|
|
Səhifələr : # « 1 2 3 » #
|
Əzizə Mustafazadə haqqında film çəkilir
|
Film Almaniyada nümayiş etdiriləcək
Hazırda Almaniyada yaşayan məşhur pianoçu, caz ifaçısı Əzizə Mustafazadə film çəkilişləri üçün Bakıya gəlib. Alman televiziya kanalı olan "ARD" görkəmli Vaqif Mustafazadənin qızı Əzizənin həyat və yaradıcılığı haqqında film hazırlayır. Çəkiliş qrupunun rəhbəri Aleksandr Stenzelin verdiyi məlumata görə, onlar Əzizə Mustafazadənin dəvəti ilə yanvarın 25-də Bakıya səfər ediblər. O bildirib ki, filmin çəkilişlərinin Bakının bir çox musiqi ocaqlarında, Vaqif Mustafazadənin ev-muzeyində aparılması nəzərdə tutulub. Əzizə Mustafazadə haqqında film "ARD" televiziya kanalında nümayiş olunacaq.
|
Oxumaq
30.01.10
|
| |
|
|
"Göy-göl" ansamblının yubileyi qeyd edilib
|
Şahnaz Haşımova ansamblın etibarlı əllərdə olduğunu bildirib
Ötən gün Dövlət Muğam Teatrında "Göy-göl" Dövlət Mahnı və Rəqs Ansamblının fəaliyyətinin 40 illiyi qeyd olunub. Ansamblın rəhbəri Şahnaz Haşımova tədbiri açaraq, əvvəlcə kollektiv haqqında danışıb. Ansamblda sadiq insanların çalışdığını deyən Xalq artisti onların ilk gündən bir yumruq kimi birləşdiklərini vurğulayıb. O, xatırladıb ki, "Göy-göl" ansamblı 1969-cu ildə bəstəkar fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb: "O vaxtdan etibarlı əllərdə olan kollektiv ənənələrini qoruyaraq, öz dəsti-xəttini yaşada bilib. 40 il sənətdə qalmaq böyük zəhmət tələb edir".
|
Oxumaq
30.01.10
|
| |
|
|
Sənətçilər sarayda konsert verəcəklər
|
Həmin gün Elnarə və "Next" qrupu başqa görkəmdə olacaq
Fevralın 14-də Heydər Əliyev Sarayında müğənnilərin iştirakı ilə konsert proqramı keçiriləcək. Konsert kompleksinin həyata keçirdiyi musiqili proqramda Xalq artisti Nazpəri Dostəliyeva, Faiq Ağayev, Əməkdar artistlər Tünzalə Ağayeva, Aygün Bəylər, Mətanət İsgəndərli, Elza Seyidcahan, Baloğlan Əşrəfov, müğənnilər İradə İbrahimova, Xumar Qədimova, Zamiq, Nadir Qafarzadə, Elnur, Çingiz Mustafayev, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov və başqaları iştirak edəcəklər. Konsert təşkilatçısının məlumatına görə, tədbirin aparıcıları müğənni Elnarə və "Next" qrupudur. Qeyd edək ki, aparıcıların fərqli imicdə tamaşaçıları təəccübləndirəcəkləri deyilir. Xəbərdə bildirilir ki, hazırda qrup üzvləri və Elnarə konsertin reklam çəkilişlərində iştirak edirlər. Xatırladaq ki, konsertin biletləri 15-40 manat arasında satışa çıxarılıb.
|
Oxumaq
30.01.10
|
| |
|
|
Gənc Tamaşaçılar Teatrı qastrol səfərində
|
Gənc Tamaşaçılar Teatrının 20 nəfərlik yaradıcı və texniki heyəti ölkə prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Regionların sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramı çərçivəsində rayonlara qastrola çıxıb. Qazax, Şəmkir, Gədəbəy rayonları əhalisinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması, habelə teatrın maraqlı tamaşalarını bölgələrdə yaşayan tamaşaçılara təqdim etmək məqsədilə keçirilən səfərdə kollektiv Nicat Kazımovun quruluşçu reyissoru olduğu Nizami Gəncəvinin "Xeyir və Şər" tamaşası ilə çıxış edir. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, qastrol Regionların İnkişafı İctimai Birliyi və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında gerçəkləşib. Rollarda teatrın aktyorları Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Günel Məmmədova, Elnur Kərimov, Elşən Şıxəliyev, Mehriban Hüseynova və b. çıxış edirlər.
|
Oxumaq
30.01.10
|
| |
|
|
"Albalı bağı" ilə kiçik səhnənin açılışı
|
|
Srağagün Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinin açılış mərasimi keçirilib. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov mərasimi giriş sözü ilə açaraq kiçik səhnənin açılışını və həmin səhnədə ilk tamaşanın nümayişini bayram kimi dəyərləndirib. Direktor bildirib ki, səhnənin görkəmli yazıçı və dramaturq A.P.Çexovun "Albalı bağı" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə açılması heç də təsadüfi deyil. "Bütün teatrsevərlər və Çexov pərəstişkarları yanvar ayında dramaturqun anadan olmasının 150 illiyini qeyd edir. Yaradıcı qurum olaraq teatr da bu tarixi qeyd etməyi planlaşdırıb. Məhz elə ona görə də kiçik səhnədə ilk olaraq müəllifin "Albalı bağı" tamaşası nümayiş olundu".
|
Oxumaq
30.01.10
|
| |
|
|
Sənədli filmlər bütün kanallarda əvəzsiz nümayiş olunmalıdır
|
Təşəbbüs qrupu yeni qurum yaratmaq iddiasındadır
Mərkəzləşdirilmiş sənədli televiziya birliyinin yaradılmasına zərurət var. Bu fikri yaxın günlərdə yaradılan təşəbbüs qrupunun üzvləri bildiriblər. Qrupun adından çıxış edən yurnalist Vüqar Tapdıqlı qeyd edib ki, dövlətin vəsaiti və sifarişi hesabına hazırlanan sənədli televiziya filmləri əksər halda bir kanalın mülkiyyətinə çevrilir. Bu filmlər hansı kanalda istehsal olunursa, müəllif hüququ və mülkiyyəti də həmin kanala məxsus olur: "Ancaq sənədli filmlərin ictimai əhəmiyyəti ondan ibarətdir ki, o həm də tarixdə salnamə funksiyasını yerinə yetirir. Bu səbəbdən təşəbbüs qrupunun üzvləri hər bir kanalda sənədli televiziya filminin çəkilməsini vacib hesab edir. Burada söhbət dövlət vəsaiti və dövlət sifarişi ilə çəkilən filmlərdən gedir. Eyni zamanda, çəkilən filmlərin tiraylanıb bir yox, bütün kanallarda əvəzsiz nümayiş olunmasına şərait yaradılmalıdır".
|
Oxumaq
30.01.10
|
| |
|
|
"26-lar" soyqırımı cəlladlarıdır"
|
Yaqub Mahmudov: "Şaumyan həm Şərqi Anadoluda, həm də Azərbaycan ərazisində türk-müsəlman əhalisinin qırılmasına bilavasitə göstəriş verən canidir"
Dünən YAP-ın qərargahında Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov "Erməni təcavüzkarlığı yeni faktlarla" mövzusunda mətbuat konfransı keçirdi. Tarixçi alim məlumat verdi ki, rəhbəri olduğu institut dünyanın bir çox arxivlərindən götürülmüş materiallar əsasında çoxsaylı kitablar hazırlayıb ərsəyə gətirib: "Tarixçilər üçün son dərəcədə qiymətlidir ki, Azərbaycanın dövlət başçısı mütəmadi olaraq tarixi torpaqlarımız məsələsini qaldırır. Ölkə prezidenti beynəlxalq tədbirlərdə, böyük dövlətlərin rəhbərləri ilə görüşlərdə açıq şəkildə deyir ki, bugünkü qondarma Dağlıq Qarabağ problemi deyilən problem əslində, Cənubi Qafqaza Rusiyanın köçürüb gətirdiyi gəlmə ermənilər tərəfindən ortalığa atılıb. İrəvan da bizim ərazimizdir.
|
Oxumaq
30.01.10
|
| |
|
|
Ermənistan hamını razı salıb
|
Nalbandyan ABŞ-a təşəkkür edib
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Londonda ABŞ dövlət katibi Hillari Klintonla Ermənistan-Türkiyə münasibətlərini və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib. "H.Klinton Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesini, imzalanmış protokolların tezliklə ratifikasiyasını və reallaşmasını dəstəklədiyini bildirib" - deyə "İnterfaks"a Ermənistan XİN-in mətbuat xidmətindən məlumat verilib. E.Nalbandyan qeyd edib ki, protokolların ölkənin əsas qanuna uyğunluğu barədə Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bir daha göstərir ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə tərəfdardırr. O əlavə edib ki, Yerevan Ankaradan da belə yanaşma gözləyir. Həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini də müzakirə edib.
|
Oxumaq
30.01.10
|
| |
|
|
Əmək bazarının 30 faizi qanunsuz əcnəbi miqrantlar tərəfindən tutulub
|
Azərbaycana işləmək üçün daha çox Gürcüstan, Bosniya və Herseqovina, Pakistan, Əfqanıstan və Çindən gəlirlər
Azərbaycanda insan alverinin qurbanı olan şəxslərin hüquqi müdafiəsi ilə bağlı vəziyyət yaxşı deyil. Bu barədə yurnalistlərə açıqlamasında Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verdi. Onun sözlərinə görə, insan alverinin qurbanı olan şəxslər vəkil və nümayəndə ilə yalnız məhkəmə prosesində təmin olunurlar. İstintaq dövründə isə onların nə vəkili, nə də xüsusi nümayəndələri olur. Bu da məhkəmədə insan alveri qurbanlarına əlavə problemlər yaradır. Məsələn, qurbanlar hüquqlarının pozulmasına görə kompensasiya ala bilmirlər. Ə.Əliyev dedi ki, insan alverinin qurbanı olan şəxslərin hüquqi müdafiəsi ilə bəzən hüquqi savadı olmayan hüquqi şəxslər məşğul olur. Bu da onların hüquqlarının qorunmasında problemlər yaradır. Bütün bunları nəzərə alan mərkəz ATƏT-lə birgə bu sahədəki hüquqi durumun yaxşılaşdırılması istiqamətində addımlar atmağa başlayıb. Dünən Bakıda təşkil olunan Dəyirmi masa da bu məqsədə xidmət edib.
|
Oxumaq
30.01.10
|
| |
|
|
Quantanamonun gələcəyi 3 il sonraya qaldı
|
Həbsxananı tələsik bağlamaq müşkül işdir
"ABŞ 3 il ərzində Quantanamo həbsxanasını bağlayacaq". Bu barədə Amerika administrasiyasının Brüsseldəki nümayəndəsi məlumat verib. "Biz müəyyən edilmiş müddətdə həbsxananın bağlanmasına nail ola bilməsək də, irəliləyişə nail olduq" - deyə ABŞ Dövlət Departamentinin Quantanamonun bağlanması məsələlərilə məşğul olan nümayəndəsi Deniel Frid bəyan edib. Bu barədə cümə axşamı "Evroobserver" İnternet nəşri məlumat verib. Nəşr xatırladıb ki, ABŞ prezidenti Barak Obama prezident vəzifəsinə başlamasından bir il sonra "Taliban" və "Əl-Qaidə" terrorçu qruplaşmaları ilə əlaqədə şübhəli bilinən şəxslərin saxlandığı həbsxananın bağlanacağını vəd etmişdi. Yeni müddətdən danışarkən amerikalı diplomat bu məqsədə "Obamanın ilk prezidentlik müddətində" nail olunacağına ümidini ifadə edib. B.Obamanın mandatı 2013-cü ilin yanvarında başa çatır.
|
Oxumaq
30.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 » #
|
|