Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 8.1.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
"Leyli və Məcnun" operası bir yaş da artdı
Yanvarın 12-si dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk dəfə nümayiş etdirildiyi gündür. Bununla əlaqədar olaraq yanvarın 9-da Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" operasının tamaşası təqdim ediləcək. Məcnun rolunun ifaçısı, Xalq artisti Mənsum İbrahimovun məlumatına görə, o, tamaşanı tərəf-müqabillərindən biri olan Nəzakət Teymurova ilə birlikdə oynayacaq.
"Məlum olduğu kimi, Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera sənətinin əsası qoyuldu. Operanın yaranma tarixi və növbəti ildönümü ilə əlaqədar ayın 9-da Məcnun olaraq nöbvəti dəfə səhnəyə çıxacam. Bu mənim 2010-cu ildə ilk tamaşam olacaq".
Mənsum İbrahimov yeni yaradıcılıq planlarından da söhbət açıb. Xanəndə ötən ildən yarımçıq qalan diskini yaxın vaxtlarda tamamlamaq fikrindədir.
Oxumaq
08.01.10  
 
Röya Aygün Kazımovanın klipini primitiv adlandırdı
Tərəflərin söz davası bitmir

Xalq artisti Aygün Kazımova ilə Röyanın "soyuq müharibə"si davam edir. Son günlər meydana çıxan situasiyalar münasibətləri son həddə çatdırıb. Bir mahnını bölüşə bilməyən sənətçi xanımlar bir-birinin ünvanına kəskin ifadələr işlətməkdə davam edirlər.
Xatırladaq ki, Faiq Sücəddinovun bəstəsi olan "Təkcə səni" mahnısını hər iki müğənni səsləndirib. Mahnı əvvəlcə Aygün Kazımovaya təqdim olunub. Müğənninin bir il davam edən sukutunun ardınca bəstəkar mahnını ikinci ifaçı olan Röyaya təqdim edib. Bundan xəbər tutan Aygün xanım dərhal mahnıya səsi ilə ikinci həyat verib.
Oxumaq
08.01.10  
 
Kərimin Türkiyədə piyarı aparılır
Sənətçinin növbəti layihəsi Zərrin Özərlə duet olacaq

Müğənni Kərim hazırda Türkiyədə səfərdədir. Ötən gün o, TRT-də çıxış edib. Qeyd edək ki, sözügedən kanal Türkiyənin sərhədlərini aşaraq, bir çox ölkəyə yayımlanır. Ona göstərilən qonaqpərvərlikdən məmnun olan müğənni eyni münasibəti efirdə olarkən hiss edib. Günorta saatlarında TRT-nin canlı efirində qonaq olan müğənni axşam saatlarında "Number one" adlı şou proqrama dəvət alıb.
Telefon bağlantısı zamanı müğənni vurğuladı ki, onun Türkiyədəki sənət adamları ilə əməkdaşlığı başlayır. Mahnıları azərbaycanlı sənətçilər tərəfindən oxunan Ayşə Birgül Yılmazdan böyük dəstək alan Kərim onun yeni bəstəsini oxumağa hazırlaşır. Sənətçi bildirdi ki, bu mahnılardan biri Türkiyənin tanınmış sənət isimlərindən olan Zərrin Özərlə səsləndiriləcək. Bu barədə danışıqlar aparılıb və ilkin razılıq əldə edilib. Müğənni onu da vurğulayıb ki, hazırda türk şou-biznesində onun piyarı aparılır. Sözünün sonunda Kərim tezliklə Bakıya qayıdacağını və yarımçıq qalan albomunu tamamlayaraq, təqdimata çıxaracağını bildirib.
Oxumaq
08.01.10  
 
Daş davasının səbəbkarına hökm oxunub
İki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxslərdən biri 15 il müddətinə azadlıqdan məhrum edilib

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əmir Bayramovun sədrliyi ilə iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmə qarşısında Əfqan Mirzəyev, Bağır Məmmədov, Kamran Mirzəyev, Mehrac Mirzəyev, Abdulla Ağayev, İsmayıl Cabbarov, Ramin Ramazanov və Çingiz Hüseynov cavab verib.
İttihama görə, 2009-cu il iyunun 3-də Sabunçu rayon Xaşaxuna bağında daş satışı ilə məşğul olan Ə.Mirzəyev və Tərlan Cəfərov arasında daşda əskiklik olması ilə bağlı mübahisə yaranıb. Daha sonra davaya çevrilən münaqişə iki qrup arasında bıçaqlaşma ilə nəticələnib. Hadisə zamanı təqsirləndirilən şəxslər tərəfindən T.Cəfərov və qardaşı Musa Cəfərov bıçaqlanıb. Hər iki şəxs aldıqldarı xəsarətdən dünyasını dəyişib. Onların qohumları - 24 yaşlı İsmayıl Cabbarova və Yeni Günəşli qəsəbə sakini 26 yaşlı Əfqan Mirzəyevə isə ağır bıçaq xəsarətləri yetirilib.
Oxumaq
08.01.10  
 
Yalan məlumat verən şəxs məhkəmə qarşısında
O, Milli Elmlər Akademiyasının keçmiş işçisi olub

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə yalan məlumat verməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Bakı şəhər sakini, Mirseyfəddin Məmmədov cavab verib. M.Məmmədov Cinayət Məcəlləsinin 216-cı (terror barədə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.
İttihama görə, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş əməkdaşı olan M.Məmmədov 2009-cu ilin sentyabrında Baş Prokurorluğa yazılı qaydada müraciət edib. Müraciətdə bəzi vəzifəli şəxslərin həyatlarına sui-qəsd hadisəsinin törədilməsi barədə məlumat verilib. Araşdırma nəticəsində bu məlumatın yalan olması üzə çıxıb. Məhkəmədə ifadə verən M.Məmmədov irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib. Proses şahid ifadələri ilə davam etdirilir.
Oxumaq
08.01.10  
 
Bakıda qətl törədən Rusiya vətəndaşının məhkəməsi başlayıb
Rəşan İsrafilov 80 yaşlı qocanı tamah məqsədi ilə qətlə yetirib

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 80 yaşlı qocanı xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Rusiya vətəndaşı, 27 yaşlı Rəşan İslam oğlu İsrafilov cavab verib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq etmək) maddələri ilə ittiham olunub.
Oxumaq
08.01.10  
 
İki piyada vurulub
Hər iki qadın aldığı xəsarətdən dünyasını dəyişib

Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Nizami rayonu Naxçıvanski küçəsində Qaraçuxur qəsəbə sakini Vəli Əliyev "Nissan Sunny" markalı avtomaşını idarə edərkən Maştağa qəsəbə sakini Fəridə Cəbrayılovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən F.Cəbrayılova orada dünyasını dəyişib.
Biləsuvar rayonunun Aşağı Cürəli kəndində, kənd sakini Rasim Mahmudov "Mercedes" markalı avtomaşını idarə edərkən həmkəndlisi Nargilə Abışovanı vurub. Nəticədə N.Abışova hadisə yerində dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
08.01.10  
 
Narkotik alverində təqsirləndirilən şəxsə hökm oxunub
Adil Yusifov 5 il müddətinə azadlıqdan məhrum edilib

Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəmədə hakim Rasim Sadıqovun sədrliyi ilə narkotik alverində təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Lənkəran rayon sakini Adil Yusifov cavab verib. A.Yusifov Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə ittiham olunub. Məhkəmənin hökmü ilə A.Yusifov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
08.01.10  
 
İki oğurluq faktının üstü açılıb
Bakıda mis sarğılar, Masallıda telefon oğurlanıb

Hüquq-mühafizə orqanları iki oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Nərimanov rayonu M.Qaşqay küçəsi ev 97-nin 1-ci və 3-cü girişlərində olan liftlərdən mis sarğıları oğurlayan şəxslər tutulub. Nərimanov RPİ 16-cı PB əməkdaşları tərəfindən saxlanılanlar Müşfiqabad qəsəbə sakinləri Rəşad Ağacanov, Adil Qədirov və Teymur Şükürlüdür.
Dekabrın 29-da, 2010-cu ilin yanvarın 2-si və 6-da Masallı rayonu ərazisində, rayon sakini Emin Quliyevə məxsus mobil telefonların satışı mağazasından 3 ədəd mobil telefon naməlum şəraitdə oğurlanıb. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Masallı rayon sakini Sarış Hüseynov tutulub. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
08.01.10  
 
İtkin düşən Şəki sakininin meyiti tapılıb
Meyitinin üzərində heç bir zorakılıq əlaməti olmayıb

Dekabr 14-də itkin düşmüş Şəki şəhər sakini Ələsgər İsmayılovun meyiti tapılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, meyitinin üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Meyit Şəki şəhərinin ərazisindən keçən Qurcana çayında tapılıb. Faktla bağlı ilkin yoxlama prokurorluq tərəfindən aparılır.
Oxumaq
08.01.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •