|
|
|
Futzalçılarımız Avropa çempionatının yarımfinalında!
|
Qəhrəmanlar Budapeştdən "köçdülər"
Futzal üzrə Azərbaycan milli komandası Macarıstanda keçirilən Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. Komandamız 1/4 final mərhələsi çərçivəsində Ukrayna ilə qarşılaşıb. Qitə çempionatına ilk dəfə qatılmış futzalçılarımız 3:3 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında rəqibi məğlub edib - 4:2. "Bizim oyunçuların çoxu paltardəyişmə otağında uşaq kimi ağlayırlar. Mən onları başa düşürəm. Bu, idmançı həyatıdır, kimsə uduzmalı idi. Həyat davam edir, dünya çempionatına hazırlaşırıq". Bu sözləri Ukrayna futzal yığmasının baş məşqçisi Qennadi Lisençuk deyib. O, oyundan sonra keçirilən mətbuat konfransında yetirmələrinin qol epizodundan yararlana bilməməsindən narazılıq edib: "Bu gün biz uduzmamalı idik. Elə epizodlar olurdu ki, top qapıya düşməli idi, ancaq dirəyin yanından keçirdi. Mənə xüsusilə qapımıza vurulan üçüncü qol ağır gəlir. Çünki həmin epizodda rəqib futzalçı qapıçımızın üz nahiyəsinə zərbə endirmişdi. Məhz qapıçımızın zədələnməsindən dərhal sonra yerinə yetirilən cərimə zərbəsi qol oldu. Buna baxmayaraq, Azərbaycanı ilk dəfə Avropa çempionatının yarımfinalına yüksəlməsi münasibətilə təbrik edirəm".
|
Oxumaq
27.01.10
|
| |
|
|
Tiqipko Timoşenkonu seçdi
|
Ukraynada seçkilərin ikinci turu ərəfəsində qalmaqallı hadisələr baş verir
Ukraynada prezident seçkilərinin ikinci turu ərəfəsində qalmaqallı hadisələr baş verməkdədir. Fevralın 7-də keçiriləcək seçkilərin ikinci turu ərəfəsində prezidentliyə keçmiş namizəd Sergey Tiqipko baş nazir Yuliya Timoşenko ilə birgə işləmək arzusunda olduğunu bəyan edib. "Kommersant" yazır ki, keçmiş bankir Timoşenko prezident seçiləcəyi təqdirdə onun komandasında təmsil olunmaq istədiyini vurğulayıb. O, Timoşenkonun təkliflərinini daha cəlbedici olduğunu açıqlayıb. O bildirib ki, seçkilərin ilk turunda iştirak etmiş namizədlərin seçkiqabağı platformasını analiz edib və Y.Timoşenkonun islahatlar proqramının onun proqramı ilə üst-üstə düşdüyü qənaətinə gəlib. Beləliklə, prezident seçkilərində 13 faiz səslə üçüncü olmuş Tiqipkonun bu seçimi Viktor Yanukoviçi çox pis vəziyyətdə qoyub. Çünki əksəriyyət bu qənaətdə idi ki, S.Tiqipko V.Yanukoviçi dəstəkləyəcək. Ukraynanın baş naziri Y.Timoşenko isə bir daha bəyan edib ki, prezident seçkilərində qalib gələcəyi təqdirdə S.Tiqipkoya baş nazir postunu təklif edəcək.
|
Oxumaq
27.01.10
|
| |
|
|
Şəhərdən kənarda neft-kimya kompleksi yaradılacaq
|
ARDNŞ ekoloyi layihələrə 50 milyon manatdan çox vəsait ayıracaq
Dünən ARDNŞ-nin ekologiya üzrə viste-prezidenti Muxtar Babayev "İnterfaks-Azərbaycan" agentliyinin ofisində mətbuat konfransı keçirdi. 2010-cu ildə ekologiya sahəsində prioritetləri elan edən şirkətin vitse-prezidenti bura tullantıların sıfır səviyyəyədək azaldılması, lay sularının, neftlə çirklənmiş ərazilərin təmizlənməsi, atmosferə atılan tullantıların azaldılması, Bakı buxtasının təmizlənməsi, ekoloyi parkların yaradılması, ekoloyi monitorinqlərin və tədqiqatların aparılmasının daxil edildiyini bildirdi. M.Babayev vurğuladı ki, ölkə prezidenti İlham Əliyev tərəfindən 2010-cu ilin Ekologiya ili elan olunub. Bu səbəbdən də ekologiya sahəsində çalışan bütün qurumların, o cümlədən Dövlət Neft Şirkətinin qarşısında böyük vəzifələr durur: "2009-cu ildə ARDNŞ-nin bütün müəssisələrində müvafiq ekoloyi layihələr keçirilib. Bu layihələrlə yanaşı, yeni avadanlıqların tətbiq olunması, tullantıların azalması üçün müvafiq tədbirlər görülüb. Bizim əsas problemimiz olan lay sularının utilizasiyası ilə bağlı böyük proqram hazırlanıb. Bu proqramla bağlı bir neçə neftqazçıxarma idarəsinin ərazilərində tədbirlər görülüb. Bu işlər üçün artıq layihələr hazırlanıb, müvafiq maliyyə vəsaiti də ayrılıb. Neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində də ayrıca işlər görülüb.
|
Oxumaq
27.01.10
|
| |
|
|
"Kənd təsərrüfatı kooperasiyası haqqında" yeni qanun hazırlanır
|
Eldar İbrahimov: "Bu o demək deyil ki, kolxozu bərpa edirik"
Dünən Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda komitənin 2009-cu il payız sessiyasının yekunlarına dair gördüyü işlər barədə hesabat, 2010-cu il yaz sessiyasının qanunvericilik işləri planı müzakirəyə çıxarılıb. Bu barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, ötən sessiya dövründə 5 iclas keçirilib, 8 məsələ, o cümlədən 6 qanun layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Payız sessiyası dövründə komitəyə vətəndaşlardan 40 ərizə, şikayət və müraciət daxil olub ki, onlardan da 31-i tədbir görülməsi üçün aidiyyəti orqanlara göndərilib. Bununla yanaşı, sessiya dövründə komitə sədri 3 dəfə xarici səfərdə olub, eləcə də 51 şikayətçini qəbul edib.
|
Oxumaq
27.01.10
|
| |
|
|
"Seçkilərə təkbaşına qatılacağıq"
|
Fazil Mustafa: "Bloklarda fəaliyyət göstərmək potensialımızı məhdudlaşdırır"
Məlum olduğu kimi, qarşıdan növbəti parlament seçkiləri gəlir. Bu baxımdan 2010-cu il ölkədə fəaliyyət göstərən siyasi partiyalar üçün mühüm illərdən biri hesab olunur. Artıq bir sıra siyasi partiyalar seçkilərdə hansı formada iştirak edəcəklərini dəqiqləşdirməyə başlayıblar. Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa isə hesab edir ki, seçkilərdə hansı formada iştirak əslində taktiki məsələdir.
- Fazil müəllim, bilmək istərdik ki, partiyanız seçkilərə hazırlığa qeyri-rəsmi olsa da, start veribmi? Eyni zamanda, BQP bu seçkilərə təkbaşına, yoxsa blok şəklində gedəcək?
|
Oxumaq
27.01.10
|
| |
|
|
"Bizdə insanların yaşamaq zövqü yoxdur"
|
İlqar Əliyev, memar: "Bütün tikintilərdə şəhərsalma mütəxəssislərinə müraciət olunsa, çox gözəl effekt verə bilər"
İlqar Əliyev Azərbaycanda yeganə memardır ki, 2007-ci ildə Amerikanın Tikinti Dizaynı İnstitutunun "Professional" kateqoriyası səviyyəsinə yüksəlib. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirərək memarlıq ixtisasına yiyələnən İ.Əliyev Azərbaycan Memarlar İttifaqının və Amerikanın Tikinti Dizaynı İnstitutunun üzvüdür. Ayrı-ayrı vaxtlarda həmin institutun illik təşkil etdiyi müsabiqədə "Ən yaxşı layihə" nominasiyası üzrə 1-ci və 2-ci yerlərin qalibi olub. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində memarlıq, layihələndirmə və şəhərsalma kafedrasında müəllim kimi çalışır. İ.Əliyev keçən il ABŞ Konqresi kitabxanasının "World Oren" proqramı ilə ABŞ-da şəhərsalma mövzusu ilə bağlı seminar və məşğələlərdə iştirak edib. Hazırda azmərtəbəli evlərin layihələrini hazırlayır.
|
Oxumaq
27.01.10
|
| |
|
|
Rəhim Rəhimli ilə Röya bir addımlayır
|
Onların yaradıcılıq işləri bir-birini təkrarlayır
Müğənni Röya növbəti konsert proqramını hazırlayır. Onun çıxışı Bakı İdman Sarayında keçiriləcək. Son aylar Rəhim Rəhimli ilə bir səhnəni bölüşən sənətçi bu dəfə də onunla birlikdə çıxış edəcək. Qeyd edək ki, fevralın 20-ə nəzərdə tutulan konsert üçün bir neçə yeni mahnı hazırlanır. Konsertdə bir sıra sürprizlər hazırlayan müğənnilər təfərrüatı ilə hələlik danışmaq istəmədilər. Lakin öyrənə bildik ki, sənətçilərin konsertdə qonağı da gözlənilir. Bu qonaq Türkiyədən gələcək. Proqramda "Cəza" qrupunun çıxışını planlaşdıran Rəhim Rəhimli onlarla danışığı özü aparır. Bu məqsədlə o, yaxın günlərdə Türkiyəyə səfər edəcək.
|
Oxumaq
27.01.10
|
| |
|
|
"Yaprak dökümü"nün qəhrəmanları Bakıya gəlir
|
Onlarla görüş Heydər Əliyev Sarayında olacaq
Türkiyənin baxılan seriallarından olan "Yaprak dökümü"nün iki qəhrəmanı Fərhundə rolunun ifaçısı Dəniz Çakır və Necla rolunun ifaçısı Fahriye Evcen Bakıya gələcəklər. Bu barədə təşkilatçı Nahid Emiloğlu məlumat verib. Onun xəbərinə görə, onlar Bakıda təşkil edilən "Bəyaz Şou Bakıda" şousunda iştirak edəcəklər. Adından da göründüyü kimi şounun əsas aparıcısı Bəyaz özü də səfərə çıxanlar sırasında olacaq. Yuxarıda adı çəkilən aktrisalarla yanaşı, müğənni Rafet El Roman, onun tələbəsi Yusif Güney təqdim ediləcək proqramda çıxış edəcəklər. Təqdimatı Heydər Əliyev Sarayında nəzərdə tutulan şouda yerli sənətçilərin çıxışı nəzərdə tutulub. Təşkilatçının məlumatına görə, siyahıda Xalq artisti Alim Qasımov, eyni zamanda, Türkiyədə yaşayan və fəaliyyət göstərən Yeganənin də iştirakı nəzərdə tutulub. Nahid Emiloğlu bildirib ki, hazırda layihə ilə bağlı danışıqlar davam edir. Yaxın günlərdə proqramın tarixi və biletlərin qiyməti müəyyən ediləcək.
|
Oxumaq
27.01.10
|
| |
|
|
Aleksandr Rıbak və Ruslananın Bakı səfəri təxirə düşməyib
|
Bu barədə dəqiq açıqlama verildi
Aleksandr Rıbak və Ruslananın Azərbaycana gəlməyəcəyi barədə xəbərlər həqiqətə uyğun deyil. Bunu "Eurovision" müsabiqəsinin Azərbaycan üzrə musiqi koordinatoru Zəhra Bədəlbəyli bildirib. Onun sözlərinə görə, adları çəkilən hər iki şəxs "Eurovision-2010" mahnı müsabiqəsi üçün Azərbaycanda keçirilən milli yarımfinalda iştirak edəcəklər. Qeyd edək ki, Z.Bədəlbəyli hazırda bu ilki "Eurovision" namizədinin ifa edəcəyi mahnı üzərində işləyir. Xatırladaq ki, "Eurovision-2008" mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdiyi "Day after day" mahnısının sözlərini Zəhra Bədəlbəyli yazmışdı.
|
Oxumaq
27.01.10
|
| |
|
|
Saxta markalı mallar istehsal edən sex
|
Vahid Abbasov geyimlərə tanınmış firmalara məxsus əmtəə nişanı vururmuş
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri uğurla nəticələnib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Bakı şəhəri M.Vəkilov küçəsində yerləşən tikiş sexində Vahid Abbasov başqasının əmtəə nişanından qanunsuz istifadə etməklə üzərinə "İstanbul-Türkiyə" əmtəə nişanı vurulmuş 39 ədəd kişi gödəkçəsi satarkən yaxalanıb. Sexə baxış keçirən əməliyyat qrupunun üzvləri oradan əlavə olaraq bu tipli 171 ədəd kişi gödəkçəsi, 150 dəst kişi kostyumu, eləcə də xeyli sayda müxtəlif tanınmış firmalara məxsus olan əmtəə nişanları və etiketlər aşkar edərək götürüblər. Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 200.2.3-cü (Külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.
|
Oxumaq
27.01.10
|
| |
|
|
|
|
|