|
|
Səhifələr : # « 1 2 3 4 5
|
Tikintidə baş verən bədbəxt hadisələr nəticəsində ölənlərin sayı artıb
|
|
Ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi tərəfindən istehsalatla əlaqəli 250 hadisənin təhqiqatı aparılıb. Bu hadisələr nəticəsində 69 nəfər ölüb və 218 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 270 nəfərə "İZ" formalı (istehsalat zədəsi) aktın verilməsi təmin edilib, 17 nəfərə isə qaydaların tələblərinə müvafiq olaraq müxtəlif səbəblərdən "İZ" aktı verilməyib. "APA-Economics"in məlumatına görə, bunu Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü qurumun ötənilki fəaliyyətinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hesabat ilində tikinti sektorunda 65 hadisə baş verib və bu hadisələr zamanı xəsarət alanların sayı 48 nəfər, ölənlərin sayı isə 2008-ci ilin yekunları ilə müqayisədə 6,7% artaraq 32 nəfər olub.
|
Oxumaq
28.01.10
|
| |
|
|
Suraxanıda qəbiristanlıq dağıdılıb
|
Bakının Suraxanı rayonu ərazisində qəbiristanlıqlardan birində məzarlar naməlum şəxslər tərəfindən dağıdılıb. Bu barədə APA-ya Suraxanı rayon Prokurorluğundan məlumat verilib. Ötən gün Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda 20-25 məzarın baş daşı naməlum şəxslər tərəfindən dağıdılaraq sındırılıb. Hələlik hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil. Hadisənin düşmənçilik, yaxud xuliqanlıq zəminində baş verməsinə gəlincə, prokurorluqdan bununla əlaqədar hələlik dəqiq məlumat olmadığını bildiriblər.
|
Oxumaq
28.01.10
|
| |
|
|
Ermənistan faktaraşdırıcı missiyaların işğal olunmuş ərazilərə səfərinə əngəl törədi
|
|
"YUNESKO və Avropa Şurasının faktaraşdırıcı missiyasının Azərbaycanın işğal olunmuş ərazilərinə gözlənilən səfəri hələ danışıqlar səviyyəsindədir". APA-nın məlumatına görə, bu açıqlamanı yurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Nazir qeyd edib ki, uzun müddətdir nəzərdə tutulan bu səfərlərin gecikməsinə səbəb qonşu tərəfin törətdiyi əngəllərdir: "Biz YUNESKO və Avropa Şurasının faktaraşdırıcı missiyasının gəlməsi ilə bağlı uzun müddətdir danışıqlar aparırıq. Bu danışıqlar bu gün də davam edir. Amma bu səfər mütləq hər iki tərəfin qarşılıqlı razılığı əsasında həyata keçirilməlidir. Maddi irsin vəziyyətinin təyin edilməsi, missiyanın hansı tərəfdən gəlməsi və nə zaman gələcəyi ikitərəfli razılaşdırma əsasında reallaşmalıdır. Bilirsiniz ki, qonşu tərəf daim buna əngəllər törədir. Biz isə Azərbaycan tərəfi olaraq bu səfərə açığıq". Ə.Qarayev deyib ki, bu səfərlərin həyata keçirilməsi üçün xüsusi şərtlər var: "Biz tələb olunan şərtlərə riayət edirik. Lakin qarşı tərəf hər zaman əngəl törədir. "İndi olmasın, sabah olsun" deyə-deyə bu işi uzadırlar. Sözsüz ki, bu cür hallar həm YUNESKO, həm Avropa Şurasının faktaraşdırıcı missiyasının gəlməsini kifayət qədər çətinləşdirir".
|
Oxumaq
28.01.10
|
| |
|
|
İran və Ermənistanın xarici işlər nazirləri Qarabağ münaqişəsini müzakirə ediblər
|
|
İrəvanda Ermənistan və İran xarici işlər nazirlərinin görüşü keçirilib. APA-nın məlumatına görə, Ermənistan-İran hökumətlərarası komissiyasının 9-cu iclası çərçivəsində keçirilən görüşdə tərəflər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional xarakterli məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesləri ətrafında da fikir mübadiləsi aparıblar. İranın xarici işlər naziri Manuçöhr Mottəki Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yönəlik səyləri alqışladığını bildirib. XİN başçısı erməni həmkarını İranın nüvə proqramı sahəsində görülən son işlərlə də tanış edib.
|
Oxumaq
28.01.10
|
| |
|
|
Elin Süleymanov Kaliforniya Universitetində çıxış edib
|
Yanvarın 26-da Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov Kaliforniya Universitetində "Azadlığa aparan yol və qanlı yanvar" mövzusunda çıxış edib. Konsulluqdan APA-ya verilən xəbərə görə, çıxış zamanı E. Süleymanov 20 yanvar olayı və bu hadisədən öncə Moskvanın Azərbaycanla bağlı sərt mövqeyi barədə iştirakçıları məlumatlandırıb. O, yanvar hadisələrinin Azərbaycanın müstəqilliyinin təməlinin qoyulmasında mühüm rol oynadığını vurğulayıb. Baş konsul SSRİ rəhbərliyinin Azərbaycana qarşı zorakılıq siyasətinin məhz Moskvanın özünə qarşı çevrildiyini və sonda SSRİ-nin parçalanmasına səbəb olduğunu qeyd edib. Qeyd edək ki, tədbir Kaliforniya Universitetinin Yaxın Şərq Araşdırmalar Mərkəzinin dəstəyi ilə təşkil olunub. Tədbirdə müəllim və tələbələr iştirak edib.
|
Oxumaq
28.01.10
|
| |
|
|
Prezident İsveçrədə işgüzar səfərdədir
|
Dünən prezident İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Yanvarın 27-də Sürixə gələn prezident İlham Əliyev buradan Davos şəhərinə yola düşüb. /AzərTAc/
|
Oxumaq
28.01.10
|
| |
|
|
Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının internet səhifəsi istifadəyə verilib
|
|
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının (LAAA) yeni internet saytı istifadəyə verilib. Məlumatda bildirilir ki, ispan və ingilis dillərində təqdim edilən www.azerbaiyani-association.org saytı Meksikada fəaliyyət göstərən diaspor təşkilatının Latın Amerikası ölkələrində yaşayan azərbaycanlılarla əlaqə vasitəsinə çevriləcək. Saytda Azərbaycan haqqında ümumi məlumatlar, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi, mətbəxi barədə ətraflı bilgilər, digər mühüm xəbərlər yerləşdirilib. Yeni internet səhifəsində Azərbaycan musiqi korifeylərinin əsərləri ilə də tanış olmaq mümkündür. Saytda həmçinin Azərbaycan dilini öyrənmək istəyənlər üçün müvafiq lüğətlər yerləşdirilib.
|
Oxumaq
28.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5
|
|