|
|
Səhifələr : 1
|
Tarix Muzeyi 90 yaşında
|
Məlum olduğu kimi, bu il Azərbaycan Milli Tarix Muzeyinin yaradılmasının 90 illiyi tamam olur. Bu münasibətlə 2010-cu il Tarix Muzeyinin yubiley ili elan edilib. APA-nın yaydığı məlumata görə, yubiley çərçivəsində muzey rəhbərliyi tərəfindən silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər siyahısına müxtəlif sərgilərin keçirilməsi, tədbirlərin təşkili, muzeyin 90 illik fəaliyyətini əks etdirən broşürlərin hazırlanması və s. daxil edilib. Dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq edən Tarix Muzeyinin yubiley tədbirlərinə Koreya, Rusiya və Belarusun Tarix Muzeylərindən də qonaqların dəvəti gözlənilir. Məlumatda o da bildirilir ki, muzeyə yeni eksponatların gətirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan Tarix Muzeyi 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının "Muzekskurs" yarımşöbəsinin nəzdində təşkil edilib. Həmin ilin iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş muzey (1941-ci ilə kimi burada fəaliyyət göstərib) oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adlandırılıb və 1921-ci ildən fəaliyyətə başlayıb.
|
Oxumaq
16.02.10
|
| |
|
|
Qavqazda sülh üçün mühüm qərarların qəbul edilməsi vacibdir
|
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
Prezident İlham Əliyev fevralın 15-də Qazaxıstanın dövlət katibi-xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AzərTAc-ın məlumatına görə, əvvəlcə dövlət başçısının Qazaxıstanın dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev ilə görüşü olub. Qazaxıstanın ATƏT-ə sədrliyini əlamətdar hadisə kimi dəyərləndirən prezident İlham Əliyev bu münasibətlə təbriklərini çatdırıb. Dövlət başçısı Qazaxıstanın ATƏT-ə sədrlik edəcəyi 2010-cu ildə müsbət istiqamətdə ciddi dəyişikliklər olacağına əminliyini bildirib. Sonra görüş geniş tərkibdə davam etdirilib. ATƏT-ə rəhbərliyin mühüm missiya olduğunu vurğulayan Prezident İlham Əliyev Qazaxıstanın sədrliyi dövründə ATƏT-in Avropada təhlükəsizliyin möhkəmlənməsi işində əsaslı və müsbət irəliləyişlərə nail olunacağına əminliyini bildirib. Dövlət başçısı Qazaxıstanın ATƏT-ə sədrlik edən ölkə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması işində fəal surətdə iştirak edəcəyinə inandığını bildirərək, 2010-cu ildə münaqişənin həll olunması işində ciddi irəliləyişlərə nail olunacağına ümid bəslədiyini deyib.
|
Oxumaq
16.02.10
|
| |
|
|
Millət vəkili hökuməti vergi dərəcələrini aşağı salmağa çağırır
|
Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, millət vəkili Əli Məsimlinin fikrincə, hökumət bu yolla iqtisadi fəallığı artıra bilər
"Azərbaycan hökuməti vergi dərəcələrini tədricən aşağı salmalıdır". Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, millət vəkili Əli Məsimli bu fikirdədir. Onun sözlərinə görə, Azərbaycan dünyada tüğyan edən qlobal iqtisadi böhrandan ən az itki ilə çıxan ölkələrdən biridir. Amma hələ də iqtisadi böhran başa çatmayıb. Bəzi iqtisadçılar böhranın yeni dalğasının müşahidə oluna biləcəyi xəbərdarlıqları ilə çıxış etməkdədirlər. Ə.Məsimlinin sözlərinə görə, dünya iqtisadiyyatında müəyyən dinamika müşahidə olunsa da, hələ də maliyyə sektorunda problem hesab oluna biləcək hallar davam etməkdədir.
|
Oxumaq
16.02.10
|
| |
|
|
"Telekanallarda aqressiya mövzusu geniş reklam edilir"
|
Respublikanın baş psixiatrı Gəray Gəraybəyli: "İndi uşaqlar kinolarda yalnız dava, qırğın görürlər. Uşaq cizgi filmində gördüyü hansısa aqressiv hərəkəti ailədəki kiçik bacı və qardaşına tətbiq etməyə çalışır..."
- Azərbaycanda psixi sağlamlıq sistemini necə qiymətləndirirsiniz?
- Təkcə Azərbaycanda yox, bir çox ölkələrdə psixiatriyaya uzun müddət diqqət yetirilməyib. Ona həmişə ikinci dərəcəli, vacib olmayan məsələ kimi baxılıb. İndi isə "psixi sağlam olmayan insan heç zaman fiziki sağlam ola bilməz" şüarı gündəmə gəlməkdədir. Dünya təcrübəsi göstərir ki, psixi problemləri olan insanlar psixiatra çox vaxt gec müraciət edirlər. Çünki xəstəni ilk görən ümumi həkim problemi psixi pozuntu kimi qiymətləndirmir. Bu da vəziyyətin kəskinləşməsi, dərinləşməsi və xroniki hala çevrilməsi ilə nəticələnir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə ötən il ümumi həkimlərimizin psixiatriya üzrə biliklərini öyrənmək üçün sorğu apardıq. Təəssüf ki, analiz ümumi həkimlərin biliklərinin kifayət qədər olmadığını göstərdi.
|
Oxumaq
16.02.10
|
| |
|
|
Yalançı mərhəmət
|
Və yaxud xeyriyyəçilik yalnız reklam məqsədi daşıyırsa
Əvvəla ondan başlayaq ki, xeyriyyəçilik nədir? Bu, insanlıqdan doğan duyğu, yoxsa qarşıya qoyulan məqsəddir? Ya bəlkə özünüreklam yestidir? Biznes terminləri lügətində mesenantlıq hec bir təmənna güdmədən öz vəsaiti hesabına elm və incəsənətin inkişafına və imkansız adamlara kömək etməkdir. İnkişaf etmiş, varlanan ölkələrdə zəngin insanlar öz vəsaitlərini daha çox xeyriyyə məqsədilə xərcləyirlər. Bu barədə KİV-də tez-tez müxtəlif informasiyalara rast gəlinir. Hollivud ulduzu Denzel Vaşinqton "İzvestiya" qəzetinə müsahibəsində müxbirin "Siz pullarınızı niyə israfçılıqla xərcləyirsiniz?" sualına "Mənim hər şeyim var". Sonra da qolundakı saatı göstərərək: "Bundan bahalısını almayacağam ki?" - deyə cavab verib. Hollivud tarixində belə misallar istənilən qədərdir.
|
Oxumaq
16.02.10
|
| |
|
|
Bahalı mənzillərin ucuzlaşmasına ehtiyac var
|
Bazarın ən böyük problemi sənədləşmədir
Əvvəlki illərdə sürətlə gedən tikinti bumundan sonra Azərbaycanın daşınmaz əmlak bazarında süstlük müşahidə edilir. Bəs bu gün adıçəkilən bazarın aktivləşməsinə mane olan əsas səbəblər hansılardır? "Kaspi"yə mövcud problemlərdən söz açan ekspertlər bazarda təkrar canlanmanın yaranması üçün təklif və tövsiyələrini də bölüşüblər.
|
Oxumaq
16.02.10
|
| |
|
|
Rəsmi Bakı yenilənmiş baza prinsiplərini məqbul sayır
|
Xarici işlər naziri Elmar Məmmədyarov: "Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin Afinada təklif etdikləri nizamlanmanın yenilənmiş baza prinsiplərini məqbul sayırıq"
"Bakı Qarabağ nizamlanmasının yenilənmiş baza prinsiplərini təqdir edir". Bunu xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib. "Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin Afinada təklif etdikləri nizamlanmanın yenilənmiş baza prinsiplərini məqbul sayırıq" - deyə o bildirib. "Bizim mövqeyimiz bundan ibarətdir ki, bütövlükdə, yenilənmiş prinsiplər qəbul olunur. Ancaq bizi qane etməyən, razılaşdırılmasını və danışıqların davam etdirilməsini tələb edən elementlər də var" - deyə E.Məmmədyarov qeyd edib. Nazir deyib ki, bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrovla əlaqə saxlayıb və onun nəzərə çatdırıb ki, Ermənistan tərəfi yenilənmiş prinsiplərlə bağlı öz münasibətini hələ bildirməyib. XİN başçısı münaqişənin nizamlanmasında mövcud olan status-kvonun qeyri-mümkün olduğunu bəyan edib. "Əgər biz ATƏT çərçivəsində normal beynəlxalq münasibətlər qururuqsa, o zaman "etnik təmizləmə" və "ərazilərin işğalı" anlayışları qəbulolunmazdır" - deyə o vurğulayıb. Nazir Qazaxıstanın ATƏT-də sədrliyini və Astana tərəfindən bu il təşkilatın iştirakçı ölkələrinin sammitinin təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəkləyib.
|
Oxumaq
16.02.10
|
| |
|
|
Ərdoğan-Klınton görüşündə qalmaqal
|
Türkiyə baş nazirinin xarici siyasət məsələləri üzrə baş məsləhətçisi Fuat Tanlay və ABŞ-ın Qətərdəki səfiri Cosef LeBaron arasında insident yaşanıb
Qətərdə keçirilən ABŞ-İslam Forumunda iştirak etmək üçün bu ölkəyə gedən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ikitərəfli görüşlər keçirib. "haberturk.com" saytının yaydığı məlumata görə, Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Hillari Klintonla da bir araya gəlib. Görüşə xarici işlər naziri Əhməd Davudoğlu da qatılıb. Görüş 20 dəqiqə nəzərdə tutulsa da, 1 saatdan çox çəkib. Görüşün uzanması diplomatik qalmaqala yol açıb. Hillari Klintonun Qətər əmiri ilə görüşə gecikdiyini bildirən ABŞ-ın Qətərdəki səfiri Cosef LeBaron türk diplomatik heyətinə müraciət edib, baş nazir və xarici işlər nazirinə görüşü bitirməsi üçün xəbər göndərilməsini istəyib. Türk diplomatlar və protokol işçiləri görüşə müdaxilə etmək istəməyiblər. Hirslənən Cosef LeBaron mühafizəçiləri keçərək görüşün keçirildiyi otağın qapısını yumruqlamağa başlayıb. Türk diplomatlar ona müdaxilə etməyə çalışıblar. Cosef LeBaron isə "siz önəmli deyilsiniz, Qətər əmiri daha önəmlidir" - deyərək qışqırmağa başlayıb.
|
Oxumaq
16.02.10
|
| |
|
|
Komendatların siyahısı...
|
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sözlərinə görə yataqxanalarda komendatlar siyahı tutur və sakinlərdən "yaxşı evə sahib olmaq" adı altında pul alırlar
Bakı şəhərindəki yataqxana və sanatoriya binalarında yaşayan məcburi köçkünlərin köçürüləcəyi haqda məlumatlar rəsmi səviyyədə öz təsdiqini tapıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun mətbuata açıqlamasında qeyd olunur ki, dövlət başçısının Nazirlər Kabinetinin müşavirəsində verdiyi tapşırığa əsasən, komitə bununla bağlı işlərə başlayıb. "Biz artıq təkliflərimizi vermişik. Təkliflər baxılandan sonra ayrılacaq maliyyə vəsaiti müqabilində məcburi köçkünlərin yataqxanalardan köçürülməsinə başlanacaq", - deyə Ə. Həsənov bildirib.
|
Oxumaq
16.02.10
|
| |
|
|
260 kiloqrama yaxın yararsız mal məhv edilib
|
|
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) növbəti monitorinqləri başa çatdırıb. Nəticələr barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, bu dəfə ümumi çəkisi 260 kiloqrama yaxın saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulu, o cümlədən kolbasa, qənnadı , makaron məmulatları, yağlar, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, çay, düyü, uşaq yeməkləri, sirkə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Yararsız məhsullar Yasamal rayonunda H.Zərdabi prospekti, ev 89 ünvanında yerləşən "Eksperimental market"də, Şərifzadə küçəsi, ev 196 ünvanında Abbas Novruzluya məxsus mağazada, Nərimanov rayonunda Ə.Əliyev küçəsi, ev 13 ünvanında yerləşən "Şərur market"də, H.Əliyev prospekti, 101A ünvanında "V&M market"də, A.Molla Cümə küçəsi, 7A ünvanında Natiq Hüseynova məxsus mağazada aşkarlanıb.
|
Oxumaq
16.02.10
|
| |
|
|
|
Səhifələr : 1
|
|