|
|
|
|
|
|
|
Havada caz ətri var
|
|
Paytaxtımız növbəti festival əhval-ruhiyyəsi yaşayır. Bakı Beynəlxalq caz festivalının artıq ənənəyə çevrilməsi cazsevərlərin böyük sevincinə səbəb olub. Belə ki, oktyabrın 16-da Heydər Əliyev Sarayında keçirilən II Beynəlxalq caz festivalının təntənəli açılış mərasimi əsl musiqi hadisəsinə çevrilib.
|
Oxumaq
19.10.10
|
| |
|
|
Havada caz ətri var
|
|
Paytaxtımız növbəti festival əhval-ruhiyyəsi yaşayır. Bakı Beynəlxalq caz festivalının artıq ənənəyə çevrilməsi cazsevərlərin böyük sevincinə səbəb olub.
|
Oxumaq
19.10.10
|
| |
|
|
Lujkovun əvəzinə Sobyanin
|
Medvedyev Putinin adamına üstünlük verdi
Rusiya prezidenti Dmitri Medvedyev baş nazirin müavinini Moskvanın yeni meri təyin edib. Sergey Sobyanin Rusiyanın baş naziri Vladimir Putinin yaxın müttəfiqi hesab olunur. Onun namizədliyinin gələn həftə Moskva Şəhər Şurası tərəfindən təsdiq olunacağı gözlənilir. Sergey Sobyaninin 52 yaşı var. O, əvvəllər Sibirin qubernatoru olub. Bu yaxınlarda isə baş nazirin müavini və hökumət heyətinin rəhbəri təyin olunmuşdu. Sobyanini regional siyasətçidən milli fiqura çevirən Putin olub. 2005-ci ildə onu heyətin rəhbəri təyin edəndə Putin hələ də prezident idi. Putin prezidentlikdən baş nazir vəzifəsinə keçəndə isə ona kabinetdə iş verdi. İndi isə prezident Dmitri Medvedyev onu Rusiyada ən nüfuzlu vəzifələrdən birinə - Moskva meri postuna təyin edib. Rusiyada regional qubernatorları, o cümlədən Moskva merini prezident təyin edir. Prezidentin Sobyanini seçməsi Vladimir Putinin hələ də Rusiya siyasətində böyük nüfuza malik olmasının göstəricisidir.
|
Oxumaq
19.10.10
|
| |
|
|
Mişel Obama da siyasi kampaniyaya qoşuldu
|
Demokratlar məğlubiyyət qorxusu yaşayırlar
ABŞ prezidenti Barak Obama Konqresi iş yerlərini xaricə ötürən şirkətlər üçün vergi imtiyazlarını ləğv etməyə çağırıb. Həftəlik radio müraciətində Obama deyib ki, vergi imtiyazları yalnız ABŞ-da yeni iş yerləri açan və ya iş yerlərini Amerikada saxlayan şirkətlərə verilməlidir. Prezident deyib ki, respublikaçılar hər il ABŞ vətəndaşlarına milyardlarla dollara başa gələn vergi imtiyazlarını saxlamaq üçün mübarizə aparırlar.
|
Oxumaq
19.10.10
|
| |
|
|
Merkelin puç olan ümidləri
|
Almaniyada çoxmədəniyyətli cəmiyyət yaratmaq cəhdləri alınmayıb
Almaniya kansleri Angela Merkel bəyan edib ki, onun ölkəsinin çoxmədəniyyətli cəmiyyət yaratmaq cəhdləri tamamilə puça çıxıb. Mühafizəkar Xristian Demokrat İttifaqı Partiyası qarşısında çıxışı zamanı Merkel deyib ki, sadəcə olaraq dinc yanaşı yaşayan və ayrı-ayrı mədəniyyətlərə malik icmalardan çıxanların yaratmaq istədikləri çoxmədəniyyətlilik Almaniyada alınmayıb. O bildirib ki, İslam Almaniyanın bir hissəsi olsa da, mühacirlər inteqrasiya olunmaq üçün, almanca danışmağı bacarmaq da daxil olmaqla, özləri çox iş görməlidirlər.
|
Oxumaq
19.10.10
|
| |
|
|
Tacikistanda üsyançı liderlərlə danışıqlar başlayıb
|
Mirzəxoca Əhmədov keçmiş səhra komandirlərinin həbsdən azad edilməsini tələb edib
Tacikistanda hökumətlə üsyançı liderlər arasında danışıqlar başlayıb. Danışıqlar Əfqanıstan sərhədi yaxınlığında keçirilir. Son bir neçə həftə ərzində hökumət qoşunlarıyla islamçı yaraqlılar arasında getmiş döyüşlərdə azı 60 əsgərin öldürüldüyü bildirilir. Döyüşlər ölkənin şərqindəki Rəşt vadisində gedib. Lakin bu məlumatı müstəqil mənbələrdən təsdiqləmək mümkün deyil. Çünki sözügedən vadiyə gediş-gəliş məhdudlaşdırılıb. Tacikistanın şərqindəki Əfqanıstan sərhədinə yaxın olan dağlıq ərazidə bir neçə həftə ərzində davam etmiş döyüşlərdən sonra danışıqların başladığı xəbər verilir. Müstəqil "Asia+" veb saytı bildirib ki, hökumət qüvvələri qarşı tərəfə təslim olmağı təklif edib.
|
Oxumaq
19.10.10
|
| |
|
|
Ər keçmiş arvadının başını kəsib
|
|
Paytaxtda dəhşətli qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Xətai rayonu N.Tusi küçəsi, ev 47-nin qarşısında törədilib. Bakı şəhər sakini İlham Babayev qısqanclıq zəminində keçmiş arvadı Sevda Babayevanı bıçaqla qətlə yetirib. İ.Babayev 1986-cı il təvəllüdlü S.Babayevanın boğaz nahiyəsini kəsib. Hadisəni törədən İ. Babayev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb və araşdırma aparılır.
|
Oxumaq
19.10.10
|
| |
|
|
|