Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 27.1.2010
Səhifələr : # « 1 2 3 4
Türkiyədə "Taliban" sammiti
Türkiyədə Pakistan və Əfqanıstan liderlərinin iştirakı ilə üçtərəfli sammit keçirilib. Əsas müzakirə mövzusu isə "Taliban" problemidir. Bu gün Britaniya paytaxtında Əfqanıstanla bağlı beynəlxalq konfrans öz işinə başlamalıdır. Türkiyə öz mövqeyindən istifadə edərək Əfqanıstanla Pakistan arasında "Taliban" probleminin ümumi həllinə nail olunacağına ümid edir.
Xatırladaq ki, bu, Türkiyənin son üç il ərzində təşkil etdiyi dördüncü belə toplantıdır. Burada hər üç ölkədən hərbi və kəşfiyyat rəsmiləri iştirak ediblər. NATO üzvü kimi Türkiyə Əfqanıstandakı beynəlxalq sabitləşdirmə qüvvələrinə 1700 əsgər göndərib. Amma rəsmi Ankara Amerikanın istəyinə baxmayaraq, onların döyüşlərdə iştirakına icazə vermir. Türkiyə "Taliban" rəhbərliyi ilə sülh danışıqlarında vasitəçi kimi çıxış etməyi təklif edib. Bu cür danışıqların mümkünlüyü prezidentlər Həmid Kərzayi və Asif Əli Zərdari ilə müzakirə edilib. Daha sonra toplantı mini sammit şəklində davam edib. toplantıya Əfqanıstanla sərhəd dörd ölkənin təmsilçisi qoşulub. Bu, Londonda keçiriləcək böyük sammitə hazırlıq mərhələsi olsa da, Türkiyənin Əfqanıstanda rol oynaya biləcək əsas oyunçulardan birinə çevrilmək niyyəti də var.
Oxumaq
27.01.10  
 
Bələdiyyə büdcələri dərc olunacaq
"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna dəyişiklik ediləcək

Dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclasda komitənin 2009-cu il payız sessiyasının yekunlarına dair gördüyü işlər barədə hesabat, 2010-cu il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib. Bu barədə məlumat verən komitə sədri Arif Rəhimzadənin bildirdiyinə görə, payız sessiyası dövründə komitənin 8 iclası keçirilib və həmin iclaslarda 12 məsələ müzakirə olunub ki, onlardan da 9-u qanun layihələridir. Həmin qanun layihələrindən 7-si parlamentin plenar iclasının müzakirəsinə çıxarılaraq qəbul edilib. Sessiya müddətində komitə üzvləri bələdiyyələrlə bağlı 252 tədbirdə iştirak edib. Həmçinin sessiya müddətində komitənin ünvanına 93 məktub, təklif, ərizə və şikayət daxil olub, müvafiq təşkilatlara isə 50 məktub göndərilib. Tərtib olunmuş cədvələ uyğun olaraq, sessiya dövründə komitənin sədri tərəfindən parlamentdə 20 nəfər, komitə üzvləri tərəfindən isə 654 nəfər qəbul edilib.
Oxumaq
27.01.10  
 
İrana getmək üçün yalnız tibbi arayış tələb olunacaq
15 gündən çox qalmaq istəyənlər isə icazə alacaqlar

Azərbaycan vətəndaşları fevralın 1-dən İran ərazisinə vizasız gedə biləcəklər. Bu barədə İran səfirliyinin konsulluq şöbəsinin müdiri Bəhruz Zare Mirzaye keçirdiyi mətbuat konfransında danışıb. "Əgər Azərbaycan vətəndaşı İranda 15 gündən çox qalmaq istəyirsə, o, İran DİN-in Miqrasiya Xidmətinə müraciət edərək ölkədə 3 ay qalmaq üçün icazə ala bilər"-deyə B.Z.Mirzaye bildirib. O qeyd edib ki, bundan sonra İrana getmək istəyən Azərbaycan vətəndaşlarının Bakı, Gəncə və Lənkəranın müvafiq klinikalarında tibbi arayış almaq üçün 18 manat ödəməsi kifayət edəcək.
Oxumaq
27.01.10  
 
Nazir şagirdlərinin sayı az olan məktəbləri ləğv etməyi təklif edib
"Azərbaycanın bir çox bölgələrində qəzalı vəziyyətdə olan məktəblər var." APA-nın qərb bürosunun məlumatına görə, bu sözləri Ağstafa rayonuna səfər edən təhsil naziri Misir Mərdanov deyib. Nazir respublikada 4500-dən çox orta məktəb olduğunu bildirib: "İnsanlar elə bilirlər ki, min məktəb təmir olunub yenidən tikildisə, hər şey yaxşıdır. Ancaq bilmək lazımdır ki, yeni tikilən məktəblər də gələn ilə aşınır, köhnəlir və burada təmirə ehtiyac duyulur. Buna görə də düşünürəm ki, qarşıdan gələn illərdə daha çox işimiz olacaq. Yəqin ki, qəzalı olan məktəblərə daha çox vəsait ayrılacaq".
Oxumaq
27.01.10  
 
Məşğulluq xidmətinə müraciət edənlərin 61%-i işlə təmin olunub
Azərbaycanda 2009-cu il ərzində məşğulluq xidməti orqanlarına 46 467 vətəndaş müraciət edib ki, onlardan 28 382 nəfəri (61,1%-i) münasib işlə təmin edilib, 1 508 nəfəri (3,3%-i) isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. "APA-Economics"in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli bildirib.
Ötən ilin nəticələri ilə bağlı məlumat verən A.Bədəlbəyli hesabat ilində məşğulluq xidməti orqanları tərəfindən 4 827 nəfərin peşə hazırlığı kurslarına cəlb edildiyini və bunun 2008-ci ilin yekunları ilə müqayisədə 42,3% artdığını bildirib.
A.Bədəlbəylinin sözlərinə görə, Bakı və Naxçıvan, eləcə də Göyçay rayon Peşə Tədrisi Mərkəzlərində cəmi 2 131 nəfər (1 398 nəfər Bakı, 193 nəfər Naxçıvan, 580 nəfər Göyçay rayonunun payına düşüb) işaxtaran vətəndaş tədris mərkəzində peşə hazırlığı kurslarına cəlb olunub.
Oxumaq
27.01.10  
 
Vaşinqton Universitetindəki "Tarixi Ermənistan" xəritəsi narazılığa səbəb olub
ABŞ paytaxtındakı Corc Vaşinqton Universitetinin Hüquq Məktəbində Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollarla bağlı seminar keçirilib. APA-nın "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, "Türkiyə-Ermənistan protokolları: Gerçəkliklər və miflər" adlı seminarda natiqlər üçün qoyulmuş kürsünün arxasındakı xəritə qalmaqala səbəb olub. Belə ki, divardan Türkiyə, Azərbaycan, İran və İraq ərazilərinin bir hissəsini əhatə edən, erməni şovinistlərinin şizofrenik təxəyyülünün məhsulu olan uydurma "Tarixi Ermənistan" xəritəsi asılıb. Türkiyənin ABŞ-dakı səfirliyinin nümayəndəsi buna etiraz edərək xəritənin seminarın mövzusu ilə ziddiyyət təşkil etdiyini deyib. O, seminara Türkiyə tərəfinin mövqeyini ifadə edəcək hər hansı şəxsin dəvət olunmamasına diqqət çəkərək bunun neytrallıq prinsipini pozduğunu söyləyib. Türkiyəli diplomat 1915-ci il hadisələrinin tamamilə erməni tərəfinin mövqeyi əsasında müzakirə edildiyini, halbuki Türkiyənin bu iddiaları araşdırmaq üçün birgə komissiya yaradılması və arxivlərin açılması istiqamətində rəsmi təkliflərinin Ermənistan tərəfindən qəbul edilmədiyini vurğulayıb.
Oxumaq
27.01.10  
 
ABŞ-da nəşr olunan "Birlik" jurnalının növbəti buraxılışı Azərbaycana həsr olunub
ABŞ-da nəşr olunan türkdilli xalqlar haqqında ilk yurnal olan "Birlik" yurnalı növbəti buraxılışını Azərbaycana həsr edib. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, yurnalın əsas qış buraxılışı yanvarın 25-də Berkli Universitetinin Türk Tələbələr Assosiasiyasının dəstəyi ilə nəşr olunub.
Yeni 50 səhifəlik yurnalda turizm, gəzməli yerlər, iqtisadiyyat, siyasi vəziyyət, inkişaf perspektivləri haqqında məlumat verilib, həmçinin dünya şöhrətli alim, Berkli Universitetinin professoru Lütfi Zadə ilə müsahibə dərc olunub.
"Birlik" yurnalının üz qabığı Şərqi Türküstanda uyğurların insan haqları məsələsinə həsr olunub. Jurnalın qış buraxılışı "Pax Turcica" təşəbbüsü çərçivəsində dərc olunan ilk əsas nəşrdir. Burada Azərbaycanın Los-Angelesdəki baş konsulu Elin Süleymanovla müsahibə, türk xalqlarını təmsil edən alimlərin, ekspert və tələbələrin məqalələri dərc olunub.
Oxumaq
27.01.10  
 
Millət vəkili Avropa Şurası Nazirlər Komitəsinin sədrinə sualla müraciət edib
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva AŞ PA-nın qış sessiyasının ilk iclas günündə AŞ Nazirlər Komitəsinin sədri, İsveçrənin xarici işlər naziri, xanım Mişelin Kalmi-Reyə suallarla müraciət edib. APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının məlumatına görə, G.Hacıyeva bildirib ki, 2009-cu il dekabrın 27-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib: "Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarından didərgin düşmüş 700 mindən artıq məcburi köçkün seçki hüququndan məhrum olduğu üçün bu prosesdə iştirak edə bilməyib. Bununla bağlı Avropa Şurası yenəmi uğursuz fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna istinad edəcək? Məgər azərbaycanlı qaçqınların probleminin həlli istiqamətində Avropa Şurası özünün qəbul etdiyi qətnamələrinin yerinə yetirilməsi üçün cəsarət nümayiş etdirə bilməzmi?"
Oxumaq
27.01.10  
 
Qarabağ danışıqlarında irəliləyişlər var
Əhməd Davudoğlu: "Əgər irəliləyiş olmasaydı, belə sıx-sıx görüşlər də keçirilməzdi"

"Yerevan və Bakı iki həftə ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Madrid prinsiplərində tərəflərdə fikir ayrılıqları yaradan bəndlərə öz təkliflərini təqdim edəcək". Bunu yurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlaykov Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündən sonra deyib. O bildirib ki, təkliflərin yaxın iki həftə ərzində təqdim ediləcəyinə ümid edir və bundan sonra həmsədrlər yenidən regiona səfər edəcəklər. Danışıqların nəticəsi ilə bağlı Y.Merzlaykov deyib ki, bu, açıq və konstruktiv dialoq olub. Bununla yanaşı, Merzlaykov Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçrətərfli görüşünün vacib olduğunu qeyd edib. "Tərəflər böyük hörmətlə Rusiya prezidentinin təşəbbüsünü qəbul edirlər" - deyə rusiyalı həmsədr bildirib. Bununla yanaşı, həmsədr bu ilin sonuna qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədin imzalanması ilə bağlı proqnoz verməkdən çəkinib.
Xatırladaq ki, ötən gün Rusiyanın Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilib. Görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyanatla çıxış edərək deyib ki, görüşdə nailiyyət əldə olunub.
Oxumaq
27.01.10  
 
Səhifələr : # « 1 2 3 4
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •