|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
"Karvan" "İnter"in futbolçuları ilə danışıqlar aparır
|
Yevlaxın "Karvan" klubu "İnter"in transferə çıxardığı futbolçulara göz dikib. Bu barədə apasport.az saytına Yevlax təmsilçisinin baş məşqçisi Yunis Hüseynov məlumat verib. Onun sözlərinə görə, müdafiəçi Əliyar İsmayılovla hücumçu Xaqani Məmmədovu sərəncamında görmək istəyir. "Əliyar və Xaqani ilə maraqlanırıq. Onlar komandamıza keçidi ilə bağlı danışıqlar gedir. Həftəsonuna kimi məsələyə aydınlıq gəlməlidir. Hər iki futbolçunu icarəyə götürməyə çalışacağıq. Ancaq Xəyal Mustafayevin "Karvan"a keçidi variantı yoxdur. Bildiyimə görə, "İnter"də qalır. Maraq dairəmizdə öz klubları ilə müqaviləsi olan başqa futbolçular da var. Onların taleyinə yanvarın 12-də tam aydınlıq gəlməlidir". Qeyd edək ki, Əliyar "İnter"in kapitanı olub, Xaqani isə bu komandanın heyətində çempion olduqları mövsümdə (2007/08) Premyer Liqamızın bombardiri olub.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Ruslan cərrah stoluna uzanacaq
|
Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışov Almaniyaya yollanır. Apasport.az saytının AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi" klubunda oynayan 23 yaşlı futbolçu Berlin şəhərində cərrahiyə əməliyyatı olunacaq. Ötən ay Premyer Liqada "Standard"la oyunda (2:0) zədələnmiş Ruslana aşıq sümüyündə qəlpəli sınıq diaqnozu qoyulub. Yanvarın 10-da səfərə çıxacaq Ruslan ilk öncə müayinə ediləcək. Bir gün sonra isə futbolçunun üzərində cərrahiyyə əməliyyatı aparılması nəzərdə tutulub. Yanvarın 13-də vətənə dönəcək R.Abışov bərpa prosesi ilə əlaqədar bir müddət yaşıl meydandan kənar qalacaq.
|
Oxumaq
08.01.10
|
| |
|
|
"Azərbaycan diasporuna dövlət qayğısı" kitabı işıq üzü görüb
|
|
Bu günlərdə "Azərbaycan diasporuna dövlət qayğısı" adlı kitab işıq üzü görüb. Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı bu nəşr Azərbaycan dövlətinin diasporumuzun inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən III kitabdır. Komitənin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, burada prezident İlham Əliyevin diaspor quruculuğu işinin təkmilləşdirilməsinə, xarici ölkələrdə yaşayan soydaşlarımızın problem və qayğılarının həllinə xidmət edən fərman və sərəncamları, dünya azərbaycanlılarına, həmçinin diaspor təşkilatlarının toplantılarına müraciətləri və digər mühüm sənədlər, habelə forum və qurultaylardakı çıxışları, diaspor nümayəndələri ilə görüşlərinə dair məlumatlar toplanıb.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayacaq
|
|
Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayacaq. Bu barədə APA-ya parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, artıq yanvarın 16-dan Milli Məclisin komitələrinin iclasları başlayacaq. Onun sözlərinə görə, yaz sessiyasının qanunvericilik işləri planı isə yanvarın sonuna kimi təsdiqlənəcək. Bundan sonra, sessiyanın başlanması ilə bağlı mətbuat konfransı keçiriləcək.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Eldar Əfəndiyev vəzifəsindən azad olunub
|
Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldar Əfəndiyev tutduğu vəzifədən azad olunub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, E.Əfəndiyev "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunun tələblərinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad edilib. E.Sultanovun sözlərinə görə, Eldar Əfəndiyev 1979-cu ildən respublika prokurorluq orqanlarında çalışaraq xidmətdə fərqləndiyinə görə dəfələrlə mükafatlandırılıb, ona "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı və "Prokurorluğun fəxri işçisi" döş nişanı verilib. Prokurorluq orqanlarında uzunmüddətli qüsursuz fəaliyyətinə görə o, Respublika Prokurorluğunun Fəxri Fərmanı ilə təltif edilib. Hüquq elmləri namizədi kimi bir çox kitabın, 500-dən artıq elmi və elmi-kütləvi məqalələrin müəllifi olan E.Əfəndiyev elmi fəaliyyətini Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi vəzifəsində davam etdirəcək.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Bakıda Avropa İttifaqını Belçika səfirliyi təmsil edəcək
|
2010-cu il yanvarın 1-dən Avropa İttifaqına (Aİ) sədrlik İspaniyaya keçib. Aİ-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, İspaniyanın Bakıda səfirliyi olmadığından Aİ-yə sədrliyin təmsilçiliyini Belçikanın Azərbaycandakı səfirliyi həyata keçirəcək. Qeyd edək ki, 6 aydan sonra Aİ-də sədrlik İspaniyadan Belçikaya keçəcək, beləliklə, Belçika səfirliyi Bakıda təmsilçiliyini 1 il davam etdirəcək. Xatırladaq ki, ötən ilin yanvar-iyun aylarında sədrlik Çexiyada olan zaman da Bakıda qurumun təmsilçiliyini Belçika səfirliyi həyata keçirib.
|
Oxumaq
08.01.10
|
| |
|
|
BMT-dəki səfirimiz Qarabağdakı vəziyyətlə bağlı baş katibə məktub göndərib
|
|
Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəsi, səfir Aqşin Mehdiyev Dağlıq Qarabağdakı vəziyyətlə bağlı baş katibə məktub göndərib. Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyindən APA-ya verilən məlumata görə, ötən il dekabrın 23-də yollanmış məktubda bu yaxınlarda Ermənistanın BMT-dəki nümayəndəsi tərəfindən verilmiş bəyanata münasibət açıqlanıb: "Bu bəyanatlar Ermənistanla Azərbaycan arasındakı münaqişənin konstruktiv və beynəlxalq hüquqa əsaslanaraq həll olunmasına dair bu ölkənin rəhbərliyi tərəfindən götürülmüş öhdəlikləri pozur. Ermənistanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının 11 noyabr 2009-cu il tarixli, 6216-cı iclasında səsləndirdiyi bəyanatında iddia edib ki, Ermənistanın Azərbaycana qarşı hərəkətləri Azərbaycan tərəfindən 70 illik Sovet hakimiyyəti dövründə idarə olunan və ermənilərin öz ata-baba yerlərindən qovulmağa yönəlmiş etnik təmizləməsinin qarşısını almaq məqsədi daşıyıb.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Fransa və İsveçrəyə yeni səfirlər təyin olunub
|
Dünən prezident İlham Əliyevin sərəncamı ilə Tarik İsmayıl oğlu Əliyev Azərbaycanın Fransa və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb. APA-nın xəbərinə görə, dövlət başçısının digər sərəncamı ilə Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digər sərəncamı ilə Elçin Əmirbəyov Azərbaycanın İsveçrə Konfederasiyasında, Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri və BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Murad Nizami oğlu Nəcəfbəyli isə Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Ölkə başçısının digər sərəncamı ilə Murad Nəcəfbəyliyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Qasırğadan zərər çəkmiş rayonlara tikinti materialları göndərilib
|
Fövqəladə Hallar Nazirliyi (FHN) güclü külək nəticəsində zərər çəkmiş rayonlara tikinti materialları göndərib. APA-nın məlumatına görə, müxtəlif növ tikinti materialları yüklənmiş ilk maşın karvanı dünən Bakıdan rayonlara yola salınıb. FHN-in Maddi-Texniki Təchizat İdarəsinin rəisi Raqif Muradov bildirib ki, yanvarın 3-4-də baş vermiş güclü külək nəticəsində cənub bölgəsində həm sosial obyektlərə, həm də fərdi evlərə ciddi ziyan dəyib. Hazırda dəyən ziyanı araşdırmaq üçün Nazirlər Kabinetinin və FHN-in mütəxəssisləri yerlərdə iş aparırlar. "Prezidentin tapşırığına əsasən, ziyan araşdırılana qədər FHN tərəfindən həmin bölgələrə zəruri olan tikinti materialları göndərilməsinə başlanıb" - deyə nazirlik rəsmisi vurğulayıb.
|
Oxumaq
08.01.10
|
| |
|
|
"Nabukko" ilə paralel "Ağ axın"
|
GUAM-ın layihəsi yenidən aktuallaşır
Bir vaxtlar GUAM-a üzv dövlətlərin əsas eneryi bloku kimi nəzərdən keçirilən "Ağ axın" layihəsi ilə bağlı məsələ yenidən aktuallaşıb. Layihə Azərbaycana məxsus "Şahdəniz" yatağından çıxarılacaq qazın Qara dənizin dibi ilə Ukraynaya, orada isə Avropaya nəqlini nəzərdə tutur. "Nabukko" ya nativ kimi göstərilən layihəyə yaxın perspektivdə Türkmənistanın da qoşulması nəzərdə tutulub. Əvvəlcə layihənin inşasına 2012-ci ildə başlamaq nəzərdə tutulsa da, sonradan müddət qeyri-müəyyən vaxta kimi təxirə salındı. Eneryi təhlükəsizliyi üzrə mütəxəssis Con Roberts hesab edir ki, layihəni "Nabukko" layihəsinin davamı kimi qiymətləndirmək gərəkdir: "Başqa sözlə, layihə "Nabukko" fəaliyyətə başladıqdan sonra həyata keçirilə bilər. Azərbaycanın burada rolu Cənubi Qafqaz regionundan Avropaya qazın nəqlini həyata keçirməkdən ibarət ola bilər. "Nabukko" qazı Baumqartenə nəql edilə bilər. Oradan isə o, istehlakçıya çatdırılacaq".
|
Oxumaq
08.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|