|
|
Səhifələr : 1
|
|
|
Keşikçi itləri
|
İngilis dilində maraqlı bir söz, daha doğrusu, dəbə düşmüş ifadə var – “watchdogs”, onun dilimizdə qarşılığı “keşikçi itləri” anlamına gəlir. Söhbət küçə, ov, ya da ki, çoban itlərindən getmir. Sadəcə olaraq, dünyada hüquq müdafiə qrupları, ictimai rəyi öyrənən media təşkilatları belə adlandırır. Bu təsnifatda hansısa təşkilatın yer alması onun missiyasından xəbər verir və heç biri “watchdog” adlandırılmasını özü üçün təhqir hesab etmir, əksinə... Öz hesabatlarında Azərbaycana da gen-bol yer ayıran bu «keşikçi itləri» hansılardır? “Human rights Watch”, “Freedom House”, “Article 19”, CPJ (Committee Protect Journalists), “Amnesty International” və s.
|
Oxumaq
17.02.10
|
| |
|
|
Niyə sadə ermənilərin həyatlarını normallaşdırmaq cəhdləri puça çıxır?
|
Serj Sarksyanın prezidentlik müddəti başlayandan bəri dövlət idarəşiliyini yuxarı pillələrinə küçə kriminal elementlərinin doluşması cinayətkarlığın kəskin artmasına səbəb olub
Sirr deyil ki, Ermənistanda baş verən istənilən ictimai və sosial əhəmiyətli hadisə nəinki Rusiyadakı çoxmilyonlu erməni diasporunda, eyni zamanda Rusiyanın özündə də böyük əks-səda doğurur. Çünki, bizim ermənilərlə bağlılığımızın çoxəsrlik tarixi var. Müxtəlif versiyalara görə Rusiyada hazırda 800 min Ermənistan vətəndaşı ailəsini dolandırmaq, acından ölməmək üçün çalışır. Çünki, Ermənistan vəziyyət hədsiz ağırdır. Səbəb çoxdur. Demək olar ki, dövlət bürokratiyasının bütün pillələrində dövlətin maraqları tamahkar, acgöz, mənfəət güdən vəzifəli şəxslərin şəxsi maraqlarına qurban verilib, hüquq mühafizə orqanlarının, məhkəmə sistemi və parlamentin patronajlığı ilə görünməmiş mütəşəkkil cinayətkarlıq piramidası yaradılıb. Paralel olaraq rəsmi maliyyə-büdcə sistemində bacarıqla ört-basdır edilmiş, hüquqi don geyindirilmiş, dövlət büdcəsini dəfələrlə üstələyən kölgə iqtisadiyyatı üstünlük təşkil edir. Biz belə hesab edirik ki, Serj Sarksyanın prezidentlik müddəti başlayandan bəri dövlət idarəşiliyini yuxarı pillələrinə küçə kriminal elementlərinin doluşması cinayətkarlığın kəskin artmasına səbəb olub.
|
Oxumaq
17.02.10
|
| |
|
|
“Danışıqlarda bir nəticə əldə olunmasa, Rusiya rüsvay olacaq”
|
Asim Mollazadə: “Biz açıq şəkildə görürük ki, Rusiyanın cəhdləri Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransa tərəfindən də alqışlanır”
Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi xeyli intensivləşsə də, yenə də konkret nəticə görünmür. Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə keçirilən sonuncu ikitərəfli görüşündən sonra isə sanki danışıqlarda bir durğunluq yaranıb. İctimaiyyətə məlum olan budur ki, danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri Madrid prinsiplərinin yeni variantını hazırlayaraq tərəflərə təqdim ediblər. Srağagün Azərbaycanın xarici işlər naziri Elman Məmmədyarov Azərbaycan tərəfinin yeniləşdirilmiş prinsiplərlə ümumilikdə razılaşdığını bildirib. Ermənistan tərəfindən isə hələ heç bir cavab yoxdur. Belə hiss olunur ki, Ermənistan yenə də danışıqların uzadılmasına çalışır. Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə prosesin gələcəyi ilə bağlı nikbindir. O, qəzetimizə verdiyi müsahibəsində bu il nizamlanma prosesində irəliləyiş əldə olunacağına inamını ifadə etdi:
|
Oxumaq
17.02.10
|
| |
|
|
Müsabiqənin birinci mərhələsinin nəticələri açıqlandı
|
«Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək» layihəsi çərçivəsində jurnalistlər arasında elan olunmuş müsabiqəyə 76 yazı təqdim olunub
Fevralın 16-da Azərbaycan Mətbuat Şurası və «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyi «Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək» layihəsi çərçivəsində jurnalistlər arasında elan olunmuş müsabiqənin nəticələrinin birinci mərhələsi ilə bağlı mətbaut konfransı keçirdilər. Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqənin keçirilməsi məqsədlərindən danışdı. O, bildirdi ki, bu müsabiqənin ilkin şərti beynəlxalq ictimaiyyəti Xocalı faciəsi ilə bağlı ətraflı məlumatlandıracaq yazılara üstünlük verilməsidir. Məlumat verildi ki, müsabiqəyə fevralın 10-da yekun vurulub və müxtəlif KİV təmsilçilərindən 76 yazı təqdim olunub. Bu indiyə qədər keçirilən yazı müsabiqələrinə ən çox yazı təqdim olunan müsabiqə kimi qeydə alınıb. Yazılar 36 qəzet, 5 informasiya agentliyi, 2 xəbər portalı, 1 radio şirkətinin internet saytında dərc olunub.
|
Oxumaq
17.02.10
|
| |
|
|
Qaz partlayışlarında günahkar kimdir?
|
Aidiyyəti strukturlar əhalinin məsuliyyətsiz davrandığını deyir
Son dövrlər müxtəlif yaşayış və qeyri-yaşayış binalarında, fərdi mənzillərdə təbii qazdan baş verən partlayışlar, dəm qazından zəhərlənmə və ölüm halları gündəmin əsas və həyəcan doğuran mövzusuna çevrilib. Ən dəhşətlisi odur ki, hər gün bu cür bədbəxt hadisələrin baş verməsinin şahidi oluruq. Qeyri-rəsmi statistikaya görə, ölkəmizdə 200-dən artıq zəhərlənmə faktı qeydı alınıb, bunlardan 63-ü ölümlə nəticələnib. Baş prokuror Zakir Qaralov da bu yaxınlarda keçirdiyi kollegiya iclasındakı çıxışında problemə toxunaraq son dövrlərdə qaz istehlakçılarının təhlükəsizlik qaydalarına əməl etməmələri, texniki normativlərə cavab verməyən qızdırıcılardan istifadə olunması və bu məsələlərdə səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin həyata keçirilməməsi səbəbindən qaz sızması və partlayışı, dəm qazından ölümün və sağlamlığa zərər vurulması hallarının artdığını bildirib.
|
Oxumaq
17.02.10
|
| |
|
|
“Münaqişəsinin nizamlanması gedişini nikbin qiymətləndiririk"
|
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi və xarici işlər naziri Kanat Saudabayev Yerevanda bəyan edib
"Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gedişini nikbin qiymətləndirir". Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi və xarici işlər naziri Kanat Saudabayev Yerevanda bəyan edib. "Biz nizamlanma prosesinə əlimizdən gələn təkanı vermək niyyətindəyik. Lakin əminik ki, münaqişənin həlli tərəflərin öz əlindədir" - deyə K.Saudabayev Ermənistan XİN başçısı ilə birgə mətbuat konfransında bildirib. "Biz Qarabağ münaqişəsinin nizamlanması prosesinə ehtiyatlı nikbinlik hissi ilə yanaşırıq" - deyə ATƏT sədri qeyd edib. Onun sözlərinə görə, vəziyyətin nizamlanmasına yönəlmiş hər bir tədbir dəstəklənməli və gerçəkləşdirilməlidir. "Bu, həm də münaqişə tərəflərinin qoşunlarının təmas xəttindən snayperlərin çıxarılmasına da aiddir" - deyə K.Saudabayev vurğulayıb. Onun sözlərinə görə, ATƏT danışıqlar prosesinə əlindən gələn impulsu vermək istəyir: "Bununla belə əminik ki, münaqişənin həlli onun birbaşa iştirakçılarının əlindədir.
|
Oxumaq
17.02.10
|
| |
|
|
Bütün dünyada Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçiriləcək
|
Xocalı soyqırımının 18-ci ildönümü bütün xarici ölkələrdə Azərbaycanın fəaliyyətdə olan diplomatik missiyaları və diaspora təşkilatları tərəfindən qeyd ediləcək
Xocalı soyqırımının 18-ci ildönümü bütün xarici ölkələrdə Azərbaycanın fəaliyyətdə olan diplomatik missiyaları və diaspora təşkilatları tərəfindən qeyd ediləcək. "Artıq bir neçə ildir ki, Xocalı faciəsi haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması üzrə tədbirlər həyata keçirilir və hər il bu işlərin səmərəliliyi artır, bu faciənin əks etdirilməsi üçün çoxlu materiallar ortaya çıxır. Bu həftənin sonundan etibarən bütün dünya ölkələrində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçiriləcək. Onlar xarici ölkələrdə akreditə olunmuş Azərbaycan səfirlikləri tərəfindən, həmçinin bizim diaspora təşkilatlarımız tərəfindən təşkil olunacaq", - Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov jurnalistlərə bildirib.
|
Oxumaq
17.02.10
|
| |
|
|
|
Səhifələr : 1
|
|