|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
Bir gündə 31 cinayət
|
Axtarışda olan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 31 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 24-ü "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Gün ərzində 8 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 28 nəfər saxlanılıb.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Ermənistan "hollandiyalaşır"
|
Ermənilər 2010-cu ildən nikbin nəsə gözləmirlər
Böhran və iqtisadi çətinliklər Ermənistan iqtisadiyyatını iflic vəziyyətə salıb. Başa çatan il ərzində ölkədə işsizlik 11 faiz artıb, ölkə iqtisadiyyatı 20 faiz geriləyib. Analoyi hal 2010-cu ildə də təkrarlanacaq. Bu ilin Ermənistan iqtisadiyyatı üçün daha ağır olacağı proqnozlaşdırılır. Beynəlxalq Maliyə İnstitutu və MDB Statistika Komitəsinin son hesablamaları bunu deməyə əsas verir. Belə ki, beynəlxalq maliyyə institutları Ermənistanı iqtisadi böhrana daha çox məruz qalan ölkələr sırasında görür. Qurumun ekspertləri ölkənin "Holland sindromuna" yoluxduğunu vurğulayıblar. Çünki bu ölkə iqtisadiyyatı bütünlüklə Rusiya iqtisadiyyatından asılıdır. Hazırda ölkə idxal və ixracın 90 faizini "böyük qardaşı" Rusiya ilə edir. Mütəxəssislər hesab edir ki, əgər rəsmi Moskva Ermənistandan üz döndərsə, Ermənistan iqtisadiyyatı iflasa məhkum olacaq. MDB Statistika Komitəsinin proqnozları da Ermənistan üçün heç nə vəd eləmir. 2009-cu ildə bu məkanda maliyyə böhranının ən böyük zərbəsi Ermənistana dəyib. Ölkə iqtisadiyyatı 20 faiz geriləyib. MDB Statistika Komitəsinin hesablamalarına görə, ölkədə heç bir sahədə iqtisadi artım qeydə alınmayıb.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Stiv Brüs dilinin bəlasına düşüb
|
|
İngiltərə Futbol Assosiasiyası (İFA) Stiv Brüsə ittiham irəli sürüb. "Sanderlend"in baş məşqçisi Premyer Liqanın 19-cu turunun "Mançester Siti" ilə ötən ilin dekabrında keçirilən oyunundan sonrakı açıqlamasına görə cavab verməli olacaq. O, həmin matçın hakimliyinə kəskin etiraz etmişdi. Konrket olaraq Andre Marinerin "Sanderlend"in qapısına penalti təyin etməsindən və Qaret Berri ilə toqquşmaya görə komandasının müdafiəçisi Maykl Terneri meydandan qovmasında şikayətlənən Brüs hakimin qərarlarını "absurd" təyini ilə ifadə etmişdi. Bu azmış kimi həmin arbitrin əvvəllər də futbola ləkə gətirdiyini söyləməsi məşqçiyə baha başa gələ bilər. Əlavə edək ki, Brüsün yanvarın 20-nə qədər İFA-nın ittihamından şikayət vermək hüququ var.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Maradonanın məşhur sırğası
|
Hərracda satışa çıxarılacaq
"Hapoli" azarkeşləri vəsait toplamağı planlaşdırır. Onlar bu yolla hərracda iştirak etmək niyyətindədirlər. Belə ki, gələn həftə Avropa hərraclarından birində Dieqo Maradonanın məşhur sırğası satışa çıxarılacaq. Maraqlıdır ki, bu qənimət ötən ilin sentyabrında İtaliya hüquq-mühafizə orqanları tərəfindən səbəbkardan müsadirə edilib. Buna səbəb don Dieqonun vaxtilə Apennində çıxış edərkən böyük məbləğdə vergidən yayınmasıdır. Argentina millisinin baş məşqçisi "Hapoli"nin keçmiş lideri kimi Avropa ölkəsində heç də az pul qazanmayıb. Amma onun vergidən yayınmasına yalnız bir neçə il əvvəl aydınlıq gəlmişdi.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Bekhemin "Milan"da ikinci debütü
|
Ulduz futbolçu çoxdankı arzusuna çatıb
Devid Bekhem çoxdankı arzusuna qovuşub: İngiltərə millisinin yarımmüdafiəçisi "Milan"ın formasında son bir ildə ikinci dəfə debüt edib. Baş məşqçi Leonardo Arauyonun start heyətində şans verdiyi məşhur futbolçu hazırda yaxşı vəziyyətdə olduğunu sərgilədiyi oyunuyla göstərib. Görək Leonardo onunla bağlı bu və ya digər məsələlər haqda yurnalistlərə nə deyib: "Cenoa" ilə matç ərəfəsində əsasən zədə səbəbiylə bir neçə oyunçumuzdan yararlana bilməyəcəyimizi öyrəndik. Bəzi mənbələr mənim guya Bekhemi müdafiə xəttində oynadacağımı ehtimal edirdi. Doğrudur, biz Devidin xidmətindən müxtəlif mövqelərdə yararlanmağı planlaşdırırıq. Amma qoy hamı bilsin ki, sıralarımıza növbəti dəfə qoşulan Bekhemi müdafiədə sınamaq fikrim yoxdur. Bəli, bir neçə arxa xətt oyunçumuz zədəlidir. Amma Oddo, Onyevu və Boneranın layiqli əvəzləyiciləri var.
|
Oxumaq
08.01.10
|
| |
|
|
"Qalatasaray" şokda!
|
Rikardo Koşta "Valensiya"ya keçib
Portuqaliyalı futbolçu Rikardo Koşta İstanbulun "Qalatasaray" klubunun rəhbərliyini şoka salıb. Apasport.az saytının məlumatına görə, "Cim Bom"un transfer etmək istədiyi müdafiəçi öncə bununla razılaşsa da, ardından heç kimin gözləmədiyi halda qarşı tərəfə rədd cavabı verib. Halbuki "Qalatasaray" rəsmiləri "Volfsburq"un şərəfini qoruyan 28 yaşlı futbolçunun meneceri ilə transferin məbləğini də razılaşdırmışdılar. Buna əsasən, "Volfsburq"a 500 min avro təzminat ödəniləcəkdi və əcnəbi oyunçu ilə 2,5 illik müqavilə bağlanacaqdı. İstanbul klubunun rəsmi nümayəndəsi Haldun Üstünəl növbəti dəfə Rikardonun meneceri ilə danışıqlar masası arxasına oturaraq, hər şeyi razılaşdırıb. Müqavilənin imzalanmasının gözlənildiyi vaxt isə Koşta qərarını dəyişib. O, İspaniyanın "Valensiya" komandasına keçib. Futbolçu bunu İspaniyanın qonşu ölkə olması və "Valensiya"nın ona daha uzun müddətə - 3,5 illik razılaşma təklif etməsi ilə əlaqələndirib. Nəticədə səs-küylü transferi gerçəkləşdirmək üzrə olan "Qalaasaray" rəhbərliyi əliboş qalıb.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Mahmud "Birlik kuboku"nu qazanmaq istəyir
|
"Bakı"nın futbolçusu Mahmud Qurbanov komandası üçün "Birlik kuboku" turnirinin vacib olduğunu düşünür. Apasport.az saytının məlumatına görə, hazırda Türkiyənin Antalya şəhərində olan bakılıların 37 yaşlı yarımmüdafiəçisi orada keçirilən təlim-məşq toplanışının gedişindən məmnundur. Türkiyə mətbuatına açıqlama verən Mahmud belə hazırlıqlardan sonra Moskvada keçiriləcək yarışda uğur qazanmaq iddiasında olduğunu söyləyib. "Çox yaxşı çalışırıq. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirmək üçün əlimizdən gələni edirik. Azərbaycan çempionatının ikinci yarısından əvvəl "Birlik kuboku"nda uğur qazanmaq istəyirik" - deyə M.Qurbanov vurğulayıb. Qeyd edək ki, Premyer Liqa tarixində həm oyun, həm çempionluq sayında mütləq rekordçu olan M.Qurbanov heç vaxt "Birlik kuboku"nu qazanmayıb. Bu turnirin qalibi olan "Neftçi" (2006-cı il) və "Xəzər-Lənkəran"ın (2008-ci il) ölkə çempionu qismində Rusiyada keçirilən turnirə vəsiqə əldə etməsində payı olan futbolçu ardından klubdan ayrılıb. Bu səbəbdən "Birlik kuboku"nda əsas mükafata sahib çıxa bilməyən yarımmüdafiəçi ən yaxşı halda turnirin ikincisi olan "Neftçi"nin 2005-ci ildə finala çıxmasına sevinib.
|
Oxumaq
08.01.10
|
| |
|
|
"Transfer pəncərəsi" açıldı
|
Dünəndən etibarən Azərbaycan Premyer Liqasında qış transfer müddəti başlayır. Apasport.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına görə, ölkə çempionatının yüksək liqasında mübarizə aparan komandalar transfer etdikləri oyunçuların qeydiyyatı ilə bağlı quruma müraciət edə bilərlər. Klublara 29 gün vaxt verən PFL fevralın 4-dək qeydiyyatla məşğul olacaq. Qeyd edək ki, Premyer Liqanın növbəti - 2010-cu ildəki ilk turu "transfer pəncərəsi"nin bağlanmasından öncə (fevralın 2-3-də) keçiriləcək.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Bülənt Korkmaz razıdır
|
"Bakı" Antalyada gözəl şəraitdə hazırlıq keçir. Burada hər şey əladır". Apasport.az saytının məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Bülənt Korkmaz deyib. "Zolaqlılar" "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku" uğrunda yarışa və Premyer Liqanın hazırlığına Türkiyənin Antalya şəhərində start veriblər. Yetirmələrinə gündə iki dəfə məşq keçən B.Korkmaz komandasının təlim-məşq toplanışından razıdır. Türkiyə mətbuatına açıqlama verən 42 yaşlı mütəxəssis bu şəraitin qarşıdakı yarışlara hazırlaşmaq üçün yetərli olduğunu düşünür: "Azərbaycan çempionatında qış fasiləsinədək 5-ci pilləyə qədər yüksəlməyi bacardıq. Qarşıda bizi Moskvada keçiriləcək "Birlik kuboku" turniri gözləyir. Həm bu yarış, həm də ardından mübarizə aparacağımız ölkə birinciliyində uğurla çıxış etməyə çalşacağıq". Qeyd edək ki, "Bakı" Antalyanın Serik qəsəbəsinin Bələk Bələdiyyəsindəki "Papillon Belvil Otel"də məskunlaşıb.
|
Oxumaq
08.01.10
|
| |
|
|
Cavid "Neftçi"də oynamaq istəmədi
|
|
"Neftçi" rəhbərliyi milli komandamızın üzvü Cavid Hüseynovu heyətinə qata bilməyəcək. Apasport.az saytının xəbərinə görə, futbolçu "İnter" klubunda qalmağa üstünlük verib. Yaxın günlərdə onunla "bankirlər" arasında yeni müqavilə bağlanacaq.
|
Oxumaq
08.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|