|
|
|
564 vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv olunub
|
Ötən il Azərbaycanda 564 vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) qeydiyyatı ləğv olunub. Bu barədə "APA-Economics"ə Vergilər Nazirliyindən məlumat verilib. Ümumilikdə isə son iki il ərzində 6 873 vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv olunub. Ötən ilin dekabr ayında isə 27 vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edilib ki, bunların arasında "C.Spaarmann" MMC-nin Azərbaycan nümayəndəliyi, Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və s. var.
|
Oxumaq
09.01.10
|
| |
|
|
Vaxtı keçmiş kreditlərin həcmi artıb
|
Azərbaycanda fəaliyyət göstərən bankların və qeyri-bank kredit təşkilatları tərəfindən verilən kreditlərin tərkibində olan vaxtı keçmiş kreditlərin həcmi 2009-cu ilin dekabrın 1-nə 272,9 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. Mərkəzi Bankdan "APA-Economics"ə verilən məlumata görə, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi son bir ildə 2,1%-dən 3,4%-dək yüksəlib. Eyni zamanda qeyd edilməlidir ki, noyabrda kreditlərin ümumi həcminin 100,9 mln. manat və ya 1,3% artması fonunda vaxtı keçmiş kreditlərin həcmi 17,1 mln. manat və ya 6,2% azalıb.
|
Oxumaq
09.01.10
|
| |
|
|
Timoşenko özünü ikinci turda hiss edir
|
Ukraynanın baş naziri demokratik düşərgəni ətrafında birləşməyə çağırır
Ukrayna baş nazirinin müavini Aleksandr Turçinov demokratik düşərgədən olan bütün namizədləri prezident seçkisinin ikinci turunda səslərini baş nazir Yuliya Timoşenkoya verməyə çağırıb. Turçinov Timoşenkonun demokratik düşərgədən olan namizədlərə müraciət edəcəyini bildirərək baş nazirin onlarla birgə fəaliyyət planı hazırlayacağını deyib: "Ukraynanı sevən və demokratik dəyərlərə xidmət edən insanlar ikinci turda vahid namizədlərini müəyyənləşdirməlidirlər. İndidən bilinir ki, demokratik düşərgədən ikinci tura çıxacaq ən şanslı namizəd Yuliya Timoşenkodur".
|
Oxumaq
09.01.10
|
| |
|
|
Kəşfiyyatçı ölər, adı qalar
|
İordaniyalı Əl-Balavi eyni zamanda bir neçə dövlətə işləyirmiş
Əfqanıstanda Mərkəzi Kəşfiyat İdarəsinin bazasına qarşı partlayış törətdiyi iddia edilən kamikadzenin xanımı Defne Bayrak iordaniyalı həyat yoldaşı Humam Xəlil Abu Mülal Əl-Balavinin iki kəşfiyyat xidmətinə çalışdığına dair ittihamları rədd edib. İstanbulda yaşayan Defne Bayrak Türkiyənin kütləvi informasiya vasitələrinə müsahibəsində bildirib ki, o, İordaniya mənşəli Humam Xəlil Abu Mülal Əl-Balavi ilə İstanbul Universitetində oxuyarkən tanış olub.
|
Oxumaq
09.01.10
|
| |
|
|
İran müxalifətinə sui-qəsd olub
|
Parlamentin keçmiş spikerinin maşınını atəşə tutublar
İranda müxalifət liderlərindən biri, parlamentin keçmiş spikeri və prezidentliyə keçmiş namizəd Mehdi Kərrubiyə sui-qəsd olub. "France Presse" agentliyinin yaydığı məlumata görə, hadisə Qəzvin şəhərində baş verib. Kərrubi etiraz aksiyalarında ölənlərin matəm mərasimində iştirak etmək üçün bu şəhərə gəlib. Amma onun içində olduğu evi yaxınlıqdakı kəndlərdən gətirilmiş yerli sakinlər və BƏSİC könüllüləri mühasirəyə alıb. Onlar evi daş atəşinə tutublar və pəncərələri sındırıblar. Hadisədən ancaq 4 saat sonra olay yerinə gələn polis Kərrubini binadan çıxarıb və avtomobilinə aparıb. Amma avtomobil yola düşəndə onu odlu silahdan atəşə tutublar. Maşına neçə güllə atıldığı bilinmir. Agentlik qeyd edir ki, avtomobil zirehli olduğundan, Kərrubiyə heç nə olmayıb. Kərrubi bildirib ki, onun mühafizəçiləri cavab atəşi açmayıblar. Çünki bu halda onlara qarşı dərhal cinayət işi başladıla bilərdi. Cinayətkarlar Kərrubinin maşınını izləməyiblər.
|
Oxumaq
09.01.10
|
| |
|
|
Ünvanlı sosial yardım alanların sayı azalacaq
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni sistemin tətbiqi üzərində işləyir
Məlum olduğu kimi, ötən ilin ortalarından etibarən ölkədə ünvanlı sosial yardımların verilməsində problemlər yaşanmağa başladı və 2009-cu ilin başa çatmasına baxmayaraq, bu yöndəki problemlər hələ də qalmaqdadır. Onu da qeyd edək ki, ünvanlı sosial yardımların verilməsi məsələsi həm cəmiyyətdə, həm də parlamentdə - millət vəkilləri arasında ciddi etirazlara yol açıb. Görəsən, heç olmasa yenicə qədəm qoyduğumuz 2010-cu ilin əvvəllərində bu məsələ ilə bağlı yaranmış problemlərin aradan qaldırılması gözlənilirmi? Milli Məclisin Sosial siyasət komitəsinin sədri HadI Rəcəbli bildirib ki, sosial müdafiənin ünvanlılığı əslində sosial siyasətin mahiyyətidir. Çünki ünvansız sosial müdafiə məqsədinə çatmır, səmərəsiz qalır. Odur ki, Azərbaycanda da bu məsələdə əsas məqsəd sosial müdafiədə ünvanlılığın təmin edilməsi olub.
|
Oxumaq
09.01.10
|
| |
|
|
"Yarım üzvlük bizə yaraşmaz"
|
Ərdoğan Almaniyanın XİN rəhbərinə 46 ildir Avropa İttifaqının "qapısını döydüklərini" xatırladıb
Türkiyədə səfərdə olan Almaniyanın xarici işlər naziri Gido Vestervelle Türkiyə ilə Ermənistanı münasibətlərin normallaşmanı hədəfləyən protokolları tezliklə təsdiqləməyə və tətbiq etməyə çağırıb. Almaniyanın baş diplomatı deyib ki, Ermənistan və Türkiyə ötən il münasibətlərində yeni bir səhifə açıb və rəsmi Berlin asan olmayan bu yaxınlaşmanı təqdir edir. "Türkiyə və Ermənistan arasında qonşuluq münasibətləri Qafqaz bölgəsində sabitliyə və işbirliyinə önəmli töhfələr verəcək" - deyə Gido Vestervelle qeyd edib. Onun türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşündə Dağlıq Qarabağ məsələsi də müzakirə olunub. Davudoğlu deyib ki, müzakirələr Almaniya ilə son dövrlərdə yığılıb qalan bir çox məsələnin gözdən keçirilməsinə imkan yaradıb. Ermənistanla bağlı siyasətə toxunan nazir "bu, rəsmi Ankarının Qafqaz siyasətinin bir hissəsidir" deyib. İranın nüvə proqramı ilə bağlı məsələyə gəlincə, Əhməd Davudoğlu bildirib ki, hər bir ölkənin sülh məqsədi ilə nüvə fəaliyyətini inkişaf etdirmək hüququ var. Türk nazir Kipr probleminin Türkiyə-Avropa Birliyi dialoqunda əngəl olmaması gərəkliyini bildirib.
|
Oxumaq
09.01.10
|
| |
|
|
|
|
|