|
|
|
|
|
|
|
|
|
Ucuz yuan işə yaramır
|
ABŞ qanunvericiləri Çini sıxır
ABŞ qanunvericiləri Çini valyutasının dəyərini dəyişmək istəmədiyinə görə cəzalandıran qanun layihəsini qəbul ediblər. Yeni qanuna görə, Çindən idxal edilən mallara xüsusi tariflər tətbiq ediləcək. Amerika tərəfinin fikrincə, Çindən idxal edilən mallar bu ölkə valyutası - yuanın kursunun aşağı olduğuna görə rəqabətdə üstün gəlir. Konqresin qəbul etdiyi qərar Amerikada iqtisadiyyatın zəifliyi və işsizliyə görə cəmiyyətdəki qəzəbin yüksək dərəcəyə çatmasından xəbər verir. Prezident Barak Obama Çinə təzyiqi artırıb və məqsəd Çini valyutasının dəyərini dəyişməyə sövq etməkdir.
|
Oxumaq
01.10.10
|
| |
|
|
“5 illik prezidentlik həyatımı zəhərə döndərdilər”
|
Leonid Kuçma sensasiyalı açıqlama ilə çıxış edib
Ukraynalı jurnalist Georgi Qonqadzenin öldürülməsini xarici xüsusi xidmət orqanları təşkil edib. Bu sensasiyalı açıqlama ilə Ukraynanın keçmiş prezidenti Leonid Kuçma çıxış edib. Kuçma bu hadisənin beynəlxalq təxribat olduğunu açıqlayıb. “Bu beynəlxalq təxribat onun üçün edilmişdi ki, Ukrayna rəhbərliyini siyasi şantaj və təzyiq altında saxlasınlar. Bu təxribatın təşkilatçıları beş illik prezidentlik müddətimdə mənim həyatımı zəhərə döndərdilər.
|
Oxumaq
01.10.10
|
| |
|
|
“Həqqani”nin intiqamı
|
Avropanı tayfalar hədəfə alıb
Avropa şok içindədir. Ötən gün Amerika və Britaniya kəşfiyyatı bəyan edib ki, Britaniya, Fransa və Almaniyada əlaqələndirilmiş «Əl-Qaidə» üslublu basqınlar planının qarşısı alınıb. Verilən informasiyalara görə, 2008-ci ildə Mumbayda törədilmiş basqına bənzər bu basqınların gedişatında girovlar götürülməliymiş.
|
Oxumaq
01.10.10
|
| |
|
|
Şəhriyarın qələbəsi heç-heçəyə də yetmədi
|
|
Siyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında IX turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, dünən Macarıstanla heç-heçə edərək 13 xalla turnir cədvəlinin 4-cü pilləsindəki yerini qoruyan kişilərdən ibarət milli komandamız Ukrayna ilə görüşdə uduzub.
|
Oxumaq
01.10.10
|
| |
|
|
Azərbaycan idmançıları Yaltada qəzaya düşüblər –
|
Azərbaycan idmançıları Yaltada qəzaya düşüblər. APA-nın Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, mikroavtobusun aşması nəticəsində sürücü və 2 idmançı ağır xəsarət alıb. Pəhləvanlarımız Yaltaya şərq döyüşü üzrə yarışlara gediblər. Dövlət Avtomobil Müfəttişliyindən bildirilib ki, mikroavtobusun sürücüsü idarəetməni itirib, “Mercedes Sprinter” markalı mikroavtobus yoldan çıxaraq bir neçə dəfə çevrilib. Güclü zərbə nəticəsində Azərbaycanın yeniyetmə idmançılarından biri yan, digəri isə ön pəncərədən yerə düşüb. Xoşbəxtlikdən onların xəsarətləri ağır deyil. Sürücü və mikroavtobusda olan digər 2 idmançı isə ağır zədə alıb. Yaralılar 6 saylı Simferopol xəstəxanasına çatdırılıb.
|
Oxumaq
01.10.10
|
| |
|
|
Bir gündə üç intihar
|
Hadisələrdən üçü də paytaxtda baş verib
Paytaxtda bir gündə üç intihar faktı qeydə alınıb. Hadisələrdən biri Nəsimi rayonunda qeydə alınıb. Rayonun Ş.Abdullayev küçəsində yaşayan, 1978-ci təvəllüdlü Sevinc Aslanova özünü 10-cu mərtəbədən atıb. O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
|
Oxumaq
01.10.10
|
| |
|
|
|