Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 29.1.2010
Səhifələr : 1 2 3 4 5 » #
QHT-lərə Dövlət Dəstəyi Şurası hesabat verdi
Bu il özəl sektorla birgə layihələrin həyata keçirilməsi üzərində ciddi iş aparılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirdi. Tədbirdə 2009-cu ildə Şuranın fəaliyyəti, layihələrin icra vəziyyəti haqqında hesabat verildi və maliyyələşdirilən layihələrlə bağlı nəşr edilmiş kitabın təqdimatı oldu. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev açaraq, tədbirin mahiyyəti haqda ətraflı məlumat verdi. Şura sədri ötən ili bütövlükdə ölkə QHT-ləri üçün uğurlu bir il kimi səciyyələndirdi. A.Quliyev bildirdi ki, QHT-lər, dövlət qurumlarının əsas iş prinsipi fəaliyyətlərində maksimum dərəcədə şəffaflığın təmin olunması, gördükləri işlər haqda ictimaiyyəti məlumatlandırmaq, vətəndaş cəmiyyətinin hüquqlarının qorunması naminə QHT-lərlə məsləhətləşmələrdir: "Mən çox məmnunam ki, ötən illər rəzində biz bu prinsipə nail olmağa çalışmışıq. Hətta ilin əvvəlində QHT-lərin gələcək fəaliyyətini planlaşdırmaq üçün məsləhətləşmələr aparmışıq". A.Quliyev Şura fəaliyyət göstərəndən bəri ölkə QHT-lərinin fəaliyyətində ciddi canlanma yarandığını qeyd etdi.
Oxumaq
29.01.10  
 
Obama il verdi
ABŞ prezidentinin hakimiyyətinin ilk ili xoşuna gəlib

Barak Obama prezident postunda fəaliyyətinin bir illiyinə həsr olunmuş hesabat məruzəsi ilə çıxış edib. Ölkə prezidenti 70 dəqiqəlik çıxışında avqust ayına kimi İraqdakı ABŞ qoşunlarının tam şəkildə çıxarılacağı barədə niyyətini bir daha təkrarlayıb. Əfqanıstandakı qoşunlarının çıxarılmasına isə 2011-ci ilin iyulunda başlanılacaq. Prezident bəzi ölkələrin nüvə silahı əldə etmək niyyətinin dünyada təhlükəsizlik problemini artıracağını deyib: "Əgər İran liderləri öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırsalar, onları əmin edirəm ki, ciddi problemlərlə üzləşəcəklər".
Milli təhlükəsizlik məsələlərinə diqqət çəkən prezident Obama terrora qarşı mübarizədə bəzi uğurların əldə edildiyini söyləyib. Prezidentin sözlərinə görə, ötən il ərzində öldürülən "Əl-Qaidə" terrorçularının sayı 2008-ci ildə öldürülənlərdən dəfələrlə çoxdur. Obama ABŞ-ın ümumi nüvə tərksilahına nail olmaq niyyətində olduğunu təsdiq edib. Onun sözlərinə görə, nüvə potensialının azaldılması məqsədilə ABŞ və Rusiya strateyi hücum silahlarına dair növbəti iyirmi il üçün müqavilə üzərində işi sona çatdırmaq üzrədirlər: "Nüvə təhlükəsizliyinə dair aprel sammitində biz 44 millətin nümayəndələrini bir yerə toplayacağıq. Bu sammitdə əsas məqsəd nüvə silahının terrorçuların əlinə keçməməsi üçün bütün dünyada nüvə təhlükəsizliyini təmin edilməsi olacaq".
Oxumaq
29.01.10  
 
Aztəminatlı ailələrin sosial reabilitasiyası proqramı hazırlanır
Ötən il 144829 ailə ünvanlı dövlət sosial yardımı alıb

Ötən il 144829 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnib. Hər ailəyə ayda orta hesabla 113,30 manat ödənilib. Görülən işlərin yeni mərhələsi kimi ailələrin reabilitasiya yolu ilə tədricən yoxsulluq həddindən çıxarılması da nəzərdə tutulur. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) hüquqi bazanın təkmilləşdirilməsi işinə başlayıb. Artıq bütün ölkə ərazisini əhatə edən korporativ şəbəkədə aztəminatlı ailələrin sosial-demoqrafik qruplar üzrə tərkibi, onların gəlirləri və əmlakı barədə müfəssəl məlumat bazası yaradılıb. Prezidentin təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, nazirlik tərəfindən "Azərbaycan Respublikasında aztəminatlı ailələrin sosial reabilitasiyası üzrə Dövlət Proqramı"nın layihəsinin hazırlanması prosesinə başlanılıb. Bu barədə qurumun 2009-cu il ərzində fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib. Nazirin sözlərinə görə, ötən ildə rayon və şəhər Əhalinin Sosial Müdafiəsi mərkəzlərində 50 araşdırma aparılıb: "Araşdırmalar nəticəsində ciddi nöqsanlara yol verdiklərinə görə 5 nəfər tutduğu vəzifəsindən azad edilib, 79 nəfərə isə töhmət verilib. 80600 manat qanunsuz ödənilmiş vəsait təqsirkar şəxslər tərəfindən tutularaq büdcəyə bərpa edilib".
Oxumaq
29.01.10  
 
Azərbaycan ən sürətlə inkişaf edən ölkələrdən biridir
Prezident Davos Forumunda çıxış edib

İsveçrənin kurort şəhərində açılmış 40-cı Dünya İqtisadi Forumunun illik toplantısı işini davam etdirir. Forumda müasir dövrün siyasi-iqtisadi problemlərinin, qlobal inkişafın doğurduğu əsas çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsinə yardım məsələləri müzakirə olunur. toplantıda 100-dək ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, ekspertlər, beynəlxalq təşkilatların, KİV-lərin rəhbərləri iştirak edirlər.
Dünənki toplantı "Dünyanın vəziyyətini yaxşılaşdır: yenidən düşün, yenidən planlaşdır və yenidən qur" devizi altında keçirilib. Dünyanın vəziyyətinin yaxşılaşdırılması, mövcud problemlərin həlli qlobal əməkdaşlığın həyata keçirilməsini tələb edir. Bu isə öz növbəsində hökumət, biznes, media, elm, din, incəsənət, vətəndaş cəmiyyəti daxil olmaqla, bütün sahələrin təmsilçilərinin sıx əməkdaşlıq etmələri zərurətini yaradır. Bu məqsədlə Dünya İqtisadi Forumunun illik toplantısı qarşıdan gələn dörd on illik üçün qlobal gündəliyin formalaşdırılması məqsədi ilə ictimai həyatın bütün sahələrindən olan rəhbərləri öz işinə cəlb edib.
Oxumaq
29.01.10  
 
Vaqif "Tvente"də ilk məşqə çıxdı
Füzuli Cavadov oğlunun işlərinin qaydasında olduğunu bildirdi

Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov dünən Hollandiyanın "Tvente" klubunda ilk məşqə çıxıb. Bu haqda apasport.az saytına Vaqifin atası Füzuli Cavadov məlumat verib. Veteran futbolçu oğlunun işlərinin qaydasında olduğunu bildirib: "Vaqif Hollandiyaya vizasını Türkiyədə aldıqdan sonra problemi qalmadı. O, bu gün (dünən-red.) "Tvente" ilə ilk məşqə çıxıb. Oğlumu Hollandiyada yaxşı qarşılayıblar. Vaqif yeni baş məşqçisi Stiv Maklarenin etimadını tezliklə qazanmaq üçün çalışır. Bazar günü oyunları var. Həmin görüşə ciddi hazırlaşan Vaqif heyətdə yer alıb. Onun "18-liy"ə düşəcəyi, meydana çıxacağı gözlənilir".
21 yaşlı hücumçu klub tərəfindən verilən geyim dəstlərinə sahib çıxıb: "Ancaq Vaqifin "Tvente"də geyəcəyi 7 nömrəli forma ona rəsmən təqdim edilməlidir. Bu mərasim bu gün, uzağı sabah olacaq. Hər halda, növbəti tura qədər bunu gerçəkləşdirməlidirlər".
"Tvente" Vaqifi ev, avtomobillə təchiz etsə də, futbolçu hələ ki hoteldə qalır. Ata Cavadovun sözlərinə görə, onlar Hollandiyaya gedəndən sonra məişət problemləri tam həllini tapacaq: "İndiki vəziyyətdə Vaqifin evdə tək qalması məqsədəuyğun deyil. Bu, ilk növbədə qidalanma ilə bağlıdır. Oğlum hələ ki hoteldə qalır, sonra evinə köçəcək. Həmin vaxt ailəsi də onun yanında olacaq. İnşallah, biz iki həftəyə viza alıb, Hollandiyaya yollanacağıq.
Oxumaq
29.01.10  
 
"Kurtlar vadisi"nin qəhrəmanları Qarabağla bağlı filmə çəkilə bilərmiş
Maliyyələşmə ideyanın reallaşdırılmasını ləngidib

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Əkrəm Abdullayevin Türkiyə telekanallarında nümayiş olunan "Kurtlar vadisi" teleserialının baş qəhrəmanı Polad Ələmdarla (Necati Şaşmaz) dostluq münasibətləri var. Bu barədə millət vəkili özü məlumat verib. O qeyd edib ki, Necati Şaşmazla xeyli müddət əvvəl tanış olub: "ABŞ-da Mehmet Çələbi adlı bir dostumuz var və bizi o tanış etdi. O zaman "Kurtlar vadisi - İraq" filmi çəkilərkən orada ABŞ - Hollivud aktyorları iştirak edirdi və amerikalı aktyorların həmin filmə çəkilməsinə dostumuz Mehmet Çələbi yaxından köməklik edirdi. Məhz o vaxt belə bir ideya əmələ gəldi ki, Bakıda - Azərbaycanda da təxminən bu tipli film çəkilsin. Erməni terroruna, Qarabağ hadisələrinə aid bir film ortaya qoyulsun və həmin amerikalı aktyorlar da bu filmdə rol alsınlar. Ona görə biz bu məsələləri müzakirə etmək üçün İstanbulda görüşməli olduq. Həmin görüşdə gənclər və idman naziri Azad Rəhimov da iştirak edirdi". Millət vəkili deyib ki, onların bu ideyası qarşı tərəfdən də qəbul olunub. Onlarda da maraq doğurub ki, Azərbaycana gələrək burada filmə çəkilsinlər:
Oxumaq
29.01.10  
 
QHT-lər maliyyə hesabatını elektron formada təqdim edə bilərlər
Maliyyə Nazirliyi təlimlər keçirəcək

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasında şuranın sədri Azay Quliyevlə maliyyə nazirinin birinci müavini İlqar Fətizadə arasında görüş keçirilib. Görüşdə QHT-lərin fəaliyyəti haqqında Maliyyə Nazirliyinə illik maliyyə hesabatı və bu istiqamətdə çətinliklərin aradan qaldırılması məsələsi müzakirə olunub. Şura katibliyinin və Maliyyə Nazirliyinin məsul əməkdaşlarının da iştirak etdiyi görüşdə QHT-lərin Milli Mühasibat Uçotu Standartlarına keçidi, Maliyyə Nazirliyinə verəcəkləri illik maliyyə hesabatlarının təqdimetmə qaydaları və bu sahədə bilik və bacarıqların artırılması müzakirə olunub. Eyni zamanda yaranacaq mümkün çətinliklərlə bağlı fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə edilib.
Oxumaq
29.01.10  
 
Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair yeni vəsaitlər nəşr olunub
Kitabçalar 5 istiqamət üzrə hazırlanıb

Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlərin nəşrinə həsr olunmuş mətbuat konfransı keçirilib. TQDK sədrinin müavini Namiq Babayevin sözlərinə görə, qurum 2010/-2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində 5 istiqamət üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara aid vəsaitlər çap etdirib: "Bu vəsaitlər TQDK-nın əməkdaşları və komissiyanın nəzdində fəaliyyət göstərən elmi-metodiki seminarların iştirakçıları ilə birlikdə hazırlanıb".
Oxumaq
29.01.10  
 
Medvedyev Tatarıstana prezident seçib
Şaymiyevi Minnixanov əvəzləyəcək

Rusiya prezidenti Dmitri Medvedyev Tatarıstan prezidenti postuna namizəd tapıb. "İnterfaks" agentliyinin yaydığı məlumata görə, o, bu posta respublikanın hazırkı baş naziri Rüstəm Minnixanovu təsdiq etməyi təklif edib. Minnixanovun namizədliyi Tatarıstan Dövlət Şurasının müzakirəsinə çıxarılıb.
Qeyd edək ki, ölkənin hazırkı prezidenti Mintəmir Şaymiyev yanvarın 22-də prezident Dmitri Medvedyevlə görüşü zamanı onun namizədliyini nəzərdən keçirməməyi xahiş edib. Şaymiyevin səlahiyyət müddəti 2010-cu il martın 25-də başa çatır.
Rüstəm Nurqaliyeviç Minnixanov 1957-ci ildə doğulub. İqtisad elmləri doktoru, "Tatneft" və "Tatneftximinvest-holdinq" açıq səhmdar cəmiyyətlərinin direktorlar şuralarının sədridir. 1996-cı ildə Tatarıstan maliyyə naziri postuna gətirilib. 1998-ci ildən isə baş nazir postunu tutur.
Oxumaq
29.01.10  
 
Prezident olmaq istəməyən generaldan general olmaz
Şri-Lanka müxalifəti seçkilərin nəticələrini tanımır

Şri-Lankanın hazırkı prezidenti Mahinda Racapaksanın seçkilərdə qalib gəldiyi elan edilib. 64 yaşlı Racapaksa seçicilərin 57,88 faizinin səsini toplayıb. Onun əsas rəqibi, müxalifətdən olan namizəd, ölkənin Silahlı qüvvələrinin keçmiş komandanı, general Sarat Fonseka isə 40,15 faiz səs toplayıb. Mərkəzi Seçki Komissiyası bu haqda elan verən kimi, müxalifətin namizədi general Fonseka nəticəni rədd edərək, apellyasiya verəcəyini bildirib. Ordunun əhatəyə aldığı mehmanxanada çıxış edən general seçkilərin saxtalaşdırıldığını və hökumətin onu öldürməyə çalışdığını iddia edib. Hökumət isə generalın azad şəkildə oteli tərk edə bildiyini qeyd edərək, onun iddialarının nəticəsiz qalmayacağı barədə xəbərdarlıq edib.
Oxumaq
29.01.10  
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •