Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 




 
 
 
Xəbərlər / 28.1.2010
Səhifələr : 1 2 3 4 5 » #
"Sarkisyan və Nalbandyan protokollara sahib çıxmalıdırlar"
Əhməd Davudoğlu: "Üç ay keçməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də protokolları parlamentə göndərməyib"

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib ki, Ermənistanla imzalanmış protokollar gələcəkdə müzakirə olunarsa və həyata keçirilərsə, bütün maddələr eyni vaxtda gündəliyə çıxarılmalıdır. "Heç kim "Türkiyə sərhədləri açsın və protokolların digər maddələri sonraya qalsın" fikri ilə hərəkət etməməlidir" - deyə nazir vurğulayıb. Ə.Davudoğlu deyib ki, Türkiyə baş nazirinin Moskvaya rəsmi səfəri zamanı Dağlıq Qarabağ problemi ilə bağlı aparılmış danışıqlar və özünün rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü haqqında Azərbaycanın xarici işlər nazirinə ətraflı məlumat verib. Məsələ xarici siyasət idarələri rəhbərlərinin yaxın günlərdə Londonda keçiriləcək görüşündə də müzakirə olunacaq.
Türkiyəli nazir onu da əlavə edib ki, Azərbaycan-Ermənistan danışıqları prosesi olduqca mühümdür və çox çətin olmasına baxmayaraq "dondurulmuş" münaqişə kimi qalmaqdan daha yaxşıdır. Xarici işlər naziri bir daha rəsmi Ankaranın Ermənistanın protokollarla bağlı mövqeyindən narahatlığını dilə gətirib. Onun sözlərinə görə, Türkiyə bu protokolları imzalamaqla üç məqsəd güdüb. Birincisi, Türkiyə ilə Ermənistan arasında iki qonşu ölkə kimi sülhün və etimadın təsis edilməsi; ikincisi, dünyanın bütün ölkələrində olan türklər və ermənilər arasında ədavətin aradan qaldırılması və üçüncüsü, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması: "İndi qarşı tərəfin millətçilərin və daşnakların diqtəsi ilə bu ünsürləri təftiş etməsi haqlı narazılıq doğurur. Ermənistan rəhbərləri Sarkisyan və Nalbandyan imzlanmış protokollara sahib çıxmalıdırlar.
Oxumaq
28.01.10  
 
Fransa üzünü göstərdi
Paris baş örtüyünü qadağan etməyə hazırlaşır

Fransada altı ay davam edən ictimai debatlardan sonra parlament komissiyası niqab və burqa kimi sifəti örtən müsəlman qadın geyimlərinin ictimai yerlərdə qadağan edilməsi barədə qanun layihəsini elan edib. 200 səhifəlik bu sənəddə hökumətə 18 tövsiyə var. Onların arasında sifəti tam örtən qadın geyimlərinin xəstəxana, orta məktəblər və ictimai nəqliyyat kimi yerlərdə qadağan edilməsi də var.
Bundan əlavə, "radikal dini praktika" əlamətlərinə malik şəxslərə Fransada qalmaq və vətəndaşlıq almaq icazəsi verilməməlidir. Bu qadağa qəbul edilsə, müsəlman geyimi ilə ictimai yerə gedən qadınlar girişdə üzlərini açmağa və həmin ictimai yerdə olduqları müddətdə üzlərini açıq saxlamağa məcbur olacaqlar. İmtina edənlərə isə olduqları yerdə ictimai xidmətdən imtina edilə bilər. Məsələn, müsəlman qadın üzü bağlı şəkildə analar üçün dövlət yardımını almağa gəlir. O, həmin hökumət idarəsində üzünü açmağa razılaşmasa, onu əliboş qaytara bilərlər. Amma həmin qadına özəl təşkilatlarda və küçədə belə bir tələb qoymaq nəzərdə tutulmur. Müsəlman qadınlar ictimai yerlərdə çadra geyinəcəkləri təqdirdə, 700 avro məbləğində cərimə də oluna bilərlər. Fransa parlamentinin deputatı, hakim UMP (Xalq Hərəkatı uğrunda Birlik) partiyasının rəhbəri Yan-Fransua Kope bəyan edib ki, "heç kimin ictimai yerlərdə və küçələrdə sifəti gizlədən paltar geyinmək və ya satmaq hüququ yoxdur".
Oxumaq
28.01.10  
 
Rəcəb Fərəczadənin oynamamasının əsl səbəbi məlum oldu
Alesio da Silva onun futzala adaptasiya olması üçün vaxta ehtiyacı olduğunu düşünür

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yoze Alesio da Silvanın apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Avropa çempionatının yarımfinalında yığmamız Portuqaliya komandası ilə görüşəcək. Rəqibimizin 1/4 finalda serbiyalılarla görüşünü izlədinizmi?

- Bəli. Portuqaliyanın çox yaxşı komandası var. Onlara Belarusla heç-heçə bitmiş oyuna görə qiymət vermək düzgün deyil. Artıq həmin matçın üstündən bir neçə gün keçib, portuqaliyalılar istirahət ediblər, öz oyun üslublarını tapıblar. Hamı bilir ki, Portuqaliya güclü kollektivə malikdir.
Oxumaq
28.01.10  
 
Daşınmaz əmlak bazarının inkişafına təkan verəcək qərarlara ehtiyac var
Bazarda dinamikanın bərpası üçün ipoteka kreditlərinin həcmi də qaldırılmalıdır

Ötən ildə izlənilən proseslər Azərbaycanın daşınmaz əmlak bazarında qiymətləri stabilləşdirib. Amma bazarın aktivləşməsi üçün dövlətin daşınmaz əmlak bazarının inkişafına təkan verəcək qərarlarına ehtiyac var. 2009-cu ildəki vəziyyəti nəzərdən keçirən "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin ekspertləri bu qənaətdədirlər.
Əsası qoyulan binaların azlığı ciddi problemlərdən xəbər verir

Belə ki, dünya daşınmaz əmlak agentliklərinin və bazarı araşdıran qurumların 2009-cu ilin yekunu ilə bağlı açıqladıqları məlumatlara görə, ötən ilin son rübü itkilərlə yanaşı, bazarın inkişafında dönüş yarada bilib: "Buna inansaq, 2009-cu ilin son rübü 2008-ci ilin analoyi dövrü ilə müqayisədə inkişafa meyillilik və dinamikanın artımı ilə müşahidə edilib. Ötən illərlə müqayisədə ölkəmizin daşınmaz əmlak bazarında da 2009-cu ili böhran ili kimi səciyyələndirmək mümkündür. Təkcə tikintinin tempinin aşağı düşməsi bu iddianın üzərində dayanmağa əsas verir". Belə ki, rəsmi açıqlamalarda 2009-cu il ərzində Bakı şəhərində heç bir yeni tikilinin əsasının qoyulmadığı bildirilir. Ölkədə hələlik daşınmaz əmlak bazarını araşdıran yeganə qurum kimi "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin il ərzində apardığı monitorinqdə isə bu nəticə 19 rəqəmi ilə əhatə olunur: "Aparılan araşdırmalar göstərir ki, həmin 19 binanın mütləq əksəriyyətinin tikintisi 2008-ci ildə layihələndirilib və tikinti üçün icazə sənədləri də elə həmin ilə təsadüf edib. Sadəcə, icraçı tikinti şirkətləri müxtəlif səbəblərdən tikinti işlərinə 2009-cu ildə başlayıblar.
Oxumaq
28.01.10  
 
Hər bir vətəndaşın fərdi identifikasiya nömrəsi olacaq
"Fərdi məlumatlar haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq

Milli Məclisin yaz sessiyasında "Fərdi məlumatlar haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Bu barədə parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında millət vəkili Yevda Abramov məlumat verdi.
Qeyd edək ki, "Fərdi məlumatlar haqqında" qanun layihəsi fərdi məlumatların toplanması, işlənməsi, mühafizəsi ilə bağlı münasibətləri tənzimləyir. Layihəyə əsasən, ölkədə milli informasiya məkanının fərdi məlumatlar seqmenti formalaşdırılacaq. Sənəd fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar məsələləri də tənzimləyəcək. Fərdi məlumatların toplanması ilə müvafiq dövlət orqanları, hüquqi şəxslər və fiziki şəxslər məşğul ola biləcək. Hər bir vətəndaşın fərdi identifikasiya nömrəsi olacaq. Bu, hər bir vətəndaşa müəyyən edilmiş qaydada verilən və onun barəsində müvafiq məlumatları müəyyən etməyə imkan verən vahid və təkrarolunmaz kod olacaq. Vətəndaşların fərdi məlumatları açıq və konfidensial olaraq iki hissəyə bölünəcək. Fərdi məlumatlar toplandığı andan mühafizə olunacaq. Konfidensial məlumatlar mülkiyyətçi, operator və bu məlumatlara müraciət hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Şəxsin adı, soyadı, atasının adı daimi açıq fərdi məlumatlardır. Açıq fərdi məlumatlar kateqoriyasına adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə daxil edilmiş məlumatlar da aiddir.
Oxumaq
28.01.10  
 
Rayonlarda dövlət vəsaitinin yeyintisi faktları aşkarlanıb
Nazirlər Kabineti 15-dək rayonun icra hakimiyyətinə 2007-2008-ci illərdə ciddi qanun pozuntuları və nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması üçün rəsmi məktub göndərib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Maliyyə Nazirliyinin 13 yanvar 2010-cu il tarixli DX-03/01 DSM-14 m nömrəli sənədində göstərilib ki, 2007-2008-ci illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən ayrılmış yardımların xərclənməsində ciddi nöqsanlara yol verilib. Həmin büdcə vəsaitlərinin təyınatından yayındırmalar aşkarlanıb.
Oxumaq
28.01.10  
 
Ombudsman "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisinə müraciət edib
Ombudsman Elmira Süleymanova əlilliyi olan şəxslər tərəfindən ünvanına daxil olan şikayətlər əsasında "İçərişəhər" Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarova müraciət edib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, E.Süleymanova qoruq ərazisində yaşadıqları və ya getdikləri ünvanlara çatmaq üçün əlillərə müvafiq güzəştlərin tətbiq edilməsini, ölkə prezidentinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişafı tədbirləri barədə" 16 dekabr 2009-cu il tarixli sərəncamına uyğun olaraq, araba ilə hərəkət edən əlillərin sərbəst hərəkətini təmin edən, müasir standartlara cavab verən infrastrukturun yaradılması istiqamətində zəruri tədbirlərin görülməsini təklif edib.
İdarədən daxil olmuş cavab məktubunda bildirilib ki, qoruq ərazisinə əlil arabalarının daxil olması sərbəstdir və belə hallar üçün ödəniş nəzərdə tutulmur.
Oxumaq
28.01.10  
 
Gömrükçülər atanın azyaşlı qızlarından narkodaşıyıcı kimi istifadə etməsi faktı aşkarlay&
Azərbaycanın gömrük orqanlarının əməkdaşları atanın öz azyaşlı qızlarından narkodaşıyıcı kimi istifadə etməsi faktını aşkarlayıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana ailə üzvləri ilə birlikdə gələn İran vətəndaşı Nahani Eskandar Bahram və azyaşlı qızları Habibeh Nahari Eskandar, Mobina Narani Eskandar, Sevda Nahani Eskandar gömrük nəzarətindən keçirilərkən H.Eskandar və M.Eskandarın əyninə geyindiyi qara rəngli paltarın altından hər birindən 2 bağlamada olmaqla ümumi xalis çəkisi 2 015 q olan heroin, S.Eskandarın isə əyinə geyindiyi qırımızı paltarın altından 4 ədəd bağlamada olmaqla ümumi xalis çəkisi 1 010 q olan həşiş qətranı aşkar edilərək götürülüb. Fakt üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaq zamanı müəyyən edilib ki, Nahari Eskandar Bayrami İranın Astara şəhərində olarkən şəxsiyyətləri istintaqla müəyyən edilməsi mümkün olmayan "Behnam Ətai"", "Farabi" və "Karman" adlı şəxslər və qeyriləriylə qabaqcadan əlbir olub qaçaqmalçılıq yolu ilə Azərbaycana gizli keçirib satmaq üçün qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanılması barədə sövdələşərək cinayət əlaqəsinə girib.
Oxumaq
28.01.10  
 
Gürcü müxalifəti Rusiyaya meyillənir
"Antirusiya siyasəti Gürcüstana yaxşı heç nə gətirməyəcək"

"Rusiya ilə qarşıdurma şəraitində Gürcüstanın ərazi bütövlüyünün bərpası mümkün deyil. "Ədalətli Gürcüstan uğrunda hərəkat" Partiyasının lideri, keçmiş baş nazir Zurab Noqaideli belə hesab edir. "Gürcüstanın xarici siyasətində əsas vəzifə ərazi bütövlüyünün bərpasıdır. Bunu Rusiya ilə qarşıdurma şəraitində etmək mümkün deyil. Odur ki, bu ölkə rəhbərliyi ilə dialoqa başlamaq lazlmdır" - deyə Z.Noqaideli Tbilisidə "Gürcüstan sabah - xarici siyasət" mövzusunda keçirilən konfransda bildirib. Onun sözlərinə görə, bir an içində Gürcüstan-Rusiya münasibətləri dost münasibətlərinə çevrilməyəcək, "ancaq düşmənçilik aradan qaldırılsa, tərəfdaşlıq münasibətlərinə çevrilə bilər".
Z.Noqaideli bildirib ki, Moskvaya bir neçə səfəri nəticəsində Sxinvalidə saxlanmış dörd gürcü yeniyetmənin azad edilməsi, Yeni il bayramında Moskva və Tbilisi arasında bir neçə çarter reysinə icazə verilməsi ilə bağlı müəyyən müsbət addımlar atılıb. "Təəssüf ki, Gürcüstanın hazırki rəhbərliyi antirusiya siyasəti yürüdür ki, bu da Gürcüstana yaxşı heç nə gətirməyəcək" - deyə Z.Noqaideli vurğulayıb.
Oxumaq
28.01.10  
 
"Taliban" ağ günə çıxdı
BMT TŞ hərəkatın 5 üzvünün adını "qara siyahı"dan silib

BMT Təhlükəsizlik Şurası "Taliban" hərəkatının 5 yüksək səlahiyyətli şəxsinin adını "qara siyahı"sından çıxarıb. "Exo Moskva" radiosunun yaydığı məlumata görə, bu barədə BMT məlumat verib. Məlumatda o da qeyd olunur ki, Əfqanıstan prezidenti Həmid Kərzayi "Taliban"ın həmin rəhbər şəxslərinin adının "qara siyahı"dan çıxarılması xahişi ilə BMT-yə müraciət edib. Əfqanıstanın maliyyə naziri taliblərlə sülhə və barışığa nail olmaq üçün onlara hakimiyyətin bütün sahələrində yer verilməsini təklif edib. "Financial Times"in yaydığı məlumata görə, nazir bildirib ki, taliblərlə danışıqlar günü sabahdan başlaya bilər, yetər ki, bu istiqamətdə beynəlxalq dəstək olsun. O, "Taliban"ın danışıqlara hazır olduğunu bəyan edib.
Oxumaq
28.01.10  
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: