Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 30.1.2010
Səhifələr : 1 2 3 » #
Prezident Davosda bir sıra görüşlər keçirib
Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib. APA-nın "Azərtac" Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyevin İsveçrə prezidenti, xanım Doris Loyhardla görüşü olub. Xanım Doris Loyhard Azərbaycan prezidenti İlham Əliyevin İsveçrəyə rəsmi səfərini xatırladıb və bu səfərin uğurlu olduğunu qeyd edib.
İsveçrə prezidenti ölkələrimiz arasında iqtisadi sahədə, eləcə də energetika sahəsində əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu bildirib.
Prezident İlham Əliyev İsveçrə ilə əlaqələrin müxtəlif sahələrdə, həmçinin iqtisadi sahədə uğurla inkişaf etdiyini deyib. Dövlət başçısı İsveçrə şirkətlərinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayaraq, gələcəkdə bu sahədə əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib. Görüşdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi, energetika sahələrində ikitərəfli əlaqələr, "Nabukko" layihəsi çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxumaq
30.01.10  
 
"Milçəkdən fil düzəltmək lazım deyil"
Yevda Abramov Türkiyə-İsrail münasibətlərindəki gərginliyin qabardılmasını istəmir

Türkiyə ilə İsrail arasındakı diplomatik qalmaqal hələ də tam aradan qalxmayıb. Bu məsələyə Azərbaycanda da münasibət birmənalı deyil. Azərbaycan parlamentinin İsraillə Parlamentlərarası işçi qrupunun rəhbəri, yəhudi əsilli millət vəkili Yevda Abramovun isə məsələyə özünəməxsus baxışı var.

- Yevda müəllim, bir müddət öncə qeyd etmişdiniz ki, İsrail Knessetinə keçirilən son seçkilərlə əlaqədar Knessetin İsrail-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun rəhbəri İosif Şaqalı bu vəzifədə əslən Dərbənddən olan yəhudi əsilli millət vəkili əvəzləyəcək. Həmin vaxtdan xeyli müddət ötür, artıq həmin şəxs İsrail-Azərbaycan Parlamentlərarası İşçi Qrupuna rəhbər təyin olunub, yoxsa qrupa tamamilə başqa bir şəxs başçılıq edir?
Oxumaq
30.01.10  
 
Qəhrəmanlıq ondur, doqquzu qaçıb aradan çıxmaqdır
Beynəlxalq koalisiya Əfqanıstanın gələcəyini əfqanların öz ixtiyarına buraxır

Londonda Əfqanıstana gələcək yardımların istiqamətini müəyyən etmək üçün beynəlxalq konfrans başa çatıb. Britaniyanın ev sahibliyi etdiyi birgünlük konfransda dünyanın 70 ölkəsindən təmsilçilər, o cümlədən ABŞ dövlət katibi Hillari Klinton iştirak edib. Gündəlikdə duran əsas məsələ Əfqanıstanda təhlükəsizliyi yerli qüvvələrin öhdəsinə verə bilmək üçün bir plan hazırlamaq və "Taliban" tərəfdarlarının yeni zorakılıqdan çəkindirilməsi üçün planlar qurmaqdan ibarət olub.
Britaniyanın baş naziri Qordon Braun konfransın açılış nitqində deyib ki, artıq bu ilin sonundan etibarən Əfqanıstanda təhlükəsizliyə nəzarətin beynəlxalq qüvvələrdən yerli qüvvələrə ötürülməsi prosesi başlamalıdır. Braun vurğulayıb ki, bu proses üçün həm əfqan qüvvələri, həm də beynəlxalq qüvvələr eyni zamanda qüvvətləndirilməlidir. Baş nazir deyib ki, 2011-ci ilin oktyabrına qədər Əfqanıstanda hərbi qüvvələrin sayının 171 600, polisin sayının isə 134 min nəfərə çatdırılması üçün proqram təsdiq edilməlidir. Qordon Braun vurğulayıb ki, Əfqanıstan ordusu və polisinin sayı hazırda ölkədə olan beynəlxalq qüvvələrin sayından iki dəfə artıq - təxminən 300 min nəfər olmalıdır ki, təhlükəsizliyi təmin edə bilsin.
Oxumaq
30.01.10  
 
"Yuventus"da gözlənilən dəyişiklik
Ferraranı Zakkeroni əvəz etdi

Hələ "İnter"lə oyun ərəfəsində Çiro Ferraranın "Yuventus"u sonuncu matça çıxaracağı haqda ehtimallar yetərincə artmışdı. Buna Turin klubu rəhbərliyinin ona xələf axtarışıyla bağlı çalışmaları rəvac vermişdi. Dünən çoxdan gözlənilən hadisə baş verib: Ferrara çox çək-çevirdən sonra istefaya göndərilib!
Əvvəlcə İtaliya kubokunda prinsipial rəqib üzərində qazanılan 2:1 hesablı qələbənin "İnter"in düşərgəsində necə hisslər oyatdığı ilə tanış olaq. Əslində ölkə çempionunun sıralarında hansı əhval-ruhiyyənin hökm sürdüyünü güman etmək elə də çətin deyil. İlk növbədə prezident Massimo Morattinin düşüncələriylə tanış olaq. Qeyd edək ki, milanlıların sahibi olan bu şəxs qarşılaşma ərəfəsində "Yuventus" mütləq kənarlaşdırılmalıdır!" çağırışıyla "İnter"in məşqçilərinə və futbolçularına müraciət etmişdi. Yerli qəzetlər M.Morattinin xüsusilə oyunçulara səslənərək çox çətin günlərini yaşayan turinliləri yerlə yeksan etməyə çağırdığını iddia edirdi: "Həticədən çox razıyam. Bazar günü "Milan" üzərindəki tarixi qələbədən sonra daha bir önəmli uğur qazanmaq əlbəttə ki, mənim üçün xoşdur. Futbolçularımız əvvəldən axıradək intizamlı oyunu və işinə peşəkar yanaşması sayəsində rəhbərliyi və azarkeşləri sevindirdi. Layiqli qələbə qazandığımızı düşünürəm.
Oxumaq
30.01.10  
 
Parlamentin iş planına 22 qanun layihəsi daxil edilib
"Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına 22 qanun layihəsi daxil edilib. Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov dünən keçirdiyi brifinqdə məlumat verdi. O qeyd etdi ki, iş planına Tikinti, Şəhərsalma, Rəqabət məcəllələri, "Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək haqqında", "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında", "Pambıqçılıq haqqında", "Fərdi məlumatlar haqqında", "Normativ hüquqi aktlar haqqında", "Sülhməramlı əməliyyatlarda iştirak haqqında", "İctimai asayişin təmin edilməsində vətəndaşların iştirakı haqqında", "Kənd təsərrüfatının kooperasiyası haqqında", "Bələdiyyələrin hesabatları haqqında", "İnsan immun çatışmazlığının törətdiyi xəstəliklə mübarizə haqqında", "Kəşflərin hüquqi qorunması haqqında" qanun layihələri daxil edilib. İş planına, həmçinin ötən sessiyalarda fikir ayrılığına səbəb olan "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi də salınıb. A.Nəsirov sessiyada "Elm siyasəti haqqında", "Ali təhsil haqqında" qanun layihələrinin də müzakirə ediləcəyini bildirdi. "Eyni zamanda, prezidentin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü ilə təqdim olunan qanun layihələri də yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib" - deyə mətbuat xidmətinin əməkdaşı vurğuladı.
O əlavə etdi ki, yaz sessiyasının ilk iclası fevralın 1-də keçiriləcək. İlk iclasın gündəliyinə 14 məsələ daxil edilib.
Oxumaq
30.01.10  
 
YAP İdarə Heyətinin iclası keçirilib
Partiya maliyyə hesabatını açıqlayıb

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə qəzetimizə YAP-dan məlumat verilib. İclasda YAP-ın 2009-cu ildə fəaliyyəti, qazanılmış uğurlar və qarşıda duran vəzifələr haqqında ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, YAP ölkənin ictimai-siyasi həyatının, o cümlədən prezident İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar və quruculuq proseslərinin ən yaxın iştirakçısı olub. YAP ötən ilin ən mühüm siyasi hadisəsi - Azərbaycan Konsititusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendumun və bələdiyyə seçkilərinin təşviqat, təbliğat kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsini təmin edib. YAP-ın qələbələrlə dolu şərəfli tarixinə yeni səhifələr yazıb. Prezident, YAP-ın sədri İlham Əliyevin partiyanın IV Qurultayında söylədiyi nitqində irəli sürülən tezislərin və qarşıya qoyulan vəzifələrin gələcək fəaliyyətin müəyyənləşdirilməsində həlledici istiqamət olduğu bir daha vurğulanıb.
Oxumaq
30.01.10  
 
"Danışıqlar prosesində intensivliyi irəliləyiş kimi dəyərləndirmək lazımdır"
Bahar Muradova: "Amma bizim gözlədiyimiz təkcə intensivlik deyil"

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensivliyin olması müsbət haldır. Danışıqlar prosesində intensivliyin özünü də irəliləyiş kimi dəyərləndirmək lazımdır. Amma bizim gözlədiyimiz təkcə intensivlik deyil". Bu sözləri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova danışıqlar prosesi ilə bağlı hazırkı vəziyyətə münasibət bildirərkən deyib (yap.org.az). B.Muradova hesab edir ki, bu intensivlik nəticə verməlidir. Nəticə ilə əlaqədar son zamanlar bədbin proqnozlarla yanaşı, nikbin proqnozlar da verilməkdədir. Nikbin proqnozların verilməsi üçün müəyyən qədər əsaslar var: "Bu, təkcə mənim deyil, bir sıra ekspertlərin, həll prosesi ilə məşğul olan rəsmi şəxslərin də mövqeyidir. Onlar münaqişənin həllində müsbət nəticə əldə olunacağına çox böyük inam ifadə etməkdədirlər.
Oxumaq
30.01.10  
 
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilib
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu yanvarın 29-dan fevralın 17-si saat 18.00-dək DQMK-da aparılacaq. Sənədlər şəxsən, yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibəyə 3 dövlət orqanından 3 vakant vəzifə çıxarılıb. Bunlar Gənclər və İdman Nazirliyinin Qazax rayon Gənclər və İdman İdarəsində məsləhətçi, Sənaye və Energetika Nazirliyinin hüquqi münasibətlər və metrologiya şöbəsində baş məsləhətçi, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin xarici borcun uçotu və icmallaşdırılması şöbəsində məsləhətçi vəzifələridir.
Oxumaq
30.01.10  
 
211 minə qədər yeni doğulmuş uşağa elektron sağlamlıq kartı verilib
İndiyədək Azərbaycanda 211 minə qədər yeni doğulmuş uşağa elektron sağlamlıq kartı verilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Cəbrayıl Əsədzadə məlumat verib. Onun sözlərinə görə, gün ərzində təxminən 500-1000 nəfərə elektron sağlamlıq kartı verilir.
Elektron sağlamlıq kartında körpə anadan olandan doğum evində vəziyyəti, ona hansı peyvəndlərin vurulması ilə bağlı məlumatlar əksini tapır. Bu məlumatlar sonradan mərkəzi bazada toplanaraq uşağın qeydiyyata alındığı poliklinikaya göndərilir. Körpə qeydiyyata düşən kimi, ona unikal kod verilir. Kodu elektron səhiyyə portalına (www. e-sehiyye.gov.az) daxil etməklə istənilən vaxt kartda olan məlumatlardan istifadə etmək, düzgünlüyünü yoxlamaq olar.
Oxumaq
30.01.10  
 
Azərbaycanlı zəvvarların avtobusu İraqda atəşə tutulub
Hadisə nəticəsində ölən və yaralananlar var

Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarların avtobusu bu ölkənin Samirə şəhərində atəşə tutulub. Bakının Maştağa qəsəbəsinin sakini Hacı Zakir Quliyev APA-ya bildirib ki, yanvarın 28-də zəvvarları aparan avtobusun qarşısını kəsən naməlum şəxslər odlu silahdan atəş açıblar. Nəticədə Maştağa qəsəbəsinin sakini, 15 yaşlı Fatimə Əhmədova hadisə yerində ölüb, kənd məscidinin axundu Hacı Seyidağa və bir qadın yaralanıb. F.Əhmədovanın valideynləri də zəvvarlar arasında olublar. Hacı Zakir onu da əlavə edib ki, bu gün F.Əhmədova İraqda dəfn olunacaq, azərbaycanlı zəvvarların bir qrupu isə artıq İran İslam Respublikasına göndərilib.
Ziyarəti həyata keçirən şirkətlərdən biri olan "Kərbəla yolları" turizm firmasının İraqdakı nümayəndəsinin APA-ya verdiyi məlumata görə, hadisə 3 gün əvvəl baş verib:
Oxumaq
30.01.10  
 
Səhifələr : 1 2 3 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •