Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 2.2.2010
Səhifələr : # « 1 2 3 4 » #
"TheLondonPost.net" portalında 20 Yanvar faciəsi ilə bağlı yazı dərc olunub
Qanlı Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar "TheLondonPost.net" internet portalında "Azərbaycan 20 Yanvar qurbanlarını yad edir" başlıqlı yazı dərc olunub. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, yazıda hadisə nəticəsində yüzlərlə silahsız mülki şəxsin, uşaq və ahılların qətlə yetirildiyi və yaralandığı nəzərə çatdırılıb, ölkənin paytaxtına sovet hərbi birləşmələrinin yeridilməsinin əsas məqsədinin öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqın mübarizə əzminin qırılması olduğu qeyd edilib.
Müəllif bu faciənin sadəcə Azərbaycanın deyil, bütövlükdə insanlıq tarixində törədilmiş ən acımasız qırğınlardan biri olduğunu vurğulayaraq bunu insanlığa qarşı cinayət kimi qiymətləndirib.
Yazıda bildirilib ki, törədilmiş qətliama baxmayaraq, bu tarixdən bir il sonra, 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə edib və sürətlə inkişaf edərək dünya miqyasında öz layiqli yerini tutub.
Oxumaq
02.02.10  
 
"Neftçi" yeni transferlərini təqdim etdi
Tahir Süleymanov istənilən transferi reallaşdırmaq gücündə olduqlarını bildirdi

Dünən "Trend" agentliyində keçirilən mətbuat konfransında "Neftçi"nin yeni transferləri təqdim edilib. Klubun mətbuat katibi Elnur Əşrəfoğlu Azərbaycan futbolunun flaqmanı sayılan "Neftçi"nin əvvəlki uğurlu vaxtlarına qaytarmaq üçün əllərindən gələni etməyə çalışacaqlarını və yeni transferlərin bu uğurlarda böyük paya sahib olacaqlarına inandıqlarını deyib.
"Neftçi" Peşəkar Futbol Klubunun vitse-prezidenti Tahir Süleymanov klubun yeni 4 transferi - Cavid Hüseynov, Sergey Alekseyev, Valeri Abramidze və Vladimir Voskoboynikov haqqında məlumat verib. "Neftçi"nin vitse-prezidenti ilk olaraq C.Hüseynovdan başlayıb: "Biz yarımmüdafiə xəttini gücləndirmək məqsədi ilə Bakının "İnter" klubunda çıxış edən 21 yaşlı Cavidi transfer etmişik. O, həmçinin Azərbaycan yığmasının da şərəfini qoruyur. Belə prespektivli gənc futbolçunun "Neftçi"nin heyətində çıxışı bizi çox sevindirəcək. Gənc yarımmüdafiəçi "Neftçi"nin heyətində 11 nömrəli forma ilə çıxış edəcək".
Oxumaq
02.02.10  
 
Tanınmış rus hakimlər Azərbaycandan dəvət alıb
Tanınmış rusiyalı hakimlər Andrey Butenko ilə Aleksey Spirin Azərbaycandan dəvət alıb. Apasport.az məlumatına görə, hələ SSRİ çempionatları dövründə idarəçilik edən təcrübəli referilər hakimlərimizlə təlim-məşq toplanışı müddətində işləyəcəklər.
Butenko ilə Spirin belə təklifi Azərbaycanla yanaşı, Baltikyanı ölkələrdən də alıblar. Ruslar hakim-inspektor kimi çalışan bu məşhurların xidmətindən ölkələrində tələb olunmadığını göstərib. Hakimlik sahəsində rusların digər təcrübəli mütəxəssis olan Andrey Budoqosski isə Belarus və Qazaxıstandan olan hakimlər üçün çalışacaq. O, bu ölkələrin referilərinin Türkiyədə iki təlim-məşq toplanışında baş müəllim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, hakimlərimiz da qış fasiləsində Türkiyəyə təlim-məşq toplanışı keçdilər. Onların növbəti fasilə müddətində də ölkədən kənarda hazırlıq keçəcəyi gözlənilir.
Oxumaq
02.02.10  
 
Runi məhkəməyə verildi
"Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi məhkəməyə verilib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçudan 4 milyon funt-sterlinq məbləğində təzminat tələb olunur. Bu iddia ilə əvvəllər Runinin işləri ilə məşğul olan İngiltərənin idarəçilik şirkəti çıxış edib. Onlar həm Ueyn, həm də həyat yoldaşından əldən gedən gəlirin müqabilində kompensasiya istəyir. Ulduz futbolçunun agenti olan Pol Stretford ötən il özbaşına həmin şirkəti tərk edib və iddia də məhz bundan sonra başlayıb.
Məhkəmə dinləmələrinin üç həftəyə yaxın davam edəcəyi gözlənilir. Məsələnin araşdırılması müddətində Runi öz maliyyə sənədlərini, o cümlədən müqavilənin məbləği ilə bağlı məlumatları yeniləməli olacaq.
Oxumaq
02.02.10  
 
Anatoli qolla başladı
"Qələbə qazandığımız üçün çox sevinirik. Bu qarşılaşmada iki hücumçu ilə oynadıq ki, bu da işimizi asanlaşdırdı". Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryov deyib. Bir müddət əvvəl Türkiyənin "Orduspor" klubuna keçən 28 yaşlı hücumçunun ölkə çempionatının birinci dəstəsində debütü uğurlu alınıb. Komandasının "Qaziantep Böyükşəhər Bələdiyyəspor"u 2:1 hesabı ilə məğlub etməsində A.Ponomaryovun xidməti olub. Qələbə qolunu vuran hücumçu matçdan sonra fikirlərini açıqlayıb: "Trabzonspor"la kubok matçında tək hücumçu kimi mübarizə aparırdım. Bu səbəbdən daha çox qol imkanı qazandım. Bu dəfə isə həmin imkanlar aramızda bölündü. Ordu azarkeşləri isə bizim 12-ci oyunçumuz oldu".
Qeyd edək ki, "Orduspor"da debütü "Trabzonspor"la kubok matçına (1:2) təsadüf edən Anatoli həmin oyunda olduğu kimi ölkə çempionatındakı ilk görüşündə də 90 dəqiqə meydanda olub.
Oxumaq
02.02.10  
 
Yollar Subaşiçi yorub
Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiç özünə yeni klub tapmaqda çətinliklə üzləşib. Apasport.az saytının məlumatına görə, müqavilə ilə Serbiyanın "Srvena Zvezda" klubuna məxsus olan 28 yaşlı hücumçu bu komandaya lazım olmadığından yeni iş yeri ilə bağlı axtarışlarını davam etdirir. Bir müddət əvvəl Türkiyəyə yollanıb karyerasını orada davam etdirmək variantı ilə bağlı danışıqlar aparan serbiyalı "Diyarbəkirspor"la anlaşa bilməməyindən lap dilxor olub. Subaşiçi daha çox klub axtarışı üçün qitəni gəzməyə məcbur olması narazı salır: "Belqrada uçan təyyarəyə güc-bəla ilə çatdım. Lakin Türkiyədən qayıtmaq üçün Sürix və Vyanada dayanmalı oldum. Artıq yollar məni yorub. Amma nə edə bilərəm. Yaza qədər harada oynayacağıma aydınlıq gətirməliyəm".
Qeyd edək ki, 2008-ci ilin yayında 3 il şərəfini qoruduğu "Neftçi"ni tərk edib "Srvena Zvezda"ya keçən Subaşiç cəmi yarım mövsüm Belqrad təmsilçisində çıxış edib. Ötən il isə serb futbolçu Çinin "Çançun Yatay" klubunda top qovub.
Oxumaq
02.02.10  
 
Musa Süleymanov "Turan"dan getdi
Onun istefa ərizəsi qısa və lakonik olub

Musa Süleymanovun Tovuzun "Turan" klubunun prezidenti postundan ayrılması üçün bir cümlə kifayət edib. Apasport.az saytı M.Süleymanovun istefa ərizəsini əldə etməyə müvəffəq olub. O, yanvarın 29-da imzaladığı ərizədə "Turan" Peşəkar Futbol Klubu (PFK) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İdarə Heyətinə müraciət edib: "İşlərimin çox olması ilə əlaqədar "Turan" PFK MMC-nin prezidenti vəzifəsindən istefamı qəbul edəsiniz".
Göründüyü kimi, M.Süleymanov qısa, lakonik müraciətlə kifayətlənib və qaydaya görə istefasının qəbul olunması ilə bağlı İdarə Heyətinə üz tutub. Bununla da, "Turan"ın tarixinə ən qısa müddətli prezidentlərdən biri kimi düşüb.
Qeyd edək ki, "Turan"ın prezident postuna mövsümlərarası fasilədə keçən T.Süleymanov fəaliyyəti heç bir il də çəkmədi. Tovuzlu iş adamı ötən ilin iyulunda həmsoyadı, Elçin Süleymanovun istefa verməsindən sonra klubun yeni rəhbəri seçilib. Müxtəlif vaxtlarda komandaya müəyyən köməklik edən M.Süleymanov hazırda qərb bölgəsini əhatə edən "Simurq TV" televiziya kanalının sahibidir.
Oxumaq
02.02.10  
 
1941-1945-ci illər müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsi artırılıb
1941-1945-ci illər müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb. Bu artım ölkə başçısının "1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə milli proqram"ın təsdiq edilməsi haqqında sərəncamı çərçivəsində həyata keçirilib. Bu barədə qəzetimizə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Qurumdan qeyd edilib ki, adıçəkilən proqramda fonda 1941-1945-ci illər müharibəsi iştirakçılarının pensiyalarının baza hissəsinə əlavələrin edilməsi üçün təkliflərin verilməsi tapşırılıb. Bu tapşırığa uyğun olaraq, hazırlanan təkliflər "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklər və əlavələr sırasında yer alıb. Ölkə başçısı tərəfindən təsdiqlənən dəyişikliklər və əlavələr 2010-cu ilin 1 yanvarından qüvvəyə minib.
Oxumaq
02.02.10  
 
Azərbaycanda Norveç təcrübəsi əsasında ünvan reyestri yaradılır
Qrant hesabına aparılan işlər iki mərhələdə həyata keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkədə ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi ilə bağlı tədbirlər görür. Hazırda ünvan reyestrinin tərtib edilməsi və aparılması sahəsində inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilir. Belə ki, 2007-ci ildən etibarən respublikada Norveç Xəritəçəkmə Agentliyi - "Statens Cartverk"lə "Azərbaycanda ünvan sisteminin təkmilləşdirilməsi" layihəsi həyata keçirilir.
Oxumaq
02.02.10  
 
7 dilənçi saxlanılıb
Nəsimi RPİ əməkdaşları tərəfindən dilənçiliklə məşğul olan 7 nəfər saxlanılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılanlar Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib.
Oxumaq
02.02.10  
 
Səhifələr : # « 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •