədə məlumat verən SMPDK-nın mətbuat xidmətindən bildirilib ki, seminarla əlaqədar Almaniyanın Keyfiyyət Təşkilatının ekspertləri Bakıya gəliblər. Onlar komitənin mütəxəssisləri üçün "Keyfiyyət nümayəndəsi və keyfiyyət meneceri"nə məxsus xüsusiyyətlər barədə məruzələr edəcəklər.
|
Oxumaq
02.02.10
|
| |
|
|
Nikah bağlayan gənclərin sayı 12 faiz artıb
|
Narkotiklərlə bağlı cinayətlərdə iştirak etmiş gənclərin sayı isə enib
Fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 2010-cu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişilər, 51 faizi isə qadınlardır. Son beş ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 9 faiz artıb və bütövlükdə doğulan körpələrin 82,3 faizi gənc ailələrdə dünyaya göz açıb. 2009-cu ildə ölkədə nikaha daxil olanların 75,1 faizini də gənclər təşkil edib. Son beş ildə nikah bağlayan gənclərin sayı 12 faiz artıb.
|
Oxumaq
02.02.10
|
| |
|
|
Proporsional seçki sisteminin bərpasına zərurət yoxdur
|
Ziyafət Əsgərov: "Bu təklifləri referendumdan əvvəl vermək lazım idi"
Milli Məclisin dünən keçirilən iclasında Seçki Məcəlləsinin təkmilləşdirilməsi, proporsional seçki sisteminin bərpası və yurnalistlərə qarşı məhkəmə iddiaları ilə bağlı məsələlər qaldırıldı. Müsavat deputat qrupunu təmsil edən millət vəkili Pənah Hüseyn dedi ki, yaxın vaxtlarda Azərbaycanda həbsdəki qəzet redaktorlarının sayı arta bilər. Belə halların qarşısının alınması üçün Milli Məclis tezliklə "Diffamasiya haqqında" qanunu qəbul etməlidir. Millət vəkili İkram İsrafil parlament seçkiləri ərəfəsində Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac olduğunu bildirdi. Onun sözlərinə görə, seçkilərə qədər proporsional seçki sistemi də bərpa olunmalıdır. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu təkliflərin əleyhinə çıxdı. O qeyd etdi ki, hazırda qüvvədə olan Seçki Məcəlləsi ilə indiyədək bir neçə dəfə azad və ədalətli seçkilər keçirilib və bundan sonra da bunu etmək mümkündür. "Hər dəfə seçki öncəsi bütün məsələləri kənara qoyub Seçki Məcəlləsindən yapışmağın yeri yoxdur. Bunu edən qüvvələr daha çox özlərinə tərəfdaş tapmalı və siyasi çəkilərini artırmalıdırlar" - deyə millət vəkili vurğuladı.
|
Oxumaq
02.02.10
|
| |
|
|
Qloballaşma dini özünə tabe etdirəcəkmi?
|
|
Son bir neçə onillikdə dünya gündəmini məşğul edən qloballaşma problemi cəmiyyət həyatının maddi sferası ilə yanaşı, mənəvi sferasına da ciddi şəkildə müdaxilə etməkdədir. Onun cəmiyyətlərin mənəvi həyatlarının ən mühafizəkar tərəfi olan dinlə münasibətləri isə olduqca diqqətçəkicidir. Qloballaşmanın ayrı-ayrı lokal mədəniyyətlərlə, yerli adət-ənənə, milli mentalitet, milli dəyərlərlə münasibətləri haqqında çox danışılsa da, onun dinlə qarşılıqlı münasibətləri çox vaxt diqqətdən kənarda saxlanılır. Lakin qeyd etmək lazımdır ki, qloballaşmanın adət-ənənələrlə, milli dəyərlərlə, mentalitetlərlə uzlaşması, onları nə vaxtsa əridə bilməsi mümkün görünsə də, dinlə bağlı çox ciddi problemlərinin olacağı qaçılmazdır.
|
Oxumaq
02.02.10
|
| |
|
|
|
|
|