|
Namizədlərə qəzet lazımdırmı?
|
|
Noyabrın 7-də Azərbaycanda 4-cü çağırış Milli Məclisə seçkilər keçiriləcək. Bu, hazırda ölkənin gündəmində dayanan ən vacib hadisədir. Yaradılan əlverişli şəraitdə millət vəkili olmaq istəyən namizədlər artıq 15 gündür ki, təbliğat-təşviqat kampaniyası aparırlar. Bəs bu, proses mətbuatda necə hiss olunur?
|
Oxumaq
31.10.10
|
| |
|
|
|
|
Şafer daha bir legioneri məşqlərdən kənarlaşdırdı
|
Vadim Boretsdən sonra hücumçu Vyaçeslav Sofroni də əvəzedici heyətə göndərildi
“Bakı” klubunun baş məşqçisi Vinfred Şafer daha bir legioneri əvəzedici komandaya göndərib. Apasport.az saytının məlumatına görə, yenə moldovalı futbolçu ilə bağlı belə qərar çıxaran Şafer müdafiəçi Vadim Boretsdən sonra hücumçu Vyaçeslav Sofronini “Neftçi” ilə oyun öncəsi məşqlərindən kənarlaşdırıb.
|
Oxumaq
30.10.10
|
| |
|
|
Əskişəhərdə Vaqif Cavadov sədaları
|
|
Türkiyənin “Əskişəhərspor” klubunun azarkeşləri komandalarında daha bir azərbaycanlı futbolçunu görmək istəyirlər. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqovun bu klubdakı uğurlu debütü türkiyəlilərin futbolçularımıza marağını artırıb.
|
Oxumaq
30.10.10
|
| |
|
|
Ouen növbəti ciddi zədəylə üzləşib
|
Tanınmış futbolçu bu üzdən bir neçə həftə də yaşıl meydanlarda görünməyəcək
Maykl Ouen növbəti ciddi zədəylə üzləşib. Tanınmış futbolçu bu üzdən bir neçə həftə də yaşıl meydanlarda görünməyəcək.
|
Oxumaq
30.10.10
|
| |
|
|
Mourinyo dünyanın ən yaxşı məşqçisi olmaq istəyir
|
Bugünlərdə başa çatmaqda olan il üçün dünyanın ən yaxşı məşqçisi adı uğrunda mübarizə aparacaq mütəxəssislərin siyahısı rəsmən açıqlanmışdı. Xəbər verdiyimiz kimi, FİFA ilk dəfə çalışdırıcılara da "Qızıl top" mükafatı vermək qərarına gəlib. Sözsüz ki, 10 namizəd arasında Joze Mourinyonu da adı var. Axı o, 2010-cu ildə "İnter"lə birdən-birə 3 turnirin (A seriyası, İtaliya kuboku, ÇL) qalibi olub.
|
Oxumaq
30.10.10
|
| |
|
|
Sərnişin avtobusu ilə minik maşını toqquşub
|
Yol qəzası iki nəfərin həyatına son qoyub
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Şəki şəhəri ərazisində şəhər sakini Tural Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla həmyerlisi Xatirə Abdulrəhmanovanı vurub.
|
Oxumaq
30.10.10
|
| |
|
|
Dilənçiliklə məşğul olan 10 nəfər saxlanılıb
|
|
Paytaxtda dilənçiliklə məşğul olan şəxs yaxalanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nəsimi RPİ əməkdaşları rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan avaraçılıq və dilənçiliklə məşğul olan 10 nəfər saxlanılıb. Saxlanılanlar Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilib.
|
Oxumaq
30.10.10
|
| |
|
|
Nənə və nəvə yanan evdə dünyasını dəyişib
|
Hadisə Tovuz rayonda baş verib
Tovuz rayonunda baş verən yanğın faciə ilə nəticələnib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, oktyabrın 28-də saat 21.00 radələrində Tovuz rayonunun Azaflı kəndində kənd sakini Mehdi Musayevə məxsus 1 mərtəbəli 1 otaqlı evdə yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanıb və evdə olan M.Musayevin arvadı Bəyaz və nəvəsi Hüseyn isə ağır yanıq xəsarətləri alıb. Hər iki şəxsin xəsarətləri ağır olduğundan dünyasını dəyişiblər. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
30.10.10
|
| |
|
|
Beyləqan rayonunda bədbəxt hadisə baş verib
|
Kəsdiyi ağacın üstünə düşməsi nəticəsində rayon sakini dünyasını dəyişib
Beyləqan rayonunda bədbəxt hadisə baş verib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, kəsdiyi ağac rayonun Yuxarı Aran kənd sakini Hümbət Həsənov üstünə düşüb. Nəticədə H.Həsənov ağır xəsarət alıb. H.Həsənov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
|
Oxumaq
30.10.10
|
| |
|
|
|