Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 9.1.2010
Səhifələr : # « 1 2 3 » #
Filarmoniya yeni ildə ilk konsertini təqdim edəcək
Yerli və əcnəbi bəstəkarların əsərləri səslənəcək

Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 2010-cu ilin ilk konserti təqdim ediləcək. Mətbuat əlaqələndiricisinin məlumatına görə, gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək. Orkestrin bədii rəhbəri və baş diriyoru Əməkdar incəsənət xadimi Azad Əliyevdir.
Yanvarın 29-da isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında SSRİ Xalq artisti Soltan Hacıbəyovun 90 və onun oğlu, Azərbaycanın Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyovun 60 illik yubileyinə həsr edilən gecə reallaşacaq.
Mətbuat katibi bildirdi ki, gecədə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Hacıbəyovların musiqi əsərləri səslənəcək.
Oxumaq
09.01.10  
 
AİF-in təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək
Hərraca 3 000 000 AZN həcmində istiqraz çıxarılacaq

Yanvarın 11-də Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək. Bu barədə qəzetimizə fondun mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, "Bakı Fond Biryası"nda hərraca 3 000 000 AZN həcmində istiqraz çıxarılacaq. İstiqrazlar cari qiymətlə (100,2417) satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər "Bakı Fond Biryası" QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat isə Mərkəz Bankdır. Fonddan vurğulanıb ki, təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.
Oxumaq
09.01.10  
 
Olimpiya mükafatçısı "Şəmkir"ə həyat verdi
İkiqat Azərbaycan çempionu 4 illik fasilədən sonra fəaliyyətini bərpa edib

Futbol üzrə ikiqat Azərbaycan çempionu "Şəmkir" 4 illik fasilədən sonra fəaliyyətini bərpa edib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi postuna vaxtilə bu klubun şərəfini qorumuş sabiq müdafiəçi Faiq Cabbarov təyin olunub. "Şəmkir"i yenidən yaratmaq təşəbbüsünü isə cüdo yığmamızın üzvü, Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev irəli sürüb.
F.Cabbarov apasport.az saytına açıqlamasında artıq məşqlərə başladıqlarını deyib: "Komanda yığmışıq və məşqlərə start verilib. Məşqləri Şəmkir Olimpiya Kompleksinin stadionunda keçirik. Stadionla bağlı problemimiz yoxdur. Fevraldan etibarən təlim-məşq toplanışlarına başlamağı planlaşdırmışıq".
Oxumaq
09.01.10  
 
"Bakı"nın "Yuventus"dan futbolçu almağa gücü çatmadı
Erhan Güvənin də transferi mümkün olmadı

İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi David Toukamın "Bakı"ya keçidi baş tutmayıb. Bu haqda apasport.az saytına paytaxtın eyniadlı komandasının vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, Kamerunun 19 yaşlılardan ibarət yığma komandasının üzvündən imtina ediblər. "Xidmətində maraqlı olduğumuz Toukamın baxışa gəlməsi nəzərdə tutulmuşdu. Onun çıxış etdiyi dayaq yarımmüdafiəçisi mövqeyinə bizə futbolçu lazımdır. Ancaq Davidin transferə görə böyük məbləğ istənilməsi planlarımızı pozdu. O, çox baha başa gələcəkdi ki, bu da maddi baxımdan bizə sərfəli deyildi. "Beşiktaş"ın futbolçusu Erhan Güvənin məsələsini də artıq bağlanmış saymaq olar.
Oxumaq
09.01.10  
 
Nadir Nəbiyev "Turan"dan getdi
"Turan" klubu kapitanı Nadir Nəbiyevi itirib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu karyerasının böyük hissəsini keçirdiyi komandadan ayrılıb.
Əslində, onun qış fasiləsinədək son oyunlarda meydana çıxmadığını, ehtiyatda qaldığını nəzərə alsaq, gedişi gözlənilən idi. Ancaq klubun mətbuat katibi Rasim Əliyev apasport.az-a açıqlamasında N.Nəbiyevlə vidalaşdıqlarını təsdiqləməyib: "Hələlik bir futbolçu ilə vidalaşmışıq ki, bu da moldovalı hücumçu Oleq Xromtsovdur. Daxili iclasda başqa futbolçunun gedişi ilə bağlı qərar çıxarılmadı. Ancaq yenə gedənlərin olması mümkündür. Konkret Nadirə ilə gəlincə, onunla hələ rəsmən yollarımızı ayırmamışıq".
R.Əliyevdən fərqli, N.Nəbiyev komandadan rəsmən ayrıldığını bəyan edib: "Dünən rəsmən klubdan ayrıldım. Baş məşqçi Nizami Sadıqova dedim ki, mən getmək istəyirəm. İndiki vəziyyətdə "Turan"da oynaya bilmərəm. Məşqçiyə dedim ki, rəhbərlik gərək mənim gedişimə mane olmasın".
Oxumaq
09.01.10  
 
Çexiyada Azərbaycanı unuda bilmirlər
Azərbaycan milli komandasının ötən ilin noyabrında BƏƏ-də keçirilən turnirdə Çexiyanı məğlub etməsini bu ölkədə hələ də unuda bilmirlər. Apasport.az saytının məlumatına görə, çex futbolunun əfsanələrindən sayılan Karel Poborski əksər həmyerlilərindən fərqli, yığmamıza məğlubiyyəti müsbət hal kimi dəyərləndirir.
Avro-96-nın gümüş mükafatçısı Çexiyada biabırçılıq kimi qəbul olunan həmin 0:2 hesablı məğlubiyyətin bir "dərs" olduğunu düşünür: "Azərbaycanla qarşılaşmaya baxanda gördüm ki, nə isə heç də yaxşı deyil. Xüsusilə, bəzi oyunçuların meydanda gördükləri işə yanaşması xoşuma gəlmədi. Ad çəkmək istəmirəm. Sadəcə bir şeyi deyim: BƏƏ-dəki yarış öncəsi həmin turnirdə gənc, perspektivli futbolçuların sınanacağı bildirilirdi.
Oxumaq
09.01.10  
 
Trezeqenin uğursuzluğu
Zədələnən hücumçu bir müddət yaşıl meydanlara çıxa bilməyəcək

David Trezeqe növbəti uğursuzluqla üzləşib. İtaliya çempionatının "Parma" ilə ayın 6-da keçirilən oyununu 22-ci dəqiqəsində zədələnən fransız hücumçu daha bir müddət yaşıl meydanlara çıxa bilməyəcək. Cari mövsümdə iki dəfə belə halla üzləşən dünya və Avropa çempionu daban nahiyəsindən zədə alıb. Həkimlərin müayinəsindən sonra onun sağ ayağındakı zədənin ciddi olduğuna aydınlıq gəlib. İlkin ehtimallara görə Trezeqe bu üzdən azı 40 gün topa toxuna bilməyəcək.
Yeri gəlmişən, "Yuventus"un məşqçiləri bu mövsüm bir sıra digər aparıcı oyunçuların xidmətindən müəyyən müddət ərzində yararlana bilməyib. Hazırkı vəziyyətə görə komandanın daha 3 aparıcı oyunçusu zədəlidi. Onlar qapıçı Canluici Buffon, yarımmüdafiəçi Mauro Kamoranezi və hücumçu Vinçentso Yakintadır. Əlavə edək ki, baş məşqçi Çiro Ferrara Afrika Millətlər Kubokunda Mali yığmasına xidmət etmək üçün klubun sıralarını tərk edən dayaq yarımmüdafiəçisi Məhəmməd Sissokodan da yararlana bilmir.
Oxumaq
09.01.10  
 
İran viza reyimini ləğvi barədə rəsmi Bakını məlumatlandırıb
İran İslam Respublikası Azərbaycan vətəndaşları üçün viza reyimini birtərəfli qaydada ləğv etməsi barədə Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) rəsmi nota göndərib. Bu barədə APA-ya XİN mətbuat katibi Elxan Poluxov bildirib.
Notada deyilir ki, bu il fevralın 1-dən etibarən Azərbaycan vətəndaşları İranın beynəlxalq statuslu sərhədlərinə daxil olmaq istəyərkən viza alınmasına ehtiyac olmayacaq.
Oxumaq
09.01.10  
 
Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib
Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə "2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının keçirilməsi barədə", "Ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın təqdimatı", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının icrası", "Ali təhsil müəssisələrində təhsil sənədlərinin (diplomların) alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında" məsələlər müzakirə olunub.
Oxumaq
09.01.10  
 
Tiflis-Moskva marşrutu ilə ilk aviareys yerinə yetirilib
Dünən uzunmüddətli fasilədən sonra Gürcüstan və Rusiya arasında ilk çarter aviasreysi həyata keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 80 sərnişinin uçduğu Tiflis-Moskva çarter reysi Gürcüstanın "Airzena-Georgian Airways" şirkəti tərəfindən "Boeing-737" təyyarəsi ilə həyata keçirilib.
"Airzena-Georgian Airways" şirkətinin prezidenti Tamazi Qaiaşvili APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, çarter reysi Rusiya tərəfi ilə 1,5 il müddətində aparılmış danışıqlardan sonra baş tutub. Növbəti reyslər yanvarın 9-da və 10-da, həmçinin 16-sı və 24-də yerinə yetiriləcək. Artıq yanvarın 9-u və 10-u üçün aviabiletlər satılıb.
Oxumaq
09.01.10  
 
Səhifələr : # « 1 2 3 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •