Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 




 
 
 
Xəbərlər / 6.1.2010
Səhifələr : 1 2 3 4 » #
Türkiyə şərtini bir daha təkrarladı
"Qarabağ məsələsi ilə bağlı Ermənistandan addımlar gözləyirik"

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması və sərhədlərin açılmasını nəzərdə tutan protokolların ratifikasiyası bu ilin ilk aylarında geniş müzakirə mövzusuna çevriləcək. Əksər ekspertlər bu qənaətdədir ki, protokollarla bağlı məsələ yaxın bir-iki ay ərzində həllini tapacaq. Rəsmi Yerevan bu ərəfədə bəyan edib ki, imzaladığı protokollara yenidən baxmaq fikrindədir. Belə ki, bu ölkənin prezidenti Sery Sarkisyan vurğulayıb ki, konstitusiyaya bununla bağlı dəyişiklik etmək niyyətindədir.
Türkiyə Böyük Millət Məclisinin Konstitusiya komissiyasının üzvü, hakim Ədalət və İnkişaf Partiyasının üzvü Burhan Kuzu isə hesab edir ki, dövlətlər 1963-cü ildə imzalanan beynəlxalq razılaşmaya uyğun olaraq ikitərəfli müqavilələrə əməl etməlidir: "Müəyyən müddətə imzalanan müqavilələr vaxtı keçdikdən sonra etibarsız hesab edilir. Müddətsiz müqavilələrə imza atan tərəflər isə birtərəfli qaydada öz imzalarından imtina etməməlidirlər.
Oxumaq
06.01.10  
 
Adamiya təəccüblənib
Gürcü futbolçu "Bakı"dan yeni müqavilə ilə bağlı təklif alacağını gözləyirmiş

"Bakı"nın mənimlə yollarını ayırması mənim üçün də gözlənilməz oldu. Vətənimə yeni müqavilə ilə bağlı təklif alacağım fikri ilə yollanmışdım. Ancaq bu, baş vermədi". Apasport.az saytının məlumatına görə, bu fikirləri "Bakı" klubunun sabiq futbolçusu Georgi Adamiya deyib.
Paytaxt komandasından yeni müqavilə gözləyən 29 yaşlı gürcü hücumçu bunun baş verməməyinə təəccüblənib. Adamiyanın sözlərinə görə, hesabat turunda "Qarabağ"la oyundan sonra onunla vidalaşmaqla bağlı söhbət olmayıb: "Həmin vaxt bizi yığaraq, Yeni il bayramımız təbrik etdilər. Müqavilə məsələsini Yeni ildən sonra müzakirə etməli idilər. Mən də buna hazır olduğumu demişdim. Ancaq bir neçə gün sonra internetdə oxudum ki, mənimlə müqaviləni uzatmaqdan imtina ediblər. Əvvəlcə bu informasiyaya inanmasam da, sonradan klubdan bunu doğru olduğunu təsdiqlədilər. Bir az təəccüblənsəm də, heç kimlə mübahisə etmədim. Hər halda, müqaviləmin müddəti bitmişdi və klub rəhbərliyinin istənilən qərarı qəbul etmək hüququ var".
Oxumaq
06.01.10  
 
"Mətbəxdə bəzi şeylər bişir"
Türkiyə prezidenti hesab edir ki, Ermənistanla münasibətlərin Avropa İttifaqına üzvlüklə əlaqəsi yoxdur

Türkiyə prezidenti Abdulla Gül "CNN Türk" telekanalına müsahibəsində Ermənistanla münasibətlərin normallaşmasına toxunub. O bildirib ki, məsələnin Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı heç bir əlaqəsi yoxdur. A.Gül, həmçinin qeyd edib ki, Avropa İttifaqına üzvlük məsələsi olmasa da, bu, Türkiyənin həll etmək istədiyi problemlərdən biridir.
Türkiyə prezidenti vurğulayıb ki, Ermənistanla imzalanan protokollardan sonra "səssiz bir siyasət" yürüdülüb: "Biz dondurulmuş problemləri ortaya çıxarırıq və onları həll etməyə çalışırıq. Burada istifadə edilən metodları açıq şəkildə ortaya qoymaq çətinlik yaradır. Bu işdə vaxt məhdudiyyətləri var. Çox ciddi cəhdlər edilir. Açar ölkə olan Rusiya da bu istiqamətdə cəhd göstərir. Mətbəxdə bəzi şeylər bişir". Cənubi Qafqazda gedən proseslərə toxunan prezident qeyd edib ki, Qafqazdakı sülh və sabitlik böyük əhəmiyyətə malikdir: "Qafqazda Qərblə Şərq arasında maneə olmamalıdır".
Oxumaq
06.01.10  
 
"Hücumçu diplomatiya siyasəti əlverişli nəticələr verməkdədir"
Ziyafət Əsgərov: "Azərbaycan iqtisadi sahədə əldə etdiyi uğurlarla Ermənistanı sülhə məcbur edir"

Artıq 2009-cu il arxada qaldı. İndi hamı köhnə ilə yekun vurub yeni illə bağlı gözləntilərini dilə gətirir. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da geridə qalan 2009-cu ilin Azərbaycan üçün uğurlu keçdiyi qənaətindədir.


- Ziyafət müəllim, 2009-cu ildə baş vermiş mühüm hadisələr sırasından hansıları qeyd edərdiniz?

- Əlbəttə, ötən il prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi və iqtisadi sahədə mühüm nailiyyətlərin əldə olunması ilə yadda qalıb. Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inkişaf edir. Hər bir xalqın inkişafının əsas şərtlərindən biri strateyi yolun dəqiq müəyyən edilməsidir.
Oxumaq
06.01.10  
 
Bir gündə iki boğulma
Ötən gün respublika ərazisində iki boğulma faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Yasamal rayonu D.Bünyadzadə küçəsində yaşayan Reyhan Hümbətova evində dəm qazından boğularaq dünyasını dəyişib.
Binəqədi qəsəbəsi ərazisində, qəsəbə sakini Vüsal Hüseynov göldə balıq tutarkən suya yıxılıb. Nəticədə V.Hüseynov boğularaq dünyasını dəyişib.
Oxumaq
06.01.10  
 
Bir oğrunun iki "işi"
Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayt sakini saxlanılıb. Saxlanılan Fərid Baxşıyev Rəna Ağakişiyevanın evindən oğurluq edib. Onun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində F.Baxşəliyevin 2009-cu ilin noyabr və dekabr aylarında Vahid Bəkirovun mənzilindən və Sumqayıt şəhər sakini Xəlil Muradinin evindən oğurluq etməsi müəyyən edilib.
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maarif Dadaşova məxsus avtomaşından 900 manatını, mobil telefonunu və qızıl əşyalarını oğurlamaqda şübhəl bilinən şəxs tutulub. Saxlanılan Yevlax rayon sakinləri Səbuhi Məmmədov və Arif Məmmədovdur.
Oxumaq
06.01.10  
 
Qatil tutulub
Füzuli rayonunda dekabrın 26-da törədilən qətlin üstü açılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Baş Cinayət-Axtariş İdarəsi və Füzuli RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs tutulub. Saxlanılan Füzuli rayon sakini Tural Kərimovdur. T.Kərimov həmyerlisi Əziz Əliyevi boğma yolu ilə qətlə yetirməkdə təqsirləndirilir.
Oxumaq
06.01.10  
 
Quldurluq edən şəxslər tutulub
Cinayət əməlindən zərər çəkənlərdən ikisi qadın olub

Hüquq-mühafizə orqanları üç quldurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə zor tətbiq edərək ondan mobil telefon alan şəxs tutulub. Saxlanılan Z.Tağıyev qəsəbəsinin sakini Fərid Səmədovdur. F.Səmədov həmyerlisi Səadət Abbasovaya qarşı zor tətbiq edərək mobil telefonunu ondan almaqda təqsirləndirilir.
Oxumaq
06.01.10  
 
Bir gündə 22 cinayət
Bağlı qalan 1 cinayətin üstü açılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 22 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 16-sı "isti izlər"lə açılıb. Həmçinin, ötən günlərdən bağlı qalan 1 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 20 nəfər tutulub.
Oxumaq
06.01.10  
 
Qardaş qatili məhkəmə qarşısında
Elnur Kərimov bıçaqla xəsarət yetirərək qardaşının həyatına son qoyub

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qərşasında Qəbələ rayonu Vəndam qəsəbə sakini Elnur Kərimov cavab verib. E.Kərimova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə, 2009-cu ilin oktyabrında E.Kərimov münaqişə zəminində qardaşı Seymuru bıçaqlayıb. Nəticədə S.Kərimov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Seymurun həyatını xilas etmək mümkün olmayıb. Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində E.Kərimov tutulub. İş üzrə məhkəmə baxışı yanvarın 18-də keçiriləcək.
Oxumaq
06.01.10  
 
Səhifələr : 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: