|
Bir neçə oğurluq faktının üstü açılıb
|
Saxlanılanlar əsasən maşınları hədəf seçirmiş
Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində bir neçə oğurluq faktının üstü açılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Yasamal rayonu H.Cavid prospektində yaşayan Raidə İdrisovaya məxsus "Nissan" markalı avtomaşından şüşəni sındırmaq yolu ilə 15 manat və 2 ədəd eynək oğurlanıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Bakı şəhər sakini Əliheydər Təvəkkülov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun Rəşad Qasımovun və Yasin Mustafayevin avtomaşınlarından da oğurluq etməsi müəyyən edilib.
|
Oxumaq
28.01.10
|
| |
|
|
Axtarışda olan şəxs tutulub
|
Səbuhi Axundovu Birləşmiş Ərəb Əmirliklərində yaxalamaq mümkün olub
Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu və DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs tutulub. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Səbuhi Axundovu Birləşmiş Ərəb Əmirliklərində yaxalamaq mümkün olub. S.Axundov Xətai RPİ tərəfindən Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) maddəsi ilə axtarışda olub. S.Axundov respublikamıza gətirilib və faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
28.01.10
|
| |
|
|
Saxta diplom alveri
|
Bu işlə məşğul olan üç qadın saxlanılıb
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxta diplom satan şəxslər tutulub. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılanlar Bakı şəhər sakinləri Dürdanə Əliyeva, Şəfiqə Həsənova və Bərdə rayon sakini Sevil Şərifovadır. Onlar əlbir olaraq Nərgizə Əhmədovanın adına tərtib olunan Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin "İbtidai sinif müəllimi" fakültəsini bitirməsi barədə saxta diplomu hazırlayaraq, Nərgizənin əri Eldar Axundova 12.500 dollara satdıqlarına görə saxlanılıblar. Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində araşdırmalar aparılır.
|
Oxumaq
28.01.10
|
| |
|
|
Bir gündə 36 cinayət
|
Bağlı qalan 4 cinayətin üstü açılıb
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 36 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 26-ı "isti izlər"lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalan 4 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.
|
Oxumaq
28.01.10
|
| |
|
|
Saxta pul kəsənlər məhkəmə qarşısında
|
|
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə saxta pul kəsməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Lənkəran şəhər sakinləri Bəhruz Yaqubov və Hüseyn Cavadov cavab verir. İttihama görə, B.Yaqubov işlədiyi disk-kaset satışı ilə məşğul olan "Bəhruz" studiyasında həmyerlisi H.Cavadovla birlikdə kompyuter və skayner vasitəsilə saxta əskinasları çap edib. Sonra isə həmin pulların yayılmasını təşkil ediblər. Onların üzərinə baxış keçirilərkən 11 ədəd 100 manatlıq saxta pul əskinası aşkar edilərək götürülüb.
|
Oxumaq
28.01.10
|
| |
|
|
Narkotik alverçilərinin məhkəməsi başlayıb
|
Azərbaycana narkotik keçirən dəstə üzvlərinin haması İran vətəndaşlarıdır
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Cavid Hüseynovun sədirliyi ilə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr gətirməkdə ittiham olunan şəxslərin məhkəmə prosesi keçiriləcək. Məhkəmə qarşısında İran vətəndaşları Cəmşidi Davud Abutalıb oğlu, Heydər Zahir Rəşit oğlu, Nəzəri Nürətabad Vəhdət Bəhriş oğlu, Rahəttələb Nahədani Məhin Yəhya qızı, Hacızadə Ləyalestani Zəhra Cavad qızı cavab verir.
|
Oxumaq
28.01.10
|
| |
|
|
İki polis əməkdaşını qətlə yetirən şəxs məhkəmə qarşısında
|
Müttəhimlər kürsüsündə Nardaran kənd sakini Sahib Həsənov cavab verir
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakimi İlqar Murquzovun sədrliyi ilə polis əməkdaşının qətlində təqsirləndirilən şəxsin məhkəmə baxışı başlayıb. Məhkəmə qarşısında Nardaran kənd sakini Sahib Həsənov cavab verib. S.Həsənov 2006-cı il yanvarın 25-də Sabunçu rayon 14-cü Polis Bölməsinin əməkdaşları - kapitan Rövşən Rəhimov və polis leytenantı İlqar Ağayevin qətlində təqsirli bilinir. Dünənki prosesdə prokuror Ehtiram Baxşəliyev ittiham aktını elan edib. İttihama görə, 2006-cı Bilgəh qəsəbəsində baş verən hadisə yerindən qayıdan həmin polis əməkdaşlarının olduğu avtomobil avtomat və tapança ilə silahlanan Nardaran sakinləri tərəfindən saxlanılıb. Həmin şəxslər - əvvəllər qəsdən sağlamlığa ağır zərərvurma cinayətinə görə dəfələrlə məhkum olunan Ramiz Həsənov, əvvəllər məhkum olunan Həsən Əzimov, İlham Quliyev və Sahib Həsənov olub. Onların açdığı atəş nəticəsində başından güllə yarası alan Rövşən Rəhimov hadisə yerində həlak olub.
|
Oxumaq
28.01.10
|
| |
|
|
"Yuventus" Ferraraya əvəzedici axtarır
|
Namizədlər arasında Skolari, Hiddink, Benites və Zakkeroni kimi tanınmış mütəxəssislər var
Həhayət, "Yuventus" rəhbərliyinin Çiro Ferraranı baş məşqçi vəzifəsindən qovmaq haqda qərara gəldiyi söylənilir. İtaliyadan gələn xəbərlərdə artıq bununla bağlı məsələnin böyük ölçüdə həll edildiyi də vurğulanır. Turinlilərin ÇL-in qrup mərhələsində fiaskoya uğrayandan sonra A seriyasında da uğursuzluq zolağından qurtula bilməməsi Ferraranın gec-tez istefaya göndəriləcəyindən xəbər verməyə bilməzdi. Amma klub bossları nədənsə bu mənada indiyədək tələsik addım atmaq istəməyib. Onlar mövsümün əvvəlində "Milan"dan olan həmkarlarının Leonardo Arauyoya münasibətdə olduqca böyük səbr nümayiş etdirməsindən təsirlənərək gənc mütəxəssisə bir neçə şans verməyi lazım bilib. Amma uğursuzluqların sıralanması "Yuventus"un səhmdarlarının "səbr kasasını daşırıb": məhz onlar Ferraranın baş məşqçi vəzifəsindən getməsini klubun çərşənbə axşamı keçirilən toplantısında zəruri hesab edib.
|
Oxumaq
28.01.10
|
| |
|
|
Ronaldo cəzasını alıb
|
Amma "Kral klubu" onun haqqında çıxarılan qərardan razı deyil
Kriştiano Ronaldo İspaniya çempionatının "Malaqa" ilə son oyunundakı hərəkətinə görə cəzasını alıb. Epizodların birində rəqib müdafiəçisi Patrik Mtiliqanın üzünə dirsək zərbəsi endirən "Real"ın portuqaliyalı futbolçusu buna görə qırmızı vərəqə ilə cəzalanmışdı. İspaniya Futbol Federasiyasının Hizam-İntizam Komitəsi Ronaldonu iki oyunluğa cəzalandırmağı lazım bilib. Bu da son deyil: Portuqaliya millisinin lideri 843 dollar məbləğində cərimə də ödəyəcək. Maraqlıdır ki, HİK Ronaldonun klubuna da 253 dollar məbləğində cərimə də kəsib.
|
Oxumaq
28.01.10
|
| |
|
|
Kabanyasın vəziyyəti sabitləşib
|
Futbolçuya tapançayla atəş açan cinayətkarın şəxsiyyəti müəyyənləşib
Bir neçə gün əvvəl Meksikada başından güllə yarası alan paraqvaylı futbolçu Salvador Kabanyasın vəziyyəti sabitləşib. Amma həkimlər onun hələ də həyati təhlükəni tam arxada qoymadığını deyir. Artıq Paraqvay millisinin Meksikanın "Amerika" klubunun şərəfini qoruyan hücumçusuna tapançayla atəş açan cinayətkarın şəxsiyyəti müəyyən edilib. O, Xose Xorxe Balderasdır. Kriminal aləmdə "El Ceycey" və "El Modelo" kimi də tanınan Balderasın hadisə baş verən yerdə olduğu dəqiqləşib. Qeyd edək ki, 29 yaşlı Kabanyas bara həyat yoldaşı və onun qardaşıyla birgə gəlibmiş. Balderasın cangüdənləriylə birgə atəş səsləri eşidilməzdən bir neçə saniyə əvvəl həmin barın tualetinə daxil olduğunu videokameralar çəkib. İlkin ehtimala görə, Salvadorun kubalı həyat yoldaşı və onun qardaşı ilə Balderas arasında münaqişə düşüb, bunun qurbanına isə məşhur futbolçu çevrilib.
|
Oxumaq
28.01.10
|
| |
|
|
|