|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
Azərbaycanla İsrail arasında viza reyimi ləğv oluna bilər
|
Prezident Aviqdor Libermanı qəbul edib
Dünən prezident İlham Əliyev İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AzərTAc-ın məlumatına görə, görüşdə ikitərəfli münasibətlər, o cümlədən iqtisadi sahədə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. İsrailin xarici işlər naziri Aviqdor Libermanın azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşü olub. APA-nın Newsru.co.il saytına istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən dəniz suyunun duzdan təmizlənməsi, təhsil, səhiyyə, eneryi, təhlükəsizlik məsələləri, ikiqat vergidən azad olunmaq haqqında sazişin imzalanması imkanları müzakirə olunub. Azərbaycan tərəfi bildirib ki, Aşkelon və Xadera şəhərlərində dəniz suyunun duzdan təmizlənməsini öyrənmək üçün nümayəndə heyəti göndərmək niyyəti var. A.Liberman isə ikitərəfli qaydada viza reyimini ləğv etməyi təklif edib. Bu məsələ ilə bağlı məsləhətləşmələr diplomatlar tərəfindən yaxın gələcəkdə müzakirə olunacaq.
|
Oxumaq
10.02.10
|
| |
|
|
3 klub "altılığ"a vəsiqəni təmin etdi
|
"Xəzər-Lənkəran"ın Zaqatalada "Simurq"a qalib gəlməsi digərlərinin də işinə yaradı
Dünən Azərbaycan Premyer Liqasında XIX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, keçirilən qarşılaşmalar ilk "altılığ"a vəsiqə qazanan ilk komandaların adlarına aydınlıq gətirib. "Xəzər-Lənkəran"ın Zaqatalada "Simurq"a qalib gəlməsi, təkcə cənubluları deyil, liderlər qrupunda qərarlaşan daha iki komandanı da mükafatlar uğrunda mübarizə aparacaq 6 klub sırasına daşıyıb. Belə ki, bu tur çətinliklə "Karvan"ı məğlub edən "Qarabağ", həmçinin "İnter" artıq həlledici oyunlar haqda düşünə bilər. Lakin onlar həm də "qızıl xalllar" haqqında düşünməyə məcburdur. "Karvan", "Standard", "Muğan" və "Turan"ın ardından "Olimpik-Şüvəlan"ın da mükafat iddiasından əl çəkdiyi rəsmiləşib. "Təyyarəçilər" dünən "Muğan"ı 1:0 hesabı ilə məğlub etsələr də, ilk "altılıq"dan kənar qalmaqdan qurtula bilməyəcək. Bakılılar 6-cı pillədə qərarlaşan "Neftçi"dən 10 xal geri qalır ki, bu fərqi də aradan qaldırmaq mümkün deyil. Son ölkə çempionu "Bakı", onlarla matçda 1 xal qazanan "Neftçi", həmçinin "Turan"ı 1 qolla keçən "Qəbələ" də Nazim Süleymanovun yetirmələri üçün əlçatmaz olub. Son 3 turda bu 3 komandaya mane olmağa çalışacaq yalnız bir klub qalıb. Bu da son vaxtlar böhrandan çıxa bilməyən "Simurq"dur.
|
Oxumaq
10.02.10
|
| |
|
|
Sarkisyan Gülə məktub yazıb
|
Erməni prezident nəyəsə görə qətiyyətli addımların atılmasını istəyir
Ermənistan prezidenti Sery Sarkisyan türkiyəli həmkarı Abdulla Gülü iki ölkə münasibətlərinin normallaşdırılması istiqamətində qətiyyətli addım atmağa çağırıb. Ermənistan prezidenti Abdulla Gülə bu mövzuda məktub da ünvanlayıb. "Armenia today" agentliyinin yaydığı məlumata görə, S.Sarkisyan həmkarını qətiyyət göstərməyə və iki ölkə arasında münasibətlərin normallaşmasına və bölgədə sabitliyə xidmət edəcək addım atmağa çağırıb. Məktubda deyilir: "Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üzrə bizim təşəbbüsümüz dünya birliyinin diqqət mərkəzində qalmağa davam edir. Doğrudan da tarixi məqam yaranıb və bunu təkcə biz yox, bütün dünya dərk edir. İkitərəfli münasibətlərin yoluna qoyulmasında bölgədəki proseslərdə rol oynayan böyük dövlətlərin səyləri çox qiymətlidir. Əminəm ki, onların vasitəçiliyi olmadan irəli getmək çətin olardı. Bununla yanaşı düşünürəm ki, dost ölkələr prosesin müsbət sonluqla bitməsində nə qədər maraqlı olursa olsun, onların hər iki xalqın bacara biləcəklərini bacarması mümkün deyil. Yəqin razılaşarsınız ki, erməni və türk xalqları arasında stereotiplərin sındırılması və qarşılıqlı etimad atmosferinin formalaşmasında əsas rol bizim üzərimizə düşür. Biz yalnız öz işimizə inam, qətiyyət və prinsipiallıqla nəticə əldə edə bilərik.
|
Oxumaq
10.02.10
|
| |
|
|
Ukrayna bir qadının əlində qalıb
|
Timoşenko Yanukoviçin qələbəsini tanımaq niyyətində deyil
Ukraynada bazar günü keçirilən prezident seçkiləri ilə bağlı gərginlik davam edir. Prezidentliyə namizəd Yuliya Timoşenko Viktor Yanukoviçin seçkilərin ikinci turunda qələbəsini tanımayıb. "Ukrainskaya pravda"nın yaydığı məlumata görə, bu barədə o, "Yuliya Timoşenko Bloku"nun (YTB) iclasında bildirib. Timoşenko qapalı reyimdə keçirilən iclasda seçkilərin ədalətli olmadığını vurğulayıb: "Mən belə seçkilərlə Yanukoviçin qələbəsinin legitimliyini heç bir zaman tanımayacağam". YTB lideri hüquqşünaslara seçkilərin nəticələrindən məhkəməyə şikayət etmək üçün sənədlər hazırlamağı tapşırıb. O, üçüncü turun mümkünlüyünü bəyan edib. Yeri gəlmişkən, beynəlxalq müşahidəçilər bazar günü Ukraynada keçirilmiş prezident seçkilərini demokratiyanın təqdirəlayiq nümayişi kimi təsvir edirlər. ATƏT seçkilərin şəffaf keçirildiyini deyərək, Ukrayna liderlərini insanların qərarına hörmətlə yanaşmağa və hakimiyyəti təhvil vermək üçün hazırlaşmağa çağırıb. İndi Ukrayna baş nazir Yuliya Timoşenkonu gözləyir. Yəni baş nazirdən məğlubiyyətini qəbul etməsini istəyirlər.
|
Oxumaq
10.02.10
|
| |
|
|
ÜST Səhiyyə Nazirliyinə məktub göndərib
|
Qripə qarşı immunlaşdırmanı gücləndirmək üçün
A(H1N1) pandemik qripinə qarşı immunlaşdırmanı gücləndirmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Mark Danzon tərəfindən Səhiyyə Nazirliyinə məktub ünvanlanıb. Bu barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qurumdan qeyd edilib ki, məktubda pandemiyanın bu gün də davam etdiyi vurğulanıb. Bu virusun hələ də xüsusilə də risk qrupuna daxil olan vətəndaşlar üçün təhlükəli olmasını nəzərə alaraq, immunlaşmanı davam etdirmək də tövsiyə edilib. Məktubda, həmçinin bildirilir ki, xəstəliyə yoluxma halının azalması hələ bu virusa yoluxma halının azalması deyil: "ÜST pandemiya dövrünün ləğvi haqda rəsmi olaraq bəyan etməyənə kimi yoluxma riski davam edir və bunun da qarşısını yalnız vaksinasiya ala bilər". Mətbuat xidməti Azərbaycanda pandemik A(H1N1) qripinə qarşı immunlaşdırma tədbirləri barədə növbəti məlumatını da yayıb. Məlumatda deyilir ki, dünyanın bir sıra inkişaf edən ölkələrinin, o cümlədən Azərbaycanın sifarişinə cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatı A(H1N1) qripinə qarşı vaksinlər ianə edib: "Ölkədə pandemik A(H1N1) qripinə qarşı vaksinasiya tədbirlərinin aparılması üçün 2010-cu ilin 8 və 15 yanvar tarixlərində peyvənd materialları - 172000 doz vaksin, müvafiq sayda şprislər və digər ləvazimatlar gətirilib.
|
Oxumaq
10.02.10
|
| |
|
|
Obyektiv konqresmenlərin sırası seyrəldi
|
"Erməni soyqırımı" layihəsinə qarşı çıxmış Con Merta vəfat edib
ABŞ Nümayəndələr Palatasının Təsisatlar Komitəsinin Müdafiə üzrə Alt Komitəsinin sədri, Pensilvaniya ştatından olan millət vəkili, demokrat Con Merta 77 yaşında vəfat edib. Qondarma erməni soyqırımı haqqında qətnamənin Nümayəndələr Palatasının gündəliyinə çıxarılmasına qarşı çıxması ilə yadda qalan Merta öd kisəsindən əməliyyat olunmuşdu. Bu səbəbdən konqresmen bir müddət idi ki müalicə olunurdu. Qeyd edək ki, Merta ABŞ-ın müdafiə xərclərinə nəzarət edən alt komitədəki ən yüksək səviyyəli demokrat idi. O, Konqresdə çox böyük nüfuz sahibi idi. Con Merta 1974-cü ildən bu yana işlədiyi Nümayəndələr Palatasına seçilən ilk Vyetnam müharibəsi veteranı idi. O, İraqa qoşun yeridilməsinə əvvəl dəstək versə də, daha sonra əvvəlki hökumətin müharibəni idarəetmə formasını sərt tənqid etmişdi. Onun tərcümeyi-halında qaranlıq məqamlar da var. Belə ki, Federal Təhqiqat Bürosu 2009-cu ildə onun ofisində təhqiqat aparıb. Təhqiqat zamanı onun lobbist kompaniyaları ilə əlaqələri üzə çıxmışdı. Məlum olmuşdu ki, Mertanın səyləri nəticəsində onunla bağlı olan müdafiə korporasiyaları ABŞ hökumətindən çoxmilyonluq sifarişlər alıb.
|
Oxumaq
10.02.10
|
| |
|
|
Vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqları artırılacaq
|
Layihə çərçivəsində portal da yaradılacaq
Dünən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqlarının artırılması proqramının təqdimatı keçirilib. Proqram haqqında məlumat verən İSİM sədri V.Bayramov bildirib ki, bu proqram Avropa Komissiyasının Bakı nümayəndəliyi tərəfindən maliyyələşdirilir. Proqramın həyata keçirilməsində əsas məqsədlər vətəndaş cəmiyyəti təşkilatları üçün imkanların artırılması və ümumilikdə sektorun inkişafını dəstəkləməkdir. Eləcə də vətəndaş cəmiyyəti təşkilatlarının biliklərinin, bacarıqlarının artırılması və müvafiq qiymətləndirmə, inkişaf planlarının yaradılması, vətəndaş cəmiyyətinin üzləşdiyi əsas məsələlər üzrə məlumat və biliklərin artırılması, debatların çoxaldılması da məqsədlər arasında yer alır. Layihənin xüsusi məqsədi Azərbaycandakı ictimai yönümlü təşkilatların fəallığının artırılması, qərarvermə prosesində onların səlahiyyətlərinin artırılması, yerli səviyyədə meydana çıxan təşəbbüslərin irəli çəkilməsi, vətəndaşların informasiyaya çıxışının artırılması, Minilliyin İnkişaf Məqsədləri barəsində bilik və məlumatın artırılmasıdır.
|
Oxumaq
10.02.10
|
| |
|
|
Televiziya izləmə vərdişləri
|
Azyaşlılara doğru və yanlış arasında seçim etməyi öyrətmək zəruridir
Məlum olduğu kimi, sənayeləşməylə birlikdə ortaya çıxan modern cəmiyyətlər, xüsusilə, şəhərlərdə yeni bir həyat tərzi formalaşdırmağa başladılar. Bu yeni yaşam tərzində modern fərd, ənənəvi cəmiyyətdəki fərdlərin sentimental xarakterli münasibətlərinin əksinə, formal-rasional münasibətlərlə məhdudlaşmaya, nəticədə də tənhalaşmağa başladı. Modern fərdin tənhalığına aparan ən önəmli faktor onun yetişməsində ailənin funksional aspektdən zəifləməsi və rolunun nisbətən azalması oldu. Müasirliyin yaratdığı yeni ictimai durum hər nə qədər modern fərdin tənhalığına bais oldusa da, ona yeni şərtlər və imkanlar bəxş edərək, tənhalığını aradan qaldırma yollarını da göstərdi. Elmi və texnoloyi inkişaf bu yeni imkanların açılmasında mühüm rol oynadı. Bu texnoloyi inkişafın içində ən diqqətçəkənlərindən biri əlbəttə ki, televiziyanın kəşfidir.
|
Oxumaq
10.02.10
|
| |
|
|
5 mətbu orqanla bağlı müraciətlər araşdırılıb
|
|
Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə komissiyasının növbəti iclasını keçirilib. Şuradan APA-ya verilən məlumata görə, MŞ-nin sədr müavini Umud Rəhimoğlunun rəhbərliyi ilə keçirilən müzakirələrdə 5 mətbu orqanla bağlı müraciətlər araşdırılıb. Əvvəlcə "Bakıelektrikşəbəkə" ASC-nin "Yeni xəbər" və "Kriminal - 107" qəzetləri ilə bağlı şikayətinə baxılıb. Komissiya üzvləri hər iki mətbu nəşrdə bu qurumla bağlı gedən yazılarda etik prinsiplərin pozulmasına yol verilməsi qənaətinə gəliblər. "Yeni xəbər"də "Bakıelektrikşəbəkə" "şef"i də siyasi oyunlara qoşulur" sərlövhəli, "Baba Rzayevin himayədar axtarışları ona baha başa gələ bilər" altsərlövhəli yazıda balans prinsipinin pozulması ilə müşahidə edilən qarşı tərəflə bağlı ictimai rəyin yönəldilməsinə istiqamətlənən qeyri-məqbul üsula müraciət olunmasının qəbul edilməzliyi nəşr rəhbərliyinin nəzərinə çatdırılıb. Komissiya üzvləri "Kriminal - 107" qəzetində də sözügedən qurumla bağlı verilən yazıda etik prinsiplərin pozulmasını irad tutaraq qəzetə xəbərdarlıq ediblər. "Bakıelektrikşəbəkə" ASC-nin medianın sorğularını vaxtında cavablandırılmasının da zəruriliyi bu qurumun nəzərinə çatdırılıb.
|
Oxumaq
10.02.10
|
| |
|
|
Nəbi Xəzrinin yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib
|
Dünən Respublika İncəsənət Gimnaziyasında mərhum Xalq şairi Nəbi Xəzrinin 85 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. APA-nın məlumatına görə, şairin səsi ilə lentə alınmış şeirin sədaları altında başlanan tədbirdə, mərhum şairin həyat və yaradıcılığı haqqında məlumat verilib. Xalq şairi Nəriman Həsənzadə Nəbi Xəzrin yalnız şair olaraq deyil, həm də bir insan, dost kimi də böyüklüyündən danışıb. Onun Xəzri adını özünə təxəllüs götürməsinin də təsadüf olmadığını deyib: "Nəbi Xəzəri, çinarı, ləpələrin səsini çox sevirdi. Ona görə də bunlar onun şeirinin özəyini təşkil edirdi. Xəzri təxəllüsü seçməsi məhz bu sevgidən qaynaqlanırdı. Ümumiyyətlə, Nəbi Xəzri yaradıcılığı çox geniş sahəni əhatə edir. Lirik şeirləri, dramaturyi əsərləri, publisistikası ilə ədəbiyyatımızda görkəmli yer tutub". Nəbi Xəzrinin yaxın dostu, Xalq şairi Söhrab Tahir isə yubilyarın yalnız Azərbaycan ədəbiyyatında deyil, bütün Şərqdə daha çox lirik şair kimi tanındığını vurğulayıb: "Nəbi Xəzri lirikası bakirə, səmimi qalıb. Heç kim ora müdaxilə edə bilməz və tematik cəhətdən təkrarlaya bilməz". Ədəbi-bədii gecə Nəbi Xəzrinin şeirlərinin və sözlərinə bəstələnmiş mahnıların ifası ilə davam edib.
|
Oxumaq
10.02.10
|
| |
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
|