Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 28.1.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
Bir addım öndə
Blatter avropalıların Dünya çempionatını təşkil etməyə daha şanslı olduğunu bildirib

2018-ci ilə planlaşdırılan futbol üzrə Dünya çempionatının Avropada keçirilmək ehtimalı çoxdur. Son il yarım müddətində bu mövzuda bir çox ekspertlərin fikirləri məhz avropalıların bir addım öndə olmasından xəbər verirdi.
Maraq üçün qeyd edək ki, DÇ-2018-a ev sahibliyi etmək uğrunda İngiltərə, Rusiya, Hollandiya və Belçika (şərikli), həmçinin İspaniya ilə Portuqaliya (şərikli), ABŞ, Meksika, Avstraliya və Yaponiya mübarizə aparacaq. Hamizədlərin çoxluğuna rəğmən, "köhnə dünya"nın 4 illiyin ən nəhəng futbol yarışını təşkil etmək şansı yüksəkdir. Çünki FİFA prezidenti Yozef Blatter DÇ-2018-in böyük ehtimalla Avropada keçiriləcəyini dilə gətirib: "Doğrudur, hələ yekun qərarın verilməsinə çox var. Amma DÇ-2018-in Avropada keçirilmək ehtimalı yüksəkdir. Bilirsiniz, avropalılar böyük turnirləri daha yüksək səviyyədə təşkil etməyi bacarır. Onların məhsuldar fəaliyyəti FİFA-nın işini də olduqca asanlaşdırır".
Oxumaq
28.01.10  
 
"Bizi sona qədər dəstəkləsinlər"
Sərkan Balçı çempionluqdan danışmağa qorxur

"Trabzonspor"un fanatları 2-ci dövrədə komandalarından çox ümidlidilər. Hər halda, onların belə düşünməyə əsası var. Şenol Günəşin təyinatından sonra yavaş-yavaş əvvəlki oyununu sərgiləməyə başlayan "Trabzonspor"u çoxları, hətta çempionluqdan silməyin tez olduğunu düşünür. Bu arada komandanın əsas futbolçularından olan Sərkan Balçı klubun rəsmi internet saytına açıqlamalar verib. Həm komandasının, həm də özünün çıxışını dəyərləndirən Sərkan öncə bunları deyib: "Fasilə dövrünü olduqca uğurlu keçirdik. Bütün futbolçular öz üzərində səylə çalışırdı. Antalyadakı təlim-məşq toplanışının bizim üçün nə qədər uğurlu keçdiyini son matçlar bir daha sübut edir. Belə ki, kubokun son 2 matçında və superliqada 2-ci dövrənin ilk oyununda qələbə qazandıq. Özümə gəlincə, hazırda ideal formada olduğumu düşünürəm və inanıram ki, belə də davam edəcək. Yəqin ki, bunda bu yaxınlarda ata olacağımın da böyük rolu var. Həyat yoldaşım indi 7 aylıq hamilədir.
Oxumaq
28.01.10  
 
Dos Santos "Qalatasaray"a keçidiyinə görə xoşbəxtdir
Covani Dos Santos Türkiyənin "Qalatarasay" klubuna keçidinə münasibətini bildirib. Apasport.az saytının məlumatına görə, 20 yaşlı meksikalı hücumçu öz ölkəsinin radiosuna açıqlamasında "Cim Bom"un formasını geyəcəyini təsdiqləyib.
Müqavilə ilə "Tottenhem" klubuna məxsus olan Covani ötən mövsümü İngiltərədə "İpsviç"də icarə əsasında keçirib. Bu dəfə yarım illiyə "Qalatasaray"a icarəyə verilən Dos Santos İstanbula səfərə hazırlaşır. O, yeni komandasında hələ "Barselona"dan yaxşı tanıdığı Frank Raykaardın rəhbərliyi altında oynayacaq. Məhz Raykaard 2007-ci ildə meksikalının Kataloniya təmsilçini keçidi uğrunda mübarizə aparıb: "Mən "Qalatasaray"a keçməklə bağlı xəbərə görə çox xoşbəxtəm. Çünki Türkiyədə tanıdığım məşqçi ilə birgə işləyəcəyəm. Mənə yenidən normal formamı yığmaq üçün oynamaq lazımdır".
Oxumaq
28.01.10  
 
Subaşiç "Kocaelispor"da
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç karyerasını Türkiyənin "Kocaelispor" klubunda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, uzun müddətdir İzmit təmsilçisi ilə danışıqlar aparan 28 yaşlı hücumçu yeni klubu ilə müqavilə imzalamalıdır.
2008-ci ilin yayında "Neftçi"ni tərk edib vətəninə qayıdaraq Serbiyanın "Srvena Zvezda" klubuna keçən Branimir "Kocaelispor"un birinci dəstədə uğurlu çıxış etməsinə töhfə verməlidir. Belqrad təmsilçisində yarım mövsüm oynadıqdan sonra Çinin "Çançun Yatay" klubuna icarəyə verilən Subaşiç yenidən əvvəlki komandasına qayıtsa da, ona yeni iş yeri tapmaq təklif olunub.
Qeyd edək ki, Türkiyə təmsilçisi ötən qışda, Superliqada çıxış etdiyi vaxtda da azərbaycanlı futbolçulara ehtiyac duymuşdu. Lakin Rəşad Sadıqovla Ramal Hüseynovun transferi mövsümün ikinci yarısında Superliqada qalmaq üçün mübarizə aparan komandaya kömək etməmişdi.
Oxumaq
28.01.10  
 
"Olimpik-Şüvəlan" Türkiyədən qələbəsiz qayıdır
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Bakının "Olimpik-Şüvəlan" klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi qonşu ölkədəki son matçında Rumıniyanın "İnternasional" klubu ilə qarşılaşıb. Öz ölkəsinin güclülər dəstəsində çıxış edən rumıniyalılar 1:0 hesabı ilə qalib gəlib. Bununla da baş məşqçi Nazim Süleymanovun yetirmələri Türkiyə toplanışını qələbəsiz başa vurub.
Xatırladaq ki, "Tobol"la (Qazaxıstan) oyunu 41-ci dəqiqədə, hesab 0:2 olarkən dava-dalaş üzündən dayandırılan bakılılar "İnternasional"la görüşədək daha iki qarşılaşmaya çıxıb. Onlar "Daiqu"ya (Cənubi Koreya) 1:2 hesabı ilə uduzub və "Tavriya" (Ukrayna) ilə qolsuz heç-heçə edib.
Oxumaq
28.01.10  
 
Karpin: "Məni "Xəzər-Lənkəran"la oyunda maraqlandıran..."
Moskvanın "Spartak" klubunun baş məşqçisi Valeri Karpin "Xəzər-Lənkəran"la keçirdikləri görüşə yenidən toxunub.
Apasport.az saytının məlumatına görə, 41 yaşlı çalışdırıcı Türkiyənin Antalya şəhərində Lənkəran klubuna 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununda heyəti əsas və əvəzedicilərə bölməməsi ilə diqqət çəkib.
Bunun hansı məqsəd edilməsi ilə bağlı fikirlərini bildirən V.Karpinin sözlərinə görə, "Xəzər-Lənkəran"la oyunda bütün futbolçuları sınaması vacib imiş: "Məni hazırlığın funksional səviyyəsi maraqlandırırdı. Meydanda kimin necə düşünməsinə baxmaq istədim. Futbolçulara topu hiss etməyə, digər səviyyəli ifaçılarla və təcrübəlilərlə birgə özlərini göstərmələrinə imkan yaratdım. Belə demək olar ki, əsas mətləbi başa düşmək üçün vəzifəni çətinləşdirdim. Ulduz komanda yoldaşları ilə, kobud dildə desək, şikəst də oynayar. Ancaq təcrübəsi az olanlarla özünü tam göstərmək lazımdır".
Oxumaq
28.01.10  
 
Mahir "Anyi"nin start heyətində oynadı
Amma komandasının məğlubiyyətinə mane ola bilmədi

Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu Rusiyanın "Anyi" klubu Türkiyə toplanışında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, qısa fasilədən sonra yenidən Türkiyəyə yollanan Mahaçqala təmsilçisi ikinci təlim-məşq toplanışında ilk matçına çıxıb.
Ukraynanın "Obolon" klubu ilə görüşən "Anyi" 0:1 hesabı ilə məğlub olub. Baş məşqçi Omari Tetradze fasilədə qapıçı istisna olmaqla bütün oyunçuları dəyişməklə hər hissədə bir heyəti sınayıb. "Anyi"nin start heyətində debüt edən M.Şükürov birinci hissədə meydanda olub. Elə ukraynalılar da qələbəni məhz ilk yarıda vurduqları qolla qazanıb.
Qeyd edək ki, bu, Mahirin Rusiya təmsilçisində ikinci yoxlama oyunudur. 28 yaşlı müdafiəçinin Premyer Liqa klubundakı debütü sabiq komandası Bakı "İnter"i ilə oyunda baş tutub. Həmin matçda Mahir fasilədən sonra meydana çıxıb.
Oxumaq
28.01.10  
 
Maradonanın qayıdışı qələbə ilə qeyd edildi
Dünya çempionatının yayda keçiriləcək final mərhələsinə hazırlaşan Argentina milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kosta-Rika yığması ilə oyun əfsanəvi Diyeqo Maradonanın qayıdışı ilə əlamətdar olub. Argentinalıların baş məşqçisi FİFA-nın verdiyi iki aylıq cəzadan sonra ilk dəfə komandasının oyununu ehtiyat oyunçular skamyasından izləyib. Yetirmələri Maradonanın qayıdışını qələbə ilə qeyd edə bilib - 3:2. Kosta-Rika yığması iki qol buraxdıqdan sonra hesabı bərabərləşdirə bilsə də, Xaranın final fitindən 10 dəqiqə əvvəl vurduğu qol ikiqat dünya çempionlarına sevinc bəxş edib.
Oxumaq
28.01.10  
 
Silahlı münaqişələrdə mədəni dəyərlərin qorunması müzakirə edilib
Yanvarın 27-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə "Silahlı münaqişə şəraitində mədəni dəyərlərin qorunmasına" həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, tədbirdə 6 ölkənin eksperti iştirak edir. Nazir deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycana məxsus 25 musiqi məktəbi, 4 rəsm qalereyası, 40 minə qədər muzey eksponatları məhv edilib. Nazir bildirib ki, Dəyirmi masa iştirakçılara öz ideyalarını və silahlı münaqişə şəraitində mədəni dəyərlərin qorunması haqqında 1954-cü ilin Haaqa Konvensiyasının və iki Əlavə Protokolun implementiyasiyası zamanı topladıqları təcrübəni bölüşməyə imkan yaradır: "Müqavilələr bildirir ki, silahlı münaqişələr zamanı mədəni dəyərlər heç bir düşmən münasibətə məruz qalmamalı və onların dağıdılmasına, onlara zərər vurmasına gətirib çıxara biləcək məqsədlər üçün istifadə olunmamalıdır. Azərbaycan 1954-cü ilin Haaqa Konvensiyasına və I protokola 1993-cü ildə, II protokola isə 2000-ci ildə qoşulub".
Oxumaq
28.01.10  
 
"Elmlər Akademiyası" stansiyasında ikinci çıxışın inşası bərpa olunacaq
Bu il Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasında ikinci çıxışın inşası layihəsinin icrası bərpa olunacaq. Bu barədə "APA-Economics"ə Bakı Metropolitenindən məlumat verilib.
Stansiyanın ikici çıxışında işlərin bərpası məqsədi ilə dövlət büdcəsindən vəsaitin ayrılması nəzərdə tutulur. Vəsait ayrılarsa, işlərə artıq bu ilin II rübündə başlanması planlaşdırılır.
İkinci çıxış Bakı Dövlət Universitetinin qarşısında açılacaq.
Qeyd edək ki, bu il eyni zamanda "Elmlər Akademiyası" stansiyasında eskalatorların yenilənəcəyi gözlənilir.
Oxumaq
28.01.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •