Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 




 
 
 
Xəbərlər / 2.2.2010
Səhifələr : # « 1 2 3 4 » #
Silah satışının qarşısı alınıb
Sumqayıt sakini "iş başında" yaxalanıb

Sumqayıtda silah satışının qarşısı alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Elmar Qədimov "iş başında" yaxalanıb. E.Qədimovdan 1 ədəd qumbaranı, 1 ədəd "ZDP" partlayıcı maddəni, 151 ədəd müxtəlif çaplı gülləni, 1 ədəd alışdırıcını, 6 ədəd güllə darağını və 1 ədəd kabura götürülüb. E.Qədimov əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
02.02.10  
 
Münaqişə qətllə sonuclanıb
İki nəfər həyatını itirib

Gəncə şəhərində ağır qətl hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə şəhərin Natəvan qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunan Sahib Qurbanov münaqişə zəminində həmyerlisi Tofiq Quliyevi bıçaqla qətlə yetirib. Daha sonra isə Nadir Nağıyevə xəsarət yetirib. Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qurbanov saxlanılıb.
Qaxda isə rayonunun Qax İngiloy kənd sakini, Divani Diqaşvili həmkəndlisi Pərviz Məmmədovu qətlə yetirib. Belə ki, onlar bir yerdə spirtli içki qəbul ediblər və sonra aralarında mübahisə yaranıb. D.Diqaşvili P.Məmmədova əvvəlcə daşla xəsarət yetirib, daha sonra isə ona "Toz-8" markalı tüfəngdən atəş açıb. Nəticədə döş qəfəsindən gülə yarası alan P.Məmmədov hadisə yerində dünyasını dəyişib. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
02.02.10  
 
Bir gündə 37 cinayət
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 37 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 29-u "isti izlər"lə açılıb. Həmçinin, ötən günlərdən bağlı qalan 3 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Gün ərzində 7 yanğın hadisəsi qeydə alınıb ki, nəticədə 2 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.
Oxumaq
02.02.10  
 
Paytaxtda iki avtobus toqquşub
5 nəfər dünyasını dəyişib

Dünən paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Binəqədi rayonu ərazisində baş verib. Rayonun Binəqədi yolu, Poladəritmə zavodunun yaxınlığında 165 saylı iritutumlu avtobus 106 saylı avtobusla toqquşub. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, qəzada 5 nəfər dünyasını dəyişib. Ölənlər "Daewoo" markalı 106 nömrəli marşrutun sürücüsü, 1954-cü il təvəllüdlü Ramiz Seyfullayev, 165 nömrəli, "İveco" markalı marşrutun sürücüsü, 1967-ci il təvəllüdlü Ağababa Əhmədov, sərnişinlər - 1950-ci il təvəllüdlü Minəxanım Quliyeva, 1983-cü il təvəllüdlü Murad Məlikov və 1960-cı il təvəllüdlü Sabir Zəkəriyyəyevdir. Qəza zamanı xəsarət alan üç nəfər - 33 yaşlı Namiq Şirinov, 35 yaşlı Tərzan və 37 yaşlı Tərlan Aydınov Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Tərzan və Tərlan Aydınov qardaşlarına ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.
Oxumaq
02.02.10  
 
Bacısını qətlə yetirən şəxsə hökm oxunub
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Novruz Kərimovun sədrliyi ilə bacısını qətlə yetirən şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Masallı rayon sakini Taleh Rəsulov cavab verib. İttihama görə, ötən ilin avqustunda T.Rəsulov bacısı Səadət Rəsulovanı qətlə yetirib. T.Rəsulov hadisəni qısqanclıq zəmnində törədib. Məhkəmənin hökmü ilə T.Rəsulov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
02.02.10  
 
Qızını zorlayan atanın məhkəməsi yekunlaşıb
Baba Quliyev 14 il müddətinə azadlıqdan məhrum edilib

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə öz qızını zorlamaqda təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Bakı şəhəri sakini Baba Quliyev cavab verib. B.Quliyev Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunub.
İttihama görə, 2009-cu il avqustun 31-də Xətai rayon sakini B.Quliyev öz qızını zorlayıb. Bu barədə Xətai rayon Polis İdarəsinə 14 yaşlı Aynurənin (adı şərtidir) anası məlumat verib. Məhkəmənin hökmü ilə B.Quliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
02.02.10  
 
Əsgərlərdən pul tələb edənlərin məhkəməsi başlayıb
Məhkəmə qarşısında 5 hərbçi cavab verir

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mehdixan Abdullayevin sədrliyi ilə əsgərlərdən pul tələb etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları - kiçik çavuş Azər Şamilov və David Hacıyev, əsgərlər Umuxan Allahverdiyev, Pərvin Höccətov və Radik Qüdrətov cavab verir.
Oxumaq
02.02.10  
 
Qardaşını qətlə yetirən şəxsin məhkəməsi yekunlaşıb
Məhkəmənin hökmü ilə Elnur Kərimov 12 il müddətinə azadlıqdan məhrum edilib

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə qardaşını qətlə yetirən şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Qəbələ rayon sakini Elnur Kərimov cavab verib. E.Kərimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
İttihama görə, 2009-cu ilin oktyabrında E.Kərimov münaqişə zəminində qardaşı Seymur Kərimovu bıçaqlayıb. Nəticədə ağır xəsarətlə xəstəxanaya yerləşdirilən S.Kərimov orada dünyasını dəyişib. Məhkəmənin hökmü ilə E.Kərimov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
02.02.10  
 
Misirdə Azərbaycan Mədəniyyət günləri başa çatıb
Xəbər verdiyimiz kimi, yanvarın 24-dən 28-dək Misir Ərəb Respublikasında Azərbaycan Mədəniyyət günləri keçirilib. 77 nəfərdən ibarət nümayəndə heyətinin rəsmi tərkibinə Bakı Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev və Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov daxil olub. Azərbaycan Mədəniyyət günlərinə Qahirə Opera Evində yaşlı, orta və gənc Azərbaycan rəssamlarının rəngkarlıq əsərlərindən ibarət və Şahid Həbibullayevin şəxsi kolleksiyasından seçilən 110 eksponat - mis qablar sərgisiniun açılışı ilə start verilib. Daha sonra təntənəli açılış mərasimi keçirilib və mərasim Azərbaycan incəsənət ustalarının möhtəşəm konserti ilə davam etdirilib. Mərasimdə Əlikram Əliyev tədbir iştirakçılarını mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından salamlayaraq, iki ölkə arasındakı mədəni əlaqələrin inkişafından danışıb.
Oxumaq
02.02.10  
 
Qara Qarayev anılacaq
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubunda (Niyazinin xatirə muzeyi; Bülbül prospekti, 21) görkəmli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olması münasibətilə tədbir keçiriləcək. Mərasimdə bəstəkarlardan Xalq artisti Musa Mirzəyevin, Əməkdar incəsənət xadimi Asya Sultanovanın (Moskva), Qara Qarayevin oğlu Fərəc Qarayevin (Moskva), Elnarə Dadaşovanın çıxışları nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin qəzetimizə verdiyi məlumata görə, fevralın 3-də keçiriləcək tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Qara Qarayevin Sankt-Peterburqdan Azərbaycana gətirilmiş irsinin bir hissəsi barədə məlumat verəcək.
İştirakçılara Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.
Oxumaq
02.02.10  
 
Səhifələr : # « 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: