Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 8.1.2010
Səhifələr : # « 1 2 3 4 5
Qiyabi saxtalaşdırma
Ermənilər Türkiyə ərazisindəki yeni tarixi abidələrə iddia edirlər

Ermənilərdən türklərə qarşı yeni iddia. Hər şeyi özününküləşdirməyə çalışan ermənilərin bu dəfəki hədəfi Türkiyənin Mardin vilayətinin ən qədim abidələrindən olan "Deyrülzəfəran" məbədidir. Məşhur "Deyrülzəfəran" məbədinin tarixi eramızdan əvvəlki dövrə gedib çıxır. Anadolu Universitetinin alimləri tərəfindən məbədin daşları üzərində aparılan analiz göstərib ki, onun 3830 yaşı var.
"Deyrülzəfəran" Mardində ilk yaşayış məskənləri yarananadək tikilib. Sonralar tarixi İpək yolu üzərində yerləşən Mardin müxtəlif xalqlara qucaq açıb.
Oxumaq
08.01.10  
 
Bolqarlar Türkiyədən təzminat istəyir
Türklər də Bolqarıstandan

1913-cü ildə Türkiyədən köçmüş bolqarların itirdikləri var-dövlət qarşılığında Bolqarıstanın tələb edəcəyi təzminatın miqdarının 20 milyard dolları keçə biləcəyi açıqlanıb. Xaricdə Yaşayan Soydaşlarla İş üzrə dövlət naziri Boyidar Dimitrov "Reuters"ə verdiyi açıqlamada bəyan edib ki, yeni faktlar əldə etdikcə, tələb olunacaq təzminatın məbləği 20 milyard dolları keçə bilər. Digər tərəfdən, "Accoşieyted Press" müxbirinin əldə etdiyi məlumatlara görə, türklərin Bolqarıstanda qalan sərvətlərinin 200 milyard dollar dəyərində qiymətləndiriləcəyi iddiası da Türkiyə tərəfindən qaldırılar.
Oxumaq
08.01.10  
 
Ağıldan bəla
Slovakiya polisinin əməliyyatı dünyanı bir-birinə vurub

Aeroportlarda təhlükəsizlik qaydalarına riayət olunmasını və əməkdaşların sayıqlığını yoxlamaq məqsədilə Slovakiya polisinin istifadə etdiyi qeyri-adi üsul beynəlxalq qalmaqala səbəb olub. Polis əməkdaşları eyni reyslə Dublinə uçan və yükünü artıq təhvil vermiş doqquz sərnişinin çantalarına partlayıcı maddə yerləşdiriblər. Partlayıcı maddələrdən səkkizi Poprad-Tatrı aeroportunun əməkdaşları tərəfindən aşkarlansa da, 90 qram yüksək dərəcədə partlayıcı maddədən ibarət bir paket maneəsiz şəkildə Dublinədək gedib çıxa bilib.
Keçirilən "əməliyyat" ölkənin hava nəqliyyatında təhlükəsizlik sisteminin etibarsızlığını aşkarlasa da, İrlandiya polisi slovak həmkarlarının əl atdığı üsuldan dəhşətə gəlib. Eyni zamanda, həyata keçirilən test barədə İrlandiya orqanlarının məlumatlandırılmaması böyük etirazla qarşılanıb.
Oxumaq
08.01.10  
 
Keçmişdə olduğu kimi
Türkiyə Fələstini himayəsinə alır

Fələstin administrasiyasının prezidenti Mahmud Abbas Türkiyədə səfərdədir. O, artıq baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş mətbuat üçün qapalı keçib. Bundan əvvəl isə Ankaraya toplaşan Türkiyənin xarici ölkələrdəki səfirlərinin iclasına qatılan Mahmud Abbas türk diplomatlarını Yaxın Şərqdəki son vəziyyətlə bağlı məlumatlandırıb.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib ki, rəsmi Ankara Yaxın Şərqdə sülhün əldə olunmasını üçün səylərini daha da artıracaq: "Türkiyə səfirləri dünyanın hansı ölkəsində olursa olsun, Fələstinin haqlı mövqeyini müdafiə etməkdə davam edəcək. Yaxın Şərqdə sabit bir barış olması üçün Şərqi Qüds daxil olmaqla, Fələstinin işğal olunan bütün torpaqlarında Fələstin hakimiyyətinin təmin olunmasını və Qüdstək müqəddəs məkanlara hörmət prinsipi əsasında olan sülhü hər zaman müdafiyə etməyə davam edəcəyik. Fələstində sülh sadəcə bölgəyə deyil, qlobal sülhə də zəmin hazırlayacaq".
Oxumaq
08.01.10  
 
ABŞ toyuqlarının ayağı Rusiyadan "kəsildi"
Moskva Amerikadan quş ətinin idxalını dayandırır

Rusiya və Amerika Birləşmiş Ştatları arasında yeni iqtisadi qalmaqal yaranıb. Bu qalmaqalın ortaya çıxmasına səbəb rəsmi Moskvanın Birləşmiş Ştatların istehsal etdiyi quş ətinə qadağa qoymasıdır. Rusiyanın idxala nəzərət və baş dövlət sanitar idarəsinin bu addımı atmasına səbəb quş ətinin həddindən artıq xlorla təmizlənməsi ilə əlaqədardır. Qeyd edək ki, rəsmi Moskva bu qida məhsulunun idxalına bu ilin yanvarın 1-dən qadağa qoyub. Rusiya informasiya vasitələrinin məlumatına görə, müvafiq sənədi Rusiyanın idxala nəzarət qurumu, o cümlədən bu ölkənin Baş Dövlət Sanitar İdarəsi imzalayıb. Ekspertlərin fikrincə, yeni sanitar normaların tətbiqi Rusiyaya ümumiyyətlə, ABŞ-dan quş ətinin idxalını dayandıracaq. 2008-ci ildə amerikalılar Rusiyanı 801 milyon dollar dəyərində quş əti ilə təmin edib.
Oxumaq
08.01.10  
 
Durğu işarələri: harada istifadə etməli?
Mətbuat dili Azərbaycan dilinin qrammatikasında publisistik üslubun ən geniş yayılmış formasına aid edilir. Qrammatikanın üslubiyyat bölməsində fərqləndirilən üslublarda qələmə alınan bütün əsərlərdə ədəbi dilin normalarının gözlənilməsi vacib şərtlərdən biri hesab olunur. Lakin əfsuslar olsun ki, ədəbi dilin bir sıra ümumişlək və zəruri qaydalar və normalar sistemi nəinki gündəlik yaşamımızda, habelə hamı tərəfindən başa düşüləcək şəkildə yazılmalı olan mətbuatımızın leksikonunda da "əzilir". Sadəcə, leksik, morfoloyi, fonetik normalar deyil, elə punktuasiya normaları da kobud şəkildə pozulur. Bəzən bir çox tanınmış dilçilərin bu mövzunu o qədər ciddi qrammatik məsələ hesab etməməsi və ya bundan tamamilə yan qaçması halları ilə qarşılaşmaq mümkündür. Sual oluna bilər: lazım deyilsə, niyə istifadəyə ehtiyac var? Əslində isə durğu işarələrindən istifadə olunmasının bir sıra qrammatik və fizioloyi səbəbləri var.
Oxumaq
08.01.10  
 
Səhifələr : # « 1 2 3 4 5
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •