|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
Sayğaclar pulsuz quraşdırılacaq
|
Hökumət istehlakçıların qaz, su və elektrik enerjisi ilə təchizatı qaydalarına dəyişikliklər edib
Nazirlər Kabineti "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlara əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq bəzi qərarlarına əlavə və dəyişikliklər edib. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib. "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"a edilmiş dəyişiklik və əlavələrə görə, qaz paylayıcısı istehlakçının qaz təchizatını yalnız müvafiq yazılı müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, qaz qurğusu Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda və məhkəmənin qərarı ilə dayandıra bilər. Qərara olunmuş əlavəyə əsasən, istehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilməlidir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir və qazın dayandırılması barədə qərar göstərilən hallar aradan qaldırılana qədər qüvvədə qalır.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Separatçıların QHT-ləri nə işlə məşğuldur?
|
ABŞ-ın ayırdığı yardımlar düşmənçilik siyasətinin aşılanmasına yönəldilir
Ötən yazımızda işğal altında olan Dağlıq Qarabağda əhalinin kəskin azalması, buna rəğmən QHT və kommersiya qurumlarının ucdantutma bağlanması haqda məlumat verdik. Beynəlxalq təşkilatlardan birinin hesabatında deyilir ki, Dağlıq Qarabağda QHT-lərin sayı çox azdır. "Bütün tədbirlərdə eyni şəxslər iştirak edir, beləcə, eyni simaları görürük. Bunların sayı isə 10-12 nəfərdən artıq deyil". Bu, ermənilərin Qarabağ nağıllarının sonudur. Yəni reallıq budur. Əlahəzrət fakt göz qarşısındadır. Faktlar nə deyir? Elə özlərinin hesabatlarına diqqət yetirək: "Ermənilər konfliktdən əziyyət çəkmiş insanların acınacaqlı vəziyyətdə yaşadıqlarını durmadan qabardırlar. Onlar hesab edirlər ki, müharibədən əziyyət çəkmiş insanları sülh gətirəcək layihələrə daha çox cəlb etmək lazımdır. Hətta təklif olunur ki, Azərbaycan vətəndaşları, QHT-ləri ilə sülh, xalq diplomatiyasına şərait yarada biləcək sayt yaradılsın. Buna beynəlxalq donorlar da tapılar və Qarabağda fəaliyyət göstərən QHT-lər layihələrə cəlb olunarlar. Belə getsə vəziyyət daha acınaqcaqlı olacaq". (yenə həmin hesabatdan) Dediklərimizi təsdiqləmək üçün vaxtilə Şuşada fəaliyyət göstərib, maliyyə çatışmazlığından işini dayandıran "Harmoniya" qadın təşkilatı haqda qısa məlumat vermək istərdik. Bu fakt ümumi vəziyyət haqda təsəvvür yaradar: "Harmoniya" 2004-cü ildə Şuşada təsis edilən qadın təşkilatıdır.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Mahir Şükürov Rusiyaya getdi
|
Yığmamızın oyunçusu "Anyi" ilə anlaşdı
Bakının "İnter" klubunun və Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov karyerasını ölkə xaricində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi Rusiyanın "Anyi" klubu ilə anlaşıb. Tərəflər arasında uzun müddət davam edən danışıqlar dünən yekunlaşıb. Futbolçu Mahaqçala təmsilçisində oynamağa razılaşıb. O, yaxın günlərdə Rusiyaya yollanaraq, rəsmi müqaviləyə imza atacaq. Qeyd edək ki, "Anyi" bu ildən etibarən Rusiya Premyer Liqasında iştirak hüququna yiyələnib.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Astana Helsinkiyə həyat verəcək
|
Qazaxıstan ATƏT-in sammitini keçirmək istəyir
ATƏT-ə sədrliyə başlayan Qazaxıstan qurumun sammitinin bu il Astana şəhərində keçirilməsi təşəbüsü ilə çıxış edib. "Qazeta.kz" saytının yaydığı məlumata görə, bu təşəbbüs ATƏT-in bir çox ölkəsi tərəfindən dəstəklənib. ATƏT-in sonuncu zirvə toplantısı 10 il əvvəl - 1999-cu ildə İstanbulda keçirilib. Bu mötəbər Avropa təşkilatının Qazaxıstandakı daimi nümayəndəliyindən alınan məlumata görə, keçirilməsi planlaşdırılan sammit 35 il əvvəl Helsinkidə başlanmış prosesə yeni həyat vermək məqsədi güdür. Qazaxıstanın xarici işlər naziri, dövlət katibi Kanat Saudabayev bildirib ki, Helsinki Yekun Aktının 35 illiyinin, İkinci Dünya müharibəsinin başa çatmasının 65 illiyinin qeyd ediləcəyi 2010-cu ildə belə zirvə toplantısının keçirilməsi təşkilatın bütün fəaliyyətinə güclü təkan verəcək: "Bu gün, ATƏT-in İstanbul zirvə toplantısından 10 il keçdikdən sonra elə an gəlib çatıb ki, məhz ölkələrimizin liderləri mövcud çağırışları dəyərləndirməli və ATƏT məkanında təhlükəsizliyin təmin olunması və əməkdaşlığa dair mühüm prioritetləri müəyyənləşdirməlidirlər". Qeyd edək ki, ATƏT-ə sədrlik 2010-cu il yanvarın 1-dən Yunanıstandan Qazaxıstana keçib. Artıq yanvarın 14-də ATƏT-in Daimi Şurasının iclasının keçirilməsi planlaşdırılıb.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Sapı özündən olan leyboristlər
|
Qordon Braunu yenə devirmək istəyiblər
Leyboristlər hökumətinin iki keçmiş naziri baş nazir Qordon Brauna etimadsızlıq göstərilməsi təşəbbüsü ilə çıxış ediblər. Eks-nazirlər Patrişa Hyuit və Cef Hun Leyborist Partiyasından olan millət vəkillərinə məktub yazaraq məsələnin "birdəfəlik həllinə" çağırıblar. Onlar partiya daxilində haçalanma və narazılığın artmasından narahatlıq ifadə ediblər. Lakin partiya onları yox, baş naziri dəstəkləyib. Ölkədə parlament seçkilərinə bir neçə ay qalmış bir vaxtda təsadüf edən bu hadisə özü-özlüyündə Qordon Braunun siyasi nüfüzuna zərbə endirmiş olub. Baş nazirin ofisi yaydığı məlumatda Braunun "işi ilə məşğul olduğu" bildirilib. Parlamentdəki leyborist fraksiyasının rəhbəri isə bu çağırışa "çox az adamın dəstək" verdiyini söyləyib. Yüksək vəzifəli leyborist mənbələri BBC-yə deyiblər ki, bu addım "tamamilə konstitusiyaya ziddir". Gələn seçkilərdə namizədliyini irəli sürməyəcəyini deyən xanım Hyuit bildirib ki, bu, heç də çevriliş cəhdi deyil: "Məktubda dediyimiz kimi, biz məsələnin birdəfəlik həll edilməsini istəyirik". Hun isə iddia edir ki, əgər partiya seçkilərə gedirsə, bu məsələləri birdəfəlik həll etmək lazımdır: "Bu, Leyborist Partiyasının seçkilərə birləşmiş şəkildə getməsini təmin etmək üçün lazımdır. Bizə arxasında partiyanın birləşdiyinə əmin olan lider lazımdır".
|
Oxumaq
08.01.10
|
| |
|
|
MSK qarşısında etiraz aksiyası keçirənlər YAP üzvü olmayıb
|
Siyavuş Novruzov: "Bu şəxslər Sabirabaddan olan müxalifətçi millət vəkilinin yaxın adamlarıdır"
Müxtəlif siyasi dairələrin tapşırıqlarını icra edən bəzi qəzetlər yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla şou yaratmaq istəyirlər. Bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifət partiyalarının nəzarətində olan bir sıra qəzetlərdə YAP tərəfindən namizədliyi irəli sürülmüş və seçkilərdə məğlub olmuş 150 nəfərin MSK qarşısında etiraz aksiyası keçirməsi haqqında iddialara münasibət bildirərkən deyib (www.yap.org.az). Onun sözlərinə görə, ən böyük məsuliyyətsizlik ondan ibarətdir ki, həmin qəzetlər 11 nəfəri 150 nəfər kimi təqdim etməyə çalışırlar. Yəni əslində, haqqında danışılan etiraz tədbirində iştirak edənlərin sayı cəmi 11 nəfər olduğu halda müxalifət qəzetləri bu sayın 150 nəfər olduğunu iddia edir. Bu şəxslər də konkret olaraq 2 kəndin - Sabirabad rayonunun Qruzma və Moranlı kəndlərinin sakinləridir. Şikayət edən Qruzma sakinlərinin sayı 6 nəfərdir. "Onlardan yalnız bir nəfəri -Arif Məmmədov adlı şəxs Yeni Azərbaycan Partiyasının üzvüdür.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Taxıl və digər yeyinti məhsullarının keyfiyyətinə nəzarət laboratoriyası yaradılıb
|
|
Taxıl məhsullarının keyfiyyətinə nəzarəti həyata keçirmək məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində (ASİHMDX) yeni laboratoriya yaradılıb. Bu barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, laboratoriya dünyanın tanınmış "Simens", "Varian", "Labart", "Orka Food", "Esco Biotech" kimi şirkətlərinin istehsalı olan ən müasir cihaz və avadanlıqlarla təchiz edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiyadan da keçirilən laboratoriyada taxıl məhsullarının fiziki-kimyəvi, bioloyi, toksikoloyi və radioloyi göstəricilərini təhlil etmək üçün hər cür şərait yaradılıb. Qurumdan qeyd edilib ki, laboratoriyanın cihaz və avadanlıqları digər yeyinti məhsullarının da keyfiyyətini və təhlükəsizliyini qiymətləndirməyə imkan verir.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Azərbaycanda cəmi 14 pandemik H1N1 qripi ilə xəstələnmə hadisəsi qeydə alınıb
|
Xəstəlikdən ölən olmayıb
6 yanvar 2010-cu il tarixinə olan məlumata görə, Azərbaycanda cəmi 14 pandemik H1N1 qripi ilə xəstələnmə hadisəsi qeydə alınıb. Bu xəstəlikdən ölən olmayıb. Bu barədə qəzetimizə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlik pandemik H1N1 qripi ilə xəstələnmə barədə dünya üzrə ötən ilin göstəricilərini də diqqətə çatdırıb. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının 27 dekabr 2009-cu il tarixli məlumatına əsasən, pandemik H1N1 qripi ilə xəstələnmə dünyanın 208 ölkə və ərazisində qeydə alınıb, 12 220 ölüm halı haqqında bildirilib.
|
Oxumaq
08.01.10
|
| |
|
|
"Ötən il Azərbaycan diplomatiyası üçün uğurlu sayılmalıdır"
|
Tahir Rzayevin fikrincə, ölkəmizin beynəlxalq aləmdə nüfuzu iqtisadi yüksəlişlə sıx əlaqədardır
Artıq 2010-cu ilin ilk iş həftəsi başa çatır. Amma 2009-cu ilin yekunları ilə bağlı dəyərləndirmələr davam edir. Əksəriyyət bu fikirdədir ki, keçən il ölkəmiz üçün uğurlu oldu. Azərbaycan həm daxili məsələlərdə, həm də xarici siyasətdə uğurlu nəticələr əldə etdi. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkili Tahir Rzayev də bu fikirdədir. Onun fikrincə, 2010-cu il də Azərbaycan üçün uğurlu olacaq:
- 2009-cu il ölkəmizin həyatında sosial-iqtisadi, ictimai-siyasi, mədəni hadisələrlə zəngin oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi əsaslı və əhəmiyyətli tədbirlər iqtisadiyyatın daha da inkişaf etdirilməsinə, sosial həyatın yeniləşməsinə, yaxşılaşmasına, demokratiyanın genişlənməsinə, əhalinin siyasi fəallığının yüksəlməsinə, dövlətimizin beynəlxalq aləmdə böyük nüfuz qazanmasına zəmin yaradıb.
|
Oxumaq
08.01.10
|
| |
|
|
"Mahmud və Məryəm"i Bollivud reyissoru çəkəcək
|
Filmdə Hollivudun qrim ustaları da çalışacaqlar
Azərbaycan və Türkiyə mədəniyyət nazirlikləri arasında müştərək film çəkilməsi ilə bağlı müqavilə imzalanıb. Film Elçin Əfəndiyevin "Mahmud və Məryəm" əsərinin ssenarisi əsasında çəkiləcək. Filmin çəkilişləri Türkiyənin tanınmış prodüseri Sevda Kayqısıza həvalə edilib. Belə ki, əvvəlcə müsabiqə təşkil olunub. 500 layihənin içindən Sevda Kayqısızın "Mahmud və Məryəm" layihəsi qəbul edilib. Qeyd edək ki, mart ayından filmin hazırlıqları başlanacaq. Filmin musiqisi bəstəkar Aygün Səmədzadəyə həvalə edilib. Çəkilişlərə isə may ayından start verilməsi planlaşdırılıb.
|
Oxumaq
08.01.10
|
| |
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
|