|
|
|
Britaniya uçuruma düşüb
|
1970-ci illərdən bu yana varlılarla kasıblar arasındakı bərabərsizlik artıb
Britaniyada varlılar ilə yoxsullar arasındakı uçurum 1970-ci illər ilə müqayisədə daha çox artıb. Britaniya cəmiyyətində vətəndaşlar arasında bərabərlik məsələlərini tədqiq edən hökumət komissiyasının hesabatında deyilir ki, "ötən 40 il ərzində Britaniyada varlılar ilə yoxsullar arasında uçurum artıb". Kişilər ilə qadınlar arasında "dərinə işləmiş və sistemli səciyyə daşıyan fərqlərin" olduğu bildirilir. Hesabata görə, həmin fərq özünü azlıq təşkil edən qruplar arasındakı məvacib və işlə təminat məsələlərində biruzə verir. Bu nəticə Britaniyanın Bərabərlik Komissiyası tərfindən tərtiblənmiş hesabatda öz əksini tapıb. Komissiyanın hesabatında deyilir ki, yeniləşmə, vergilər və təhsil kimi sahələrdə qeyri-bərabərlik məhdudlaşdırılmalıdır. "Qaldırılan məsələlər davamlı və məqsədyönlü səciyyə daşımalıdır" - deyə bərabərlik naziri xanım Harriet Harman bildirib. Nazirin fikrincə, Britaniya cəmiyyətinin birliyi, iqtisadi qüdrəti, cəmiyyətin əmin-amanlıq və harmoniya şəraitində inkişaf etməsi naminə qeyd olunan bərabərsizlik problemi öz çözümünü mütləq tapmalıdır.
|
Oxumaq
30.01.10
|
| |
|
|
Bleyer məhşər ayağına çəkilib
|
İraq müharibəsini araşdıran komissiya onu da dindirir
Britaniyanın sabiq baş naziri Toni Bleyer İraq müharibəsinin səbəblərini araşdıran parlament komissiyasına izahat verməyə başlayıb. Sabiq baş nazirin komissiya üzvlərinə 6 saat ərzində ifadə verəcəyi gözlənilir. Güman edilir ki, Toni Bleyer 2003-cü ildə hərbi müdaxilənin zəruri olduğu ilə bağlı öz əvvəlki mövqeyini müdafiə edəcək. Əsas suallar müharibədən əvvəl hazırlanan kəşfiyyat sənədi ilə bağlı olacaq. Komissiya müharibənin başlanılmasının hüquqi əsaslarını müəyyən etməyə çalışacaq. Müharibənin başlanmasında aparıcı rola malik "İraq dosyesi" kimi tanınan həmin sənəddə deyilirdi ki, İraq 45 dəqiqə ərzində kütləvi qırğın silahlarını hazırlıq halına gətirə bilər. Bundan əvvəl Britaniyanın sabiq xarici tşlər naziri Cek Strou deyib ki, müharibədən əvvəl İraqa qoşunların yeridilməsini nəzərdə tutmayan nativ plan hökumət tərəfindən rədd edilib. Artıq bir sıra yüksək rütbəli rəsminin ifadələrini dinləyən komissiya qarşısına hazırkı baş nazir Qordon Braun da çıxarıla bilər.
|
Oxumaq
30.01.10
|
| |
|
|
Azərbaycanla Türkiyə arasında pul köçürmələri daha qısa vaxtda həyata keçiriləcək
|
Yaxın günlərdə elektron pul köçürmə sistemi işə başlayacaq
Tezliklə Azərbaycanla Türkiyə arasında pul köçürmələri mübadiləsi daha qısa vaxtda həyata keçiriləcək. Bu məqsədlə hər iki ölkə elektron pul köçürmələrinin mübadiləsini tənzimləyən müqaviləyə də imza atıblar. Hazırda aparılan test işləri tamamlanmaq üzrədir. Yaxın günlərdə bu sistem vasitəsi ilə mübadiləyə başlanılacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) bildirilib ki, ötən il ərzində "Azərpoçt" MMC-nin xidmət şəbəkəsi bir qədər də genişləndirilib. Bu xidmətlərdən biri də poçt göndərişlərinin izlənilməsi və poçt əməliyyatlarının avtomatlaşdırılmasıdır. Bu çərçivədə qiymətli məktublar, bağlamalar və banderollar üzrə izləmə sistemini təmin edən proqram təminatı hazırlanıb.
|
Oxumaq
30.01.10
|
| |
|
|
Afrika Millətlər Kubokunun finalçıları müəyyənləşdi
|
Anqolada keçirilən Afrika Millətlər Kubokunun finalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə Qana və Misir yığmaları üz-üzə gələcək. Qana yarımfinalda Nigeriya yığmasını minimal hesabla məğlub edib - 1:0. Misir isə Əlcəzairi 4:0 hesabı ilə darmadağın etməklə, ondan qisasını alıb. Axı "fironlar ölkəsi"nin təmsilçisinin 2010-cu il dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda pley-offda yolunu məhz əlcəzairlilər kəsmişdi. Digər diqqəti çəkən məqam Əlcəzairinin oyunu 8 nəfərlə başa vurmasıdır. Belə ki, görüşün 38, 70 və 87-ci dəqiqələrində bu yığmanın futbolçuları qırmızı vərəqə alıb. Qeyd edək ki, final oyunu yanvarın 31-də keçiriləcək. Afrika Millətlər Kubokunun son qalibi olan Misir öz titulunu qorumaq uğrunda mübarizə aparacaq.
|
Oxumaq
30.01.10
|
| |
|
|
Doqquz gündən sonra yenə Çexiya
|
Azərbaycanın futzal üzrə milli komandası Avropa çempionatında bürünc medal qazanmaq üçün Çexiyanı məğlub etməlidir. Apasport.az saytının yarışın keçirildiyi Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, həmyerlilərimizin rəqibi məhz çexiyalılar olublar. Tomaş Neumannın rəhbərlik etdiyi kollektiv yarımfinalda dördqat Avropa çempionu İspaniya qarşısında duruş gətirə bilməyib - 1:8. Bürünc medal uğrunda oyun yanvarın 30-da Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Qeyd edək ki, yığmamız yanvarın 21-də çexlərlə qrup mərhələsində qüvvəsini sınayıb və 6:1 hesablı qələbə qazanıb.
|
Oxumaq
30.01.10
|
| |
|
|
Ötən il Azərbaycana turist axını 2% artıb
|
Mədəniyyət və Turizm Nazirliyinin ilkin məlumatlarına əsasən, ötən il Azərbaycana turist axını azalmayıb. "APA-Economics"in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yurnalistlərə verdiyi açıqlamada bildirib ki, dünyada müşahidə olunan iqtisadi böhran nəticəsində turist axını azalsa da, Azərbaycanda bu göstərici nəinki azalmayıb, hətta 2% artıb: "Dünya turizm industriyası üçün ən çətin il 2008-ci il olub, lakin Azərbaycanda həmin il turist axını 40% artıb. Beləliklə, son iki ilin nəticələrini nəzərə alaraq demək olar ki, ölkədə bu sahədə artım tempi 25-30% təşkil edir. Son 11 il ərzində isə bu göstərici 20 dəfəyədək artıb". Ə.Qarayevin sözlərinə görə, "Azərbaycanda turizm sahəsinin inkişafı Dövlət Proqramı (2010-2016-cı illər)" artıq hökumət tərəfindən Prezident Administrasiyasına təqdim edilib: "Proqram təsdiqləndikdən sonra bu sahədə inkişafa daha bir təkan veriləcək".
|
Oxumaq
30.01.10
|
| |
|
|
Rumıniya hökumətinin eneryi missiyası Azərbaycana səfər edəcək
|
|
Bu ilin fevralın 1-5-də Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti nazirinin müavini, eneryi sahəsində əməkdaşlığa dair Azərbaycan-Rumıniya işçi qrupunun sədri Tudor Şerbanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, nümayəndə heyətinə Rumıniyanın İqtisadiyyat, Ticarət və Biznes mühiti Nazirliyi Eneryi, neft və qaz Departamentinin direktoru Korneliu Kondrea, Rumıniya Xarici İşlər Nazirliyi Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Vasile Soare, Rumıniya Xarici İşlər Nazirliyi Strateyi iqtisadi siyasət İdarəsinin direktoru Mihai Harbiç, "Romqaz" şirkətinin direktoru Mares Adrian, "Romqaz" şirkətində xidmətlər üzrə direktor Viktor Kristian Şerban, "Transqaz" şirkətinin baş direktorunun müavini Rusi Nikalae daxildir.
|
Oxumaq
30.01.10
|
| |
|
|
İnternetdə məlumat yerləşdirməyən turizm şirkətlərinin lisenziyası ləğv ediləcək
|
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkədə fəaliyyət göstərən turizm şirkətlərinə və hotellərə öz internet resurslarını yaratmağı və beynəlxalq "Hoteltoweb" online rezervasiya və satış texnologiyaları sisteminə qoşulmağı tövsiyə edib. "APA-Economics"in məlumatına görə, dünən nazirin Bakıda turizm şirkətlərinin nümayəndələri ilə görüşü keçirilib. Görüş çərçivəsində "Hoteltoweb" sisteminin təqdimatı olub. Tədbirdə çıxış edən Ə.Qarayev turizm şirkətlərinə ciddi şəkildə xəbərdarlıq edib ki, bu sistemə qoşulmayan və internet şəbəkəsində məlumatlarını yerləşdirməyən turizm şirkətlərinin lisenziyasına yenidən baxılacaq: "Azərbaycan artıq inkişafda olan ölkə kimi bütün infrastruktur layihələrində müasir informasiya texnologiyalarının tətbiqini həyata keçirir. Ölkənin inkişaf etməkdə olan turizm infrastrukturunda da müasir texnologiyalardan səmərəli istifadəyə ehtiyac var".
|
Oxumaq
30.01.10
|
| |
|
|
Riçard Morninqstar: "Cənub dəhlizi" layihəsinə inamımız itməyib"
|
|
"Cənub dəhlizi" layihəsi Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün iqtisadi baxımdan əhəmiyyətli dərəcədə sərfəli olacaq. APA-nın məlumatına görə, bu bəyanatla ABŞ dövlət katibinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar çıxış edib. ABŞ-ın 2010-cu ildə Avrasiyanın energetika probleminə və perspektivlərinə baxışından söz açan R.Morninqstar bəyan edib ki, Birləşmiş Ştatlar Xəzər regionundan Avropaya qaz nəqlinə imkan verən "Cənub dəhlizi" layihəsini dəstəkləyir. "Layihə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün iqtisadi baxımdan əhəmiyyətli dərəcədə sərfəli olacaq, həmçinin uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulmasına təkan verəcək. Bu məqsədlə biz iki istiqamətdə işləyirik: "Şahdəniz" qaz yatağı üzrə Türkiyə ilə Azərbaycan arasında razılaşmanı stimullaşdırmaq, Mərkəzi Asiya və Yaxın Şərqin istehsalçı ölkələrini dəhlizə qaz verməyə həvəsləndirmək" - deyə ABŞ dövlət katibinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi qeyd edib.
|
Oxumaq
30.01.10
|
| |
|
|
Əli Həsənov Rusiyanın Cənubi Qafqaza ciddi təsir imkanlarının olduğunu bildirib
|
|
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun təklifləri tərəflər arasında müzakirə olunur, fikir ayrılığı olan bəndlər yeni şəkildə müzakirəyə çıxarılıb. Hələlik nəticə haqqında heç nə demək olmaz". APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prezidentlərin son görüşünə münasibət bildirərkən deyib. O bildirib ki, hələlik Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ortaq mövqeyin yarandığını, tapıldığını söyləmək olmaz: "Amma bu özü faktdır ki, tərəflər və vasitəçilər bu danışıqların perspektivinə, potensialının tükənmədiyinə inanırlar. Bu özü əsas verir ki, danışıqlar davam etdirilsin".
|
Oxumaq
30.01.10
|
| |
|
|
|
|
|