|
|
Səhifələr : 1
|
«Ouşenin 11 dostu»
|
Dubay polisi «Həmas» lideri Mahmud əl-Məbhuhun israillilər tərəfindən öldürüldüyünü açıqlayıb
Dubay polisi qalmaqallı qətllərdən biri ilə apardığı araşdırmaları ortaya qoyub. Əmirliyin polis rəisi general Əl-Təmim keçirdiyi mətbuat konfransında bildirib ki, «Həmas» radikal qruplaşmasının radikal qanadının liderlərindən hesab edilən Mahmud əl-Məbhuhu peşəkar killerlər, daha dəqiq desək, israillilər öldürüb. Artıq həmin şəxslərin adı isə İnterpola verilib. Qeyd edək ki, komandir Birləşmiş Ərəb Əmirliklərindəki otelə daxil olarkən qətlə yetirilib. Maraqlıdır ki, rəsmi Təl-Əviv yanvarın 20-də baş verən bu gurultulu qalmaqalla bağlı hər hansı bir məlumat verməkdən boyun qaçırır. Lakin radikal qruplaşmanın keçmiş komandirinin qətli artıq iki həftədir ki, İsrail mətbuatında geniş müzakirə olunur. Mətbuat yüksək rütbəli terrorçunun aradan götürən qrupu peşəkarlığına görə, «Ouşenin 11 dostu» kinofilminin qəhrəmanları ilə eyniləşdirib. Lakin indiyə kimi bununla bağlı yalnız ehtimallar irəli sürülürdü. Dubay Əmirliyinin polis rəisi mətbuat konfransında əməliyyatın digər üzvlərinin də adını çəkib. Generalın sözlərindən bəlli olub ki, polis öz nəticəsini mehmanxanada quraşdırılan kameralardakı videogörüntülərə əsasən ortaya qoyub.
|
Oxumaq
18.02.10
|
| |
|
|
İsrail-Azərbaycan münasibətləri kimləri narahat edir?
|
Hansı dövlətlə əlaqələr qurmaq Azərbaycanın öz hüququdu. Azərbaycan başqa ölkələrlə əlaqələrini öz maraqları müstəvisində inkişaf etdirir
Son dövrlər Azərbaycan-İsrail münasibətlərində ciddi yaxınlaşma müşahidə olunur. Xüsusilə də bu əlaqələrə İsrail rəsmilərinin daha çox maraq göstərməsi diqqətdən yayınmır. Qeyd edək ki, indiyə qədər rəsmi Bakı İsrail dövlət rəsmilərinin Azərbaycana gəlişinə rəğmən balanslaşdırlmış siyasətini davam etdirir. İsrail əhalisinin çoxu şiə-müsəlmanlar olan Azərbaycanla dövlətlərarası münasibətlərin genişləndirilməsində maraqlı olduğu başa düşüləndir.
|
Oxumaq
18.02.10
|
| |
|
|
Hansı nazirlik mətbuatla daha yaxşı işləyir?
|
Sorgunun nəticələrində 2009-cu ildə fəaliyyəti qənaətbəxş hesab olunan təşkilatların siyahısında ilk yerdə Xarici İşlər Nazirliyi qərarlaşıb
Söz Azadlığını Müdafiə Fondu “KİV-lərin informasiya alması zamanı ən operativ mətbuat xidmətinin müəyyən olunması”nı aydınlaşdırmaq üçün keçirdiyi rəy sorğusunun nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Qurumun rəhbəri Musa Yaqub məlumat verib ki, 2 ay davam edən sorgu müxtəlif mətbuat orqanlarını təmsil edən 500-dək jurnalist arasında keçirilib.
|
Oxumaq
18.02.10
|
| |
|
|
“Yaşıl” oğurluq
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllaşdırdığı yerləri qorumaqda acizdir. Əkilən ağaclar oğurlanır, bəzi ərazilərdə isə yaşayış məntəqələrinin sakinləri tərəfindən yaşıllıq zolaqlarına mal-qara buraxılır
Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması ilə bağlı sərəncamdan artıq xeyli vaxt ötür. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) 3,5 milyon manat vəsait də ayrılıb. Aparılan işlərin əsas məqsədi isə yolların mühafizə zolaqlarının yaşıllaşdırılması ilə yanaşı, onların külək və su erroziyasından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması, yolların estetik görünüşünün yaxşılaşdırılmasıdır. ETSN yanında Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin baş mütəxəssisi Xosrov Kərimli işlərin üç yaşıllaşdırma müəssisəsi tərəfindən aparıldığını deyir. Bu müəssisələr qeyri-meşə fondu torpaqlarında, magistral avtomobil yollarında, torpaq mühafizə zolaqlarının kənarlarında yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması ilə yanaşı, salınmış yaşıllıqların mühafizəsinə də nəzarət edir.
|
Oxumaq
18.02.10
|
| |
|
|
Xəbərsiz olduğumuz təhlükə
|
Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi artıb
Genetik modifikasiya olunmuş məhsulların Azərbaycana idxalına qadağa qoyulmalıdır. Bu fikir Fevralın 17-də AMEA İnsan Hüquqları İnstitutunda “Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi” adlı konfransda səslənib. Tedbiri giriş sozü ilə açan institutun direktoru Aytən Mustafayeva insitiutun bu konfransla “Bioteka, yeni texnologiyalar və insan hüquqları” adlı yeni tədqiqat istiqamətinin yaradılmasının əsasını qoydugunu bildirib. Belə ki, yeni tədqiqata respublikanın müxtəlif ixtisaslar üzrə aparıcı alimləri cəlb edilib. İnstitut direktoru genetik modifikasiya olunmuş (GMO) məhsullarla bağlı layihələrin biznesə transformasiyasının milyonlarla insanın həyatı, ümumən bəşəriyyət üçün ciddi təhlükə yarada biləcəyini vurgulayıb. Onun sözlərinə görə, GMO edilmiş məhsullardan istifadə edilməsi bu gün dünya alimlərinnin əsas müzakirə mövzusuna çevrilib:
|
Oxumaq
18.02.10
|
| |
|
|
Bədxərc Voronin
|
Moldovanın keçmiş prezidenti Vladimir Voroninin oğlu həbs oluna bilər
Moldovanın keçmiş prezidenti Vladimir Voroninin başının üstünü qura buludlar alıb. Belə ki, onun oğlu Oleq Voronin istintaqa çağırılıb. Hökumət yanında İqtisadi cinayətlər və korrupsiya üzrə mərkəz onu həddən artıq maliyyə vəsaiti sərf etməkdə günahlandırıb. Prokurorluq ondan sərf etdiyi vəsaitlərin mənbələri barədə məlumat verməsini istəyib. Hazırda Avstriyada yaşayan Oleq Kşinyovda biznes və geniş ticarət şəbəkələrinə malikdir. Qeyd edək ki, Antikorrupsiya üzrə Mərkəz Oleq Voroninə jurnalist araşdırmasından sonra müraciət edib. Belə ki, Moldoviya mətbuatının yaydığı məlumatlara görə, eks-prezidentin oğlunun bank kartlarında 1140 əməliyyat haqqında məlumat var. Onun 8 milyon dollar sərf etdiyi bəlli olub. Onun Baden-Baden, Kipr, Vyana, Frankfurt, Hamburq, Münxen, Paris, Moskva, London, Cenevrə, Oslo, Odessa, Roma və Dubayda çoxsaylı bank hesablarının olduğu bəlli olub. Ən bahalı otellərdə istirahət edən Oleq ən məşhur mağazalarda ticarət edib.
|
Oxumaq
18.02.10
|
| |
|
|
Nigeriyada prezidentindən qeyri-adi qərar
|
O, ölkə vətəndaşlarına onun prezident postuna seçilməsi ilə bağlı qəzetlərdə təbriklərin yerləşdirilməsini qadağan edib
Nigeriyada prezident səlahiyyətlərini icra edən Qudlaq Conatan qeyri-adi bir qərar verib. O, ölkə vətəndaşlarına onun prezident postuna seçilməsi ilə bağlı qəzetlərdə təbriklərin yerləşdirilməsini qadağan edib. Parlament tərəfindən fevralın 9-da dövlət başçısı postuna təsdiq olunan yeni prezident təbriklərin verilməməsini özünəməxsus formada izah edib. Bir çoxları təbrikləri verməklə prezidentə yaxın olduqlarını bildirmək istəyirlər. Korrupsiyanın geniş inkişaf etdiyi Qərbi Afrika ölkəsində prezident həmrəylik səfərlərini qadağan edib. Hakimiyyətə gəldikdən sonra korrupsiyaya qarşı mübarizəni əsas xətt kimi götürən Qudlaq ilk növbədə ölkənin baş prokurorunu vəzifəsindən uzaqlaşdırıb. Bu şəxs korrupsiya ilə bağlı tədqiqatların aparılmasını irəli sürən nigeriyalı siyasətçilərə qarşı çıxışları ilə tanınır.
|
Oxumaq
18.02.10
|
| |
|
|
Ekoloji qanunvericiliyin pozulması ilə bağlı 164 akt və protokol tərtib olunub
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayı ərzində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları yanvar ayı ərzində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 164 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 25 göstəriş verilib. Bu barədə qəzetimizə məlumat verən nazirliyin məbuat xidmətindən bildirilib ki, ümumilikdə 54 iş üzrə 1619330 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 24 iş üzrə 74936,46 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 119 iş üzrə 32728,14 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 37 işdən 6-na baxılaraq müvafiq tədbir görülüb.
|
Oxumaq
18.02.10
|
| |
|
|
700 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli bina tikiləcək
|
Prezidenti İlham Əliyev məcburi köçkün ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb
Prezidenti İlham Əliyev məcburi köçkün ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, qaçqınlar və məcburi köçkünləri yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 63 yeni qəsəbə salınıb, 100 min nəfərə qədər soydaşımız yeni evlərə köçürülüb, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə müəssisələri və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, lazımi infrastruktur yaradılıb. Dövlət Proqramına uyğun olaraq, 700-ə yaxın məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yeni çoxmərtəbəli yaşayış binaların tikilməsi qərara alınıb.
|
Oxumaq
18.02.10
|
| |
|
|
|
Səhifələr : 1
|
|