|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
Əmlakın qeydiyyatı üçün vaxt azaldılacaq
|
Vətəndaşlara göstərilən xidmətin səviyyəsi yüksəldiləcək
Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında imzalanmış kredit sazişinə uyğun olaraq həyata keçirilən "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" Azərbaycanın daşınmaz əmlak fondunun dəyərini əhəmiyyətli dərəcədə artıracaq. Proqnozlara əsasən, 2012-ci il üçün Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) ərazi idarələri tərəfindən 20 milyon manata yaxın gəlir əldə ediləcək. Qurumdan verilən məlumata görə, qeydiyyat üçün vaxtın azalması və notariusların sistemə onlayn reyimdə daxil olması əmlak bazarında əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək. Layihənin icrası ipoteka, tikinti və daşınmaz əmlakla bağlı digər xidmətlərin məhsuldarlığını da artıracaq. Daşınmaz əmlak bazarında fəallığın artması nəticəsində isə DƏDRX-in kadastr xəritələrindən əldə etdiyi gəlirlər çoxalacaq. Mənbədən bildirilib ki, layihə DB ilə Azərbaycan hökuməti arasında razılaşdırılmış "Ölkə üzrə Tərəfdaşlıq Strategiyası" sənədi çərçivəsində həyata keçirilir. Daşınmaz əmlak bazarının dəstəklənməsi, daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyatı sisteminin formalaşdırılması məqsədi daşıyan bu layihə dörd komponenti özündə birləşdirir. Komitənin məlumatına görə, layihənin birinci və əsas komponenti daşınmaz əmlakın qeydiyyatıdır və layihənin ümumi xərclərinin təqribən 61 faizi məhz bu komponentin icrası üçün nəzərdə tutulub.
|
Oxumaq
07.01.10
|
| |
|
|
Obama kəşfiyyatçıları "yıxıb sürüdü"
|
Güc strukturlarında dəyişikliklər gözlənilir
Barak Obama bəyan edib ki, ABŞ kəşfiyyatı ötən həftə Detroyta enən təyyarəni partlatmağa cəhd etmiş nigeriyalı vətəndaş barədə kifayət qədər məlumata malik olub: "Lakin kəşfiyyat xidmətləri onu vaxtında dayandıra bilməyiblər". Ağ Evdə aparıcı təhlükəsizlik müşavirləriylə görüşdükdən sonra Barak Obama kəşfiyyatın uğursuzluğunu qəbuledilməz və potensial olaraq təhlükəli adlandırıb. Onun qənaətincə, Detroytdakı insident və "Əl-Qaidə"nin fəalığı göstərdi ki, ABŞ daima təhlükəsizlik tədbirlərini təkmilləşdirməlidir: "Bizim müzakirələrimiz və atdığımız addımlar 21-ci əsrin tələblərinə uyğun təhlükəsizlik və kəşfiyyat strukturunu müəyyən edir. "Əl-Qaidə" zərbə endirmək üçün daima öz səylərini inkişaf etdirir, yeni imkan axtarır. Bu səbəbdən onları məğlub etmək üçün səylərimizi artırmalıyıq və təkmilləşdirməliyik". Obama əlavə edib ki, hücum cəhdi onun administrasiyasının Quantanamo məhbəsini bağlamaq planlarına təsir etməyib: "Biz razılaşdırdıq ki, hazırki vəziyyəti nəzərə almaqla Yəmənə əlavə məhbus köçürülməyəcək. Lakin Quantanamo məhbəsi bağlanacaq. Bu elə bir yolla ediləcək ki, Amerika təhlükəsizliyinə və müdafiəsinə zərər dəyməsin". Qeyd edək ki, toplantıda dövlət katibi, müdafiə naziri, MKİ-nin diretkoru və digər rəhbər şəxslər iştirak edib. Ağ evdəki mənbə prezidentin onların yanında daha sərt danışdığını bildirib. Ekspertlərin qənaətincə, güc strukturlarında yaxın günlərdə yerdəyişmələr, hətta istefaların baş verəcəyi istisna edilmir.
|
Oxumaq
07.01.10
|
| |
|
|
"Tvente" Vaqifi İspaniyaya aparmır
|
Hollandiya klubu problemlə üzləşib
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Hollandiyanın "Tvente" klubunda 20 nömrəli formanı geyinmək istəyir. Bu barədə apasport.az saytına futbolçunun atası Füzuli Cavadov məlumat verib. Onun bildirdiyinə görə, oğlu "Qarabağ"da olduğu kimi, yeni klubunda da bu nömrəni daşımağı arzulayır. "Öncə keçidi rəsmiləşdirməliyik. Əsas budur, formanı isə hollandlar verəcəklər. Əlbəttə, Vaqifin "Tvente"də də 20 nömrəli formanı geyməsi yaxşı olardı və bu istəyimizi bildirmişik. Oğlumun sevdiyi 7 və 14 nömrələrlə Hollandiyada çıxış etməsi real deyil. Vaqifin milli komandamızda daşıdığı 7 nömrə Avropada sayılıb-seçiləndir. Yəni həm onu, həm də Hollandiya futbolunun əfsanəvi olan Yohan Kruiffin daşıdığı 14 nömrəni hər oyunçuya verməzlər. Hər halda, hansı formanı versələr, onu da götürəcəyik" - deyə ata Cavadov bildirib. Qeyd edək ki "Tvente"nin ölkə daxili yarışlar üçün iştirak ərizəsində 1-dən 29-a qədər nömrələr arasında yalnız 21-in boş olduğunu görmək mümkündür. Cavadovlar həmin nömrəni qəbul etməyə hazırdırlar. "Tvente"də Vaqifin istədiyi "20 nömrə"ni isə holland həmkarı Luk De Yonq daşıyır.
|
Oxumaq
07.01.10
|
| |
|
|
"Ölkəmizdə Avropa standartlarına uyğun seçkilər keçirilib"
|
Gültəkin Hacıbəyli: "Bu seçkilərə ciddi irad olmamalıdır"
Məlum olduğu kimi, dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı ictimai müzakirələr davam edir. Mərkəzi Seçki Komissiyası (MSK) seçki ilə bağlı hələ yekun qərar qəbul etməsə də, ilkin nəticələr demokratik seçkilərin keçirildiyini təsdiqləyir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli də seçkilərin demokratik standartlara uyğun keçirilməsi qənaətindədir:
- Azərbaycanda bələdiyyə seçkiləri normal keçirildi. Bu seçkiləri həm yerli, həm də beynəlxalq müşahidəçilər izlədilər. Mən təbliğat kampaniyasında da iştirak etdim. Kampaniyada yalnız deputat seçildiyim Naftalan-Goranboy ərazisində yox, Saatlı, Sabirabad, Beyləqan, Horadiz və digər yerlərdə oldum. Müşahidələrim belə idi ki, insanlar bələdiyyə seçkilərinə hazırlıqlı gedirdilər. Əhali öz yerlərinin qayğısına qalan insanlara səs verirdi. Bu seçki seçiciyə daha yaxın olan seçki idi. Bu baxımdan, bələdiyyə üzvləri seçicilərə millət vəkillərindən də yaxındırlar. Cəmiyyətin bu məsələyə dair mövqeyi də məlumdur. Mən səsvermə günü Sumqayıtda 4 seçki dairəsi üzrə 42 məntəqədə müşahidələr apardım.
|
Oxumaq
07.01.10
|
| |
|
|
Separatçıların QHT-ləri nə işlə məşğuldur?
|
ABŞ-ın ayırdığı yardımlar düşmənçilik siyasətinin aşılanmasına yönəldilir
"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz və tərkib hissəsidir. Bu ərazi hazırda separatçı reyim tərəfindən idarə olunur. Dağlıq Qarabağ ətrafındakı Azərbaycan əraziləri isə ermənilərin işğalı altındadır". Bu fikirlər ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəsmi saytında yer alıb. Həmin saytda Dağlıq Qarabağın mərkəzi şəhəri erməni versiyasında olduğu təki "Stepanakert" yox, əsl adı ilə - Xankəndi kimi göstərilib. MKİ qarabağlı ermənilərin separatçı olduğunu rəsmən etiraf etsə də, ABŞ Konqresi bu qondarma reyimə yardım etmək haqda qərar çıxardı. ABŞ-ın Azərbaycandakı səfirliyinin olaylarla bağlı mövqeyi belə oldu: "ABŞ "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Bu bizim siyasətimizdir və o, dəyişməz qalır. Konqresin qərarına gəldikdə isə Birləşmiş Ştatlar hökumətlərə yox, insanlara yardım ayırır. Dağlıq Qarabağ üçün nəzərdə tutulmuş məbləğ də sırf humanitar yardım olaraq ərazilərin minalardan təmizlənməsi üçün nəzərdə tutulub. Həmin layihələri isə qeyri-hökumət təşkilatları həyata keçirir".
|
Oxumaq
07.01.10
|
| |
|
|
Bu ilin birinci yarısında e-imzanın praktiki istifadəsinə başlanacaq
|
Azərbaycanda bu ilin birinci yarısında e-imzanın praktiki istifadəsinə başlanacaq. "APA-Economics"in məlumatına görə, bu aydan etibarən e-imzaların kartlar vasitəsilə müəssisələrə təqdim edilməsi prosesi başlanacaq. E-imza layihəsi "Ultra" şirkətinin rəhbərliyi ilə "Microsoft" və "Azerin" şirkətlərinin də daxil olduğu konsorsium tərəfindən tətbiq edilir. E-imzanın tətbiqi e-sənəd dövriyyəsinin inkişafına təkan verəcək. Layihədə fiziki və hüquqi şəxslər üçün e-İmza kartlarının hazırlanması nəzərdə tutulub. Bu layihənin həyata keçirilməsində Türkiyənin təcrübəsindən geniş istifadə olunub, layihə çərçivəsində bu ölkə ilə protokol imzalanıb. Layihənin işlənməsi və həyata keçirilməsi zamanı "To By Tak" şirkəti ilə təcrübə mübadiləsi aparılıb.
|
Oxumaq
07.01.10
|
| |
|
|
ATƏT sədri Azərbaycana gələcək
|
ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri, dövlət katibi Kanat Saudabayev Cənubi Qafqaza səfər etməyi planlaşdırır. APA-nın Qazaxıstanın ATƏT-ə sədrliyi ilə bağlı rəsmi sayta istinadən verdiyi məlumata görə, K.Saudabayevin 2010-cu ildə Cənubi Qafqazla yanaşı, Balkanlara, Şərqi Avropaya və Mərkəzi Asiyaya da səfərləri nəzərdə tutulur. Lakin səfərlərin dəqiqi tarixi hələlik məlum deyil. Bundan başqa, Qazaxıstanın sədrliyi müddətində effektiv koordinasiyanı təmin etmək məqsədilə ATƏT sədrinin "dondurulmuş münaqişələr" və böhranların nizamlanması, ekologiya, nəqliyyat, dözümsüzlük və diskriminasiya, seçkiləri müşahidə və seçki problemləri üzrə şəxsi nümayəndələrinin təyin olunması barədə qərar qəbul edilib. Qazaxıstan mətbuatının yazdığına görə, ATƏT sədrinin "dondurulmuş münaqişələr" və böhranların nizamlanması üzrə şəxsi nümayəndəsi vəzifəsinə təcrübəli diplomat Bulat Nurqaliyev təyin olunacaq. O, 2010-cu il yanvarın 1-dək Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi postunu tutub.
|
Oxumaq
07.01.10
|
| |
|
|
2009-cu ildə 157 min 705 Azərbaycan vətəndaşı İstanbulda olub
|
2009-cu ildə Türkiyənin İstanbul şəhərinə 7 milyon 509 min 741 nəfər xarici turist gəlib. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu rəqəmin 2,1%-ni (157 min 705 nəfər) Azərbaycan vətəndaşları təşkil edir. 2008-ci illə müqayisədə 2009-cu ildə İstanbula gələn əcnəbilərin sayı 6,5 faiz artıb. İstanbula gələn əcnəbilərin siyahısında ilk yeri almanlar tutur. Şəhəri ziyarət edən turistlərin 14,8%-i Almaniya, 5,7%-i Böyük Britaniya, 5,1%-i Fransa, 4,9%-i ABŞ, 4,8%-i İtaliya, 4,8%-i Rusiya, 3,6%-i Hollandiya, 3%-i İran, 2,2%-i Ukrayna, 1,9%-i Avstriya, 1,8%-i Yaponiya, 1,7%-i İsveçrə, 1,5%-i Belçika vətəndaşlarıdır.
|
Oxumaq
07.01.10
|
| |
|
|
Qubada Soyqırımı Memorial Kompleksinin tikintisinə yazda başlanacaq
|
Qubada ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı qurbanlarının kütləvi məzarlığında Soyqırımı Memorial Kompleksinin yaradılması ilə əlaqədar ətrafdakı 11 yaşayış evi söküləcək. Bu barədə APA-nın şimal bürosuna açıqlamasında Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov bildirib. O deyib ki, sökülmə ilə bağlı sakinlərə kompensasiya ödəniləcək, 11 ailənin mənzillə təmin olunması üçün İcra Hakimiyyəti müvafiq tədbirlər həyata keçirəcək. İcra başçısı kompleksin tikintisinə yaz aylarında başlanacağını qeyd edib. APA-nın şimal bürosu xəbər verir ki, dünən Fövqəladə Hallar Nazirliyinin (FHN), Mədəniyyət və Turizm Nazirliyinin, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndələri kütləvi məzarlığın yerləşdiyi ərazidə olublar. Onlar prezident İlham Əliyevin məzarlıqda Soyqırımı Memorial Kompleksinin tikintisi ilə bağlı imzaladığı sərəncamın icrası ilə əlaqədar əraziyə baxış keçiriblər.
|
Oxumaq
07.01.10
|
| |
|
|
II Qareginin Azərbaycana səfəri gözlənilir
|
Bu ilin aprelində Bakıda Dünya dini liderlərinin sammiti keçiriləcək. APA-nın məlumatına görə, bu təşəbbüslə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə MDB Dinlərarası Şurasının həmsədri kimi çıxış edib. Bakıda keçiriləcək zirvə görüşü Rus Provaslav Kilsəsi ilə birgə təşkil ediləcək. İki gün davam etməsi gözlənilən tədbirə müsəlman, xristian, yəhudi və digər ənənəvi dinlərin liderləri dəvət olunacaq. Sammitə bütün ermənilərin katolikosu II Qareginin də dəvət ediləcəyi və onun tədbirdə iştirakı gözlənilir. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında bu qəbildən ilk tədbirin 2006-cı ildə Moskvada keçirildiyini bildirib: "Həmin vaxt bu tədbirdə dünyanın 49 ölkəsinin 200-dək dini lideri iştirak etmişdi. Bakı sammitində bu coğrafiyanın daha da genişlənəcəyi istisna olunmur".
|
Oxumaq
07.01.10
|
| |
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
|