|
|
Səhifələr : 1
|
Konstitusiyaya uyğun olaraq bir sıra qanunvericilik aktları dəyişdirildi
|
Milli Məclis "Məlumat azadlığı haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "İnformasiya əldə etmək haqqında" və "Kütləvi informasiya vasitələri haqqında" qanunlara əlavə və dəyişikliklər etdi
Fevralın 12-də Milli Məclis ölkə Konstitusiyasına ötən ilin 18 mart referendumunda edilən əlavə və dəyişikliklərlə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklikləri müzakirəyə çıxardı. Bu barədə məlumat verən Milli Məclisin İnsan haqları Komitəsinin sədri Rəbiyyət Aslanova təqdim olunan sənəddə "Məlumat azadlığı haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "İnformasiya əldə etmək haqqında" və "Kütləvi informasiya vasitələri haqqında" qanunlara əlavə və dəyişikliklərin təklif olunduğunu bildirdi. O qeyd etdi ki, "KİV haqqında" qanuna təklif olunan əlavədə "əməliyyat-axtarış halları istisna olmaqla digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənməsi, video və foto çəkilişinin, səs yazısının aparılması qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur" fikri yer alır. Komitə sədri qeyd etdi ki, müxalifəti təmsil edən millət vəkilləri müxtəlif media orqanlarına müsahibələrində təkliflərin əleyhinə çıxsalar da, komitənin iclasında layihənin Milli Məclisin plenar iclasına çıxarılmasına səs veriblər.
|
Oxumaq
13.02.10
|
| |
|
|
Böyük Britaniyanın baş naziri Sarkisyanı qəbul etmədi
|
Bu günlərdə Böyük Britaniyada rəsmi səfərdə olmuş Ermənistan prezidenti Serj Sarkisyan bu ölkədə çox soyuq qarşılanıb. Səfər zamanı o, baş nazir Qordon Braun tərəfindən də qəbul edilməyib.
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bu cür soyuq qəbulun təşkilatçıların günahı üzündən baş verdiyini deyib. O bildirib ki, dəvət edən tərəf S. Sarkisyanın Q. Braunla görüşünü təşkil etməyi bacarmayıb. Məlumatı erməni saytları yayıb.
|
Oxumaq
13.02.10
|
| |
|
|
Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyinə start verildi
|
1920-ci ildə yaranan muzeyin yubileyi münasibətilə silsilə tədbirlər və sərgilər həyata keçiriləcək. Bunu muzeyin direktoru akademik Nailə Vəlixanlı bildirib
N.Vəlixanlı muzeyin böyük bir dövr keçdiyini vurğulayıb: "Bu dövr ərzində muzeyin hansı yolları keçdiyi, təşəkkülü, inkişafı və ölkədə, cəmiyyətdə tutduğu mövqe əhəmiyyət kəsb edir. Əsas məqsəd tarix muzeyinin cəmiyyətin bütün üzvlərinə xalqın, dövlətin tarixini olduğu kimi təqdim etməkdir". Muzey direktoru böyük tədbirlər planının hazırlandığını qeyd edib. İlk tədbir artıq yanvar ayında keçirilib. Növbəti tədbir isə marta təsadüf edəcək.
|
Oxumaq
13.02.10
|
| |
|
|
"Bu müsabiqə ədəbi mühitdə ətaləti pozdu"
|
Milli Kitab Müsabiqəsinin ilk onluğunda birinci yer alan, "Kərpickəsən kişinin dastanı" hekayəsinin müəllifi Şərif Ağayar müsabiqə ilə bağlı fikirlərini bölüşür
Ötən ilin noyabr ayında ölkənin ictimai həyatında geniş müzakirə mövzusuna çevrilmiş "Milli kitab mükafatı"nın ilk onluğu açıqlanıb. Müsabiqə başlanan gündən mətbuatda, ictimaiyyətdə müsabiqənin şərtləri, münsiflər heyəti, tərtibatı tənqid olundu. Bəziləri isə mükafatın təsisçisi Nigar Köçərlinin bu ideyasını yüksək qiymətləndirərək, ona dəstək verdilər. İlk iyirmiliyin açıqlanmasından sonra bir müddət dayanan tənqidçi "qələmlər" yenə işə düşdü. Təbii ki, bunların arasında əsərləri iyirmiliyə layiq görülməyən insanlar da vardı. Bu dəfə tənqid obyekti şeçilən əsərlər, onların müəllifləri və əlbəttə ki, münsiflər heyəti oldu. Səslənən fikirlər arasında "ədalətsizlik", "qeyri-obyektiv qiymətləndirmə", "qeyri-peşəkar yazıçılar", "ədəbiyyat tariximizə təhqir hesab olunan əsərlər" kimi fikirlər çoxluq təşkil etdi.
|
Oxumaq
13.02.10
|
| |
|
|
Avropa standartlarına cavab verməyən avtomobillərin idxalı dayandırılacaq
|
Nazirlər Kabineti bir həftə ərzində qərar verəcək
Bu il iyul ayının 1-dən Azərbaycana Avropa standartlarına cavab verməyən avtomobillərin idxalı dayandırılacaq. Bu barədə fevralın 12-də YAP qərargahında keçirilən mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov məlumat verib. Onun sözlərinə görə, qadağaların tətbiqində avtomobilin hansı şirkətə və ölkəyə məxsus olması əsas götürülməyəcək: "10-15 il əvvəl istehsal olunmuş avtomobillər Azərbaycana idxal edilməyəcək. Konkret hansı ildən başlayaraq istehsal olunmuş avtomobillərin idxalının qadağan edilməsinə gəlincə, Nazirlər Kabineti bir həftə ərzində bununla bağlı qərar verəcək. Əsas odur ki, mühərrikdən çıxan qaz "Avro-2" standartına uyğun olsun". Belə ki, 2010-cu ilin "Ekologiya ili" elan olunması SMPDK-nın da qarşısında bir sıra vəzifələr qoyur:
|
Oxumaq
13.02.10
|
| |
|
|
Bəxtiyar Vahabzadə yolu
|
Bu gün görkəmli şair, şeirimizin ağsaqqalı Bəxtiyar Vahabzadənin ölümündən bir il keçir. Onun qismətinə düşən ömür payının hər anı mənalı keçib. Ona görə də "Ömür yolum-içimdəki vuruşlarım. Mübarizəm-talem ilə yarışlarım"- deyirdi Xalq şairi Bəxtiyar Vahabzadə. Vaxtilə söylədiyi bu sözləri deməyə şairin haqqı vardı. Çünki o, hələ sağlığında heykəli ucaldılanlardan idi. Görkəmli şair, şeirimizin ağsaqqalı Bəxtiyar Vahabzadə poeziya kimi çətin, ağır və əzablı yolu ən böyük həzz kimi şərəflə yaşamağı bacardı. ...İnsan ürəyində ən böyük çevrilişlər heyrətdən yaranır. Uşaq da dünyanı heyrətlənə-heyrətlənə dərk edir. Gözəlliyə sevgi də heyrətdən yaranır. Onun üçün ən böyük heyrət sənət heyrəti idi. Şeirə də heyrəti uşaqlıqda yaranmışdı. Bircə dəfə oxuduğu, bircə dəfə eşitdiyi yadında qalırdı. Təbiətin rənglərini, çayların, bulaqların büsatını gözünə, könlünə yığıb evə gətirərdi. Fərəhindən aşıb-daşar, sevincindən qanad alıb uçardı. Nə qəribə olurmuş uşaq marağı. Hələ ürəyindəkiləri sözə çevirməyə tələsməzdi. Uşaq heyrəti dilində donub qalardı.
|
Oxumaq
13.02.10
|
| |
|
|
"QHT-lər haqqında" qanuna dəyişiklik edildi
|
Əcnəbilər vəvətəndaşlığı olmayan şəxslər Azərbaycanda QHT təsis edə biləcəklər
Azərbaycanda daimi yaşayış hüququ olan əcnəbilər və vətəndaşlıq hüququ olmayan şəxslərə də ölkə ərazisində qeyri-hökumət təşkilatı təsis etmək hüququ verildi. Milli Məclis bununla əlaqədar bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər etdi. Bu barədə məlumat verən Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, bununla əlaqədar "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında", "QHT-lər haqqında" qanunlara əlavə və dəyişikliklər edildi. Dəyişikliklərə əsasən, təsisçiləri əcnəbilər və ya xarici hüquqi şəxslər olan QHT-lərin filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan vətəndaşları olmalıdırlar.
|
Oxumaq
13.02.10
|
| |
|
|
|
Səhifələr : 1
|
|