|
Zaqatala rayonunda Osmanlı padşahlarından sultan 2-ci Əbdülhəmid və 5-ci Mehmet Rəşadın hakimiyyəti illərində zərb edilmiş gümüş sikkələr tapılıb. Bu barədə APA-ya Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov məlumat verib. O, gümüş sikkələrin rayonun ucqar kəndlərindən tapılaraq muzeyə təhvil verildiyini bildirib.
|