|
|
Səhifələr : # « 1 2 3 4 » #
|
Özünü partladan şəxslə bağlı araşdırmalar davam etdirilir
|
Onun bir neçə nəfərə borcu olub
Dekabrın 30-da paytaxtın Həsən Əliyev küçəsində bir nəfərin özünü partlatması ilə bağlı araşdırmalar davam etdirilir. Nərimanov rayon Prokurorluğundan aldığımız məlumata görə, işin istintaqını hazırda Bakı Şəhər Prokurorluğu aparır. Özünü partladan şəxsin üzərindən Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuş Əliyev Rasim Şəmiddin oğlunun adına olan şəxsiyyət vəsiqəsi və ayrı-ayrı şəxslərə pul borcunun olması barədə qeydlər aparılan dəftər aşkar edilib. İlkin araşdırmalarla tapılan vəsiqənin intihar edən Rasim Əliyevə məxsus olması müəyyənləşdirilib.
|
Oxumaq
06.01.10
|
| |
|
|
İki nəfərin qətlində təqsirləndirilənlər ikinci dəfə məhkəmə qarşısında
|
İş üzrə məhkəmə baxışı yanvarın 14-nə təyin edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mirzə Xankişiyevin sədrliyi ilə iki nəfərin qətlində təqsirli bilinən şəxslərin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Rusiya vətəndaşı İqor Bazilevski və Anar Nuriyev cavab verib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.10 (təkrar adam öldürmə), 177.1 (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) maddələri ilə ittiham irəli sürülüb.
|
Oxumaq
06.01.10
|
| |
|
|
Qəbul imtahanlarının təhlilinə həsr olunmuş zona müşavirələri başlayır
|
Orta məktəb məzunlarının göstərdikləri nəticələr geniş müzakirə olunacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş ənənəvi zona müşavirələrinə başlayır. Respublikanın müxtəlif bölgə mərkəzələrində keçiriləcək bu müşavirələrdə TQDK-nın, Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, müxtəlif ali, orta ixtisas və orta təhsil müəssisələrinin rəhbərləri, nümayəndələri iştirak edəcəklər. Müşavirələrdə müvafiq bölgə üzrə ayrı-ayrı şəhər və rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq. Bu barədə komissiyanın mətbuat xidmətindən məlumat verilib.
|
Oxumaq
06.01.10
|
| |
|
|
Mütləq oğlan!
|
Doğulacaq uşağın cinsiyyətinin əvvəlcədən müəyyənləşdirilməsinə qadağanı əksəriyyət qəbul etmir
Bugünkü dövrümüzdə övlad qatillərinin sayı durmadan artır. Valideynlər müxtəlif səbəblərdən cismi, ruhu, hissiyyatı, kiçik əlləri, ayaqları, bədəninin digər üzvləri olan körpələrini qətlə yetirirlər. Öz əli ilə övladını öldürən ananın ürəyi buna necə dözür? Bu gün həmin valideynlər öz vicdanları qarşısında cavab verməsələr də, sabah Tanrı qarşısında hesabat verməyə məcbur olacaqlar. Heç kimə sirr deyil ki, son illərdə ölkədə dünyaya gələn oğlanların sayı qızlar ilə müqayisədə xeyli çoxdur. Doğulacaq uşağın cinsi mənsubiyyətini əvvəlcədən bilən valideynlərin əksəriyyəti oğlan uşaqlarına "HƏ", qız uşaqlarına isə "YOX" deyərək məhv etdirir. Kimi bu əməlinə maddi sıxıntını, digərləri qız uşağı istəmədiklərini bəhənə edirlər. Amma səbəb nə olursa-olsun, bir insan varlığına ölümü qıymaq böyük günahdır.
|
Oxumaq
06.01.10
|
| |
|
|
Regional bələdiyyələrin kadr siyasətinin monitorinqi aparılıb
|
Monitorinqin nəticələri regional televiziyalarda müzakirə ediləcək
Regional bələdiyyələrin kadr siyasətinin monitorinqi aparılıb. "Qadın Problemlərinin Tədqiqatları Mərkəzi"nin sədri Sevil Allahverdiyevanın sözlərinə görə, monitorinqin nəticələri regional televiziyalarda müzakirə ediləcək: "Artıq "Regional bələdiyyələrin kadr siyasətinin (işə cəlb edilməsi prosesi və mexanizmini müəyyən etmək) monitorinqi və nəticələrin regional TV-lərdə müzakirəsi" layihəsinin birinci mərhələsi başa çatıb. Birinci-tədqiqat mərhələsində Beyləqan, Tərtər, Neftçala rayonlarında və Şirvan şəhərində bələdiyyə üzvləri və qulluqçularıyla görüşlər keçirilib.
|
Oxumaq
06.01.10
|
| |
|
|
"Bakı" "Yuventus"un futbolçusu ilə maraqlanır
|
19 yaşlı kamerunlu baxış üçün Antalyaya gəlir
"Bakı" İtaliyanın "Yuventus" klubunun futbolçusu David Toukamı baxışa çağırıb. Bu haqda apasport.az saytına paytaxt komandasının vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, 19 yaşlı kamerunlu legionerlə Türkiyədə görüşəcəklər. Hazırda Antalyada təlim-məşq toplanışında olan son Azərbaycan çempionu "Yuventus" kimi klubdan oyunçu transfer etməklə futbol tariximizdə ilkə imza atmağa iddialıdır. T.Afşar bildirib ki, menecerlərin təklif etdiyi Toukamın oyununu izləsələr də, bu, yetərli deyil: "Baş məşqçimiz Bülənt Korkmazın istədiyi kimi, futbolçunu canlı görmək istəyirik. Bu səbəbdən Davidin oyunları olan diskləri izləməklə kifayətlənmədik.
|
Oxumaq
06.01.10
|
| |
|
|
"Neftçi" itkin düşən futbolçusunu tapdı
|
Beş aylıq fasilənin ardından "Neftçi"nin futbolçusu Yoze Karlos Bakıya qayıdır. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, braziliyalı hücumçu yanvarın 12-də paytaxtımıza dönəcək. Artıq "Neftçi" rəhbərliyi 23 yaşlı oyunçu ilə əlaqə saxlayıb. Y.Karlos flaqmanın bu ay keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcəyini bildirib. Xatırladaq ki, əcnəbi futbolçu ötən il avqustun 22-də, Premyer Liqanın II turunda "Turan"la matçda zədələnib. Bundan sonra müalicə üçün vətəninə yollanan Y.Karlos zədəsini sağaltsa da, qeyri-müəyyən səbəbdən "Neftçi"yə qayıtmaq istəmirdi. Onun flaqmanla 2011-ci ilin fevralınadək müqaviləsi var.
|
Oxumaq
06.01.10
|
| |
|
|
Dünyanın ən yaxşı hakimi seçilib
|
Bu ada çoxlarının tanımadığı argentinalı Serxio Petsotta sahib çıxıb
Ötən il üçün dünyanın ən yaxşı hakimlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2009-cu ildə keçirilən beynəlxalq oyunların hər biri üçün referiləri qiymətləndirən həmkarlarımız ən yaxşı reytinqə malik ədalət təmsilçilərini müəyyənləşdirib. Hesablamaların nəticəsinə əsasən, çoxlarının tanımadığı argentinalı Serxio Petsotta ilin hakimi elan olunub. 42 yaşlı cənubi amerikalı uruqvaylı Xorxe Larrionda (2005), belçikalı Frank de Blekere (2006), almaniyalı Markus Merk (2007) və isveçli Peter Froydfeldtdən (2008) sonra mükafatın 5-ci qalibi olub. Maraqlıdır ki, Petsotta dünya çempionatının CAR-da keçiriləcək final mərhələsinin iştirakçıları arasında olmayacaq.
|
Oxumaq
06.01.10
|
| |
|
|
Bülənt Uyğun Azərbaycandan təklif aldığını təsdiqlədi
|
"Türkiyə ilə yanaşı, Azərbaycanda da çalışmaq variantım var"
"Sivasspor" klubunun sabiq baş məşqçisi Bülənt Uyğunun apasport.az saytına müsahibəsi
- İşləriniz necə gedir?
- Çox sağ olun, yaxşıdır. Azərbaycandan edilən zəng məni çox məmnun etdi. Bir müddətdir futbolda çalışmasam da, hər halda, gərgin çalışmalarım davam edir. Hakan Şükürlə birgə fəaliyyət göstərirəm.
|
Oxumaq
06.01.10
|
| |
|
|
Maliyyə böhranı bakılıların əhvalını poza bilməyib
|
Paytaxt əhalisinin 70 faizi həyatından razıdır
"Rəy" Monitorinq Mərkəzi dekabrın 14-dən 17-dək Bakı şəhərində keçirdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. Sorğu zamanı məlum olub ki, böhran şəhər əhalisinin sosial durumuna bir qədər təsir etsə də, onların əhvalını poza bilməyib. "Həyatınızdan razısınızmı?" sualını cavablandıran respondentlərin 70 faizinə yaxını "bəli, razıyam" və ya "demək olar ki, razıyam" bildirib. Cəmi 15 faiz respondent "demək olar ki, narazıyam", 14 faiz isə "narazıyam" cavabını verib. Xatırladaq ki, həmin suala cavablar 2008-ci ilin sonunda da təxminən builki kimi olmuşdu. Bu isə o deməkdir ki, böhran Bakı əhalisinin əhvalına o qədər də təsir etməyib.
|
Oxumaq
06.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 » #
|
|