|
Avropa zəhərlənir
|
|
Macarıstan ekoloji fəlakətin nəticələrinin aradan qaldırılması üçün Avropa Birliyinə müraciət edib
|
Oxumaq
09.10.10
|
| |
|
|
|
|
|
|
|
|
Sarkozinin pensiya güzəşti
|
Etirazlar qismən nəticə verdi
Fransa prezidenti Nikola Sarkozi pensiya islahatları layihəsinə dəyişikliklər etməyə hazır olduğunu bəyan edib. İlk növbədə çoxuşaqlı analara və məhdud imkanları olan valideynlərə vaxtından əvvəl pensiyaya çıxmaq imkanı veriləcək. Bu, yeni tətbiq ediləcək vergilərin hesabına həyata keçirəcək. Fransa prezidentinin sözlərinə görə, bu təşəbbüsün həyata keçirilməsi üçün büdcədən əlavə olaraq 3,4 mlrd. avro ayrılması nəzərdə tutulub. Əmək naziri Erik Vert yuxarıda qeyd olunan kateqoriya üzrə vaxtından əvvəl pensiyaya çıxacaq şəxslərin hansı yaşda buna müvəffəq olacaqlarına aydınlıq gətirməyib.
|
Oxumaq
09.10.10
|
| |
|
|
Taiba məscidinin müəmmaları
|
Almaniyada müsəlmanların vəziyyəti suallar doğurur
Son bir neçə gün ərzində Britaniya və ABŞ-ın kəşfiyyat mənbələri Pakistanda ekstremist silahlılar üzərinə raket zərbələri və «Əl-Qaidə»nin Avropa şəhərlərinə hücumlar etmək planları arasında əlaqənin olduğuna diqqəti çəkməkdədirlər. Bu həftə Pakistanda öldürülənlər arasında beş alman vətəndaşının olduğu deyilir. Hazırda isə Almaniyanın özündə çoxlarının diqqəti Hamburq şəhərindəki bir məscid üzərində cəmləşib.
|
Oxumaq
09.10.10
|
| |
|
|
İranın behi batmadı
|
Amma Rusiya cərimə ödəməyəcək
Rusiya ilə İran arasında münasibətlər gərginləşməyə doğru istiqamət götürüb. Moskva İrana onun S-300 raketlərinə görə ödədiyi behi qaytarmaq qərarına gəlib. Moskva bildirir ki, BMT sanksiyalarına görə bu silahı İrana çatdıra bilməyəcək, odur ki, təxminən 170 milyon dollarlıq beh Tehrana qaytarılacaq. Eyni zamanda, Rusiya heç bir əlavə cərimə ödəmək fikrində deyil. İranda müqavilənin yerinə yetirilməməsi üçün Rusiyanın cərimə ödəməsi məsələsini bir neçə dəfə dilə gətirilib. "Rostexnologiya" dövlət şirkətinin başçısı Serqey Çemezov bildirib ki, İranla müqavilədə fors-majorun, yəni fövqəladə vəziyyətin yaranması bəndi var və məhz bu bəndə əsasən, Tehranın verdiyi beh qaytarılacaq.
|
Oxumaq
09.10.10
|
| |
|
|
UEFA Avroliqanın iştirakçılarını ağır cəzalandırdı
|
UEFA Avroliqanın son turunda Rumıniyanın “Styaua” və İtaliyanın “Napoli” klubları arasında keçirilən oyunda baş verən xoşagəlməz olaylara hüquqi qiymət verib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu Buxarestdə 3:3 hesabı ilə nəticələnən görüşdə insident yaradanlara ağır cəza verib. Bunlar “Styaua”nın yunan hücumçusu Patelis Kapetanosla baş məşqçi Marius İanulidir. Oyunun 31-ci dəqiqəsində rəqibi dirsəklə vuraraq meydandan qovulan Kapetanos qrup mərhələsinin qalan 4 oyunun hamısını buraxacaq. İanuli isə hakimi təhqir etdiyinə görə cərimələnib. Hər iki klub fanatlarının intizamsız hərəkətlərinə görə cərimə ödəməli olacaq. Qeyd edək ki, Azərbaycan çempionu V Quqlemonun qardaşı Edilson Kavani “Napoli”də oynayır və həmin görüşün 90+8-ci dəqiqəsində vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib. Dava-dalaş məhz bundan, yəni görüş bitəndən sonra düşüb.
|
Oxumaq
09.10.10
|
| |
|
|
Berti Foqts Avropada beşinci ən yaşlı baş məşqçidir
|
Ən cavan baş məşqçi isə Ermənistan yığmasındadır
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Avro-2012-nin seçmə mərhələsində iştirak edən həmkarları arasında ilk onluğa düşüb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis 10 ən yaşlı baş məşqçi arasında 5-ci yerdə gedir. Bu ilin dekabrın 30-da 64 yaşı tamam olacaq Foqts hollandiyalı Qus Hiddink və italyan Fabio Kapello kimi 1946-cı il təvəllüdlü olsa da, onlardan gün etibarilə kiçikdir. Ən yaşlı baş məşqçi isə bizlərə də yaxşı tanış olan Covanni Trapattonidir. 2002-ci ilin sentyabrında İtaliya yığmasının çalışdırıcısı kimi Bakıya gələn təcrübəli mütəxəssis Avro-2012-nin iştirakçıları arasında 70 yaşı haqlayan yeganə şəxsdir. Qeyd edək ki, cari seçmə mərhələdə ən cavan baş məşqçi Ermənistan yığmasının çalışdırıcısı Vardar Minasyandır (36 yaş 276 gün).
|
Oxumaq
09.10.10
|
| |
|
|
Fransızlara psixoloq lazım oldu
|
Elə "Şalke-04"-ün müdafiəçisi Kristof Metselderə də
Fransa yığmasının baş məşqçisi Loran Blan komandada peşəkar psixoloqun çalışacağını bildirib. Bu addımın məqsədi isə futbolçuları yenidən uğura kökləməkdə yardım etməkdir. "Psixoloq problemlərimizin öhdəsindən gəlməkdə bizə yardım edə bilər. Çünki problemlərimiz oyunla yox, insani keyfiyyətlərlə bağlıdır" deyən Blan psixoloqun adını açıqlamayıb. Fransa Futbol Federasiyası isə həmin bu naməlum şəxsin yığmanın həkimi Fabris Brayanın rəhbərliyi altında çalışacağını xəbər verib.
|
Oxumaq
09.10.10
|
| |
|
|
|