|
|
|
|
|
İranın təxribatlar ssenarisi
|
|
Hacı Sultanəli məscidindən ibadətdən çıxan bir qrup şəxsin heç kimin gözləmədiyi halda aksiya keçirməyə cəhd göstərməsinin İranın təxribatı olduğu gün kimi aydın idi
|
Oxumaq
20.02.10
|
| |
|
|
Qafqazda yenidən müharibə ritorikası qızışır
|
Kreml bu dəfə separatçı Abxaziya ərazisində hərbi baza inşa edilməsi barədə razılığa imza atıb
Rusiya ilə Gürcüstan arasında münasibətlər yenidən müharibə həddinə çata bilər. Kreml bu dəfə separatçı Abxaziya ərazisində hərbi baza inşa edilməsi barədə razılığa imza atıb. Razılaşmanı Moskvada Rusiya prezidenti Dmitri Medvedyev və qondarma qurumun prezidenti Sergey Baqapş imzalayıb. Sazişin imzalanma mərasimində Rusiya prezidenti çox maraqlı bir xatırlama edib. Onun sözlərinə görə, düz 200 il bundan öncə, fevralın 17-də Rusiya imperatoru Aleksandr Abxaziyanın Rusiya tərkibinə daxil edildiyi barədə qərara imza atıb. Qalmaqallı saziş barədə məlumat verən «Röyters» bildirib ki, hərbi baza Rusiyanın həmin bölgədə 3 minə yaxın əsgəri qüvvəsinin yerləşdirildiyi ərazidə inşa ediləcək. 2008-ci ildə Tbilisi və vasitəçi Qərb dövlətlərinin sərt etirazlarına baxmayaraq Moskva Gürcüstanın separatçı regionları olan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımışdı. «İnterfaks» xəbər verir ki, saziş Rusiyaya Abxaziyada mövcud olan hərbi bazanı müasirləşdirmək hüququ verir. Bundan başqa Rusiya və Abxaziya birgə hərbi birləşmə də yaradacaqlar. Həmin baza isə Qudauti limanında yerləşir.
|
Oxumaq
19.02.10
|
| |
|
|
Dövlətin məcburi köçkünlərə böyük qayğısı
|
Təkcə ötən il qaçqın və məcburi köçkünlərlə bağlı prezident 2 fərman, 2 sərəncam imzalayıb. Nazirlər Kabineti tərəfindən isə on dörd sərəncam və qərar qəbul edilib
Ölkədə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması dövlətin, prezident İlham Əliyevin diqqət mərkəzindədir. Onların problemlərinin həlli dövlət başçısının ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahədir. Təkcə ötən il qaçqın və məcburi köçkünlərlə bağlı prezident 2 fərman, 2 sərəncam imzalayıb. Nazirlər Kabineti tərəfindən isə on dörd sərəncam və qərar qəbul edilib. Dövlət başçısı noyabrın 17-də Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində 368 məcburi köçkün ailəsi üçün tikilmiş çoxmərtəbəli binaların açılış mərasimində iştirak edib. 2 nömrəli evtikmə kombinatının ərazisində inşa olunmuş doqquzmərtəbəli yaşayış binaları kompleksi artıq məcburi köçkünlərin ixtiyarına verilib. Doqquzmərtəbəli 6 binada paytaxtda şəraiti dözülməz olan ictimai yerlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdirilib.
|
Oxumaq
19.02.10
|
| |
|
|
Kiçik toyun “böyük” dərdi
|
Oğlan toyu, qız toyunda ev sahibləri borca-xərcə düşür. Amma kiçik toyda bunların heç biri olmur, uşağın bəylik paltarından başqa...
(əvvəli qəzetimizin 3, 4, 9, 12 fevral tarixlərində)
Ötən yazılarımızda demək istədik ki, toy mafiyasının qurduğu bu sxem nəhəng bir iqtisadi sistemdir, biznes aparatıdır, pul qazanma mexanizmidir. Bu mexanizm saat kimi işləyir və minlərlə insanın cibini doldurur: şadlıq evləri tikilir, onların personalı, musiqiçiləri, ərzaq təminatçıları, müğənnilər, ən əsası, sahibləri – hamı burada həm hərfi, həm də məcazi mənada qazan doldurur. Sadə insanlarsa toya ya bir sosial öhdəlik, ya da qarşılıqlı borclaşma mexanizmi kimi baxırlar. Ya fikirləşirlər ki, “getməsəm, olmaz”, ya da kimlərin toyuna nə qədər pul saldıqlarına dair siyahılar tuturlar ki, vaxtı çatanda verilən borclar geri qayıtsın.
|
Oxumaq
19.02.10
|
| |
|
|
Ermənistan cəmiyəti parçalanıb
|
Türkiyə ilə protokolların müzakirəsi cəmiyəti ikiyə bölüb
Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair protokollar fevral ayının 19-da ilkin müzakirələrin aparılması üçün Ermənistan parlamentinin xarici münasibətlər üzrə daimi komissiyasına təqdim olunacaq. Bu barədə Yerevanda keçirilən mətbuat konfransında Ermənistan parlamentinin xarici münasibətlər üzrə komissiyasının sədri Armen Rustamyan bildirib. “Biz protokolların ilkin müzakirəsi üçün xüsusi üsulun hazırlanmasını təklif etdik və komissiyanın yekun qərarından sonra protokolların parlamentdə dördgünlük müzakirəyə təqdim olunması üçün spikerə müraciət etdik” - deyə A. Rustamyan bildirib. O həmçinin əlavə edib ki, müzakirələr kifayət qədər açıq və şəffaf aparılacaq. Komissiya sədrinin sözlərinə görə, Ermənistan parlamentinin reqlamentinə əsasən beynəlxalq saziş qəti şəkildə gündəliyə daxil ediləcək, daha sonra isə dördgünlük müddətə müzakirələrə göndəriləcək.
|
Oxumaq
19.02.10
|
| |
|
|
Qəzəlxan şair
|
Vahidi bütün xalq sevirdi. Şerləri dillər əzbəri olub əldən-ələ gəzirdi. İmkanlı adamlar onun qəzəllərini qızıl onluğa alırdılar…
Dünən Əliağa Vahidin doğum günü idi. Gözünü açıb Abşeronun sərt olduğu qədər də gözəl təbiətini görmüşdü. Mavi Xəzərin hicran dolu müdhiş ləpələrinin yaratdığı harmoniya laylası olmuşdu onun. Uşaq könlü bu gözəlliyə heyran kəsilmiş, qəlbindəki şeriyyət coşub-çağlamışdı. İbtidai təhsilini mollaxanada almışdı. Sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq edirdi. Vahid gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edirdi. Mirzə Əbdülxaliq Yusifin evindəki şer məclisində böyük ustadları heyran-heyran dinləyəndə ağlına da gəlməzdi ki, o bir gün milyonların sevimlisinə çevriləcək - böyük qəzəlxan olacaq. Elə həmin məclisdə də Vahid təxəllüsünü qazanacaq və gənc şair sevgisində, iztirablarında, aqibətində də kimsəyə bənzəməyən tale yaşayacaq. Vahidi bütün xalq sevirdi. Şerləri dillər əzbəri olub əldən-ələ gəzirdi. İmkanlı adamlar onun qəzəllərini qızıl onluğa alırdılar.
|
Oxumaq
19.02.10
|
| |
|
|
Prezident ekoloji problemlərə həsr olunmuş müşavirə keçirib
|
Dövlət başçısı Bakıda və Abşeron yarımadasında 3 milyondan çox ağacın əkilməsi ilə əlaqədar yaşıllaşdırma tədbirlərində əhalinin yaxından iştirakının əhəmiyyətini vurğulayıb
Fevralın 18-də prezident İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirə keçirilib. Prezident İlham Əliyev müşavirəni giriş sözü ilə açaraq 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunduğunu, respublikamızda ekoloji problemlərin həllinə böyük diqqət yetirildiyini və bununla bağlı konkret proqramın qəbul edildiyini vurğulayıb. Dövlət başçısı həmin proqramın müxtəlif sahələri əhatə etdiyini, burada nəzərdə tutulan tədbirlərin icra mexanizmlərinin, vaxtının və maliyyə mənbələrinin də əksini tapdığını bildirib. Dünyada maliyyə və iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri hərtərəfli şərh edən prezident İlham Əliyev iqtisadi uğurların daha da möhkəmləndirilməsi ilə yanaşı, hazırda ekoloji problemlərə də xüsusi diqqət yetirilməsinin vacibliyini nəzərə çarpdırıb. Dövlət başçısı neftlə çirklənmiş ərazilərin təmizlənməsi, içməli su, kanalizasiya, məişət tullantılarının utilizasiyası və s. istiqamətlərdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
|
Oxumaq
19.02.10
|
| |
|
|
Dövriyyədə olan avtomobillərin 70 faizi avrostandartların tələblərinə cavab vermir
|
Ekspert Ramin Osmanov: "Konkret əmlak sahiblərinə kompensasiyaların ödənilməsi məsələsi müzakirə olunmalıdır"
2010-cu ilin "Ekologiya ili" elan edilməsi çərçivəsində ölkədə yeni avrostandartların tətbiqinə start verilir. İyulun 1-dən etibarən qüvvədə olacaq avro-2 standartı ölkədə istehsal edilən yanacağa, avtomobillərə, həmçinin ölkəyə idxal edilən avtomobillərə şamil ediləcək. Bu standarta uyğun gəlməyən avtomobillərin isə ölkədə istifadəsi qadağan ediləcək. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramin Osmanovun sözlərinə görə, avrostandartların tətbiqində müxtəlif yanaşmalar var: "Belə ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev avrostandartların yalnız Azərbaycana idxal edilən avtomobillərə tətbiq olunacağını bildirib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov isə iyul ayından standartların tətbiqindən danışarkən bir növ cəmiyyətə mesaj ötürdü ki, avtomobil sahibləri bu standartların tətbiqinə hazır olmalıdırlar.
|
Oxumaq
19.02.10
|
| |
|
|
"Xalqımın qarşısında xəcalətli deyiləm"
|
Habil Əliyev: "Mən Azərbaycan musiqisində tamam ayrı bir yol qoymuşam. Bunu heç kəs bacarmayıb. Bütün musiqiçilər həmin yoldan istifadə ediblər"
Ötən həftə Ağdaşda səfərdə olan prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən və Habil Əliyevin adını daşıyan musiqi məktəbi ilə tanış olarkən sənətkara xoş sözlərini bildirib: "Siz buna layiqsiniz. Siz çox etmisiniz, indi gərək biz edək, sizin fəaliyyətinizi layiqincə qiymətləndirək"
|
Oxumaq
19.02.10
|
| |
|
|
|
|
|