|
|
Səhifələr : # « 1 2 3 4 » #
|
Qafqaz əsiri
|
Cənubi Osetiya vətəndaşının gürcülər tərəfindən oğurlandığını bildirir
Gürcüstan Daxili İşlər Nazirliyi yanvarın 4-də Cənubi Osetiya sakini Gennadi Pliyevin saxlanması barədə məlumatı təsdiqləyib. DİN-in rəsmi nümayəndəsi Şota Utiaşvilinin yurnalistlərə verdiyi məlumata görə, G.Pliyev Gürcüstan tərəfinin nəzarət etdiyi ərazidə saxlanılıb: "O, silahlı olub. Ona görə də vəziyyətin tam araşdırılması üçün Pliyev istintaq təcridxanasında yerləşdirilib". Cənubi Osetiya KİV-in məlumatına görəsə, G.Pliyev Tsxinvali ətrafında gürcü xüsusi xidmət orqanları tərəfindən oğurlanıb. Onların məlumatına görə, Cənubi Osetiya vətəndaşı G.Pliyev gürcü xüsusi xidmət orqanları tərəfindən səhər saat 7.00 radələrində Şanxay rayonunda oğurlanıb. Cənubi Osetiya KİV-in məlumatında bildirilir ki, oğurlanma yalnız Cənubi Osetiya ilə həmsərhəd ərazilərdə aktiv fəaliyyət göstərən Gürcüstanın xüsusi xidmət orqanları tərəfindən törədilə bilər.
|
Oxumaq
06.01.10
|
| |
|
|
"Növbəti dövr münaqişənin konkret həlli ili olacaq"
|
Nizami Cəfərovun fikrincə, Qarabağ probleminin həllinə daha çox yaxınlaşmışıq
"2009-cu il Azərbaycanın ictimai-siyasi həyatı üçün olduqca əlamətdardır". Bu fikirləri yurnalistlərlə söhbətində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov səsləndirdi. Onun sözlərinə görə, ölkəmizin uğurları 2000-ci illərin əvvəlindən başlayan sürətli inkişafla xarakterizə olunur. Bu prosesdə ilk növbədə Azərbaycanda demokratikləşmə prosesinin genişlənməsi başlıca rol oynayır: "Ölkə prezidentinin dediyi kimi, zəngin olmayan, iqtisadi cəhətdən inkişaf etməyən bir ölkədə demokratikləşmə prosesindən danışmaq olmaz. Azərbaycanın ictimai-siyasi həyatındakı bu inkişafın əsas səbəblərindən biri dönməz iqtisadi inkişafın təmin olunmasıdır.
|
Oxumaq
06.01.10
|
| |
|
|
17364 hamilə qadın HİV infeksiyasına ekspress müayinə olunub
|
Hamiləlik dövrünün birinci və sonuncu trimesterində HepB infeksiyasına müayinə vacibdir
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistik göstəricilərinə görə, Hepatit B virusuna yoluxmuş 10 yeniyetmədən yalnız 9-u bir neçə aydan sonra virusdan azad ola bilir. Hepatit B virusuna yoluxmuş anadan olmuş hər 10 uşaqdan 9-u peyvənd olunmadığı halda, bütün həyatı boyu virus daşıyıcısı olur. Əgər uşaq Hepatit B-yə qarşı hər 3 peyvəndi və əlavə olaraq HBİG (Hepatit B immunoqlobulini) alıbsa, bu zaman uşağın virusa yoluxmayacağına 95 faiz ehtimal var. Bunu nəzərə alaraq, 2009-cu ildən Rostropoviç-Vişnevskaya Fondu Səhiyyə Nazirliyi ilə birgə Azərbaycanda "Hamilə qadınların hepatit B və HİV-ə diaqnostikası və yenidoğulmuş uşaqlar arasında hepatit B virusuna qarşı profilaktika" adlı proqrama başlayıb.
|
Oxumaq
06.01.10
|
| |
|
|
"Filmi festival üçün yox, tamaşaçı üçün çəkirəm"
|
Fariz Əhmədov, reyissor: "Heç kəs gənc nəsli qəbul etmək istəmir"
Gənc kinoreyissor Fariz Əhmədov kinodakı uğurlarına görə televiziyaya da minnətdardır. Hazırda Azərbaycan Televiziyasında reyissor kimi çalışan gənc kino ilə bağlı ideyalarını da bu məkanda həyata keçirə bilir. Deyir ki, bu televiziyada sərbəst qrafikdən tutmuş yüksək maaşa qədər onun üçün hər cür şərait yaradılıb. Məsələn, onu bir reyissor kimi məşhurlaşdıran "Lahıc ritmləri" sənədli filmi də elə bu məkanda ərsəyə gəlib.
|
Oxumaq
06.01.10
|
| |
|
|
Mərkəzi Bank iqtisadiyyatın kreditləşməsini davam etdirəcək
|
|
Mərkəzi Bank 2010-cu ildə iqtisadiyyatın kredit və likvidlik ehtiyaclarının çevik ödənilməsini təmin edəcək. Bunun üçün iqtisadiyyata pul təklifinin məqbul səviyyəsi təmin ediləcək, sistem əhəmiyyətli banklar və real sektor müəssisələrinin fəaliyyətini stabilləşdirmək üçün pul siyasəti alətlərindən çevik istifadə olunacaq. "APA-Economics"in məlumatına görə, bu barədə Mərkəzi Bankın "2010-cu il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatı"nda deyilir. Sənədə əsasən, bu il real sektorun dəstəklənməsinin yeni likvidlik mexanizmləri yaradılacaq, faiz dərəcələrinin azalması istiqamətində tədbirlər həyata keçiriləcək.
|
Oxumaq
06.01.10
|
| |
|
|
Türkiyənin Azərbaycandan aldığı qazın qiyməti açıqlanıb
|
Türkiyənin Azərbaycandan aldığı qazın qiymətinə 2010-cu ilin fevral ayında yenidən baxılacaq. "APA-Economics"in xəbərinə görə, bu barədə Türkiyənin "Zaman" qəzeti məlumat yayıb. Məlumata görə, Türkiyənin "BOTAŞ" şirkəti Azərbaycandan 1 min kubmetri 120 dollara qaz aldığı dövrdəki qiymət fərqini aradan qaldırmaq üçün 2010-cu ilin ilk aylarında qazı 399 dollara alacaq. İlin ortası və sonunda isə qiymət 230-280 dollar arasında dəyişəcək. "Zaman" qəzeti Türkiyənin eneryi və təbii sərvətlər naziri Taner Yıldıza istinadən bildirir ki, Azərbaycana qazın qiymət fərqinin ödənməsi 600 mln. dollar əlavə məsrəf tələb edir. Qəzetin yazdığına görə, "BOTAŞ"ın xərcləri azaltmaq üçün ucuz Azərbaycan qazı alması Türkiyəyə baha başa gəlib.
|
Oxumaq
06.01.10
|
| |
|
|
"Donuz qripi" vaksinləri yanvarın 7-də gətiriləcək
|
|
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) A/H1N1 virusuna ("donuz qripi") qarşı göndərəcəyi vaksinlər Azərbaycana yanvarın 7-də gətiriləcək. Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib. Vaksinlər Belçikanın "Qlakso Smit Klayn" şirkəti tərəfindən Kanadada istehsal olunub. Azərbaycana vaksinlər iki təyyarə reysi ilə göndəriləcək. 172 min doza vaksinin birinci hissəsi yanvarın 7-də, ikinci hissəsi isə yanvarın 14-də gətiriləcək.
|
Oxumaq
06.01.10
|
| |
|
|
Amerika azərbaycanlıları ABŞ rəsmilərinə 100 mindən çox e-mail, faks və məktub göndərib
|
|
Ötən il ərzində Amerikada yaşayan azərbaycanlılar ABŞ rəsmilərinə 100 mindən çox e-mail, faks və məktub göndərərək müxtəlif məsələlər - Dağlıq Qarabağ, regional təhlükəsizlik və digər məsələlərlə bağlı narahatlıqlarını ifadə ediblər. Bu barədə APA-nın Vaşinqton müxbirinə ABŞ Azərbaycanlıları Şəbəkəsindən (USAN) məlumat verilib. USAN-dan bildirilib ki, ötən il Amerika mətbuatında Azərbaycanla bağlı 30-a yaxın məqalə dərc olunub. "Biz aspirantların, tədqiqatçıların və yurnalistlərin Azərbaycan və diasporla bağlı obyektiv məlumatlara marağının artmasına öz töhfəmizi verdik, ABŞ Azərbaycanlıları Şəbəkəsinin məlumatları elmi məqalələrin və xəbərlərin bir hissəsinə çevrildi" - deyə USAN-dan bildirilib.
|
Oxumaq
06.01.10
|
| |
|
|
Milli Məclis payız sessiyasının qanunvericilik işləri planını yerinə yetirməyib
|
Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı yerinə yetirilməyib. APA-nın xəbərinə görə, parlamentin ötən ilin payız sessiyasının qanunvericilik işləri planına daxil etdiyi qanun layihələrinin əksəriyyəti müzakirəyə belə çıxarılmayıb. 2009-cu ilin payız sessiyasının qanunvericilik işləri planına 22 məsələnin müzakirəsi daxil edilsə də, bu sənədlərdən "Kəşflərin hüquqi qorunması haqqında", "Ali təhsil haqqında", "Elm və dövlət elmi-texniki siyasəti haqqında", "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Bələdiyyələrin hesabatları haqqında" və "İctimai asayişin təmin edilməsində vətəndaşların iştirakı haqqında" qanun layihələri, ümumiyyətlə, müzakirə olunmayıb.
|
Oxumaq
06.01.10
|
| |
|
|
Prezident pravoslav xristian icmasını təbrik edib
|
|
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib. APA-nın məlumatına görə, təbrikdə deyilir: "İsa Peyğəmbərin mübarək mövludu - Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hamınıza ən səmimi arzularını yetirirəm. Səmavi dinlər Azərbaycanda yüz illər boyu sülh və anlaşma şəraitində, dinc, yanaşı fəaliyyət göstərərək cəmiyyətimizdə əmin-amanlığın, dostluq və qardaşlıq münasibətlərinin formalaşmasında misilsiz rol oynayıb. Mütərəqqi tarixi-mədəni ənənələr üzərində bərqərar olan müasir Azərbaycan cəmiyyətində xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühiti, mövcud milli mənəvi həmrəylik, haqlı olaraq, ölkəmizi dünyada tolerantlıq örnəyi kimi tanıdıb.
|
Oxumaq
06.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 » #
|
|