|
|
Səhifələr : 1
|
Aviqdor Liberman: "Biz İlham Əliyevin siyasət modelinə hörmət edirik"
|
İsrailin xarici işlər naziri Aviqdor Libermanın ölkəmizə səfəri yerli və xarici mətbuatda geniş müzakirə olunur
İsrailin xarici işlər naziri Aviqdor Libermanın ölkəmizə səfəri yerli və xarici mətbuatda geniş müzakirə olunur. Xarici siyasət idarəsinin rəhbəri vəzifəsinə ötən il təyin olunan Liberman Azərbaycana ilk dəfə 2007-ci ildə strateyi təhlükələr naziri qismində gəlmişdi. Əksəriyyət hesab edir ki, İsrail XİN rəhbərinin ölkəmizə ilk səfəri iki ölkə arasında onsuz da yüksək olan əməkdaşlıq tellərinin daha da güclənməsinə gətirib çıxaracaq. Lakin bəziləri bu qənaətdədir ki, Türkiyə ilə İsrail arasında münasibətlərin soyuq olduğu bir dönəmdə Libermanın Bakıya səfər etməsi qonşu ölkələrdə narazılığa səbəb ola bilər. Lakin bu qənaətdə olanlar yanılırlar ki, Azərbaycan və İsrail arasında olan strateyi münasibətlər əsrlər boyu formalaşıb və hansısa kənar təsirlər üzərində qurulmayıb. Bu qənaətdə olanlara Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun cavabı belə olub ki, Türkiyə-İsrail münasibətlərindəki gərginlik Azərbaycanın İsraillə ikitərəfli əlaqələrinə təsir göstərə bilməz: "Bu səfərin reallaşması da ölkələrimiz arasında münasibətlərin göstəricisidir. Türkiyə ilə İsrail arasındakı münasibətlər isə bu ölkələrin müəyyənləşdirdiyi xarici siyasət kursu ilə bağlı məsələdir. Biz bu ölkələrin hər ikisi ilə münasibətlərdən milli maraqlarımız üçün maksimal dərəcədə bəhrələnməyə çalışırıq".
|
Oxumaq
12.02.10
|
| |
|
|
Əhmədineyad ölkəsini nüvə dövləti elan etdi
|
İslam İnqilabının 31-ci ildönümü mərasimində yüz minlərlə insan qarşısında çıxış edən İran prezidenti ölkəsinin "nüvə dövləti" olduğunu və ilk 20 faiz zənginləşdirilmiş uranı istehsal etdiyini deyib
İran prezidenti Mahmud Əhmədineyad növbəti dəfə ölkəsinin nüvə proqramı ilə bağlı bir addım belə geri çəkilmək istəmədiyini bəyan edib. İslam İnqilabının 31-ci ildönümü mərasimində yüz minlərlə insan qarşısında çıxış edən İran prezidenti ölkəsinin "nüvə dövləti" olduğunu və ilk 20 faiz zənginləşdirilmiş uranı istehsal etdiyini deyib. O bildirib ki, İranın düşmənləri insan haqları və nüvə proqramı məsələlərini ortaya ataraq bölgədə hökmranlıq etmək niyyətindədirlər: "İran uranı 20 faizə qədər zənginləşdirməyə başlayıb və bu göstəricini 80 faizə çatdırmağa hazırdır". O bildirib ki, hegemon ölkələrin hegemonluq siyasəti nəticəsində hazırda dünya xalqlarının 80 faizi kasıblıq həddində yaşayır: "İslam İnqilabının qələbə çalması ilə Marksist ideologiyası tarixə çevrildi. Hazırda Qərb ideologiyası da dalana dirənib və Allahın lütfü ilə onun da çökməsinin şahidi olacağıq". Əhmədineyad əlavə edib ki, Qərb ölkələri Tehran reaktoruna lazım olan 20 faizlik uranı təhvil vermədilər. Onlar İrandakı xəstələrin taleyini də düşünmədilər. "Qərb ölkələri öz dərman satışlarını artırmaq üçün bir müddət öncə "donuz qripi" virusunu yaydılar".
|
Oxumaq
12.02.10
|
| |
|
|
Qəza törədən ünvanlar
|
Bu ünvanlarda tikilən evlər və müxtəlif obyektlər yüksək gərginlikli hava xətlərinin mühafizə zonasına düşdüyündən ölkənin energetika sisteminin normal fəaliyyətinə əngəl törədir
Fevralın 9-da respublikada elektrik eneryisinin verilməsi ilə bağlı yaranan fasilənin səbəbləri artıq aydılaşdırılıb. Mütəxəssislərin qənaətincə, yüksək gərginlikli hava xətlərinin mühafizə zonasında evlərin və müxtəlif obyektlərin tikintisi ölkənin energetika sisteminin normal fəaliyyətinə başlıca əngəldir. Bu səbəbdən qəzalar baş verir və ya qəzaların nəticələrini operativ qaydada aradan qaldırmaq mümkün olmur. Belə hallar vaxtında cari və əsaslı təmirin aparılmasına, yenidənqurma tədbirlərinin reallaşdırılmasına da maneçilik törədir. Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin, Masazır və Saray qəsəbələrində, Bakı-Şamaxı avtomobil magistralı boyunca yüksək gərginlikli hava xətlərinin mühafizə zonasında qeyri-qanuni tikililərin inşası kütləvi xarakter daşıyır. Bu da 110 və 220 kilovoltluq hava xətlərinin saz vəziyyətdə saxlanmasına əngəllər törədir. "Azərenerji" ASC-nin əməkdaşı İsmayıl Nurullayevin sözlərinə görə, dövlət orqanları belə qeyri-qanuni tikililərin yolverilməzliyini dəfələrlə bəyan ediblər: "Fevralın 9-da baş verən qəza bir daha göstərdi ki, yüksək gərginlikli elektrik xətlərinin altında və ərtafındakı evlər və digər obyektlər ötən əsrin 60-70-ci illərində quraşdırılan ötürücülərin vaxtlı-vaxtında dəyişdirilməsinə imkan vermir. "Azəreneryi" ASC-nin ağır texnikası və əməkdaşları təmir aparmaqda və qəza zamanı operativ tədbirlərin görülməsində silsilə çətinliklərlə üzləşirlər".
|
Oxumaq
12.02.10
|
| |
|
|
"KİV haqqında" qanuna dəyişikliklər nə vəd edır?
|
Millət vəkilləri və baş redaktorlar "KİV haqqında" qanuna təklif olunan əlavənin peşəkar jurnalistikanın inkişafına təkan verəcəyini düşünürlər
Bu gün Milli Məclis "KİV haqqında" qanunun 60-cı maddəsinə təklif olunan əlavəni müzakirəyə çıxaracaq. Həmin əlavədə qeyd olunur ki, əməliyyat-axtarış halları istisna olmaqla digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənməsi, video və foto çəkilişinin, səs yazısının aparılması qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Təklif olunan bu dəyişiklik geniş müzakirələrə səbəb olub. Bəzi yurnalist təşkilatlarının təmsilçiləri və hüquq müdafiəçiləri nəzərdə tutulan əlavənin ölkədə söz və ifadə azadlığına problem yaradacağını iddia etməyə başlayıblar. Amma başqa fikirdə olanlar da var. Əksəriyyətin qənaətincə, bu əlavə KİV-in vətəndaşların şəxsi həyatına onların icazəsi olmadan müdaxiləsinin qarşısını almağa yönəlib. Milli Məclis sədrinin müavini Bahar Muradova hesab edir ki, "KİV haqqında" qanuna təklif olunan əlavə keçən il martın 18-də ölkə Konstitusiyasına referendum yolu ilə edilmiş əlavə və dəyişikliklərdən doğur. Artıq Milli Məclis səsvermədən sonra Ana Qanuna edilmiş əlavə və dəyişikliklərin müxtəlif qanunvericilik aktlarında əks etdirilməsi istiqamətində müxtəlif qanun layihələri müzakirəyə çıxarır.
|
Oxumaq
12.02.10
|
| |
|
|
İran yenidən çalxalandı
|
|
İran İslam İnqilabının 31-ci ildönümü ilə əlaqədar keçirilən bayram mərasimləri qarşıdurmaya çevrilib. Ölkənin sabiq prezidenti Məhəmməd Rza Hatəmi və onun həyat yoldaşı Z.Əşraqi (ayətulla Xomeyninin nəvəsi) həbs olunub. Tehranın bəzi ərazilərində asayiş keşikçiləri ilə müxalifət tərəfdarları arasında toqquşmalar başlayıb. Müşahidəçilər bildirir ki, deyilənlər həqiqətdirsə, bu, İranın tarixində ən səs-küylü həbslərdən birinə çevriləcək. Bir qədər əvvəl müxalifət lideri Mehdi Kərrubinin oğlu Əli Kərrubi və İranın sabiq prezidenti Məhəmməd Hatəminin qardaşı Məhəmmədrza Hatəminin də tutulması haqda xəbərlər yayılıb. Artıq polis getdikcə genişlənən aksiyaların qarşısını almaq üçün tədbirlər görməyə başlayıb. Məlumatda həmçinin bildirilir ki, dünən keçirilən mitinqlər zamanı Məhəmməd Xatəminin avtomobilinə hücum olunub. "MEHR" agentliyinin məlumatına görə, eyni vaxtda ölkənin 818 şəhəri və 4000 kəndində mitinq keçirilib.
|
Oxumaq
12.02.10
|
| |
|
|
Şri-Lanka prezidenti seçkilərdəki rəqibni tutdurdu
|
Müxalifət isə onun azad olunmasını tələb edir
Şri-Lankada prezident seçkilərindən iki həftədən çox vaxt keçməsinə baxmayaraq, gərginlik səngimək bilmir. Belə ki, seçkilərin qalibi olan hazırki prezident Mahinda Radyapaksenin keçmiş rəqibi, silahlı qüvvələrin keçmiş komandiri Sarat Fonsekanı dövləti xəyanət ittihamı ilə həbs etdirməsi etiraz aksiyalarına səbəb olub. Bu səbəbdən də müxalifət qüvvələri Kolombo küçələrinə minlərlə tərəfdarını çıxarıb və onlar Ali Məhkəmənin önünə doğru irəliləyiblər. Liderləri general Sarat Fonsekanın azadlığa buraxılmasını tələb edən müxalifətçilərin qarşısını hazırki prezidentin tərəfdarları kəsib. Onlar məhkəməyə gedən yolda Fonseka tərəfdarlarını daş yağışına tutublar. Qəzəblənmiş kütləni sakitləşdirmək üçün əraziyə polis və xüsusi təyinatlılar cəlb edilib və onlar da gözyaşardıcı qazlardan və suatanlardan istifadə edərək aksiyanı dağıdıblar.
|
Oxumaq
12.02.10
|
| |
|
|
|
Səhifələr : 1
|
|