Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Yan.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Xəbərlər / 27.1.2010
Səhifələr : # « 1 2 3 4 » #
Salmanovun "siftə"si Yunanıstanda olacaq
Bu ildən etibarən FİFA hakimi adını daşıyan Anar Salmanov ilk təyinatını alıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, 30 yaşlı ədalət təmsilçisinin beynəlxalq səviyyədə debütü Yunanıstanda gerçəkləşəcək.
A.Salmanov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundu çərçivəsində keçiriləcək qarşılaşmaların iştirakçısı olacaq. Həmyerlimiz meydan sahibləri ilə yanaşı, Avstriya, İrlandiya və Finlandiya yığmalarının mübarizə aparacağı 3-cü seçmə qrupun matçlarını idarə edəcək fit sahiblərindən biri olacaq. Bu qrupun oyunları martın 18-dən 25-dək keçiriləcək.
Qeyd edək ki, A.Salmanovun hansı matçlarda baş, hansı qarşılaşmalarda ehtiyat hakim olacağı hələ dəqiqləşməyib.
Oxumaq
27.01.10  
 
Yığmanın futbolçusu tualetdə güllələndi
Paraqvay milli komandasının futbolçusu Salvador Kabanyas başından güllə yarası alıb. Apasport.az saytımın məlumatına görə, Meksikanın "Amerika" klubunda çıxış edən 29 yaşlı hücumçu Mexikoda məşhur barların birində silahlı hücuma məruz qalıb.
Kabanyas həyat yoldaşı ilə birgə istirahət etdiyi barı tərk etməyə hazırlaşdığı zamanı tualetə getməyi qərara alıb və həmin vaxt da atışma olub. Nəticədə açılan atəş futbolçunun ağır xəsarət alması ilə nəticələnib. Ötən gecə onun üzərində əməliyyat aparılsa da, həkimlər gülləni başından çıxara bilməyib. Hazırda reanimasiyada olan Salvadorun vəziyyəti ağır qiymətləndirilir.
Hücumun motivi hələ də müəyyənləşməyib. Polis soyğunçuluq versiyasını yaxına buraxmır. Çünki futbolçunun pulları və şəxsi əşyaları yerində qalıb.
Oxumaq
27.01.10  
 
Yığmanın futbolçusu tualetdə güllələndi
Paraqvay milli komandasının futbolçusu Salvador Kabanyas başından güllə yarası alıb. Apasport.az saytımın məlumatına görə, Meksikanın "Amerika" klubunda çıxış edən 29 yaşlı hücumçu Mexikoda məşhur barların birində silahlı hücuma məruz qalıb.
Kabanyas həyat yoldaşı ilə birgə istirahət etdiyi barı tərk etməyə hazırlaşdığı zamanı tualetə getməyi qərara alıb və həmin vaxt da atışma olub. Nəticədə açılan atəş futbolçunun ağır xəsarət alması ilə nəticələnib. Ötən gecə onun üzərində əməliyyat aparılsa da, həkimlər gülləni başından çıxara bilməyib. Hazırda reanimasiyada olan Salvadorun vəziyyəti ağır qiymətləndirilir.
Hücumun motivi hələ də müəyyənləşməyib. Polis soyğunçuluq versiyasını yaxına buraxmır. Çünki futbolçunun pulları və şəxsi əşyaları yerində qalıb.
Oxumaq
27.01.10  
 
Sabiq "Beşiktaş"lı Eto'O-nu diz çökdürdü
Afrika Millətlər Kubokunda bütün yarımfinalçılar müəyyənləşib

Anqolada keçirilən Afrika Millətlər Kubokunda bütün yarımfinalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Qana və Əlcəzairin ardınca Misir və Nigeriya yığmaları da 1/2 final iştirakçıları olub.
Misirlilər Samuel Eto'O-nin kapitanı olduğu Kamerun yığması ilə görüşdə çətin qələbə qazanıb - 3:1. Oyunun qəhrəmanı isə "Piramidalar ölkəsi"nin yığmasının lideri Əhməd Hassan olub. 35 yaşlı sabiq "Beşiktaş"lı görüşdə vurulan 4 qoldan 3-nün müəllifi olub. 27-ci dəqiqədə qapıları səhv alan Əhməd cəmi 11 dəqiqə sonra xətasını düzəldərək, hesabı bərabərləşdirib. 90 dəqiqədə qalib müəyyənləşmədiyindən əlavə vaxt təyin edilib.
Oxumaq
27.01.10  
 
"O Berti Foqtsdursa, mən də Kamran Ağayevəm"
"Mən kiminsə vasitəçiliyi ilə hansısa kluba keçmək istəmirəm". Bunu apasport.az saytının Antalyaya ezam olunan əməkdaşı ilə söhbətində "Xəzər-Lənkəran" klubunun qapıçısı Kamran Ağayev deyib.
Müxbirin "Milli komandanın baş məşqçisi Berti Foqtsun vasitəçiliyi ilə Almaniya klublarına keçidin mümkündürmü" sualına cavabında K.Ağayev bildirib ki, buna ehtiyacı yoxdur: "O Berti Foqtsdursa, mən də Kamran Ağayevəm. Mənə əcnəbi komandaya keçmək üçün nə Foqtsun, nə də bir başqasının vasitəçiliyi lazımdır. Kiminsə qarşısında minnətçi olmaq fikrim yoxdur".
Oxumaq
27.01.10  
 
Maradonadan FİFA-ya pul təklifi
Canlı futbol əfsanəsinin bağışlanmaq xahişi qəbul edilməyib

FİFA-nın iki aylıq cəzasını başa vuran Dieqo Maradonanın əlinə yaxşı fürsət düşüb. Canlı futbol əfsanəsi İspaniyada çıxan "As" qəzetinə müsahibəsində ali futbol təşkilatının ünvanına tənqidi fikirlər söyləməklə diqqət çəkib.
Xatırladaq ki, Argentina millisinin çalışdırıcısı DÇ-2010-un seçmə turinirinin Uruqvayla oyunundan sonra yurnalistələri təhqir etdiyi üçün cəzadan qaça bilməmişdi. Bu müddətdə komandasına texniki zonadan göstəriş verə bilməyən don Dieqo hətta bir sıra beynəlxalq səviyyəli tədbirlərə də buraxılmamışdı. Bu günlərdə cəzasını başa vuran Maradona çox maraqlı etirafı ilə yenidən gündəmə gəlib. Sən demə, o, cəzadan qaçmaq üçün FİFA-ya müəyyən məbləğdə pul təklif edib. Amma bunu əsla rüşvət kimi qələmə vermək olmaz: don Dieqo, sadəcə, FİFA-nın xəzinəsinə vəsait köçürməklə bu qurumun layihələrindən birini və ya bir neçəsinin reallaşmasında köməyini əsirgəməmək fikrinə düşüb. Onun özünü dinləsək yaxşı olar:
Oxumaq
27.01.10  
 
Materatsisayağı zarafat
Təcrübəli müdafiəçi bu dəfə İtaliyanın baş nazirinə sataşıb

Cari mövsümdən "İnter"in əsas heyətindəki yerini itirən Marko Materatsi yenidən qeyri-adi hərəkəti ilə gündəmə gəlib. DÇ-2006-ın finalının hər mənada qəhrəmanı kimi qələmə verilən təcrübəli müdafiəçi bu dəfə İtalyanın baş nazirinə sataşıb.
"İnter"in derbidə əzəli rəqibi "Milan"ı 2:0 hesabıyla üstələdiyi oyunda hakimin final fiti səslənəndən sonra bütün oyundaşları kimi o da sevincini bir neçə dəqiqə ərzində azarkeşlərlə bölüşüb. Amma matçda iştirak etməyən Markonun önəmli və prinsipial qələbəni qeyri-adi şəkildə bayram etməsi ona baha başa gələ bilər. İş ondadır ki, dünya çempionu qazona çıxandan sonra başına "Milan"ın sahibi, eyni zamanda ölkənin baş naziri olan Silvio Berluskoninin maskasını keçirib. Bu vəziyyətdə uzun müddət sevinməsi tribunalardakı "İnter" azarkeşlərində təbii gülüş doğurub. "Milan" rəhbərliyinin bu məsələni sükutla qarşılamasına rəğmən Markonun cəzadan qurtula bilməyəcəyi ehtimal edilir.
Oxumaq
27.01.10  
 
Yoze Alesio da Silva: "Heç kim buna inanmazdı"
Futzal üzrə Avropa çempionatının yarımfinalına yüksələn Azərbaycan milli komandasının baş məşqçisi Yoze Alesio da Silva Ukrayna ilə oyundan sonra mətbuat konfransı keçirib. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, braziliyalı çalışdırıcı ukraynalılara penaltilər seriyasında necə qalib gəldiyimiz haqda danışıb.

- Ukraynanın yaxşı komandası var. Onlar da yarımfinala vəsiqə qazanmaq gücündə idilər. Biz bura gələndə, heç kim inanmazdı ki, Azərbaycan komandası belə yüksək səviyyəyə qalxacaq. Penalti zərbələri lotereya idi və bunda biz qazandıq.
Oxumaq
27.01.10  
 
Attestat qiymətlərinin qəbul zamanı nəzərə alınması hələ mümkün deyil
Əla qiymətlərini doğrultmayan "əlaçılar" öz biliyi hesabına bal toplayanları sıxışdıra bilərlər

Attestatlarda qiymətlərin şişirdilməsi problemi dəfələrlə qabardılsa da, ali məktəblərə qəbul göstəriciləri bu halların hələ də tam aradan qaldırılmadığını göstərir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) qəbul imtahanlarında toplanılan ballar əsasında apardığı müqayisə də bunu təsdiqləyir. Belə ki, orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 98,25 faizinin qəbul imtahanlarında da nəticələri çox zəif - 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 50,91 faizi attestat qiymətlərini təsdiq edə bilib. Bu da məktəblərdə aşağı qiymətlərlə qiymətləndirmənin obyektiv olduğunu, yüksək qiymətlərlə qiymətləndirmənin isə nisbətən şişirdildiyini göstərir.
Oxumaq
27.01.10  
 
Putindən Haiti yesti
Rusiya ali məktəblərində təhsil alan haitili tələbələrin təhsil haqları ləğv edilib

Rusiya ali məktəblərində ödənişli ixtisaslar üzrə təhsil alan haitili tələbələrin təhsil haqları ləğv edilib.
Bu barədə məlumatı Rusiyanın baş naziri Vladimir Putin Çuvaşiya Universitetinin tələbələri ilə görüşdə verib. Onun sözlərinə görə, Haitidən olan tələbələrin təhsil haqları Rusiya Federasiyasının dövlət büdcəsindən ödəniləcək.
Qeyd edək ki, hazırda Rusiyada 75 haitili tələbə təhsil alır.
Xatırladaq ki, Haitidə 7 və 5,4 bal gücündə zəlzələlər yanvarın 12-dən 13-nə keçən gecə baş verib. Son rəsmi məlumatlara görə, yeraltı təkanlar nəticəsində ölənlərin sayı 150 minə çatıb.
Oxumaq
27.01.10  
 
Səhifələr : # « 1 2 3 4 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •