Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 28.1.2010
Səhifələr : # « 1 2 3 4 5 » #
Amerikalı konqresmen həmkarlarına müraciət edib
Con Şadeq: "ABŞ regionda ən güclü müttəfiqlərindən biri olan Azərbaycanın maraqlarını unutmamalıdır"

Amerikalı konqresmen Con Şadeq Konqresin bütün üzvlərinə məktub göndərərək, Azərbaycan haqqında məlumatları onların nəzərinə çatdırıb və ölkəmizin Amerika Birləşmiş Ştatları üçün nə dərəcədə əhəmiyyətli olduğunu qeyd edib. Bütün konqresmenlərə ünvanlanmış "Azərbaycanı unutma" adlı məktubda konqresmen C.Şadeq bu Cənubi Qafqaz ölkəsinin ABŞ üçün əhəmiyyətini xüsusi vurğulayıb. Məktubda konqresmen yazır: "Hər ikisi ABŞ üçün dost ölkə olan, lakin tarix boyu bir-birinə düşmən kəsilmiş Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdıra biləcək protokolların imzalanmasını bütün konqresmenlər çox səmimi qarşılayıblar. Münaqişəli Cənubi Qafqaz regionunda stabilliyin bərqərar olması üçün Türkiyənin liderliyi öz əlinə keçirmək istəyi bizi sevindirir. Eyni zamanda, ABŞ onun regionda ən güclü müttəfiqlərindən biri olan Azərbaycanın maraqlarını da unutmamalıdır".
C.Şadeq məktubunda ABŞ dövlət katibinin müavini Viliam Bornsun son bəyanatlarından birinə istinadla Birləşmiş Ştatların Azərbaycanı Yaxın Şərqin, Avropanın və Asiyanın kəsiyində yerləşən strateyi tərəfdaş kimi gördüyünü xatırladıb. Məktubda Azərbaycan üzrə İşçi Qrupun həmsədri, konqresmen Bill Şusterin ölkəmizi terrorizmə qarşı mübarizədə əvəzedilməz müttəfiq adlandırdığı da vurğulanıb. Konqresmen C.Şadeq qeyd edib ki, Türkiyə kimi Azərbaycan da Ermənistan ilə uzun illər davam edən münaqişə şəraitindədir.
Oxumaq
28.01.10  
 
Kitabxanaların informasiyalaşdırılması işinə başlanılıb
Prezidentin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaların informasiyalaşdırılması işinə başlanılıb və respublikanın kitabxana-informasiya şəbəkəsinin avtomatlaşdırılması həyata keçirilir.
Nazirliyin mətbuat xidmətinin qəzetimizə verdiyi məlumata görə, Quba, Beyləqan, Ağdaş və Neftçala rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin Veb-saytları yaradılaraq İnternet şəbəkəsində yerləşdirilib: Quba rayon Mərkəzi Kitabxanasının (www.quba-information.az) Veb-saytında Quba rayonu haqqında maraqlı tarixi məlumatlar verilib. Saytda Qubanın turizm sahəsi də əks olunub. Burada müasir istirahət mərkəzləri (Qəçrəş, Xınalıq, Cənnət bağı və s.) və s. istirahət zonaları haqqında məlumatlar verilib. Saytın "Abidələrimiz" bölməsində tarixi abidələr haqqında qısa məlumat yer alıb.
Oxumaq
28.01.10  
 
"Mən işləyən adamam"
Qurban Məlikov, Əməkdar rəssam: "Təbiətimdə təvazökarlıq çoxdur"

Bu ayın əvvəlində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Mərkəzi Sərgi Salonunda Əməkdar rəssam Qurban Məlikovun 80 illik yubileyinə həsr olunmuş sərgi keçirildi. Tədbirdə çıxış edənlər rəssamın yaradıcılığından və onun Azərbaycan rəssamlıq sənətində xüsusi yerindən danışdılar. Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, 80 yaşında əlinə qələm götürüb rəsm çəkən insana çox az halda rast gəlmək olar. Heç şübhəsiz, bu, qocaman rəssam Qurban Məlikovun işinə olan böyük sevgisindən irəli gəlir.
Rəssam bu gün də yorulmadan çalışır. Təbiətindəki həyatsevərliyə, insanlara olan məhəbbətinə və qocalmaq bilməyən ruhuna rəng qataraq tablolara köçürür.
Oxumaq
28.01.10  
 
"Bakı şəhərinin təhsil sistemində ciddi irəliləyiş mövcuddur"
Nailə Rzaquliyeva: "Ötən il məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində konkret addımlar atılıb"

Təhsil istənilən cəmiyyətin inkişafında aparıcı rol oynayır ki, bu da bizdən ona xüsusi diqqət ayırmağımızı tələb edir. Müstəqil Azərbaycan Respublikasının rəhbərliyi təhsil sferasına hər zaman diqqətlə yanaşıb. Məhz bu qayğının nəticəsində bir sıra mühüm strukturlar yaradılıb. Onlardan biri də paytaxtda təhsilin inkişafı və yaxşılaşdırılması üçün çalışan Bakı Şəhəri üzrə Təhsil İdarəsidir. Ötən 2009-cu il ərzində idarənin əldə etdiyi uğur və nailiyyətlər barədə qəzetimizin əməkdaşlarına adıçəkilən strukturun müdiri Nailə Rzaquliyeva müsahibə verib.
Oxumaq
28.01.10  
 
Mətbuat Şurası hesabat verib
Əflatun Amaşovun fikrincə, mətbuatın maliyyə çətinlikləri aradan qaldırılarsa, digər problemlər də tezliklə həllini tapacaq

Dünən Mətbuat Şurasının 2009-cu ildə gördüyü işlərlə bağlı hesabatı təqdim olunub. Hesabatda şuranın komissiyalarının və İdarə Heyətinin il ərzində fəaliyyətini əks etdirən statistik göstəricilər, şikayət və müraciətlər haqda məlumatlar, həmçinin onların araşdırılması məsələləri yer alıb. Hesabata görə, şuraya 2009-cu ildə ümimilikdə 489 müraciət daxil olub. Onlardan 276-sı ayrı-ayrı vətəndaşlardan, 167-i dövlət idarələri, müəssisə və təşkilatlardan, 61-i özəl müəssisələrdən, 45-i ictimai qurumlardan, 29-u özünüidarəetmə orqanlarından, 11-i siyasi partiyalardandır. Daxil olan müraciətlərdən 267-i şuranın Katibliyində həllini tapıb. 222 müraciət Şikayətlər üzrə Komissiyada araşdırılıb. 31 şikayətə İdarə Heyətində baxılaraq müvafiq qərar çıxarılıb. 3-4 il əvvəl dövlət idarələrindən şikayət və müraciətlərin daha çox olduğunu bildirən şura sədri Əflatun Amaşov qeyd edib ki, keçən illər ərzində ayrı-ayrı vətəndaşlardan gələn şikayətlər artıb. Sədr şikayətlərin daha çox təhsil və səhiyyə sahələri ilə bağlı olduğunu da diqqətə çatdırıb.
Oxumaq
28.01.10  
 
"Məşədi İbad"ın Fəcr uğuru
Musiqili Komediya Teatrı İrana qastrol səfərinə dəvət olunub

Musiqili Komediya Teatrı İranda keçirilən 28-ci Beynəlxalq Fəcr Festivalından qələbə ilə qayıdıb. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, Üzeyir Hacıbəylinin "Məşədi İbad" operettası ilə festivala qatılan teatrın kollektivi yanvar ayının 22-i və 23-ü Tehranın ən böyük teatr-konsert salonu, möhtəşəm Talari Vəhdət Sarayında çıxış edib.
Tamaşada əsas rolları Əməkdar artist Ramiz Məmmədov (Məşədi İbad), Fərid Əliyev (Sərvər), Nadir Xasıyev (Rüstəm bəy), Nərgiz Kərimova (Gülnaz), Xalq artisti Arif Quliyev (Hambal), Əməkdar artist Elçin Həmidov (Qəzetçi Rza), Əməkdar artist Əkbər Əlizadə (İntiligent Həsən), Novruz Əliyev (Məşədi Qəzənfər) və b. ifa ediblər. Xalq artisti Afaq Bəşirqızı isə Sənəm rolunda çıxış edib.
Oxumaq
28.01.10  
 
Azərbaycanın "Eurovision-2010" təmsilçisini seçəcək münsiflər heyəti müəyyənləşib
Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək "Eurovision-2010" müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün fevralın 2-də keçiriləcək yarımfinal mərhələsinin münsiflər heyətinin tərkibi müəyyənləşib. Bu barədə APA-ya açıqlamasında "Eurovision" müsabiqəsinin Azərbaycan üzrə Milli Yayım Şurası olan İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov deyib. O bildirib ki, münsiflər heyətinin tərkibi artıq məlum olsa da, tərkibin yarımfinaldan əvvəl açıqlanması nəzərdə tutulmur: "Biz Yayım Şurası olaraq obyektivliyi qorumaq məqsədi ilə münsiflər heyətinin tərkibinin açıqlamaq niyyətində deyilik. Milli münsiflərin tərkibi məhz fevralın 2-də yarımfinal konsertində məlum olacaq. Münsiflərin əvvəlcədən məlum olması nəticələrə təsir edə bilər. O səbəbdən biz bu cür halların qarşısını almaq üçün adların gizliliyini saxlamaq qərarındayıq".
Oxumaq
28.01.10  
 
Tammetraylı bədii filmlər üçün ssenari müsabiqəsi başlayıb
Müsabiqə iki turdan ibarət olacaq

Mədəniyyət və Turizm Hazirliyinin Kino üzrə Ekspertlər Şurası tammetraylı bədii filmlər üçün ssenari müsabiqəsi elan edib. Onların istehsalına 2011-ci ildə dövlət hesabına başlanacaq. Hazirliyin mətbuat şöbəsindən verilən məlumata görə, müsabiqədə həm ayrı-ayrı müəlliflərin, həm də nazirliyin dövlət studiyalarından olan müəlliflərin işləri iştirak edə bilər.
Müsabiqə iki turdan ibarət olacaq. Üç nüsxədən ibarət olan ssenarilər fevralın 28-dək Ekspertlər Şurasına təqdim edilməlidir.
Qeyd edək ki, qaliblərin adları bu il martın 12-dək elan olunacaq. Ekspert Şurası seçilən qaliblərə bədii ssenarilər üzərində işləməyi təklif edəcəklər.
Oxumaq
28.01.10  
 
Səfiəddin Urməvinin daha bir ixtirası bərpa edilib
Bu ilin sonuna kimi müğni alətinin də bərpası başa çatacaq

Qədim Musiqi Alətləri Ansamblının rəhbəri Məcnun Kərimov yeni alət bərpa edib. Bu, XIII əsrdə Səfiəddin Ədbül-Momin Urməvinin ixtira etdiyi nusə musiqi alətidir. Məcnun Kərimovun məlumatına görə, möcüzəli quruluşa və gözəl səs tembrinə malik olan bu qədim musiqi aləti 81 simdən ibarətdir.
Ansamblın rəhbəri vaxtilə Səfiəddin Urməvi tərəfindən ixtira olunan daha bir musiqi alətini də bərpa etmək fikrindədir: "Müğni adlanan bu alətə bəzən müğənni də deyiblər. Çoxsimlidir, 37 simi var, uda bənzəyir. Bərpa işi ilə əlaqədar olaraq, arxiv materiallarını toplayırıq. Bu ilin sonuna kimi müğni alətinin də bərpası başa çatacaq. Bu alətlər bərpa olunandan sonra ansambla daxil edilir. Onlarda ifa etmək o qədər də çətin deyil. Çətin olan bu qədim alətləri bərpa etməkdir. Ümumiyyətlə, orta əsrlərdə 60-dan artıq musiqi aləti ifa olunub ki, onlardan cəmi 18-i dövrümüzə qədər gəlib çatıb, qalanları isə unudulub. Buna görə də bizim hələ görməli işimiz çoxdur".
Oxumaq
28.01.10  
 
Fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb
40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir

2010-cu il yanvarın 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 641 064 nəfərə çatıb. Onların 900 851 nəfəri kişi, 740 213 nəfəri isə qadındır. Fondun İctimaiyyətlə əlaqələr sektorundan qəzetimizə bildirilib ki, fərdi şəxsi hesabı olanlar sırasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 444 146 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 359 281 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 369 166 nəfərdir. 50-60 yaşa kimi sığortaolunanlar 330 848 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 137 623 nəfər təşkil edir.
Oxumaq
28.01.10  
 
Səhifələr : # « 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •